• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Cənnətdənsə, Cəhənnəmi bəyəndim... - Giriş pulludur!

gundem / sosial / manset

12-07-2025, 12:08

Cənnətdənsə, Cəhənnəmi bəyəndim... - Giriş pulludur!
Bura gözübağlı gətirilsəm, heç vaxt “haradayam?” sualını verməzdim. Hava limanından enər-enməz səni qucaqlayıb öpən isti hava beynində təxmini bir fikir formalaşdırır. Təsadüfə bax, gözünü açanda burada da qarşına 33 seriyalı avtomobillər çıxır. Fikrini qətiləşdirmək istəyirsən, birdən yadına düşür ki, axı Kürdəmirin aeroportu yoxdur.

Səfərin davamında “Cənnət”lə “Cəhənnəmi” də görəcəyik. Amma bunun üçün ölməyə gərək yoxdur. AZAL-ın yeni açdığı müntəzəm reysə bilet almaq yetərlidir.

Çukurova hava limanından 45 dəqiqəlik məsafədə yerləşən Mersin Türkiyənin ən böyük liman şəhərlərindən biri olmaqla yanaşı, ölkənin əsas kənd təsərrüfatı və ixrac mərkəzlərindəndir. İlin çox hissəsi isti və günəşli keçir. Üstəlik, Aralıq dənizi iqlimi ilə şəhər tropik və subtropik bitkilərin yetişdirilməsi üçün əla şərait yaradır. Buna görə də yol boyu banan, kivi, anans, limon kimi meyvə bağlarına, palma ağaclarına, hətta, daşın üstündə bitən kaktuslara rast gələ bilərsiniz.

Axşam yeməyi üçün şəhərin ən gözəl məkanlarından biri “Mersin Marina”dayıq. Bura 20 km uzunluğu olan Mersin bulvarında yerləşir və əhatəsində restoranları, yaxtaları, alış-veriş mərkəzlərini cəmləşdirir.

Restoran dəniz təamlarının dadına baxdıqdan sonra Aralıq səni öz seyrəngahına çağırır. Mənzərə bir anlıq İbrahim Tatlısəsin məşhur mahnısı yada salır:

“Akdeniz akşamları bir başka oluyor,

Hele bir de aylardan Temmuz (red.-iyul) ise bir başka...”

Romantik axşamı burada yekunlaşdırırıq.

Səhər ilk ünvanımız Kanlıdivanedir.

Kanlıdivane 19-cu əsrin ortalarında fransız səyyahı Viktor Lanqlois tərəfindən kəşf edilib və şəhər 1970-ci illərdə qazıntılar zamanı aşkar olunub. Kanlıdivane adının mənşəyi ilə bağlı iki ehtimal var. Birincisi odur ki, addakı “qanlı” hissə şəhərin qədim adı olan Kanitellisdən və ya yağış suları ilə torpaq rənginə boyanmış çuxurdakı relyeflərin qırmızımtıl rəngindən, “divan” hissəsi isə zaman-zaman burada yaşayan türkmən icmalarının divan adlanan məclislərindən yarana bilər.

İkinci versiya isə Roma dövründə cinayətkarların çuxura atılaraq vəhşi heyvanlara yem edilməsi ilə bağlıdır.

Olba krallığının müqəddəs yaşayış yeri olan şəhərin tarixi eramızdan əvvəl III əsrə gedib çıxır. Şəhər, ən aktiv dövrünü Roma İmperiyasında, tərəqqisini isə eramızın 4-cü əsrində yaşayıb.

Olba tarixinin ən məşhur siması Kraliça Abadır. Onun ailə üzvləri üçün Kanlıdivanedə türbə tikilib. Burada ona məxsus kitabə də mövcuddur.

Kanlıdivaneyə əcnəbi qonaqlar üçün giriş qiyməti 3 avro təşkil edir. Əvəzində isə özünüzü bir tarixin içində hiss edirsiniz.

Növbəti dayanacaq Cənnət və Cəhənnəm mağaralarıdır.

Bizi müşayiət edən avtobus sürücüsünün adı Sezaidir. Əslən Mardindən olsa da, uzun illərdir Mersində yaşayır.

Üç nəvəsi var. Təqaüdə çıxdıqdan sonra, turizm şirkətində çalışır. Pensiya məbləğinin onun üçün yetərli olmadığını bu yaşda işləməsi ilə yanaşı, bir mağazada gördüyü oyuncağın qiymətini öyrənib tez oradan çıxmasına görə dəqiqləşdirirəm.

Nəvəsinə almaq istəyirmiş, qiyməti 2000 TL (84 AZN) idi.

“Yapacak bir şey yok, onun yerine beni sevsin”, - deyərək gülümsədi...

Cənnət və Cəhənnəm mağaraları Silifke rayon mərkəzindən 25 km məsafədə yerləşir. Bura xaricdən gələn qonaqlar üçün giriş 12 avrodur (red.-24 AZN).

Bu ərazidə hər biri qayalı, geniş və dərin çuxurlardan ibarət iki təbiət möcüzəsi yerləşir. Bu çuxurlar minilliklər ərzində qurunt sularının əriməsi və əhəng daşının boşaldılması nəticəsində zədələnmiş tavanın çökməsi ilə əmələ gəlib. Zaman keçdikcə iki boşluq birləşərək, nəhayət, indiki yeraltı mağara dərəsini əmələ gətirir. Bu çuxurlar müqəddəs sayılır və antik dövrdə istifadə olunurdu.

Əvvəlcə Cəhənnəm barədə...

Fani hesab olunan dünyada dini inanclara görə hansı əməllər səbəbindən Cəhhənnəmə yol göründüyünü az-çox bilirik. Biri sizə “Cəhənnəmə get!” desə və təbii ki, Mersini nəzərdə tutsa, əmin olun ki, çətin, qorxulu bir şey deyil. Bir neçə metr getdikdən sonra Cəhənnəm çuxurunu görə bilərsiniz. Ziyarətçilər enməsi qeyri-mümkün olan Cəhənnəm çuxurunu şüşəli müşahidə terrasından da seyr edə bilərlər.

Amma Cənnətə düşmək hər iki mənada çətindir. Məsələn, Mersində bunun üçün 452 pilləkən aşağı enməlisən ki, bu da müəyyən fiziki güc tələb edir. Yəni, burada Cənnət Cəhənnəm kimi, Cəhənnəm də Cənnət kimidir... Bu baxımdan rahatlığına görə Cəhənnəmi daha çox bəyəndim.

Buna görə də yaşlı insanlara, valideynlərə körpə uşaqlara o çuxura enmək tövsiyə olunmur. Baxmayaraq ki, geri qayıtmaq üçün lift fəaliyyət göstərir.

Cənnət mağarasının içində, mağaranın düz girişində kilsə tikilib. Kilsənin girişinin üstündəki dördsətirlik kitabə bu kilsənin Müqəddəs Məryəmin şərəfinə Paul adlı dindar bir şəxs tərəfindən sifariş edildiyini göstərir. Kilsə təxminən eramızın 5-ci əsrinə aiddir.

Cəhənnəmin dərinliyi 128, Cənnətdə isə bu rəqəm 135 metrdir.

Bu məkanda tər tökdükdən sonra Aralıq dənizinin “plyaj”ında dincəlmək yerinə düşər. Səfər edərkən vaxt itkisi olmasın deyə elə qeyd etdiyim məkanlara daha yaxın hotel seçmək və ya ev kirayələmək daha doğru olar. Erdemli və Silifke rayonları bu baxımdan əlverişlidir.

Burada olarkən dörd bir tərəfi dəniz suları ilə əhatə olunmuş Kız Kulesinə getməyin də ayrı ləzzəti var. Dəniz suyu o qədər şəffafdır ki, dayazda üzən xırda balıqları gözlə görmək mümkündür. Çimərliyindəki səliqə-səhmana da söz ala bilməz.

Mersin Türkiyənin 11-ci ən böyük şəhəridir. Buradan Antalyaya 6 saatlıq yoldur. Bu isə ölkədə şəhərlər arasında ən böyük məsafə hesab olunur.

Geri qayıdarkən diqqətimi çox sadə şəkildə salınmış yerüstü piyada keçidi çəkir.

Bir anlıq Bakıda Ukrayna dairəsi yaxınlığındakı Çin səddinə bənzər yerüstü piyada keçidi ilə müqayisə edirəm. Və belə qənaətə gəlirəm ki, onsuz da bizdən keçib, paytaxtımızdakı o keçid daha çox gələcək nəsilə tarixi bir abidə kimi xatirə qalacaq...

O keçidi keçənə qədər də Cəhənnəmi görüb gəlirsən...

AZAL Milli mətbuatın 150 illiyi münasibətilə Türkiyənin Mersin və Adana şəhərlərinə mediatur təşkil edib. Odur ki, yazının davamı günəşə güllə atanların şəhərindən - Adanadan olacaq...

Emin Səfərov, Mersin.












Oxunub: 3
Paylaş:
Digər xəbərlər

dunya / manset

6-06-2023, 08:18

Tbilisidə yeni hava limanı inşa olunacaq

sosial / manset

21-04-2024, 11:48

Azərbaycanda 31 dərəcə isti olub - FAKTİKİ HAVA

gundem / ust / manset

18-06-2024, 11:40

Bəzi rayonlarda 38 dərəcə isti olub - Faktiki hava

gundem / sosial

5-07-2024, 14:43

İsti hava şəraiti müşahidə olunur

sosial / manset

22-06-2024, 11:50

Bu gün Bakıda 32° isti olacaq - Faktiki hava

ULUSƏS TV
Son xəbərlər
  • Dünən, 12:23
    Ağcabədidə Qarabağ və Şərqi Zəngəzur regionundan olan gənclər üçün “Könlüm Qarabağda, Könlüm Zəngəzurda” düşərgəsi başlayıb.
  • Dünən, 11:17
    Fatmayı bələdiyyəsinin sədrinin yalanı üzə çıxıb - 13 hektar sahə...
  • Dünən, 11:11
    Migel Dias-Kanel: "İstefamla bağlı qərarı yalnız Kuba xalqı verə bilər"
  • Dünən, 11:07
    Qurban Nəzirov agentlikdəki vəzifəsini itirdi - YENİ TƏYİNAT
  • Dünən, 11:02
    Azərbaycan Premyer Liqasının XXVII turu bu gün başlayır
  • Dünən, 10:59
    Sürücülərə təkər bazarı ilə bağlı xəbərdarlıq: Alarkən mütləq diqqət edin
  • Dünən, 10:55
    Hasil Abbasov müavini işdən çıxardı, şöbə rəhbərini onun yerinə təyin etdi
  • Dünən, 10:51
    Anar İsrafilov baş həkimi direktor əvəzi təyin etdi
  • Dünən, 10:40
    Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
  • Dünən, 10:36
    Gəlir vergisi artıq belə bəyan ediləcək
  • Dünən, 10:32
    Azərbaycan nefti 5 dollara yaxın bahalaşdı - Yeni qiymət
  • 9-04-2026, 20:06
    Elm, təcrübə və gələcək peşələr: Şirvan məktəblilərinin istehsalatla tanışlığı
  • 9-04-2026, 17:27
    İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
  • 9-04-2026, 17:15
    Müharibə əlilinin sosial hüquqlarının bərpası ilə bağlı açıq müraciəti
  • 9-04-2026, 16:37
    Tahir Gözel Müşahidə Şurasının sədri oldu
  • 9-04-2026, 16:34
    Rəis müavini təyin olundu, general-mayor rütbəsi verildi
  • 9-04-2026, 14:29
    Sadə dəyişikliklə sağlamlıq: Bir çimdik kakao ilə səhər içdiyiniz kofe daha faydalı ola bilər
  • 9-04-2026, 14:25
    Yaşar Əməşov rəis müavini təyin edildi
  • 9-04-2026, 14:13
    AFFA Ehtiram Quliyevi 15 min cərimələdi
  • 9-04-2026, 13:24
    "Yeni Klinika"da xəstə ölümünə görə - Həkimə hökm oxundu
  • 9-04-2026, 12:50
    Prezident Litvanın Baş nazirini və türk naziri qəbul etdi
  • 9-04-2026, 11:51
    GİKM tərəfindən infosessiyalar vasitəsilə 2000-dən çox gənc əhatə olunub.
  • 9-04-2026, 11:01
    Prezident və birinci xanım Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak etdi
  • 9-04-2026, 10:56
    Gömrük sahəsində malların ikipilləli buraxılış mexanizmi tətbiq olunacaq
  • 9-04-2026, 10:52
    Azərbaycanda bəzi şəxslərin maaşlarında artımlar olacaq
  • 9-04-2026, 10:46
    Azərbaycan nefti 20 dollardan çox ucuzlaşdı
  • 8-04-2026, 18:31
    Tapdıq Əlibəyli - 65
  • 8-04-2026, 15:15
    Qərbi Azərbaycan Amasiya rayon İcmasında Özbəkistan və Tacikistandan gələn şairlər, yazıçılarla görüş keçirildi.
  • 8-04-2026, 14:17
    Bir neçə qurumun Müşahidə Şurasında dəyişiklik - Prezidentdən sərəncamlar
  • 8-04-2026, 14:12
    6 milyonluq yeyinti edən Abşeron - Xızı regional Təhsil İdarəsinin müdiri İlhamə abdullayeva ilə bağlı ŞOK
  • 8-04-2026, 13:47
    İkitərəfli münasibətlərdə yeni strateji inkişaf istiqamətləri - DEPUTAT
  • 8-04-2026, 13:42
    Xırdalanda 1 saylı orta məktəbdə nə baş verir? — Məktəb direktoru pul yığımına başlayıb
  • 8-04-2026, 09:37
    Vaşinqtonda Trampla görüşəcək
  • 8-04-2026, 09:29
    ABŞ-nin tam və qəti qələbə qazandığını bəyan etdi
  • 8-04-2026, 09:26
    “ABŞ-İran atəşkəsi Livanı əhatə etmir”
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə