• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Kəlbəcərdə ilk hotel fəaliyyətə başladı

gundem / ust / manset

14-03-2025, 16:42

Kəlbəcərdə ilk hotel fəaliyyətə başladı
İşğaldan azad olunmuş ərazilərimizdə quruculuq işləri davam edir.

Metbuat.az xəbər verir ki, bu il tarixi Zəfərin beşinci ildönümü qeyd ediləcək. Ötən müddətdə minlərlə keçmiş məcburi köçkün doğma yurda qovuşmağın sevincini yaşayıb.
Ətraflı

Ads by
0
Reklamınızı SmartBee ilə effektiv edin.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı üzrə yenidən qurulan kənd və şəhərlərdə sakinlər üçün hər cür şərait yaradılır. Proqrama Qarabağda və Şərqi Zəngəzurda müxtəlif sahələr üzrə ən müasir infrastrukturun qurulması, o cümlədən istirahət mərkəzlərinin yaradılması da daxildir.

Bu gün Şuşa, Kəlbəcər, Laçın, Zəngilan və digər rayonlarımızda olarkən bu torpaqların gözəlliyindən, təbiətindən ilham almamaq qeyri-mümkündür. Azad yurd yerlərində turizmin bir çox növlərinin – ekoturizm, dağ turizmi, qış turizmi, sağlamlıq turizminin inkişafı üçün böyük imkanlar var.

Kəlbəcər həm təbiəti, həm də qədim tarixi baxımından unikal məkan, ilahi möcüzədir. Göz oxşayan meşələri, dağları, şəfalı otları və çiçəkləri oranı ziyarət edən hər kəs üçün bir məlhəmdir. Kiçik Qafqazın mərkəzi hissəsində yerləşən diyarın qədim abidələri, füsunkar təbiəti turizm potensialının geniş və istifadə üçün əlverişli olduğunu göstərir. İstisu kurortu hələ sovetlər dövründə sağlamlıq turizmi ocağı kimi məşhur olub. İşğal dövründə dağılan məkan bu gün yenidən qurulur. Səfalı diyarın Yuxarı İstisu, Aşağı İstisu, Qarasu, Qotursu, Keşdək, Mozçay, Bağırsaq kimi tərkibi faydalı minerallarla zəngin bulaq və çayları, yerin dərin qatlarından qaynayaraq fışqıran termal suları Azərbaycana yenə dünya şöhrəti gətirəcək.

İnfrastruktur işləri çərçivəsində Qarabağda və Şərqi Zəngəzurda hotellərin və digər turizm xidməti müəssisələri şəbəkəsinin genişləndirilməsi, bölgənin tarixi, mədəni və mənəvi irsinin dünyada təbliği üçün müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, beynəlxalq turizm sərgilərində bölgənin tanıdılması da vacib şərtlərdir.

Son bir neçə ildə Şuşada və Zəngilanda istifadəyə verilən hotellər qonaqlara yüksək səviyyəli xidmət göstərir. Bu yaxınlarda Kəlbəcərdə də ilk hotel fəaliyyətə başlayıb.

Kəlbəcər rayonunun Çapar kəndində yerləşən Xan bağı hoteli (“Khan Garden Hotel”) böyük şəhərlərin səs-küyündən sonra istirahət üçün gözəl məkandır. 2, 4, 6 və 8 nəfərlik otaqlar hər cür şəraitlə (o cümlədən Wi-Fi, TV, kondisioner) təmin olunub. Qonaqların rahat gəlməsi üçün portal xidməti də məkan tərəfindən həyata keçirilir.

Hotel İstisu kompleksinə yaxınlıqda yerləşir. Gəzinti üçün əlverişlidir. Ərazidəki restoranda geniş çeşiddə, əsasən milli mətbəx nümunələri təqdim edilir. Müxtəlif əyləncələr, ailəvi vaxt keçirmək üçün söhbətgahlar qurulub. Balıq tutmağı sevənlər buradakı gölə üz tuta bilərlər. Ərazidə gecə-gündüz, 24 saat təhlükəsizlik və nəzarət xidməti var.

Azadlığa qovusan Vətən torpaqları dövlət tərəfindən dirçəldilir. 2024-cü ildə təsdiq edilən “Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planı”na əsasən burada da tikinti-quruculuq işləri sürətlə davam etdirilir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə İsveçrənin mövcud istiqamətdə ixtisaslaşmış “Sa Partners” şirkəti və Bakı Dövlət Layihə İnstitutunun birgə hazırladığı Baş Planın mərhələlərlə icrası Kəlbəcəri tarixi irsin və müasirliyin vəhdətində, təbiət qoynunda möhtəşəm bir şəhərə çevirəcək.

Oxunub: 10
Paylaş:
Digər xəbərlər

gundem / ust / manset

11-01-2024, 21:17

Azad olunan ərazilərə bu il ilk köçün tarixi açıqlanıb

siyaset / manset

19-02-2025, 10:53

Prezident Xankəndidə “Bulud” hotelin açılışında iştirak etdi - Yenilənib

gundem / sosial / bolge / manset

18-01-2025, 11:13

Növbəti köç karvanı Cəbrayıla yola salındı

gundem / ust / manset

10-10-2023, 15:32

Nazir: “İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış” Proqramı dövlətimizin əsas prioritetləri sırasındadır”

sosial / manset

26-09-2024, 10:58

Cəbrayıla ilk köç karvanı yola salındı

ULUSƏS TV
Son xəbərlər
  • Dünən, 21:07
    Gülnara Həmidova: ŞAHİN BABAYEVİN ƏZİZ XATİRƏSİ QƏLBİMİZDƏ DAİM YAŞAYACAQ – BİR İLİN AĞRISI, BİR ÖMRÜN UNUDULMAZ İZLƏRİ...
  • Dünən, 14:12
    “Seliverstov” 200 minlik dələduzluğunu ifşa edən İsrail vətəndaşlarına qarşı şər-böhtan kampaniyasina başlayıb
  • Dünən, 12:08
    Prezident polşalı həmkarına məktub göndərdi
  • Dünən, 12:03
    XİN-dən Atatürkün anım günü ilə bağlı - Paylaşım
  • Dünən, 11:59
    Maşın dərəyə aşdı - Ölən və yaralananlar var - Yenilənib
  • Dünən, 11:55
    Rusiyaya qarşı yeni sanksiyalar paketini açıqladı - 38 qurum, 24 şəxs...
  • Dünən, 11:51
    Hörmüz 8 milyard qarşılığında açılacaq? - Tehrandan cavab
  • Dünən, 11:46
    Paşinyan Fransaya getdi
  • Dünən, 11:41
    Bu baş versə, tarixin ən bahalı boşanması olacaq
  • Dünən, 11:18
    Xankəndi stadionunda keçiriləcək ilk oyunun - Vaxtı açıqlandı
  • Dünən, 11:05
    MÜDAFİƏ YAZISI ŞƏLALƏ HÜSEYNOVANIN FƏALİYYƏTİ İLƏ BAĞLI İDDİALARI TƏKZİB EDİRMİ? – XEВERMEDİA.İNFO-DAN SƏRT CAVAB!
  • Dünən, 10:58
    ABŞ İran təhdidinə görə təcili hərəkətə keçdi
  • 9-11-2026, 19:53
    ГЛУБОКИЕ СОБОЛЕЗНОВАНИЯ
  • 9-11-2026, 18:01
    “İMZA” İctimai Birliyi tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
  • 9-11-2026, 13:10
    Bayraq Günümüzə sözardı...
  • 9-11-2026, 11:43
    “Eşq olsun Azərbaycan Bayrağına!” - Video
  • 9-11-2026, 11:37
    Şəkidə Zəfər Günü münasibətilə bayram tədbiri keçirilib - Fotolar
  • 9-11-2026, 11:30
    Bəzi ərazilərə qar yağır - Faktiki hava
  • 9-11-2026, 11:23
    Türkiyə XİN Azərbaycanı belə təbrik etdi - Foto
  • 9-11-2026, 11:18
    Tovuzda Zəfər Günü böyük təntənə ilə qeyd olunub - Fotolar
  • 9-11-2026, 11:13
    Yeməkdən sonra yuxulamağın səbəbi bəlli oldu - Bu qidaları azaldın
  • 9-11-2026, 11:07
    Çində yaşayış kompleksində güclü yanğın - 14 nəfər öldü
  • 9-11-2026, 10:51
    Üçrəngli Bayrağımız müstəqilliyimizin, milli qürurumuzun və Zəfərimizin əbədi rəmzidir
  • 9-11-2026, 10:38
    Ehtiyatda olan polkovnik Elmar Hüseynov: “Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə 44 günlük Zəfər tariximiz şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı və xalq-ordu birliyi ilə yazıldı!”
  • 8-11-2026, 20:22
    Zəfər Günü GİKM-in regional bölmələrində silsilə tədbirlərlə qeyd olunub
  • 8-11-2026, 15:37
    ПОЗДРАВЛЕНИЕ БРАТСКОМУ АЗЕРБАЙДЖАНСКОМУ НАРОДУ С ДНЁМ ПОБЕДЫ — 8 НОЯБРЯ!
  • 8-11-2026, 15:19
    AYB və AJB-nin üzvü Şamil Cəfər: 8 NOYABR – MİLLİ QÜRURUMUZUN, DÖVLƏTİMİZİN GÜCÜNÜN VƏ XALQIMIZIN MƏĞLUBEDİLMƏZLİYİNİN TƏNTƏNƏSİ!
  • 8-11-2026, 14:37
    "Merhemet.TV" internet televiziyasının təsisçisi, baş direktoru və Mərhəmət jurnalı-nın baş redaktoru Gülnara Həmidova: 8 NOYABR – ŞƏHİDLƏRİN QANI, ƏSGƏRLƏRİN HÜNNƏTİ VƏ XALQIN İRADƏSİ İLƏ YAZILAN ZƏFƏR TARİXİ!
  • 8-11-2026, 14:23
    “Xezertv.info”-nun Baş redaktoru Fərid Səfərov: 8 NOYABR – MİLLİ QÜRURUMUZUN, QƏHRƏMANLIĞIMIZIN VƏ TARİXİ ƏDALƏTİN TƏNTƏNƏSİ!
  • 8-11-2026, 13:48
    Zeferyolu.az-ın rəhbəri Jalə Ağakişiqızı: 8 NOYABR – QALİB XALQIN QÜRUR GÜNÜ, AZƏRBAYCANIN ƏBƏDİ ZƏFƏR SALNAMƏSİ!
  • 8-11-2026, 12:34
    İlham Əliyev Xankəndidə Zəfər abidəsini ziyarət etdi - Fotolar
  • 8-11-2026, 12:26
    “Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar”
  • 8-11-2026, 12:17
    Tokayev Əliyevi təbrik etdi
  • 8-11-2026, 12:12
    Şahbaz Şərifdən Zəfər Günü təbriki
  • 8-11-2026, 12:08
    Zakir Həsənov və Kərim Vəliyev şəhid ailələri ilə görüşdü - Fotolar
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə