Paytaxtın Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, 1987-ci il təvəllüdlü Şahin Mehtiyev və qardaşı 1986-cı il təvəllüdlü Tofiqə bıçaqla bədən xəsarətləri yetirilib. Onlar Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər.
Hadisənin 1989-cu il təvəllüdlü Amil Tağıvev tərəfindən dünən axşam saat 21 radələrində 28 May qəsəbəsi, Yeni Yaşayış massivində küçədə törədilməsi müəyyən edilib.
Faktla bağlı Binəqədi RPİ-də araşdırma aparılır.