• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Medianın cəmiyyət üzərində gücü və rolu - İnformasiyanı necə çatdıraq?

gundem / siyaset / manset

11-01-2025, 13:27

Medianın cəmiyyət üzərində gücü və rolu - İnformasiyanı necə çatdıraq?
(Yazı "İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi" mövzusu üzrə hazırlanıb)

Deyirlər, media cəmiyyətin güzgüsüdür, həm də onu maarifləndirən, istiqamətləndirən bir alətdir. Gənc nəslin tərbiyələndirilməsində, sosiallaşmasında medianın rolu danılmazdır. Bundan başqa, müxtəlif sosial media platformaları da gənclərin inkişafına böyük təsir göstərir.

Qeyd olunur ki, son dövrlər sosial şəbəkə və mətbu orqanlarda gedən məlumatlar gənclərin və uşaqların psixoloji vəziyyətinə müxtəlif mənfi təsirlər göstərir. Bunla bağlı tez-tez müxtəlif tənqidi fikirlər səsləndirilir.

Bəs bunun qarşısını necə almaq olar? Medianın cəmiyyət üzərində mövqeyini gücləndirmək üçün hansı tədbirlər görülməlidir?

Mövzu ilə bağlı Qaynarinfo-ya danışan sosioloq Üzeyir Şəfiyev bildirib ki, bu gün istər çap, istərsə də, onlayn Azərbaycan mətbuatı çox təəssüflər olsun ki, media haqqında qanuna, eləcə də jurnalistlərin peşə etikasına uyğun olmayan bəzi fəaliyyət nümunələri ortaya qoyurlar:



"Mən bu qənaətə media orqanlarının, kütləvi informasiya vasitələrinin kontent təhlili əsasında gəlmişəm. Hesab edirəm ki, özünü media kapitanı adlandıran bəzi mətbu orqanlar var ki, onlarda cinayət aləminin insanları qəhrəmanlaşdırılır, cinayət hallarına subliminal haqq qazandırılır. Bu da psixologiyası bərkiməmiş yeniyetmə və gənclərdə pis təsəvvür yaradır. Həmin gənclərə elə gəlir ki, bu kriminal insanlar düz yaşayıblar, onlar haqda bu qədər yazılar yazılır, hadisələri qəzet manşetlərini bəzəyir. Ona görə də hesab edirəm ki, mətbu orqanlar media haqqında qanuna zidd hərəkət edərək, jurnalist peşə etikasına xilaf çıxırlar".

Üzeyir Şəfiyev qeyd edib ki, cinayət hadisələri və onların qəhrəmanları haqqında yazı verərkən, jurnalist mövqeyi də ortaya qoyulmalıdır:

"Jurnalist qeyd etməlidir ki, o bu həyat tərziylə yaşayıb, cinayətlər törədib, cəmiyyət üçün ictimai təhlükəli şəxsdir. Ortaya bu cür mesaj şəklində jurnalist mövqeyi qoymalıdır. Faktoloji məlumatlar əsasında da deyə bilərəm ki, televiziyalarımızda da vəziyyət belədir.


Bəzi kanallarda cinayət aləminin müxtəlif üzvləri haqqında müxtəlif süjetlər hazırlanır. Hətta bəzən həmin süjetlərdə tanınmış imzalar da çıxıb öz fikirlərini bildirir. Hüquqa, qanuna zidd əməllər törədən insanları efirlərə, mətbuata pozitiv nümunə kimi daşınmamalıdır. Elə nəşr evləri var ki, cinayət aləminin üzvləri ilə bağlı kitablar çap edirlər. Televizyalarda boşanmış qadınlar, uğursuz həyat hekayələri olan şəxslər tamaşaçıya "dərs" deyir. Bu zaman isə həmin verilişə baxan evdar xanım öz həyatına, onun həyatına baxır, müqayisə edir, patriarxal fikirli kişinin də müxtəlif hərəkətlərini yadına salır, psixoloji sarsıntı keçirir. Ümumiyyətlə, dəyərliləri dəyərsizləşdirmək mətbuat üçün çox böyük minusdur".



Həmsöhbətimiz qeyd edib ki, sosial mediada da vəziyyət ürəkaçan deyil:

"Sosial mediada süzgəc mexanizmi tətbiq olunmur. Bir sıra ölkələr sosial media platformalarında "sarı informasiya", hüquqa, əxlaqa zidd paylaşımlar da daxil olmaqla bu kimi informasiyalar üçün süzgəc tətbiq edirlər. Çox yaxşı olardı ki, bu qayda bizdə də tətbiq olunsun. Uşaq və yeniyetmələrin sosiallaşmasında ailədən, bağçadan, orta məktəbdən, ali məktəbdən daha təhrikedici imkan bu gün sosial şəbəkələrdədir. Düşünmək lazımdır ki, sosial şəbəkələr nə qədər sağlamdır, nə qədər sosiallaşmaq üçün münasibdir? Ona görə də sosial şəbəkə fəaliyyətini tənzimləyən ayrıca qanun olmalıdır. Sosial media, sosial şəbəkələrə süzgəc mexanizmi tətbiq olunmalıdır. Televiziya siyasəti dəyişməlidir. Ailə münaqişələri efirlərə daşınmamalıdır. Aqressiv feminizm dalğası adı altında adı "gender bərabərliyi" olan şüarla qadınları kişilərə qarşı qaldırırlar. Klassik ailə dəyərləri dağıdılır. Bu işdə də mətbuatın, televiziyaların rolu var. Bizim mətbuat əfsuslar olsun ki, kütlənin dalınca sürünür. Halbuki mətbuat xalqı arxasınca aparmalıdır. Mətbuatın birinci missiyası maarifləndirmək, yönəltmək, ictimai rəyi hazırlamaq, formalaşdırmaq, ictimai rəyə təsir etməkdir. Amma bu gün mətbuat, kütləvi informasiya vasitələri, televiziyalar reytinq qazanmaq üçün kütlənin "dirijor çubuğu" ilə hərəkət edir".

Üzeyir Şəfiyev qeyd edib ki, bu gün bir çox media orqanlarında informasiyalar "ütülənməmiş", səliqəyə, xalqın maarifləndirilməsinə hesablanmış səviyyəyə salınmamış, emal olunmamış oxucuya, dinləyiciyə təqdim olunur:

"Bu, yolverilməz hadisədir. Sanki media bir cür danışır, başqa cür də hərəkət edir. Media şəxsi məqsədlər, pul, reytinq qazanmaq üçün jurnalistikanın peşə etikasını və medai haqqında qanunu pozmağa meyillidir".




Mediada verilən intihar xəbərləri haqqında da danışan ekspert deyib ki, mətbuat bu cür xəbərlərdən yan keçməlidir:

"Bəzən mətbuatda intihar xəbərləri verilir. Bu zaman intihar edən şəxsin adı, soyadı, necə intihar etməsi və s. haqqında məlumatlar verilir. Bu zaman bir-birini təqlid edən intiharlar artır. Bu isə o deməkdir ki, artıq intihar epidemik səviyyə daşıyır, təsir gücünə malikdir. Belə informasiyalar Avropa ölkələrində, Qərb mediasında açıq formada verilmir. Bu həm jurnalistikanın peşə etikasına, həm konfidensiallıq baxımından, həm də psixoloji təsirlər baxımından ziddir. Ona görə də bu məqamlar nəzərə alınmalıdır. İntiharların böyük qismi məşhurlaşmaq, ucuz şöhrət tələbatından yaranır. Belə olan halda isə bu məlumatları işiqlandıran media sanki intiharlar üçün "oksigen" rolunda çıxış edir. Kriminal jurnalistikanın qanunları var. İstənilən cinayət hadisəsi haqqında məlumat verərkən orda mütləq jurnalist mövqeyi olmalıdır. Həmin hadisənin cəmiyyət, insanlar, uşaqlar, yeniyetmələr üçün fəsadları göstərilməlidir. Göstərilməlidir ki, bir nəfərin cinayəti bütün cəmiyyətə təsir edərək, sosial anemiyanı artırır. Ölkə başçısı 2018-ci ilddə uşaqların zərərli informasiyalardan qorunması haqqında qanun imzalayıb. Lakin media bu cür qanuna da əməl etmir. Onlarla informasiya göstərə bilərəm ki, mətbuatda bu hadəsələrlə bağlı qanun pozuntuları var".

Üzeyir Şəfiyev son olaraq əlavə edib ki, mətbuat buna görə də ilk növbədə media haqqında qanuna diqqətlə baxmalı, jurnalistin peşə etikasına əməl etməli və nəhayət bilməlidir ki, onun vətəndaş mövqeyi də var:

"Əfsuslar olsun ki, bu gün kütlə şüuru mətbuatda da öz əksini tapır, sosial mediadakı pozuntular mediada öz əksini tapır. Mənə elə gəlir ki, mütəmadi olaraq mətbuatda monitoriqlər həyata keçirilməlidir. Bu monitorinqlər zamanı "sarı informasiyalar", hüquqazidd, əxlaqazidd paylaşım edən mətbu orqanlar cərimələnməli, hətta ləğv olunmalıdır. Çünki onlar sosial anemiyanı körükləyir, yaranmasına şərait yaradır. Gənclərə, yeniyetmələrə təsir göstərir. Biz əgər sağlam gələcək istəyiriksə, milli-mənəvi dəyərlərimiz, adət-ənənələrimizi qorumalıyıq".

Günay İlqarqızı

Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Oxunub: 41
Paylaş:
Digər xəbərlər

gundem / ust / manset

7-02-2024, 14:16

Medianın İnkişafı Agentliyi: “Jurnalistin informasiya əldə etmək hüququ heç bir halda məhdudlaşdırılmır”

siyaset / manset

25-04-2023, 11:43

Audiovizual Şura və MEDİA-ya yeni səlahiyyət verilib

gundem / manset

19-01-2023, 14:47

MEDİA İnzibati Xətalar Məcəlləsinə dəyişikliklərlə bağlı açıqlama YAYDI

gundem / ust / manset

19-07-2023, 14:13

Zərdabi ənənələrini qoruyan Azərbaycan mətbuatı

gundem / ust / manset

27-10-2024, 11:52

“Report” İnformasiya Agentliyinin 10 yaşı tamam olur

ULUSƏS TV
Son xəbərlər
  • Bu gün, 14:39
    Yanlış fikir fakt deyil, cinayətdir
  • Bu gün, 11:34
    Tərtərdəki qətlin səbəbi 1 il əvvəlki insident imiş - Detallar
  • Bu gün, 11:30
    FHN-dən hava ilə bağlı əhaliyə - Müraciət
  • Bu gün, 11:27
    Bu gün 52 mindən çox şagird imtahan verəcək
  • Bu gün, 11:24
    “Razılığa gələ bilmədik” - Vens
  • Bu gün, 11:21
    “İslamabad danışıqları uğursuz oldu” - Bəqai
  • Bu gün, 11:18
    “İndi bir məqsədim var, o da “Neftçi”dir” - Vernidub
  • Bu gün, 11:10
    Tərtərdə 27 yaşlı gənc kafedə bıçaqlanaraq öldürüldü - Yenilənib
  • Bu gün, 11:07
    Trampın keçmiş arvadı ilə eşq yaşayır
  • Bu gün, 11:03
    “Hörmüz boğazı tezliklə açılacaq” - Tramp
  • Bu gün, 11:00
    “Bavariya” 54 illik rekordunu yenilədi
  • Bu gün, 10:55
    Folklorşünas alim Elxan Məmmədlinin əziz xatirəsinə yaxın dostu Elşad müəllimdən.
  • Dünən, 20:55
    Füzuli rayonunda “Ağıllı Kənd” layihəsi sürətlə irəliləyir
  • Dünən, 15:50
    Tapdıq Əlibəyli – 65
  • Dünən, 15:12
    Ankarada “Suverenliyimizi Qazanan Şanlı Zəfər” sərgisi keçirilib
  • Dünən, 14:12
    YALAN AYAQ TUTAR, YERİMƏZ
  • Dünən, 13:19
    Qəzalarda 33,6 faiz şəxs bu səbəbdən ölüb
  • Dünən, 13:15
    Masazırda 2 qadın qətlə yetirildi - Adları məlum oldu - Yenilənib
  • Dünən, 13:12
    İtkin kimi axtarılırdı - Restoranda ölübmüş
  • Dünən, 13:08
    7 yaşlı qız kanalda boğuldu
  • Dünən, 13:02
    Azərbaycan millisi Gürcüstanla üz-üzə
  • Dünən, 12:57
    Tiktoker insan alverinə görə həbs olundu
  • Dünən, 12:54
    Azərbaycan Ermənistana 900 tona yaxın dizel göndərir
  • Dünən, 12:51
    Paşinyanın kortejində qəza - 1 ölü, 12 yaralı
  • Dünən, 12:48
    “O gün ən böyük sevgimi itirdim...”
  • Dünən, 12:44
    Neftimiz yenə ucuzlaşdı
  • 10-04-2026, 12:23
    Ağcabədidə Qarabağ və Şərqi Zəngəzur regionundan olan gənclər üçün “Könlüm Qarabağda, Könlüm Zəngəzurda” düşərgəsi başlayıb.
  • 10-04-2026, 11:17
    Fatmayı bələdiyyəsinin sədrinin yalanı üzə çıxıb - 13 hektar sahə...
  • 10-04-2026, 11:11
    Migel Dias-Kanel: "İstefamla bağlı qərarı yalnız Kuba xalqı verə bilər"
  • 10-04-2026, 11:07
    Qurban Nəzirov agentlikdəki vəzifəsini itirdi - YENİ TƏYİNAT
  • 10-04-2026, 11:02
    Azərbaycan Premyer Liqasının XXVII turu bu gün başlayır
  • 10-04-2026, 10:59
    Sürücülərə təkər bazarı ilə bağlı xəbərdarlıq: Alarkən mütləq diqqət edin
  • 10-04-2026, 10:55
    Hasil Abbasov müavini işdən çıxardı, şöbə rəhbərini onun yerinə təyin etdi
  • 10-04-2026, 10:51
    Anar İsrafilov baş həkimi direktor əvəzi təyin etdi
  • 10-04-2026, 10:40
    Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə