• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Türk dünyasının birliyi möhkəmlənir

gundem / ust / manset

8-07-2024, 19:37

Türk dünyasının birliyi möhkəmlənir
Məşhur Məmmədov

Milli Məclisin deputatı

Şuşa növbəti əhəmiyyətli bir tədbirə evsahibliyi etdi. Qarabağın tacı Şuşa şəhəri həmişə Azərbaycanın və regionun mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olub. 2021-ci ildə Şuşa şəhəri “Azərbaycanın mədəniyyət paytaxtı” elan olundu. Qarabağ xanı Pənahəli xan tərəfindən Şuşanın təməlinin qoyulmasının 270-ci ildönümü ilə əlaqədar 2022-ci il Azərbaycanda “Şuşa İli”, TÜRKSOY tərəfindən Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı”, ICESCO tərəfindən isə 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan olunub. Şuşa Bəyannaməsi də 2021-ci ildə məhz Şuşada imzalanıb.

Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının Şuşada qeyri-rəsmi Zirvə görüşü Azərbaycanın növbəti beynəlxalq təşəbbüsü idi. Türk ölkələri ilə əlaqələrin genişləndirilməsi, Türk dünyasının və Türk Dövlətləri Təşkilatının gücləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətidir.

Türk Dövlətləri Təşkilatı dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməlidir. Türk dünyası böyük coğrafi məkanı əhatə edir, üzv ölkələrdə müsbət demoqrafik dinamika müşahidə olunur, hərbi potensial döyüş meydanlarında özünü dəfələrlə göstərmişdir. Zəngin təbii resurslar, onların nəqli üçün müasir infrastruktur, Mərkəzi Asiyanı, Qafqazı Aralıq və Qara dəniz limanları ilə birləşdirən nəqliyyat dəhlizləri, zəngin və qədim tarix, habelə mədəniyyət türk dünyasının böyük sərvətidir.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev cari ilin 6 iyul tarixində Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə çıxışı zamanı qeyd etdiyi kimi, XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır. Xalqlarımızın ənənəvi dəyərlərə sadiqliyi və eyni etnik köklərə malik olmaları ölkələrimizi sıx birləşdirir.

Türk dövlətlərinin rəhbərlərinin azad edilmiş torpaqlara səfərləri qardaşlıq həmrəyliyinin aydın təzahürüdür. Bu səfərlər yalnız siyasi və diplomatik əlaqələri möhkəmləndirmir, həm də xalqlar arasında mədəni və tarixi bağları gücləndirir. Rəhbərlərin belə səfərləri, azad edilmiş torpaqların bərpası və inkişafı prosesində birlik və qarşılıqlı dəstəyi nümayiş etdirir. Bu cür addımlar, həmrəyliyin və birgə əməkdaşlığın nə qədər önəmli olduğunu bir daha göstərir və Türk dünyasının birlik və dayanışma mesajını bütün dünyaya çatdırır.

Türkiyə Prezidenti Şuşa, Füzuli, Zəngilan və Cəbrayıla, Özbəkistan və Qazaxıstan prezidentləri Şuşa və Füzuliyə, Qırğızıstan Prezidenti Füzuli və Ağdama səfərlər etdilər.

Türk Dövlətləri Təşkilatının gələcəklə bağlı hədəfləri böyükdür. Azərbaycan həmişə Türk dünyasının sıx birləşməsi, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artması, qlobal arenada güc mərkəzinə çevrilməsi naminə səylər göstərmişdir. Türk Dövlətləri Təşkilatının cari büdcəsi və strukturu nəzərdə tutulan hədəflərin reallaşdırılması üçün yetərli deyil. Buna görə, Azərbaycan bu günlərdə Katibliyin hesabına 2 milyon ABŞ dolları məbləğində vəsait köçürdü.

Azərbaycanın strateji coğrafi mövqeyi və inkişaf etmiş nəqliyyat infrastrukturu regionda tranzit və ticarət əməliyyatlarının effektiv həyata keçirilməsinə şərait yaradır.

Xəzər dənizində 50-dən çox ticarət gəmisi olan Azərbaycan Türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərir. Artan yükdaşımalarını nəzərə alaraq, hazırda Bakı gəmiqayırma zavodunda 6 gəmi inşa edilir. Gələn il ölkəmizin 9-cu Beynəlxalq Hava Limanı Laçında istismara veriləcək. Ələt Beynəlxalq Ticarət Limanının yükötürmə qabiliyyəti 15 milyon tondan 25 milyon tona qədər genişləndiriləcək.

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və digər logistika mərkəzləri, yüklərin təhlükəsiz və sürətli daşınmasını təmin edir, bu da Türk dövlətləri arasındakı iqtisadi əlaqələri gücləndirir. Azərbaycanın tranzit xidmətləri, həmçinin Avropa ilə Asiya arasında iqtisadi körpü rolunu oynayır və regionun ticarət potensialını artırır.

Yeni əməkdaşlıq perspektivləri üzərində işlənir. Enerji sahəsində strateji tərəfdaşlığımız, o cümlədən bərpaolunan enerji və enerji səmərəliliyi sahəsində əməkdaşlığımız çox əhəmiyyətlidir.

İmzalanmış Qarabağ Bəyannaməsi Türk dünyasının həmrəyliyini və Türk Dövlətləri Təşkilatının (TDT) beynəlxalq nüfuzunu gücləndirəcək bir addımdır. Bu bəyannamə, üzv ölkələr arasında siyasi, iqtisadi, mədəni və hərbi sahələrdə əməkdaşlığı və birliyi daha da dərinləşdirir. Qəbul edilmiş qərarlar və ortaq tədbirlər Türk dünyasının birliyini möhkəmləndirir və regionda və dünya səviyyəsində daha güclü bir təsir qüvvəsinə çevrilməsinə kömək edir. Bu, həm də üzv ölkələrin milli maraqlarını müdafiə etməyə və ortaq dəyərləri təbliğ etməyə imkan yaradır.

İmzalanmış Qarabağ Bəyannaməsi, qəbul edilmiş qərarlar Türk dünyasının həmrəyliyini və eyni zamanda, Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunu daha da gücləndirəcək.

Oxunub: 108
Paylaş:
Digər xəbərlər

gundem / manset

9-05-2023, 14:26

TÜRKSOY-un baş katibi: “Şuşadakı zəngin tədbirlər dünyada rezonans doğuracaq”

gundem / ust / manset

23-01-2024, 16:58

2024-cü ildə Şuşada kütləvi idman tədbirləri keçiriləcək

gundem / siyaset / manset

11-05-2024, 20:01

Azərbaycan Prezidenti ICESCO-ya təşəkkür etdi

gundem / siyaset / ust / manset

23-01-2024, 18:25

Türk Dövlətləri Rəqabət Şurası yaradılıb, qurumun növbəti iclası Şuşada keçiriləcək

ULUSƏS TV
Son xəbərlər
  • Bu gün, 12:13
    Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığında yeni geosiyasi reallıqlar
  • Bu gün, 12:06
    “Azeri Light”ın qiyməti 102 dollar ötdü
  • Bu gün, 12:00
    “Kontakt”da ilin ən böyük endirimləri başladı
  • Bu gün, 11:49
    Norveç Uelsi, Portuqaliya Danimarkanı qəbul edəcək
  • Bu gün, 11:44
    Füzulidə iki maşın toqquşdu - 3 ölü-Yenilənib
  • Bu gün, 11:22
    Nəyi xatırlayacağımıza beynimiz necə qərar verir?
  • Bu gün, 10:57
    Bu şəhərdə festivaldan sonra hava keyfiyyəti təhlükəli həddə çatdı
  • Dünən, 10:18
    Nəvəsinin andiçməsindən sonra meyiti tapılan Mirzəcan kişi ilə bağlı - Yeni detallar
  • Dünən, 10:10
    Kriminal şəbəkənin rəhbəri Azərbaycanda tutuldu - Türkiyə mediası
  • Dünən, 10:05
    Bu gün millimizin oyunu var
  • Dünən, 09:59
    Qocalmanı gecikdirən ən təsirli qidalar - Siyahı
  • Dünən, 09:56
    Trampla Netanyahu telefonda dalaşıb?
  • Dünən, 09:53
    Turistlərin bol olduğu ölkədə ingilis dilini niyə bilməyəsən?
  • Dünən, 09:47
    NASA iş elanı verdi - Maaş 164 mindir
  • Dünən, 09:43
    “Hərbi güc tətbiq etməkdən çəkinməzdim”
  • Dünən, 09:40
    “İndiyəqədərki ən böyük əsir mübadiləsi baş tutacaq”
  • Dünən, 09:36
    “Vəzifədən getməzdən əvvəl məsələni həll etmək istəyirəm”
  • 12-11-2026, 18:56
    Azərbaycan incəsənəti Çilidə: Santyaqoda Zəfər Gününə həsr olunmuş beynəlxalq sərgi açılıb
  • 12-11-2026, 15:30
    JURNALİST İBRAHİM İSGƏNDƏROV YOL QƏZASINDA XƏSARƏT ALAN GƏNC XANIMA İLKİN YARDIM GÖSTƏRƏRƏK ONUN HƏYATININ XİLASEDİLMƏSİNƏ DƏSTƏK OLUB
  • 12-11-2026, 13:24
    Milli dövlətçilik ənənələri və konstitusion inkişaf - DEPUTAT
  • 12-11-2026, 10:41
    Prezidentin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı - Paylaşım
  • 12-11-2026, 10:30
    General Natiq Əliyevin qızı saxlanıldı
  • 12-11-2026, 10:18
    Azərbaycanda işləyənlərin orta aylıq maaşı açıqlandı
  • 12-11-2026, 10:14
    “Bakıdakı bu kilsənin qapıları taybatay açılmalıdır”
  • 12-11-2026, 10:09
    Mehriban Əliyevadan Konstitusiya Günü paylaşımı - Foto
  • 12-11-2026, 10:02
    Kanadada məhkəmə ana və qızına hücum edən 4 ayının ölümünə qərar verdi
  • 12-11-2026, 09:55
    İsrail pasportu olanların ölkəyə girişini qadağan edirlər
  • 12-11-2026, 09:45
    Quş qripinə görə bu heyvanlar məhv olma həddinə çatıb
  • 12-11-2026, 09:39
    Argentina ordusunu “terror təşkilatı” elan etdilər
  • 12-11-2026, 09:36
    İsrail ordusuna İrana qarşı hazırlıq tapşırığı verildi
  • 11-11-2026, 14:01
    GÜLNARA HƏMİDOVA – SÖZÜNƏ, QƏLƏMİNƏ VƏ İNSANLIĞINA SADİQ ÖMÜR YOLU! DOĞUM GÜNÜNÜZ MÜBARƏK!
  • 11-11-2026, 10:42
    ADY yükdaşımalar üzrə ən yüksək göstəricilər əldə edib
  • 11-11-2026, 10:35
    “Azeri Light” ucuzlaşdı
  • 11-11-2026, 10:28
    650 min manatı leqallaşdıran Həsənə 7 il 6 ay həbs verildi
  • 11-11-2026, 10:22
    10 milyonluq qızılla tutulan polkovnikin cəzası azaldıldı
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə