• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Polis özbaşınalığı yoxsa dövlətçiliyə xidmət?

gundem / ust / manset

23-07-2024, 21:51

Polis özbaşınalığı yoxsa dövlətçiliyə xidmət?
Polis özbaşınalığı dövlətçilik prinsiplərinə, dövlətə xidmət məsuliyyətinə ziddir. Azərbaycan Respublikasının "Polis haqqında" Qanununa əsasən, polis Azərbaycan Respublikasının icra hakimiyyətinə mənsub olan vahid mərkəzləşdirilmiş, hüquq-mühafizə orqanıdır. Burdan da aydın olur ki, polis vətəndaşı qorumaq kimi ali missiya ilə vəzifələndirib. Daha işi vətəndaşı şərləmək, ləkələmək və vəzifəsindən sui istifadə edib dövlətçiliyin imicinə zərbə vurmaq deyil.
"Polis haqqında" Qanunun 8-ci maddəsinə əsasən, qanunla səlahiyyət verilmiş şəxslərdən başqa, hər hansı şəxsin istənilən səbəbdən polisin qanuni fəaliyyətinə məhdudiyyət qoyması, təsir və müdaxilə etməsi yolverilməzdir və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq qaydada məsuliyyətə səbəb olur, 9-cu maddəyə əsasən isə, polis xidmətlərinin yaradılması, yenidən qurulması və ləğvi, polisin fəaliyyətinə rəhbərlik, polis orqanlarında vəzifəyə təyin və vəzifədən azad etmə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi qaydada həyata keçirilir.
Biz qarşılaşacağımız, xoşagəlməz hallardan, özbaşnalıqlardan polisə sığınmalı, ondan kömək istəməliyik. Ancaq polisi görəndə əksinə yolumuzu dəyişib ehtiyyat edirik. Bu gün polis şöbələrində özbaşnalıq, süründürməçilik, vəzifədən sui istifadə, vətəndaşla kobud davranma və təzyiq mövcuddur. Ora hər hansı şikayət və müraciət edən vətəndaş çox nadir halda razı geri dönür. Çox vaxt incidilmiş halda geri dönüşlər daha çox yaşanan haldır. Polis qadına əl qaldırmaz dedik. Əksinə Gədəbəydə problemdən şikayət edən yaşlı analara elə polislər əl qaldırdı. Azad və peşəkar fəaliyyətini yerinə yetirən jurnalistləri, ictimai fəalları elə polislərin əli ilə şərləyib həbs etdilər. Ancaq bizim güvənmək, inanmaq istədiyimiz polis ali dövlətçilik maraqlarına xidmət etməlidir. Polis orqanlarında ali savadlı ixtisaslı kadrlarla yanaşı, min bir vasitə və rüşvətlə işə alınan zorakı ruhlu polislər də az deyil. Məhz ən çox dövlətçilik ənənələrinə, cəmiyyətə zərbə vuran da sonunculardır. Onlar zorakılıq yolu ilə hər cür haqsızlıqla, kobud davranışla mənfəət, status, kreslo əldə edəcək deyə özlərini "sübut" etməyə çalışır. Bu sübut deyil, bu sadəcə rəzalətdir.
Hər hansı şikayət və özbaşnalıqlardan şikayət etmək polisə, dövlətə qarşı çıxmaq deyil. Əksinə illərdir bu missiyanı yerinə yetirən müstəqil jurnalistləri "düşmən" elan edib həbs edirlər. Bu dövləti təmizləmək deyil, bu dövlətə polidəli sağalmaz şillə çəkmək, ömürlük ləkə vurmaqdır.
Azərbaycan Respublikasının polis orqanlarının xarici ölkələrin polis orqanları və beynəlxalq polis təşkilatları ilə əməkdaşlığı Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, xarici ölkələrin polis orqanları ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanın bağladığı müqavilələr, habelə Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq polis təşkilatlarının nizamnamələri və əsasnamələri ilə tənzimlənir. Bu o deməkdir ki, gərək ki, normalara, idarəçilik qaydalarına nəzarət edilsin. Polisə polisdir deyib hər cür rəftarına yaşıl işıq yandırılmasına, özbaşınalığına göz yumulmasın.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan polisi haqqında demişdir:
"Azərbaycan xalqı Azərbaycan polisini sevməlidir, ona hörmət etməlidir. Bu gün bu hörmət var və mən istəyirəm ki, daha da çox olsun. Bunu etmək üçün gərək siz yaxşı işləyəsiniz, öz gündəlik fəaliyyətinizdə yaxşı nəticələr göstərəsiniz, cinayətkarlara qarşı daha da amansız mübarizə aparasınız. Mən bu sahədəki fəaliyyətdən razıyam. Demək olar ki, Azərbaycanda uzun illər ərzində nə cinayətkar dəstə problem yarada bilər, nə də ki, başqa qeyri-qanuni birləşmələr mövcud deyildir. Arzu edirəm ki, bundan sonra da doğma Vətənimizə ləyaqətlə xidmət edəsiniz, Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi işində iştirak edəsiniz. Azərbaycanda bu gözəl vəziyyəti daha da möhkəmləndirmək üçün, bu gözəl ab-havanı əbədi etmək üçün əlinizdən gələni edəsiniz. Siz bu vəzifəni ləyaqətlə icra edirsiniz."
Bəli, ölkə prezidenti polisə deyir ki, işinlə, ləyaqətli xidmətinlə xalqın sevgisini qazan, daha nifrətini yox. Ölkənin və vətəndaşın müstəqil, azad və suveren yaşayışı polislərin ayıq-sayıqlığı, ləyaqətli xidməti ilə olmalıdır. Ancaq biz bunun əksini görür, polisi özünüzə real təhlükə sayırıq.
Əgər bu təhlükənin qarşısı vaxtında alınmazsa zamanla dövlət imici kobud formada zədələnib, yaxşı nəticə verməz.
Odur ki, Azərbaycan polisi andına sadiq olmalı, başlıca vəzifəsinin xalqına, vətəndaşına xidmət etməli olduğunu unutmamalıdır. Daha vəzifəli məmurlar kimi davranıb kobud nümunələrlə yadda qalmalı deyil.
Polis özbaşınalığı yoxsa dövlətçiliyə xidmət?
Rəsafil Bayramov
ATATV. AZ xəbər saytının və İctimai Xəbər Agentliyinin rəhbəri

Oxunub: 214
Paylaş:
Digər xəbərlər

sosial / manset

25-02-2023, 10:51

Ordubada polis rəisi təyin edilib

gundem / manset

9-04-2024, 11:24

Şöbə rəisi yeni vəzifəyə təyin edildi

ULUSƏS TV
Son xəbərlər
  • Bu gün, 20:30
    Səyyar Gənclər Xidməti növbəti dayanacağı olan Salyan ilə fəaliyyətinə davam edir
  • Bu gün, 18:40
    ŞƏFFAFLIQ VƏ ƏDALƏT PRİNSİPLƏRİ ÖN PLANDA — İNSAN HÜQUQLARI MÜDAFİƏSİ ŞİRKƏTİNDƏN MÜHÜM HÜQUQİ FƏALİYYƏT
  • Bu gün, 18:13
    “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Səbaildə Ulu Öndər Heydər Əliyevin milli memarlıq irsinə həsr olunan tədbir keçirilib
  • Bu gün, 13:42
    “Dəyişən dünyanın dəyişməz insanları” layihəsində...
  • Bu gün, 12:32
    İlham Əliyevin FIFA prezidenti ilə görüşündən maraqlı
  • Bu gün, 12:28
    Prezident İnfantinonu qəbul etdi
  • Bu gün, 12:16
    “Faiq Məmmədov Qarabağ Universitetində heç vaxt çalışmayıb” - Rəsmi
  • Bu gün, 12:03
    Nazir görüş keçirdi
  • Bu gün, 11:49
    Bakı bu il gözlənilən leysanlara nə dərəcədə hazırdır?
  • Bu gün, 11:44
    Azərbaycanlılara qarşı etnik təmizləmənin BMT müstəvisində müzakirəsi
  • Bu gün, 11:37
    Qazi aşpazın ölüm səbəbi - Şüşəyə yumruq vurubmuş...
  • Bu gün, 11:31
    Konsertdən 1 saat əvvəl xəsarət alsa da, səhnəyə çıxıb
  • Bu gün, 11:26
    Turşu hazırlayarkən yıxıldı - Əlindəki bıçaqdan xəsarət aldı
  • Dünən, 14:53
    Azərbaycan regionda ən rəqabətqabiliyyətli iqtisadiyyata malik ölkədir
  • Dünən, 13:21
    ƏDALƏT, ŞƏFFAFLIQ VƏ HUMANİZM — MƏHKƏMƏ PROSESİNDƏ HÜQUQUN ALİLİYİ
  • Dünən, 10:49
    ANIM GÜNÜ İLƏ BAĞLI GİKM-İN REGİONAL NÜMAYƏNDƏLİK VƏ BÖLMƏLƏRİNDƏ SİLSİLƏ TƏDBİRLƏR KEÇİRİLİB
  • Dünən, 09:28
    Həkimləri çağırışa çatdıran sürücü - Sükan arxasında öldü
  • Dünən, 09:24
    Novxanı- Pirşağı yolunda ağır qəza - 2 nəfər yaralandı - Video
  • Dünən, 09:18
    Bakının bu ərazilərində işıq olmayacaq
  • Dünən, 09:12
    Meloni İlham Əliyevə təşəkkür etdi
  • Dünən, 09:08
    Bioloji yaşlanmanın qarşısını almağın yolu açıqlandı
  • Dünən, 09:02
    İran Hörmüzdə ABŞ-yə məxsus pilotsuz sualtı aparatı ələ keçirdi
  • Dünən, 08:59
    Serbiya Prezidenti istefa verdi
  • Dünən, 08:55
    “Suveren Azərbaycan çoxlarının kabusu və qorxunc röyası idi!” - Elşən Musayev
  • Dünən, 08:40
    Çin İrandan üz çevirir? - Ağ Evdəki görüşün detalları
  • Dünən, 08:36
    “Səfərdən bir xalla qayıtmağımız sevindiricidir” - Ayxan Abbasov
  • 27-09-2026, 21:05
    Ağırlıqqaldırma üzrə tələbələr arasında ilk dünya çempionumuz Tehran Məmmədov Vətənə qayıdıb
  • 27-09-2026, 20:50
    AZƏRBAYCAN RESPUBLİKASI İNSAN HÜQUQLARI MÜDAFİƏSİ, REPUBLIC OF AZERBAIJAN – DEFENDING HUMAN RIGHTS, İnsan Hüquqları Müdafiəsi — Defending Human Rights şirkətinin rəhbəri, Beynəlxalq hüquq müdafiəçisi İsmayıl Zalovdan mühüm bəyanat
  • 27-09-2026, 19:28
    İmişlidə 27 Sentyabr – Anım Günü dərin ehtiramla qeyd olunub
  • 27-09-2026, 15:33
    Əli Nağıyev və Orxan Sultanov Zəfər parkını ziyarət etdi
  • 27-09-2026, 14:45
    “YAP-ın qurultayı növbədənkənar xarakter daşımır”
  • 27-09-2026, 12:35
    “AzərEnerji” və “Azərişıq” rəhbərliyi şəhidlərin xatirəsini andı
  • 27-09-2026, 12:30
    Prezidentlə xanımı Bakıdakı Zəfər parkında
  • 27-09-2026, 12:10
    Əli Əsədov, Sahibə Qafarova və Samir Nuriyev Zəfər parkında
  • 27-09-2026, 12:05
    DİN-in şəxsi heyəti şəhidlərin xatirəsini andı
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə