• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Yazıçı Matevosyan, siyasətçi Paşinyan və...

gundem / manset

11-02-2025, 12:11

Yazıçı Matevosyan, siyasətçi Paşinyan və...
Kim nə deyirsə desin, amma insanlar unutqan deyillər. Onlar nə yaxşılıqları, nə də pislikləri unudurlar. Bizim insanlarımız da belədir.

Hətta sovetin vaxtında belə onlar ermənilərin azərbaycanlılara, ümumiyyətlə, türklərə qarşı törətdikləri vəhşilikləri unutmamışdılar, baxmayaraq ki, erməni-azəri dostluğu və qardaşlığı haqqında kitablar, boğazdan yuxarı yazılar, hətta nəğmələr – mahnılar baş alıb gedirdi.

Yox, yaşlı insanların hər şey yaddaşında qalmışdı. Bizim indiki Hacıqabul rayonunun yuxarısında məşhur Pir Hüseyn məqbərəsi var, hansı ki, elə indi də ən müqəddəs pirlərdən-ziyarətgahlardan sayılır.

Sovetin vaxtında qoca nənələrimiz, babalarımız danışırdılar ki, erməni cəlladları savaş zamanı bu məqbərəyə qədər gəlib çıxıblarmış.

Onlar deyirdilər ki, ermənilər insanları Pirə toplayır, od vurub yandırıblarmış. Doğrusu, bunun nə qədər həqiqət olduğunu bilmirəm, amma ermənilərin ora qədər gəlməsi, insanları qırması və Pir Hüseyn məqbərəsinə od vurub yandırması dəqiqdir...

İndi bunları niyə deyirəm? O vaxt ermənilərin vəhşiliklərilə bağlı faktları bütün təfərrüatları ilə bilməsək də, məsələn, 26-ların, Stepan Şaumyan kimilərin əməllərindən xəbərdar olamasaq da, bütün hallarda, onlara qarşı münasibətimiz heç də pozitiv deyildi, ən azı ehtiyatlıydı, lap məşhur məsəldə deyilən kimi: itlə dostluq elə, çomağını yerə qoyma!

Fəqət şəxsi təcrübəmizdə o vaxt bir olay oldu ki, hələ də yadımızda qalıb.

Ötən əsrin yetmişinci ilərinin sonu, ya da səksəninci illərinin lap əvvəlləri olardı. Biz o vaxt hələ məktəbli idik. "Azərbaycan” ədəbi jurnalında Qrant Matevosyan adlı erməni yazıçısının, yanılmıramsa, "İlxı” adlı povesti, daha doğrusu, onun bir hissəsi çap olunmuşdu.

Onda hamımız "Azərbaycan” jurnalını az qala, A-dan Z-yə qədər oxuyurduq. Əsərin əvvəllində yazıçı Matevosyan haqda qısa məlumat da vardı.
Qərəz, bunları oxudum. İnanmazsınız, ağlıma gələn ilk sual bu oldu ki, doğrudanmı, ermənilər də bütün insanlar kimidir? Yəni onlar da lap adi insanlardır?..

Nə isə! Sonradan Moskvaya təhsil almağa getdim. Daha sonra isə bütün bu hadisələr baş verdi.

Bəli, yenidən ermənilərlə müharibə aparmalı olduq, təzədən onların vəhşiliklərinə tuş gəldik! İnsanlarımız Ermənistandan tamamilə qovuldu, torpaqlarımız işğal olundu!

Amma mən yazıçı Qrant Matevosyanı unutmamışdım. O vaxt Azərbaycan Xalq Cəbhəsinə, "Azadlıq” qəzetinə gələn gənc yazıçı və şairlərə ədəbiyyatdan söhbət düşəndə yazçı Qrant Matevosyan haqqında da danışırdım və deyirdim ki, adam onu oxuyanda az qala, inanmağa başlayır ki, sanki ermənilər də dünyanın bütün adi adamları kimidir, lap az qala, adama oxşayırlar, halbuki o vaxt ermənilərin törətdikləri bütün yeni vəhşiliklərdən insanlar elə şeylər danışırdı ki, adam istər-istəməz bircə nəticəyə gəlirdi: ermənilər vəhşidirlər və Qrant kimi yazıçıların da yazdıqları yalandan-uydurmadan başqa bir şey deyil!

Bütün hallarda, ədəbiyyat ədəbiyyatdır və hələ heç kim müəyyən edə bilməyib ki, o, reallığa nə qədər adekvatdır, povestlərdə, romanlarda yazılanlar nə qədər həyatidir! Ona görə də bir də ayılıb gördüm ki bəs bizim gənc yazarlar "matevosyanşünaslıqda” məndən də irəli gediblər – mən onun bir yarımçıq povestini oxumuşdum, bunlarsa digər əsərlərini də tapıb oxuyublar.

Bir detal indiki yadımdadır. Bir dəfə metroda ədəbiyyata yaxın bir jurnalist dostumla rastlaşdım. İnanmazsınız, düz qatardan düşənə qədər Matevosyanın "Camış” hekayəsi haqda danışdı mənə!

Mənimsə hələ də yaddaşımda qalan Qrant Matevosyanla başqa "haqq-hesabım” vardı: düşünürdüm ki, bu cür yazıçılar, ümumiyyətlə, ziyalılar öz ermənilərinin vəhşiliklərinə etirazlarını bildirməlidir, əlbəttə, əgər onlar öz yazdıqlarına inanırdılarsa, bu yazılarda zərrə qədər həqiqət və səmimiyyət vardısa...

Amma olmadı! Mən Matevosyanın da bu illər ərzində hər hansı etiraz bəyanatı haqqında eşitmədim. Çox təəssüf!..

İndi yenidən yuxarıdakı suala qayıdıram: bunları niyə dedim? Nikol bugünlərdə yenə də bildirdi ki, sülhdən başqa seçimimiz yoxdur. Amma məndə bilmirəm, neçənci dəfə eyni sual yarandı: Nikol, siz ermənilərə inanmaq olarmı?

Bəli, o, sülh ritorikasını mənimsəyib, bəzən lap "sülh göyərçini” kimi danışır. Amma onun vədləri, ritorik bəyanatları üzərində siyasət qura bilmərik, bizə konkret əməllər lazımdır, elə özünün də dediyi kimi: sülhə institusional məzmun verilməlidir. Bəs nə vaxt olacaq bütün bunlar?

Bu adam həm də ona görə sülh məzmunlu bəyanatlar verir ki, bunu ondan yeni partnyorları da - Qərb də (zənnimcə, daha çox ABŞ!) tələb edir, çünki bir az əvvəl, vaxtilə Paşinyan Dağlıq Qarabağ separatçılarına qoşulub müharibə ritorikasına meydan verəndə Qərb, xüsusən ABŞ ona heç bir diqqət göstərməmişdi, ona görə ki, bu ölkələrin strateqləri uşaq deyil, onlar da başa düşür ki, İrəvanı Rusiyanın ağuşundan qoparmaqçün onun ilk növbədə regional siyasətini dəyişmək, Azərbaycan, Türkiyəylə münasibətlərində ciddi dönüş yaratmaq lazımdır.

Həm də dəfələrlə yazmışıq ki, Qərb, xüsusən də ABŞ heç vaxt tək Gürcüstanla və ya Ermənistanla siyasət qurmayacaq, onlar bütöv Cənubi Qafqazla işləmək istəyir, əlbəttə, Tramp bu yanaşmaya da çox ciddi dəyişikliklər etməsə - axı o, post-sovet məkanına da az qala, Rusiyanın həyati, hətta qanuni maraq sferası kimi baxır!

Amma Tramp da əbədi deyil, hətta çox şeyi deformasiya etməyə müvəffəq olsa belə, dörd ildən sonra çıxıb gedəcək və onu başqası əvəz edəcək.
Əsas odur ki, Cənubi Qafqaz ölkələri özləri bu məsələlərdə ardıcıl olsunlar. Amma olacaqlarmı? Hazırda bu regionda çox ciddi proseslər gedir, hətta post-sovet məkanının böyük bir çevrəsində böyük gərginlik yaşanır: Ukrayna Rusiyayla vuruşmaqda davam edir, Ermənistanla Rusiya arasında münasibətlər gərgin olaraq qalır, hətta Azərabaycan və Rusiya arasında böyük soyuqluq müşahidə olunur.

Azərbaycanla bağlı onu deyək ki, münasibətlərin təyyarə faciəsindən sonra soyuması güman edilir, amma biz Suriya əlindən çıxandan sonra Rusiyanın hansısa fokus çıxaracığnı gözləyirdik, həm də ona görə ki, bundan bir az əvvəl Azərbaycanda ən yüksək səviyyədə bəyan edilmişıdi ki, Bakının inteqrasiya istiqaməti türk dünayası olacaq.

Əlbəttə, bu, Rusiyanın diqqətini çəkməyə bilməzdi – təsadüfi deyil ki, bəzi rusiyalı siyasətçilər indi deyirlər ki, Azərbaycan heç bir vaxt bizim müttəfiqimiz olmayıb, o, Türkiyənin müttəfiqidir!

Ən pardoksal olanı budur ki, belə vəziyyətdə Tiflis özünün geosiyasi orientasiyasına yenidən baxmağa qərar verdi, regional siyasətini təftiş etməyə, Rusiya ilə ən azı iqtisadi münasibətlərə yenidən baxmağa qərar verdi. Kimə lazımdır bunlar? Gürcüstana, yoxsa ki, İvanişvili dəstəsinə?

Hüseynbala Səlimov

Oxunub: 54
Paylaş:
Digər xəbərlər

gundem / manset

9-01-2025, 11:35

Məlum və naməlum Ter-Petrosyan...

gundem / ust / manset

28-09-2024, 13:31

Harrisin erməni icmasına verdiyi sözə politoloqlardan reaksiya

gundem / manset

24-02-2024, 15:20

Xocalı faciəsinin şahidi: “Yaşadığımız ağrı-acıları qazandığımız tarixi Zəfərin sevinci əvəz edib”

gundem / ust / manset

1-07-2024, 11:41

Zəng edib insanları aldadırlar: Yeni dələduzluq növü yayılıb

gundem / siyaset / ust / manset

21-08-2023, 10:31

Deputat: “Ermənilər özlərinin genetik kodlarının əsirinə çevriliblər” - ŞƏRH

ULUSƏS TV
Son xəbərlər
  • Bu gün, 11:50
    ZAHİD HƏBİBOĞLU — 55
  • Bu gün, 11:46
    Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - Siyahı
  • Bu gün, 11:41
    Rəsmən boşandılar - 250 min avroluq aliment tələbi rədd edildi
  • Bu gün, 11:36
    Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi
  • Bu gün, 11:32
    “Azeri Light” ucuzlaşdı
  • Bu gün, 11:29
    Moskvanın 4 aeroportunda uçuşlar dayandırıldı
  • Bu gün, 11:22
    Pilləkəndən yıxılıb öldü
  • Bu gün, 11:18
    “O münaqişəni 2 günə həll etdim, Putin inana bilmirdi”
  • Bu gün, 11:14
    Daha 4 cüdoçumuz tatamiyə çıxır
  • Bu gün, 11:10
    “Mükafatı heç kimin tanımadığı bir adama verdilər”
  • Bu gün, 11:06
    Yollarda duman var - Sürücülərin nəzərinə!
  • Dünən, 11:56
    Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Rusiya, İrlandiya, İsrail və Azərbaycan — Bakıda bir ideya ətrafında səkkiz ölkə
  • Dünən, 10:21
    Prezident MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında - Fotolar
  • Dünən, 10:16
    Zelim Kotsoyev mübarizəyə başlayır
  • Dünən, 10:13
    Bu marşrutların hərəkət istiqaməti dəyişdirildi
  • Dünən, 10:09
    “Kəpəz” “Araz-Naxçıvan”a, “Neftçi” “Sabah”a qarşı
  • Dünən, 10:06
    “7 aylıq hamilə olduğumu biləndə mənimlə müqavilə bağlamadılar” - Açıqlama
  • Dünən, 09:59
    “Mənim təşəbbüsümlə Trampı Nobel Sülh Mükafatına birgə namizəd göstərmişik”
  • Dünən, 09:55
    “ABŞ İrana qarşı yeni hücum planları hazırlayır”
  • Dünən, 09:51
    İnsanların gözü qarşısında edam ediləcək - 90 il sonra ilk dəfə
  • Dünən, 09:47
    Bu kənddə qadınlar daha uzun yaşayır
  • Dünən, 09:43
    “Hücumlara hazır olun, ehtiyat toplayın”
  • 8-10-2026, 16:30
    TƏBİB – insan sağlamlığına və vətəndaş məmnunluğuna xidmət edən mühüm səhiyyə qurumu
  • 8-10-2026, 14:06
    ZAKİR FƏRƏCOVDAN MƏDƏNİYYƏTƏ VƏ ŞAİRƏ DİQQƏT – VÜQAR RAHİ İLƏ SƏMİMİ GÖRÜŞ
  • 8-10-2026, 13:00
    Vətənə və xalqa sədaqət andı...
  • 8-10-2026, 10:30
    Neftimiz bahalaşdı
  • 8-10-2026, 10:28
    Daha dörd cüdoçumuz mübarizəyə başlayır
  • 8-10-2026, 10:22
    Prezident Türkmənistandadır - Fotolar
  • 8-10-2026, 10:14
    “SABAH.city”də AzTU-nun süni intellekt əsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq
  • 8-10-2026, 10:07
    Süni intellekt xəstələrə dərman təyin etməyə başladı
  • 8-10-2026, 10:02
    Zaman artıq nüvə ilə ölçüləcək - Yeni saat növü yaradıldı
  • 8-10-2026, 09:57
    “49 yaşına qədər oynayacaq, çıxsa, daha yaxşı olmazdımı?” - Ronaldonu tənqid etdi
  • 8-10-2026, 09:53
    Minlərlə insandan əllərini üzdülər...
  • 8-10-2026, 09:49
    İran ABŞ-yə cavabını belə çatdıracaq
  • 8-10-2026, 09:44
    Sevgilisini və 3 uşağını öldürüb intihar etdi
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə