• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

İllik 10 min manat... - Təhsil haqqı və təhsil xərcinin fərqi nədir?

gundem / ust / manset

10-09-2024, 13:16

İllik 10 min manat... - Təhsil haqqı və təhsil xərcinin fərqi nədir?

"Bu rəqəmlər təhsil haqqı deyil, təhsil xərcləridir. Təhsil haqqı və təhsil xərcinin fərqi ayrıdır. Təhsil haqqı - tələbələrin ali təhsil müəssisəsinə qəbul olduqdan sonra ödədikləri məbləğdir. Bu məbləğ adətən dövlət və ya özəl təhsil müəssisəsi tərəfindən müəyyən edilir və tələbələrin təhsil müddəti boyunca ödədikləri məbləğə daxildir. Təhsil haqqı təhsil müəssisəsinin maliyyə ehtiyaclarını qarşılayır və bu ödənişlərin məbləği çox vaxt təhsil müəssisəsinin maliyyə siyasətinə və təhsil keyfiyyətinə əsaslanır".

Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov Azərbaycanda ən bahalı, illik 10 min manat olan ixtisaslardan danışarkən deyib.

Ekspert bildirib ki, təhsil xərci isə tələbənin təhsil müddətində dövlət və ya təhsil müəssisəsi tərəfindən tələbənin təhsili üçün çəkilən ümumi xərcləri ifadə edir:

"Bu xərclərə müəllimlərin maaşları, tədris materiallarının alınması, infrastrukturun saxlanılması, laboratoriyalar və digər texniki imkanlar daxildir. Təhsil xərci adətən tələbənin təhsili üçün sərf olunan faktiki maliyyə resurslarını əks etdirir. Etiraf edim ki, Azərbaycanda Təhsil Haqqının yüksəkliyi danılmazdır".

Kamran Əsədov bildirib ki, universitetlər aldıqları təhsil haqqının qarşılığında keyfiyyətli bilik və bacarıqlar verə bilmirlər:

"Dünyada musiqi və incəsənət üzrə ixtisaslar üçün təhsil haqqı yüksək olmağa meyllidir. Məsələn, ABŞ-da musiqi ixtisasları üzrə bakalavriat proqramlarının illik təhsil haqqı orta hesabla 20.000-40.000 ABŞ dolları (34.000-68.000 AZN) arasında dəyişir. Avropa ölkələrində isə təhsil haqqı adətən daha aşağı olur, lakin bəzi ölkələrdə yenə də incəsənət ixtisasları üçün ödənişlər yüksəkdir. Almaniya və Fransa kimi bəzi ölkələrdə dövlət universitetləri yerli tələbələrdən təhsil haqqı almır, lakin xarici tələbələr üçün ödənişlər mövcuddur. İngiltərədə isə təhsil haqqı adətən daha yüksəkdir və incəsənət ixtisasları üçün 9.250 funt sterlinq (20.000 AZN) civarında olur".

Azərbaycanla müqayisədə bu rəqəmlərə gəlincə ekspert vurğulayıb ki, bəstəkarlıq, dirijorluq və instrumental ifaçılıq ixtisasları üzrə təhsil haqqı yüksək olsa da, bəzi inkişaf etmiş ölkələrdəki təhsil haqları ilə müqayisədə daha əlverişli görünə bilər:


Ətraflı

"Ancaq Azərbaycanın ümumi iqtisadi vəziyyəti və insanların gəlirləri nəzərə alındıqda bu məbləğ yerli standartlara görə yüksək hesab oluna bilər. İxtisaslar üzrə təhlil edək:

1. Bəstəkarlıq və Dirijorluq - bu ixtisaslar üçün tələb olunan təhsil xərclərinin yüksək olması başa düşüləndir, çünki onlar xüsusi bacarıqlar və təcrübə tələb edən sahələrdir. Əlavə olaraq, bu sahələrdə tədris keyfiyyətini artırmaq üçün peşəkar müəllimlər və xüsusi avadanlıqlar tələb olunur. Nəticədə, bu ixtisasların yüksək təhsil xərcləri də əsaslandırıla bilər.

2. İnstrumental İfaçılıq və Vokal Sənəti - bu ixtisaslar da yüksək təhsil haqqına malikdirlər, çünki onlar da xüsusi təlim, fərdi dərslər və müxtəlif musiqi alətləri ilə təcrübə tələb edir. Tədris prosesində tələbələrin inkişafını izləmək və fərdi yanaşma göstərmək lazım olduğundan, bu sahələrdə də xərclər yüksəkdir".

Ekspertin fikirincə, təhsil haqqının yüksək olması həm təhsil müəssisələri, həm də tələbələr üçün maliyyə yükü yarada bilər:

"Bəzi ölkələrdə bu problem təqaüdlər, subsidiya proqramları və digər maliyyə yardımları vasitəsilə həll edilir. Azərbaycanda da oxşar yanaşmaların tətbiqi mümkündür ki, bu da tələbələrin təhsilə çıxışını təmin edə bilər. Dünya təcrübəsinə əsasən, təhsil haqları ilə bağlı siyasətlərin tələbələrin maliyyə imkanlarını və sosial vəziyyətlərini nəzərə alması, təhsil keyfiyyətini artırmaq üçün daha effektiv ola bilər. Nəzərə alsaq ki, bu ixtisaslar o qədər də işlək və aktual deyil, böyük məbləğlər ayırmaq maliyyə baxımdan rentabelli deyil".

Xatırladaq ki, ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və əsas (baza ali) tibb təhsili səviyyələrində hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı açıqlanıb. Bununla da ölkənin bakalavr pilləsi üzrə ən bahalı ixtisasları da müəyyənləşib.
Bunlar bəstəkarlıq, dirijorluq (sahələr üzrə), İnstrumental ifaçılıq (sahələr üzrə) və vokal sənətidir. Bu ixtisasların illik təhsil xərci 9000 AZN-dir.
Magistratura pilləsi üzrə ən bahalı ixtisaslar isə bəstəkarlıq, dirijorluq və instrumental ifaçılıqdır. Bunların hər birinin illik təhsil xərci 10 min manat təşkil edir.

Bahar Rüstəmli

Oxunub: 71
Paylaş:
Digər xəbərlər

gundem / ust / manset

28-08-2024, 12:14

Bu il hansı tələbələrin təhsil haqqı dövlət tərəfindən ödəniləcək?

ULUSƏS TV
Son xəbərlər
  • Bu gün, 13:16
    “10%-lik vergi fermerlərin işini çətinləşdirə bilər”
  • Bu gün, 13:11
    “Bura danışmaqxana deyil” - Spikerdən deputata irad
  • Bu gün, 12:17
    Yazı makinasından süni intellektə: Azərbaycanda özəl tibbin və tibbi maarifləndirmənin ilk şahidi – Dr. Davud Qüdrətovun xatirələri
  • Bu gün, 12:09
    8 aylıq hamilə qadın öldü
  • Bu gün, 12:04
    “ABB AZAL Miles Business” kartları təqdim olundu
  • Bu gün, 11:59
    İcbari sığorta müqavilələri üzrə bildirişlər artıq “mygov” vasitəsilə də təqdim olunur
  • Bu gün, 11:55
    Uşaqları nəzarətsiz qoymayın! - Nazirlikdən müraciət
  • Bu gün, 11:47
    Orxan Məmmədov Çay Üzü kəndində səyyar qəbul keçirdi - Fotolar
  • Bu gün, 10:48
    Biznes xərclərindən də millər qazandıran “ABB AZAL Miles Business” kartları təqdim olundu
  • Bu gün, 10:42
    Vyanada Azərbaycan icmasının yeni hədəfləri müzakirə olundu
  • Bu gün, 10:35
    BDYPİ-nin YPX Alayının 7-ci tağımının post komandiri Süleyman müəllim: 17 NOYABR – MİLLİ DİRÇƏLİŞ GÜNÜ, AZƏRBAYCANÇILIQ RUHUNUN, MİLLİ HƏMRƏYLİYİN VƏ MÜSTƏQİLLİK ƏZMİNİN BAYRAMI
  • Bu gün, 10:34
    Uşaqları nəzarətsiz qoymayın! - Nazirlikdən müraciət
  • Dünən, 21:29
    Gələcəyin şəhərlərinə gənclərdən innovativ baxış: “İnsanyönümlü şəhərlər” hakatonu başa çatıb
  • Dünən, 15:25
    Azərbaycan Avropanın yaşıl enerji gələcəyinin etibarlı tərəfdaşlarından biri olacaq
  • Dünən, 15:20
    SƏFƏRALİYEV QANBOY ƏHMƏDALI OĞLU – LAÇININ ALXASLI KƏNDİNİN VƏTƏN NAMİNƏ ŞƏHİDLİK ZİRVƏSİNƏ UCALAN İGİD OĞLU!
  • Dünən, 11:10
    “Əks halda bu vəzifə Torala həvalə olunacaq”
  • Dünən, 11:06
    Prezidentin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur - Rəsmi
  • Dünən, 11:00
    Güclü külək ağacı avtomobilin üzərinə aşırdı - Video-Yenilənib
  • Dünən, 10:53
    Milli Qəhrəman Ehtiram Əliyev vəfat etdi
  • Dünən, 10:45
    Yataqxanada meyiti tapılan Elvira ilə bağlı - ATU-dan açıqlama
  • Dünən, 10:39
    Bu ərazilərə qar yağır
  • Dünən, 10:25
    Avtobusla piyadanı vurub öldürdü
  • Dünən, 10:21
    Almaniya Niderlanda, Yunanıstan Serbiyaya qarşı
  • Dünən, 10:18
    Oğurluq edənlər saxlanıldı
  • Dünən, 10:14
    Məktəblərdə payız tətili başladı
  • 15-11-2026, 18:11
    DAVUD QÜDRƏTOV – İNSAN SAĞLAMLIĞINA XİDMƏTİ ÖZÜNƏ MƏSULİYYƏT BİLƏN HƏKİM RƏHBƏR!
  • 15-11-2026, 14:22
    İranın Trampa qarşı sui-qəsd cəhdi planlaşdırdığı bildirilir - KİV
  • 15-11-2026, 14:18
    Arif Mirzəyevin nəşi Azərbaycana gətirildi
  • 15-11-2026, 14:15
    Bayden Zelenski haqda danışdı - Məyusdur
  • 15-11-2026, 14:05
    Bu ərazilərdə su olmayacaq - Xəbərdarlıq
  • 15-11-2026, 14:01
    Yağış yağacaq, külək güclənəcək - Sabahın havası
  • 15-11-2026, 13:58
    Həmin klublar haqda qərar verildi
  • 15-11-2026, 13:54
    Prezident həmkarını təbrik etdi
  • 15-11-2026, 13:51
    Kral qocalıqdan gileyləndi - Məşhur mahnını xatırlatdı
  • 15-11-2026, 13:23
    Mayamidə yük və sərnişin təyyarəsi toqquşdu - Xəsarət alanlar var
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə