• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Bank kartları ilə bağlı problemlər artır: təhlükəsizlik necə təmin olunmalıdır?

gundem / sosial / manset

2-02-2025, 12:19

Bank kartları ilə bağlı problemlər artır: təhlükəsizlik necə təmin olunmalıdır?
Son dövrlərdə Azərbaycanda bank kartları ilə bağlı problemlər artmaqdadır. Kartlardan icazəsiz pul çıxarılması, mobil bank tətbiqlərinin işləməməsi, dələduzluq hallarının çoxalması və xidmət səviyyəsinin aşağı düşməsi vətəndaşlar üçün ciddi narahatlıq yaradır. İnsanlar bank kartlarından istifadə zamanı müxtəlif problemlərlə qarşılaşır, dələduzluq sxemləri isə getdikcə daha mürəkkəbləşir.

Qlobal təcrübə göstərir ki, rəqəmsal ödənişlərin artması ilə kiberhücumlar və fırıldaqçılıq halları da çoxalır. ABŞ, Avropa İttifaqı, Çin və digər inkişaf etmiş dövlətlərin maliyyə bazarlarında bank kartlarının təhlükəsizliyini təmin etmək üçün ciddi tədbirlər görülür. Azərbaycan bank sektorunda da oxşar risklər mövcuddur və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi zəruridir.

Şəhər sakinləri arasında "Report" tərəfindən aparılan sorğu zamanı respondentlər bank kartları ilə bağlı qarşılaşdıqları dələduzluq halları və yaşadıqları problemlər barədə danışıblar. Bəzi vətəndaşlar kartlarından icazəsiz pul çıxarıldığını, hətta bank əməkdaşlarının belə bu cür fırıldaqçılığın qurbanına çevrildiyini bildiriblər.


Bank kartlarının təhlükəsiz istifadəsi

Azərbaycan Banklar Assosiasiyasından (ABA) "Report”un sorğusuna cavab olaraq bildirilib ki, bank kartlarından istifadə zamanı təhlükəsizliyin təmin olunması üçün həm müştərilər, həm də banklar müəyyən qaydalara ciddi əməl etməlidir.

ABA bank müştərilərinə tövsiyə edir ki, təhlükəsizliyi təmin etmək məqsədilə kart yalnız sahibinə şəxsiyyət vəsiqəsi əsasında verilməli, üçüncü şəxslərə ötürülməməlidir: "Şəxsi məlumatların qorunması çox vacibdir. Bu səbəbdən PIN kod yalnız kart sahibinə təqdim edilməli və gizli saxlanılmalıdır. Telefon, e-poçt və ya digər vasitələrlə paylaşılması yolverilməzdir. Kartın aktivləşdirilməsi yalnız kart sahibi tərəfindən aparılmalı, itki və ya oğurluq halında dərhal banka məlumat verilməlidir".

Assosiasiyanın açıqlamasına görə, bank əməliyyatlarının təhlükəsizliyini təmin etmək üçün iki faktorlu identifikasiya sistemlərindən istifadə edilməli, şübhəli əməliyyatları bloklamaq üçün anti-fraud sistemləri tətbiq olunmalıdır: "Məlumatların şifrələnməsi təmin edilməli və yalnız icazəli şəxslərin bu məlumatlara çıxışı olmalıdır. Banklar müştərilərin şəxsi məlumatlarını qorumaq üçün həmçinin beynəlxalq təhlükəsizlik standartlarına riayət etməlidir".

Azərbaycanda bank kartlarına kiber hücumlar qeydə alınıbmı?

"Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Elvin Abbasov "Report"a bildirib ki, Azərbaycanda bank kartlarına qarşı birbaşa kiber hücumlar müşahidə olunmayıb: "Lakin vətəndaşların OTP kodlarının (birdəfəlik şifrələrin) ələ keçirilməsi yolu ilə vəsaitlərinin oğurlanması halları geniş yayılıb və bu cür dələduzluq halları artmaqdadır".

E. Abbasov vurğulayıb ki, bank və ya hüquq-mühafizə orqanları heç vaxt vətəndaşlardan OTP kodlarını və ya digər məxfi məlumatları telefon vasitəsilə istəmir, müştərilər bu cür hallara qarşı diqqətli olmalıdırlar.

O əlavə edib ki, ölkədəki prosessinq mərkəzləri Mərkəzi Bankdan lisenziya alaraq fəaliyyət göstərir və ISO 27001 standartına uyğun təhlükəsizlik tədbirləri həyata keçirir: "Banklar bu tələblərə uyğun işləməli və müştəri məlumatlarının qorunmasını təmin etməlidirlər”.

Ətraflı
Ad - 00:13
Bankların məsuliyyəti və müştərilərin məlumatlandırılması

E. Abbasovun fikrincə, banklar və digər maliyyə qurumları təhlükəsizlik sistemlərinə kifayət qədər investisiya ayırmalı və müştəriləri baş verən risklər barədə mütəmadi məlumatlandırmalıdır:

"Kiber hücumlardan tam qorunmaq mümkün deyil. Heç bir sistem 100 % təhlükəsiz deyil, lakin banklar təhlükəsizlik tədbirlərini gücləndirərək müştərilərinə daha etibarlı xidmət göstərməlidir. ISO 27001 standartına əsasən, banklar baş verən insidentlər barədə ictimaiyyəti məlumatlandırmalıdır”.

Mütəxəssislər bildirirlər ki, bank müştəriləri şəxsi məlumatlarını qorumaq üçün diqqətli olmalı, şübhəli zənglərə və mesajlara qarşı ayıq-sayıq davranmalıdırlar. Bankların isə təhlükəsizlik standartlarına əməl edərək kiber riskləri minimuma endirməsi vacibdir.

Bank əməliyyatlarında etibarlılıq necə təmin edilir?

Azərbaycanda ən böyük prosessinq mərkəzi olan "Azərikard”dan "Report”a bildirilib ki, şirkətin əsas məqsədi tərəfdaş bankların fəaliyyətini təhlükəsiz və yüksək səviyyədə dəstəkləməkdir.

Mərkəzdən verilən məlumata görə, "Azərikard” beynəlxalq ödəniş sistemləri və Mərkəzi Bankın tələblərinə tam uyğun olaraq fəaliyyət göstərir:

"Təhlükəsizlik tədbirləri çərçivəsində FPS (Fraud Prevention Services) sistemi tətbiq edilib. Bu sistem tərəfdaş banklara informasiya təhlükəsizliyinin təmin olunması üçün təqdim edilir. FPS müştəri məlumatlarının qorunmasını və əməliyyatların təhlükəsizliyini təmin edən qabaqcıl vasitələrdən biridir. Bundan əlavə, "Azərikard” ISO/IEC 27001:2022 beynəlxalq sertifikatını əldə edib ki, bu da təhlükəsizlik tədbirlərinin daha da təkmilləşdirilməsinə təkan verib”.

Şirkət təhlükəsizlik sahəsində insan resurslarının təliminə və texniki imkanların genişləndirilməsinə xüsusi diqqət yetirdiyini də bildirir: "SOC (Security Operations Center) və MSSP (Managed Security Service Provider) kimi təhlükəsizlik sistemləri tətbiq edilib. İnfrastruktur və avadanlıq sahəsinə isə yatırılan investisiyalar hər il artır".

Bank təhlükəsizliyində əsas amillər

Mütəxəssislərin fikrincə, bankların təhlükəsizlik qaydalarına ciddi riayət etməsi, müasir texnologiyaların tətbiqi və müştərilərin maarifləndirilməsi bank kartlarının təhlükəsizliyini təmin edən əsas amillərdir. Vətəndaşlara isə kart məlumatlarını heç kimlə paylaşmamaq, şübhəli əməliyyatlara qarşı diqqətli olmaq və bank bildirişlərini və OTP kodlarını yalnız rəsmi kanallar vasitəsilə yoxlamaq tövsiyə olunur.

Son zamanlar kart istifadəçilərin qarşılaşdığı hallar onu göstərir ki, bankların təhlükəsizlik sistemlərini davamlı olaraq təkmilləşdirməsi və müştərilərinə qarşı daha şəffaf yanaşma sərgiləməsi çox vacibdir. Bununla yanaşı, təhlükəsizliyin və etibarlılığın qorunması üçün isə həm fərdi istifadəçilər, həm də banklar bu qaydalara əməl etsə və innovativ təhlükəsizlik texnologiyalarına investisiya yatırsalar kartlara kiber hücumların sayının minimuma endirilməsi mümkün olar.

Oxunub: 135
Paylaş:
Digər xəbərlər

gundem / ust / manset

12-07-2023, 11:07

Yardım məqsədi ilə paylaşılan bank kartlarından oğurluqlar edən şəxs ƏLƏ KEÇDİ

iqtisadiyyat / manset

31-07-2024, 12:24

“ƏDV geri al” adı ilə də dələduzluq edilir - Xəbərdarlıq

iqtisadiyyat / manset

8-01-2023, 10:52

Pulumuzu harda saxlayaq: Yastığın altı daha təhlükəsizdir, yoxsa bank kartları? – ARAŞDIRMA

iqtisadiyyat / manset

19-01-2024, 11:56

“Muğan Bank”ın ipoteka kreditləri portfeli altı banka ötürülüb

gundem / ust / manset

27-08-2024, 12:34

Əhaliyə xəbərdarlıq: Bank kartlarınızdan pul oğurlana bilər

ULUSƏS TV
Son xəbərlər
  • 18-10-2026, 10:38
    Azərbaycan və Özbəkistan həmkarlar ittifaqları arasında Memorandum imzalanıb
  • Bu gün, 10:37
    Səday Alıyevə cinayət işi açıldı - Üç milyonluq mənimsəmə
  • Bu gün, 10:24
    Elmarla Emin başqa cinayətə görə də axtarışda imiş...
  • Bu gün, 10:17
    Qətlə yetirilən “Ceyhun Sabunçu”nun əsl adı Cəlal imiş - Rəsmi
  • Bu gün, 10:13
    Xərçəng peyvəndi ölüm riskini yarıyadək azaldıb
  • Bu gün, 10:07
    Tramp Nikkini təriflədi - Ağ Ev onu mətbuat katibi “təyin etdi”
  • Bu gün, 10:01
    Üçüncü dəfə “Qızıl Top”u qazandı - Fotolar
  • Bu gün, 09:56
    Dünyanın ən böyük elektrik gəmisi xidmətə başladı - Fotolar
  • Bu gün, 09:51
    Bu ərazilərdə işıq olmayacaq - Yenilənib
  • Bu gün, 09:46
    Qızıldan yol salırlar - Dünyada ilk
  • Bu gün, 09:44
    Seçkidə uduzduqdan sonra pasportları əlindən alındı - Ölkədən çıxışı qadağan edildi
  • Bu gün, 09:40
    “ABŞ danışıqlara ciddi yanaşırsa, 7 şərti qəbul etməlidir”
  • Dünən, 10:29
    Bu küçədə hərəkət məhdudlaşdırılır
  • Dünən, 10:24
    Kimlərin pensiyalarına əlavələr ediləcək?
  • Dünən, 10:20
    “AzInTelecom” tərəfindən 85 mindən çox saxta IMEI kod bloklanıb
  • Dünən, 10:16
    Partiyasının seçkilərdə məğlub olduğunu açıqladı
  • Dünən, 10:10
    Lula da Silva yenidən Prezident seçildi
  • Dünən, 10:03
    14 yolda tıxac var - Sürücülərin nəzərinə!
  • Dünən, 09:58
    Bu ərazilərdə işıq olmayacaq
  • Dünən, 09:54
    Səudiyyə Ərəbistanında raket qalıqları evlər olan əraziyə düşdü - Yaralılar var
  • Dünən, 09:49
    Sumqayıtda kəmər partlayıb, evləri su basıb - Video
  • Dünən, 09:43
    Əfqanıstanda güclü zəlzələ oldu
  • 25-10-2026, 19:59
    Girnədən Bakıya qələbə yolu: Azərbaycan idmançılarının üçqat zəfəri
  • 25-10-2026, 13:27
    XİN-dən Qazaxıstan paylaşımı
  • 25-10-2026, 13:19
    Prezidentin futbolçularla görüşündə maraqlı anlar
  • 25-10-2026, 13:11
    Bolqarıstanda prezident seçkiləri keçirilir
  • 25-10-2026, 12:59
    FHN silsilə maarifləndirmə tədbirləri keçirib
  • 25-10-2026, 12:54
    Rövşən Nəcəf 7 nömrəli forma ilə millimizə dəstək olmağa gəldi
  • 25-10-2026, 12:48
    İnfantino İlham Əliyevə təşəkkür etdi
  • 24-10-2026, 17:38
    Qubadlıda dirçəliş: Böyük Qayıdışın yeni mərhələsi
  • 24-10-2026, 12:34
    XİN-dən BMT Günü ilə bağlı paylaşım
  • 24-10-2026, 12:30
    “İran xaricdəki amerikalı diplomatlara sui-qəsd hazırlayır” - KİV
  • 24-10-2026, 12:20
    “Şəfa” “Kəpəz”ə, “Neftçi” “Turan Tovuz”a qarşı
  • 24-10-2026, 12:16
    Sürücülərin nəzərinə!
  • 24-10-2026, 11:22
    Bakıda FIFA DÇ həyəcanı başlayır
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə