• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Sayları artsa da, bəziləri artıq işləmir

gundem / manset

9-03-2025, 10:10

Sayları artsa da, bəziləri artıq işləmir

Elektromobillər artıq həyatımızın reallığıdır. Hər gün onlardan istifadə edənlərin sayı artır. Lakin sürücülər enerji doldurma məntəqələrinin azlığından şikayətlənirlər. Xüsusilə də rayonlarda. Statistika isə deyir ki, Azərbaycanda 195 məntəqədə 430 elektrik doldurma cihazı quraşdırılıb. Artan tələbat fonunda bu say yetərlidirmi? Ümumiyyətlə, bu sahədə mövcud vəziyyət necədir?

Bloger İlkin Mustafayev deyir ki, özü dəfələrlə rayonlara elektromobili ilə gedib və heç bir problem yaşamayıb: "Beş ildən artıqdır ki, elektromobil istifadə edirəm. Rayonlara rahat şəkildə getmək olur. İlk vaxtlar avtomobil alanda şarj stansiyaları demək olar ki, yox idi. Ümumi 20-yə yaxın stansiya vardı”. Blogerin sözlərinə görə, burada əsas məsələ şarj stansiyalarının quraşdırılması deyil, fəaliyyət göstərməsidir: "Bir il öncəyə baxdıqda, mövcud rəqəmdən üç dəfə az şarj stansiyası var idi. Hazırda isə stansiyaların sayı artsa da, bir çox ərazilərdə solan stansiyalar sıradan çıxmış vəziyyətdədir. Davamlı olaraq, stansiyalara texniki qulluq işlərinin aparılmasına gərək var. Çünki Çindən alınan bu stansiyalar tez sıradan çıxır. İşlək vəziyyətdə olan stansiyalarda isə elektromobillərlə əlaqələnmədə müxtəlif çətinliklər yaranır. Bunlar da texniki təmir işləri və ya yazılım xətaları səbəbindən olur”.

Bloger bildirir ki, rayon yollarında müxtəlif ərazilərdə şarj stansiyalarının quraşdırılmasının şahidi oluruq. Hətta Şuşa, Xankəndi kimi işğaldan azad olunmuş yaşayış məntəqələrində də bu hal müşahidə edilir. Amma "Azərişıq” tərəfindən quraşdırılmış bu stansiyaların heç biri aktiv vəziyyətdə deyil: "Kiçik batareya həcmli elektromobil ilə bu ərazilərə səyahət edən istənilən şəxs işləməyən bu stansiyalar səbəbindən ciddi problemlər yaşaya bilər”.

İ.Mustafayev bildirib ki, bu kimi problemlər rəsmi şirkətdən alınmamış aparatlarda ortaya çıxır: "Şarj stansiyaları kifayət qədər ciddi ölçüdə enerji ötürürlər. Bu səbəbdən stansiyalar mütləq şəkildə qlobal bazarda öz sözünü demiş və təhlükəsizlik standartlarına ciddi cavab verən markalardan alınmalıdır. İdxal edilib, quraşdırılan stansiyaların bir çoxu mənşəyi bilinməyən, Çin satış saytları sayəsində alınan və heç bir markası olmayan stansiyalardır. Bu stansiyalar nəinki gələcəkdə, indi də müxtəlif problemlərə gətirib çıxarır. Stansiyaların işləməməsi, yüksək istiliyin müşahidəsi, daha az enerji ötürməsi, ən əsası, elektromobillərin batareyalarının ömrünün azalması ciddi problemdir. Bu məsələdə mütləq nəzarət mexanizmi olmalıdır”.

Blogerin fikrincə, rayonlarda enerji gücü nisbətən zəif olduğu üçün bu ərazilərdə daha az şarj stansiyaları ilə rastlaşırıq: "Çünki şarj stansiyaları kifayət qədər böyük həcmdə enerji ötürmə gücünə malikdir və bu enerjini ötürə bilən transformatorlar mövcud olmalıdır. Hazırda ikinci və üçüncü səviyyə enerji doldurma stansiyaları həm idxal rüsumundan, həm də ƏDV-dən azaddır. Təbii ki, bu, kifayət qədər böyük dəstəkdir. Qonşu ölkələrə baxdıqda bu cür güzəştlərin heç birini onlarda görə bilmərik. Amma quraşdırılma məsələsinə gəldikdə, bu zaman özəl şirkətlərin ciddi problemləri yaranır. Stansiyanın ötürə biləcəyi gücdə transformatorları olan ərazilər tapmaqda çətinlik çəkirlər, müxtəlif qurumlardan bu stansiyaları quraşdırmaq üçün icazələrin alınması da uzun prosesdir. Həmçinin enerji alışı ilə bağlı kifayət qədər rüsum tələb edilir”.

İ.Mustafayevin sözlərinə görə, stansiyaların yerləri ilə bağlı da problemlər var. Bir çox hallarda stansiyalar dayanmaq üçün təhlükəli yerlərdədir. Bəzi hallarda isə onların yaxınlığında heç bir iaşə obyekti olmur: "Şarj etmək istəyən şəxs minimum 15, maksimum 50 dəqiqə orada dayanmalıdır. Bu, gecə vaxtına düşdükdə vəziyyət daha da çətinləşir”.

Nəqliyyat eksperti Eldəniz Cəfərovun fikrincə, sahibkarlar üçün regionlarda məntəqə yaratmaq elə də əlverişli deyil: "Elektromobillərin şarj cihazları da rüsumlardan azad edilib ki, sahibkarlar ölkədə enerji doldurma məntəqələrinin yaradılmasında maraqlı olsunlar. Təxminən 12 sahibkar enerji doldurma məntəqələrinin yaradılmasında iştirak edib. Sadəcə, rentabellik baxımından, əsasən Bakı şəhərində quraşdırırlar. Yaxşı olardı ki, bölgələr də enerji doldurma məntəqələri ilə təmin edilsin. Xüsusən də Bakıdan uzaqda, sərhəd ərazilərdə yerləşən rayonlar”.
E.Cəfərov bildirdi ki, sahibkarlar üçün stimullaşdırıcı addımlar atılmalıdır: "Bunlar tarifdə güzəştlər, subsidiyalar ola bilər. Özəl sektorun hazırda bu sahədəki fəaliyyəti qismən qənaətbəxşdir”.

Ekspert avtomobili cihaza qoşarkən yarana biləcək təhlükələrdən də bəhs etdi: "Elektromobillərin müxtəlif standartları mövcuddur. Ölkəmizdə əsasən Avropa standartı qəbul edilib. Bu səbəbdən də əksər enerji doldurma məntəqələri bu standartladır. Amma ölkəmizdə digər standartlara məxsus elektromobillər də mövcuddur. Vətəndaşın Çin standartına uyğun maşını Avropa standartlı cihaza qoşması düzgün deyil”.

Mənbə: "Kaspi" qəzeti

Oxunub: 18
Paylaş:
Digər xəbərlər

gundem / manset

21-02-2025, 09:59

Hazırda respublikanın avtomobil yollarında vəziyyət necədir?

gundem / ust / manset

22-09-2024, 14:59

Avtomobillər qəfildən niyə yanır?

gundem / manset

5-03-2024, 10:46

Bakıda yeni metro stansiyası neçənci ildə istifadəyə veriləcək? - AÇIQLAMA

iqtisadiyyat / manset

23-01-2025, 10:22

Bakıda çox şeyi dəyişəcək yeniliklər - Metro xətləri nə vaxt ayrılacaq?

sosial / manset

27-12-2023, 10:54

Yerli istehsal olan avtomobillərə maraq niyə AZDIR?

ULUSƏS TV
Son xəbərlər
  • Dünən, 13:16
    “10%-lik vergi fermerlərin işini çətinləşdirə bilər”
  • Dünən, 13:11
    “Bura danışmaqxana deyil” - Spikerdən deputata irad
  • Dünən, 12:17
    Yazı makinasından süni intellektə: Azərbaycanda özəl tibbin və tibbi maarifləndirmənin ilk şahidi – Dr. Davud Qüdrətovun xatirələri
  • Dünən, 12:09
    8 aylıq hamilə qadın öldü
  • Dünən, 12:04
    “ABB AZAL Miles Business” kartları təqdim olundu
  • Dünən, 11:59
    İcbari sığorta müqavilələri üzrə bildirişlər artıq “mygov” vasitəsilə də təqdim olunur
  • Dünən, 11:55
    Uşaqları nəzarətsiz qoymayın! - Nazirlikdən müraciət
  • Dünən, 11:47
    Orxan Məmmədov Çay Üzü kəndində səyyar qəbul keçirdi - Fotolar
  • Dünən, 10:48
    Biznes xərclərindən də millər qazandıran “ABB AZAL Miles Business” kartları təqdim olundu
  • Dünən, 10:42
    Vyanada Azərbaycan icmasının yeni hədəfləri müzakirə olundu
  • Dünən, 10:35
    BDYPİ-nin YPX Alayının 7-ci tağımının post komandiri Süleyman müəllim: 17 NOYABR – MİLLİ DİRÇƏLİŞ GÜNÜ, AZƏRBAYCANÇILIQ RUHUNUN, MİLLİ HƏMRƏYLİYİN VƏ MÜSTƏQİLLİK ƏZMİNİN BAYRAMI
  • Dünən, 10:34
    Uşaqları nəzarətsiz qoymayın! - Nazirlikdən müraciət
  • 16-11-2026, 21:29
    Gələcəyin şəhərlərinə gənclərdən innovativ baxış: “İnsanyönümlü şəhərlər” hakatonu başa çatıb
  • 16-11-2026, 15:25
    Azərbaycan Avropanın yaşıl enerji gələcəyinin etibarlı tərəfdaşlarından biri olacaq
  • 16-11-2026, 15:20
    SƏFƏRALİYEV QANBOY ƏHMƏDALI OĞLU – LAÇININ ALXASLI KƏNDİNİN VƏTƏN NAMİNƏ ŞƏHİDLİK ZİRVƏSİNƏ UCALAN İGİD OĞLU!
  • 16-11-2026, 11:10
    “Əks halda bu vəzifə Torala həvalə olunacaq”
  • 16-11-2026, 11:06
    Prezidentin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur - Rəsmi
  • 16-11-2026, 11:00
    Güclü külək ağacı avtomobilin üzərinə aşırdı - Video-Yenilənib
  • 16-11-2026, 10:53
    Milli Qəhrəman Ehtiram Əliyev vəfat etdi
  • 16-11-2026, 10:45
    Yataqxanada meyiti tapılan Elvira ilə bağlı - ATU-dan açıqlama
  • 16-11-2026, 10:39
    Bu ərazilərə qar yağır
  • 16-11-2026, 10:25
    Avtobusla piyadanı vurub öldürdü
  • 16-11-2026, 10:21
    Almaniya Niderlanda, Yunanıstan Serbiyaya qarşı
  • 16-11-2026, 10:18
    Oğurluq edənlər saxlanıldı
  • 16-11-2026, 10:14
    Məktəblərdə payız tətili başladı
  • 15-11-2026, 18:11
    DAVUD QÜDRƏTOV – İNSAN SAĞLAMLIĞINA XİDMƏTİ ÖZÜNƏ MƏSULİYYƏT BİLƏN HƏKİM RƏHBƏR!
  • 15-11-2026, 14:22
    İranın Trampa qarşı sui-qəsd cəhdi planlaşdırdığı bildirilir - KİV
  • 15-11-2026, 14:18
    Arif Mirzəyevin nəşi Azərbaycana gətirildi
  • 15-11-2026, 14:15
    Bayden Zelenski haqda danışdı - Məyusdur
  • 15-11-2026, 14:05
    Bu ərazilərdə su olmayacaq - Xəbərdarlıq
  • 15-11-2026, 14:01
    Yağış yağacaq, külək güclənəcək - Sabahın havası
  • 15-11-2026, 13:58
    Həmin klublar haqda qərar verildi
  • 15-11-2026, 13:54
    Prezident həmkarını təbrik etdi
  • 15-11-2026, 13:51
    Kral qocalıqdan gileyləndi - Məşhur mahnını xatırlatdı
  • 15-11-2026, 13:23
    Mayamidə yük və sərnişin təyyarəsi toqquşdu - Xəsarət alanlar var
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə