• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

ÖLÜM - BAHARLA PAYIZIN GÖZƏLLİYİTƏK

gundem / medeniyyet / manset

13-12-2025, 17:31

ÖLÜM - BAHARLA PAYIZIN GÖZƏLLİYİTƏK
Ömrün zaman xəzanı var, yazı var,
Kədər-sevinc çoxluğu var, azı var,
Köç üstündə əcəlin də nazı var...
Allah, mənə gözəlini qismət et!..

Dəyişdirilməsi əlimizdə olmayan bir həqiqət, hər bir canlının dadacağı bir hadisə - ölüm insanın hər zaman düşündüyü mövzu olmaqla, təbii ki, mənəvi dəyərlər kontekstində də yetərincə mütəhərrik və təsirlidir.

Şirini, acını duyub yazıram;
Sevinci - kədəri əkiz dünyanın.
Ruhum göylərdəsə, köçə hazıram,
Gəlimi - gedimi əziz dünyanın ...

Ölümə Məhəmməd Peyğəmbərin “Doğulmaq ölmək üçündür” kəlamına dayaqlanmaqla ulularımızın, aqillərimizin, müdriklərimizin təfəkkür süzgəcindən süzülüb gələn “Ölmək haqdır” atalar sözünün və fikir daşıyıcılarının təfəkkür işığında düşüncələrimi bölüşmək istərdim.
Həyatın olum-ölüm gerçəkliyinin vəhdət gözəlliyini özündə əxz edən bir şeirimdə yazmışam:

Gözümə, könlümə köçən gözəllik -
Tanrıdan boy alan bir əzəlilik.
Gəlimdən gedimə yol - əbədilik...
Baharla payızın gözəlliyitək.

Yarpaq gözəlliyi -baharın hökmü,
Xəzan gözəlliyi - yarpaq tökümü,
Gəlimin gedimi - ilkə dönümü...
Baharla payızın gözəlliyitək.

Bu şeirlə bağlı, müəllimim, qələm dostum, yazıçı-publisist Səyadulla Kərimlinin özünəmxsusluğu ilə diqqət çəkən bir fikrini qeyd etmək yerinə düşər: “Sual doğur: Tanrıdan boy alan əzəli gözəllik, “gəlimin gedimi-ilkə dönümü” niyə məhz baharla payızın gözəlliyinə bənzədilir? Fikrin müstəqimliyindən məcaziliyinə keçid edək. Birinci bəndin birinci beytində “görüntülənən” gözəllik gözdən könülə köçən olduğuna görə zahiridir. Yəni Tanrının aləmə bəxş elədiyi gözlə gördüyümüz bütün gözəlliklər. Birinci bəndin üçüncü misrası isə ruhi məqamla bağlanır və “görüntülənən” lə vəhdətdədir.

İkinci bənddə iki fəsil (yarpaq - xəzan) eyniləşdirilir. Bu məntiqə söykənib şeirin ehtiva etdiyi irfani mənanı anlamaq olar: Baharda təbiət canlanır, tumurcuqlar yarpaqlanır ... ağaclar çiçəkləyir. Payız isə bar fəslidir, yəni payız nəticədir... Deməli, insanın dünyaya gəlişi - bahar, axirətə dönüşü-payız... Bax, bu müqayisədən qaynaqlanır şairin “baharla payızın gözəlliyi tək” irfan qənaəti”.

Məntiqi olaraq ölümün gözəlliyi Ulu Yaradanın iradəsilə əcəl mələyinin - Əzrayılın “vədəsində”, məqamında gəlməsi və olum-yaşam zamanındakı necəlikdən-əməldən keçir. Bir bənddə dediyim kimi:

İkicə kəlmədir ömrün qazancı:
Birisi “rəhmət”dir, o biri “lənət”.
Biri açımaqsa, birisə acı…
Hər kəsin əməli özünə qismət.

S. Kərimlinin bu bəndə verdiyi izah da sözügedən mövzu baxımından maraq doğurur: “Ömürdə nə qazanırsan?-sualına şair başqa bir şeirində özü də cavab verir: “omrün qazancı”nı “rəhmət”, və “lənət”də görür. “Rəhmət”- savab əməllər, xeyir işlər, halallıq; “lənət”- rəzil əməllər, şər işlər, günahdan qaynaqlanır .

“Rəhmət”-cənnət xoşbəxtliyi ilə müjdədirsə, “lənət”-cəhənnəm əzabının xəbərdarlığıdır.

“Bəli, günah qazanan və qazandığı günahlarla əhatə olunan şəxslər cəhənnəmlikdirlər və orada həmişəlik qalacaqlar. İman gətirənlər və yaxşı işlər görənlər isə behiştlikdirlər və orada əbədi olacaqlar.” (Qurani-Kərim, Bəqərə surəsi, ayə 81-82)”

Yaman da, yaxşı da gedir,
Cavan da, yaşlı da gedir...
Qara torpaq açıb qucaq,
Arif də, naşı da gedir.

Fikir daşıyıcılarının daim diqqət mərkəzində olan bu mövzuya üz tutması özünüdərkdən keçir. Təbii ki, bu cəhət yüksək nəzəri və praktiki savada, dünyagörüşə malik olma ilə yanaşı şəxsiyyəti səciyyələndirən xaliqə məhəbbət, xilqətə mərhəmət xisləti, humanist kredo ilə şərtlənir.
Əslində ölümün özündə bir gözəllik var. Bəlkə də, ölüm gözəlliyin zirvəsidir. İnsan doğmaları, məhrəmləri dünyadan köçəndən sonra onların əvəzolunmazlığını dərk edir. Nə qədər ki, onlar həyatdadır, o qədər də dəyərləndirə bilmirik... Zaman gəlir əlçatmazlıq, ünyetməzlik varlığımızı bürüyür, dünyasını dəyişənlərimiz üçün burnumuzun ucu göynəyir... Ölüm onlarlı həyatımızın gözəlliyini bizə diktə edir.

Gəlimli-gedimli dünya dedilər,
Gəlimli bu dünya, gedimlisə o.
O dünya- bu dünya bəlkə, birdilər,
Əzəli- bu dünya, əbədisə - o.

Ölümü rus milli ədəbiyyatının banilərindən olan Nikolay Vasilyeviç Qoqol belə dəyərləndirir: “Ölüm olmasaydı, həyat bütün gözəlliyini itirərdi”. Deməli, bu fikrə istinadən ölüm gözəldir ki, həyatı gözəlləşdirmək iqtidarındadır. Mövzumuzla əlaqədar olaraq, estetikanın ən ümumi, ən geniş əhatəli kateqoriyası, estetik qiymətləndirmənin ən mühüm amili olaraq səciyyələnən, istisnasız olaraq bütün həyat və kainat təzahürlərini, təbiət və cəmiyyət hadisələrini, əmək, ictimai münasibət və incəsənət sahələrini əhatə edən “gözəllik” məfhumunun fəlsəfi anlamını Fəlsəfi Pentalogiyanın tərkib hissəsi olaraq incələməyə çalışaq. Qeyd edək ki, beş hissədən - Gözəlliyin fəlsəfəsi, Varlığın fəlsəfəsi, Təfəkkürün fəlsəfəsi, Əxlaqın fəlsəfəsi, Siyasətin fəlsəfəsini özündə cəmləyən bu fəlsəfi sistemin təməldaşı olan fəlsəfə elmləri doktoru Adil Əsədova görə Gözəlliyin fəlsəfəsi mahiyyətin bir ideal olaraq təxəyyüldə canlandırılmasına təyinatlıdır. Gözəllik fəlsəfəsinin missiyası- insanda ləyaqət hissinin yaşadılmasıdır. İnsan öz qəlbinin dərinliklərində gəzdirdiyi idealı aydın bir şəkildə görürsə və ideala bütün ruhu ilə bağlıdırsa, bu, ləyaqət hissidir.

Bahardan payıza boy verir ömür,
Atamdan-anamdan yaşca böyüyəm.
Xəzəldən əzələ xəyalım dönür,
İstədim səs çəkən bir şeir deyim...

İnsan, idealının reallıqdan daha önəmli olduğunu, idealın reallığa deyil, əksinə, reallığın ideala uyğunlaşdırılmalı olduğunu duyursa, bu, həqiqət hissidir. Həqiqət hissini özündə yaşadan kəs isə ideal və reallıq arasındakı ziddiyyəti həll edə bilən ideyanın öncə axtarıcısına, sonra isə tədricən yaradıcısına çevrilir və hər iki halda belə bir ideyanın son nəticədə daşıyıcısı olur. İnsan reallığı ideala yüksəltmə imkanını duyursa, bu, özündəqüdrət yaşantısıdır.

Qəlbinin dərinliklərində gəzdirdiyi idealı aydın bir şəkildə deyil, yalnız tutqunluqlar içində görən insan, ləyaqət hissini də bütün parlaqlığı ilə, bütün canlılığı ilə deyil, yalnız müəyyən qədər sönük və müəyyən qədər ölgün bir duyğu kimi yaşayır. Filosof bu duyğunu mənalandıraraq rasional fəlsəfənin birinci bölməsini - estetikanı formalaşdırır.

Əgər gözəllik fəlsəfəsi “Mən necə olmalıyım?” sualına cavab axtarırsa, estetika bu sualı “İdeal insan necə olmalıdır?” və “İdeal dünya necə olmalıdır?” suallarına transformasiya edərək, yəni estetik problem formasına gətirərək cavablandırır.

Hər bir fəlsəfə özünün təbii axınında Gözəllik fəlsəfəsi olaraq öz həyatını başlayır. Aristotelin fikrincə, “gözəllik və gözəlliyin varlığı” vəhdətdə, gerçəkliyin obyektiv xassəsi, onun qanunauyğunluğunun təzahürü olmalıdır.

Dünyanın mütləq zaman təbəddülatında bir üzü gündüz, bir üzü geçə gerçəkliyinin məntiq müvaziliyi, bənzətmə fonunda, olümü şərtləndirən gözəlliyi ölüm üzlü gözəllik, və ya gözəlliyin ölüm üzü şəklində də ifadə etmək olar. Amerikanın tanınmış ixtiraçısı Stiven Paul Cobsun təbirincə desək: “Ölüm həyatın ən yaxşı ixtirasıdır. Dəyişikliklərin səbəbidir. O, yeniyə yol vermək üçün köhnəni təmizləyir”.

Fikrin ələyində ələnir sözüm:
Filankəs dünyasın dəyişib bu gün.
İndi çox mətləbdən agaham özüm,
Açılır qarşımda bağlanan düyün.

Filankəs qovuşdu haqq dünyasına,
O haqq dünyasında, biz hələ nahaq...
Kim ki əgər varsa söz mayasına,
Qaranlıq yoluna söz özü çıraq.

Olum - ölümü bənzətmə müstəvisində, nisbətdə dəyərləndirməyə çalışaq. Dünyaya göz açan uşaq ana bətnindəki həyat üçün artıq ölü, bu dünya üçün isə diri-yeni həyatın başlanmasıdır. Eləcə də dünyasını dəyişmiş insan bu dünya üçün ölü, axirət üçün isə yaşantıdır.
Baxmayaraq ki, ölüm var olmanın ayrılmaz bir hissəsi, el deyimi ilə desək, gözlə qaşın arasındakı məsafədədir, ölüm xofu da danılmazdır. Araşdırılarkən bəlli olur ki, insanlar ölümdən ümumən qeyd olunmuş səbəblərə görə qorxurlar: ölümün özünün çətin və əzabverici bir hadisə olduğunu düşündüklərinə, ölümlə birgə malik olduqları maddi və mənəvi şeyləri itirəcəklərinə və ölümdən sonrakı “həyatın” olub-olmaması düşüncəsi- “aqibətinə” görə.

Axirətə yoldu dünya,
Yolçuları naşı, qərib...
Faniliyi duya-duya,
Kim qazanıb, kim itirib?..

Ölümə işıqlı düşüncələri ilə dəyərli “don geyindirən” fikir və düşüncə adamları isə fərqli mövqe sərgiləyir. Bu fonda bəzi məqamlara diqqət edək.

Həzrət Əli (ə) olümü belə dəyərləndirir : “Ölüm axirətin darvazasıdır”.

Xalq ozanı, təkkə şerinin yaradıcılarından biri, “Vəhdəti vücud” fəlsəfəsinin ardıcılı, türkdilli ədəbiyyatın ilk mütəsəvvüflərdən biri Yunus Əmrə məntiqində ölüm yoxluq və məhv olma deyil: “Ölümdən niyə qorxursan, qorxma, əbədi varsan...”
Fransız dahisi Blez Paskal isə “Ey həyat, ölümə minnətdar ol! Səni ona görə sevirəm”,- deyir.
İtalyan yazıçısı Umberto Ekonun fikrincə, “Ölüm - yolçunun dincəlməsi, bütün səylərinin sonudur”.

Xalq yazıçısı Anarın ölüm şairi adlandırdığı Xalq şairi Vaqif Səmədoğlu bir şeirində “Ölüm gəlir, ömür, sonun mübarək...”, -deyir.
“Həyat nədir sualını isə belə cavablandırır: “Ana bətninin zülmətindən qəbrin zülmətinə qədərki yol. Bax bir zülmətdən digərinə gedən bu yol bomboşdur. Onu işləmi, sənətləmi... Hər kəs bu boşluğu öz istedadına, bacarığına görə doldura bilir. Təkcə taleyə bel bağlayıb oturmaq olmaz. Taleyinə nələrisə əlavə etməyi bacarmalısan”.

Çağdaş ədəbiyyatımızın poeziya çələngində öz söz rayihəsi, söz rəngi olan Rüstəm Behrudi “Ölüm, xöş gəldin” adlı, şaman duasıtək səslənən şeirində yazır:

Alçaq da sən, uca da sən,
Cavan da sən, qoca da sən.
Sən hər şeydən ucadasan,
Ölüm, xoş gəldin, xoş gəldin.

Sadaladığım fikirlərə rəğmən ölüm axirətin darvazasıdırsa, olümdən qorxmağa dəyərmi?.. Həyatı ölümə görə seviriksə, bütün səylərin sonu olaraq yolçu dincəlirsə, ömrün sonuna mübarək deməyə də dəyər. Ölüm ən sadiq dostursa, ona “ xoş gəldin” demək bir ədəb- ərkan deyilmi?.. Bir də ki, illər öncə dediyim kimi, axı

Adəm-Həvva Haqdan gəldi,
Bu xəmirdən yoğrulmuşuq.
Şeytan haqqı üstələdi?..
Haqqa dayaq doğulmşuq!

Haqqa dayaq doğulmamız həqiqətini dərk edib yaşamaqla, Haqqa dönməmiz özü bir gözəllik deyilmi? Baharla payızın gözəlliyitək...

✍️ Tapdıq ƏLİBƏYLİ

Oxunub: 6
Paylaş:
Digər xəbərlər

sosial / manset

10-02-2024, 19:31

Bakı həbsxanasında ölüm

dunya / manset

23-05-2023, 08:30

Cənubi Afrikada vəbadan ölüm artır

dunya / manset

7-03-2023, 08:48

Avstraliyada ölüm rekordu qeydə alındı

maraqli / manset

29-04-2024, 09:26

Pilləkənlə qalxmaq ani ölüm riskini azaldır - ARAŞDIRMA

dunya / manset

5-01-2023, 08:18

Niderlandda ölüm halları doğuş sayını üstələyib

ULUSƏS TV
Son xəbərlər
  • Dünən, 21:14
    Инициативная группа по созданию политической партии «Туран» приступает к подготовке Учредительного съезда
  • Dünən, 16:30
    Azərbaycan-Qazaxstan müharibə veteranları Özbəkistanda işgüzar görüş keçirtdilər.
  • Dünən, 14:51
    Hakimlər Türkiyədə təlim səfərində olublar
  • Dünən, 14:45
    Əli Əsədov Özbəkistanda işgüzar səfərdədir
  • Dünən, 14:40
    Miqrenli xəstələrə faydalı qidalar – açıqlandı
  • Dünən, 14:29
    Tibb müəssisəsində işçilərdən pul yığılır? - Bölmə müdiri iddialara cavab verdi
  • Dünən, 14:24
    Leyla Əliyeva Bonnda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icraçı katibi ilə görüşüb
  • Dünən, 14:20
    Leyla Əliyevanın iştirakı ilə Bonnda Xəzərin səviyyəsinin azalmasının ekoloji təsirləri müzakirə olunub
  • Dünən, 14:17
    Leyla Əliyeva Bonnda BMT-nin baş katibinin müavini ilə görüşüb
  • Dünən, 14:14
    Azərbaycanda ixracın rəsmiləşdirilməsi üzrə xərclər kompensasiya ediləcək - FƏRMAN
  • Dünən, 14:11
    Nazir rəis müavinini vəzifəsindən azad etdi
  • Dünən, 13:46
    “Bu dünya bir igid gördü” sənədli povestindən səhifələr...
  • 15-06-2026, 21:14
    VƏTƏNDAŞ, BÖYÜK AZƏRBAYCANLI, FÖVQƏLBƏŞƏR
  • 15-06-2026, 20:00
    MİLLİ QURTULUŞ GÜNÜ: AZƏRBAYCAN DÖVLƏTÇİLİYİNİN XİLASINDAN İNKIŞAFA APARAN YOL
  • 15-06-2026, 18:25
    Ədəbiyyatımızın Nəğməkarı.
  • 15-06-2026, 17:43
    Hüquq elmləri doktoru, professor, ictimai-siyasi xadim, əməkdar müəllim İbrahim Quliyev: “15 İyun Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilası tarixidir”
  • 15-06-2026, 15:58
    15 iyun - Azərbaycanın taleyini dəyişən gün
  • 15-06-2026, 13:29
    Məktəblilərin fiziki və strateji bacarıqlarını inkişaf etdirən layihə həyata keçirilib.
  • 15-06-2026, 13:20
    Heydər Əliyev və Milli Qurtuluşun zəfər salnaməsi
  • 15-06-2026, 13:07
    15 iyun Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsi oldu
  • 15-06-2026, 10:48
    Xalq artisti Flora Kərimovanın son durumu açıqlandı
  • 15-06-2026, 10:44
    Milli Qurtuluş Günü: Azərbaycan dövlətçiliyinin yox olmaqdan xilas edildiyi tarix
  • 15-06-2026, 10:40
    Heydər Əliyev Azərbaycanı hansı təhlükələrdən xilas etdi? - TÜRKİYƏDƏN BAXIŞ
  • 15-06-2026, 10:36
    İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı
  • 15-06-2026, 10:29
    Bəzi rayonlara intensiv yağış yağır - Faktiki hava
  • 14-06-2026, 15:26
    Bakı şəhəri 14 nömrəli ümumtəhsil tam orta məktəbdə “Son zəng” tədbiri keçirildi
  • 14-06-2026, 14:47
    Qusar rayonunun Avaran kəndində içməli su təchizatı layihəsinin ikinci mərhələsinin açılış mərasimi keçirilib
  • 14-06-2026, 13:59
    XTQ-nin baş giziri, tarıx yazan qəhrəman, kəşfiyyatçı, Şərafəddin ( kod adı Xanış) Xankişiyevin döyüş gündəliyindən...
  • 14-06-2026, 13:50
    Milli Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi oldu
  • 14-06-2026, 13:44
    İqtisadiyyat Nazirliyində 15 iyun - Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib
  • 14-06-2026, 13:31
    Sürücülərin nəzərinə!
  • 14-06-2026, 13:23
    30 kq-ya yaxın narkotiki paytaxtda dövriyyəyə buraxmaq istəyirdi - Həbs edildi
  • 14-06-2026, 13:05
    Daşkəsəndə yol çökdü
  • 14-06-2026, 12:59
    Rusiyanın Oryol şəhərinə dron hücumu - Ölən var
  • 14-06-2026, 12:54
    Hidayət Orucov vəfat etdi
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə