• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Dəhşətli olay: Bakıda “cin çıxartma” əməliyyatı- Video

gundem / manset

28-12-2025, 11:49

Dəhşətli olay: Bakıda “cin çıxartma” əməliyyatı- Video
Bakıda ortaya çıxan “VIP ruqya” və “cin çıxarma” şouları Kefli İsgəndərin dönəmini xatırladır. Sosial şəbəkələrdə yayılan reklam videolarında 150 manata satılan seanslar, qaranlıq otaqlarda keçirilən “mistik döyüşlər” və “fövqəltəbii müdafiə” səhnələri sanki o dövrün yeni versiyasıdır. Karate ustası olan “cin”lə “mübarizə” isə gözləri yaşardır. Tamamilə xurafat və cəhalət örnəyi olan bu görüntülərə insanların reaksiyası isə Kefli İsgəndərin dövründən bir addım da irəli atmadığımızı göstərir.

Söhbət “Ruqya” Sağlamlıq Mərkəzi adı altında fəaliyyət göstərən “Cin çıxartma” obyektindən gedir. Mərkəzin rəsmi sosial media hesablarında açıq şəkildə “çıx çıxartma” seansları və qiyməti yazılmaqdadır. Bu cəhalətin açıq bazar məhsuluna çevrilməsi həm də cəmiyyətimizin psixoloji və pedoqoji durumunu ortaya qoyur.
Halbuki savadlı cəmiyyətlərdə belə “biznes”ə yer yoxdur. Cahil olmayan toplumlar yeni nəsil “şeyx nəsrullah”ların fəaliyyətinin heç bir dini ayinə, tibbi metodologiyaya və ya elmi izaha aidiyyatı olmadığını yaxşı bilirlər. Sadəcə göz qamaşdıran səhnə dekorasiyası, professional montaj, mikrofonlu “mütəxəssislər” insanları aldadıb cibdən pul çıxarmaq məqsədi daşıyır.

Ən paradoksal tərəfi odur ki, bu cür fəaliyyət sırf “imkanlı müştəri” seqmentinə yönəlir. Seanslarda qonaqların “ruhları təmizlənir”, “qeyri-adi varlıqlar”dan azad edilir. Halbuki, heç bir səlahiyyətli orqan onların “möhkəm sübutları”na rəğbət göstərmir. Əksinə, dövlət qurumları bildirir ki, ruqya və exorcism – yəni ruh qovma – yalnız ritual duası və Quran tilavəti şəklində mühafizəkar çərçivədə icra edilə bilər və bu da heç vaxt teatr tamaşasına çevrilməyib.

Qanunvericilik baxımından isə bu cür fəaliyyət bir çox normaları eyni anda pozur. Əvvəla, İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən, “dələduzluq” yolu ilə dəyən zərər 500 manatdan az olduqda, məsuliyyətə cəlb olunan şəxs 160–240 saat ictimai işə göndərilə və ya 3 aya qədər inzibati həbsə məhkum edilə bilər. Zərər məbləği 500 manatdan çox olduqda isə artıq cinayət məsuliyyəti yaranır və Cəzalar Məcəlləsinə görə pul cəzasından tutmuş həbsə qədər qərar verilə bilər. Bu maddə konkret olaraq insanları saxtakar eksperimentlərə cəlb etməklə, onların etimadından sui-istifadə etməyi cinayət hesab edir.

Maraqlıdır ki, son illərdə bu tip boş vədlərlə qazanc əldə edən şəxslərin sayı artıb. Onların əsas hədəfi etimadlı insanlar, eləcə də psixoloji narahatlıqlardan əziyyət çəkən şəxslərdir. Çünki əziyyət çəkən insan psixoloji olaraq həll yoluna möhkəm ehtiyac hiss etdikdə, axtarışlarını tibb və psixologiya mütəxəssislərindən çox bu cür “ruhani sağaldıcı”ların əlvan dünyasına yönəldir. Təəssüf ki, çox vaxt bu insanlar gözəgörünməz varlıqlarla yox, fırıldaqçılarla üz-üzə qalır, növbəti mərhələdə isə artıq real pul və emosional zərbə alırlar.

Hüquq sistemindəki boşluqlar və icra mexanizmlərindəki səmərəsizlik bəzən bu cür mərkəzlərin fəaliyyətini cəzalandırmaqda çətinlik yaradır. Təqsirləndirilən şəxslər inzibati məsuliyyətdən qurtulmaq üçün zərərin məbləğini süni şəkildə 500 manatın altında saxlayır, qurbanların da üzləşdiyi psixoloji sarsıntı birbaşa qanun bucağı ilə ölçülmür. Nəticədə yüzlərlə insan “cin çıxarma zalları”nda çəkilən filmlərin aktyoruna çevrilərək yeni epizod üçün yüksək məbləğ ödəməyi davam etdirir.

Əslində, bu problemi həll etməyin yeganə yolu cəmiyyətin maarifləndirilməsi, ictimai nəzarətin gücləndirilməsi və hüquq mühafizə orqanlarının fəallığının artırılmasıdır. Dini ayinlər, elmi əsaslandırmalar olmadan təşkil edilən bu cür şoularla mübarizə aparmaq həm ictimai sağlamlıq, həm də vətəndaş hüquqlarının müdafiəsi baxımından əhəmiyyətlidir. Sadəcə qanunun sanksiyalarını xatırlatmaq kifayət deyil; ehtiyac olan iqtisadiyyat, sosial müdafiə və psixoloji xidmətlər sahəsində etibarlı alternativlər təklif etməkdir. O zaman insanlar real yardıma əl uzadacaq, fırıldaqçıların qucağındakı boşluqları dolduracaq həqiqi mütəxəssislərə üz tutacaq. Bu yolla təkcə cibimizi yox, rahatlığımızı da qoruyaraq, heç vaxt “cin karate ustası”nın şousuna bilet almayacağıq.Yeniçağ.az





Oxunub: 2
Paylaş:
Digər xəbərlər

gundem / ust / manset

13-06-2023, 11:54

Bakıda “Toyota” sürücüsündən beşinci zolaqdan birinci zolağa “cəsarətli” manevr - VİDEO

gundem / sosial / ust / manset

20-03-2024, 14:15

Bakıda bayram tonqalının ağacları yandırmasına dair görüntülərə aydınlıq gətirildi - YENİLƏNİB

gundem / ust / manset

13-08-2023, 11:36

Separatçıların yeni qurduqları hərbi mövqelərin peyk görüntüləri yayıldı

gundem / ust / manset

18-07-2024, 10:54

“Polad Bülbüloğlu ilə bağlı yayılan video saxtadır”

gundem / manset

11-04-2025, 10:54

“Unibank”a aid şirkətin biznes itkiləri 217 milyon manata çatıb

ULUSƏS TV
Son xəbərlər
  • Dünən, 12:14
    Pakistan Ermənistana ilk səfirini təyin etdi
  • Dünən, 11:37
    Sağlam qalmağın yolları açıqlandı
  • Dünən, 11:15
    Ötmə qaydasını pozdu, sərnişin öldü - BDYPİ-dən xəbərdarlıq
  • Dünən, 11:08
    FHN təlim keçirdi
  • Dünən, 11:03
    Qəbulda yüksək nəticə göstərən gənclərlə Binəqədidə görüş keçirildi
  • Dünən, 10:51
    “Bu, Rusiya ilə müharibə deməkdir”
  • Dünən, 10:45
    Qarabağa səfərin ilk günündən bu görüntüləri paylaşdı
  • Dünən, 10:37
    Nazirdən daha bir təyinat
  • Dünən, 10:31
    Prezidentdən Fərid Şəfiyevlə bağlı - Sərəncam
  • 11-09-2026, 20:14
    Türkiyə Uluslararası Elmlər Akademiyasının fəxri professoru, hüquq elmləri üzrə fəlsəfə doktoru və tanınmış şair Raqif Nazimoğlunun təqdimatında
  • 11-09-2026, 11:03
    Fatma Yıldırım:Bakı İqlim Həftəsi Azərbaycanın qlobal iqlim gündəliyində fəal rolunun davamıdır
  • 11-09-2026, 10:06
    Bəzi yollarda tıxac var
  • 11-09-2026, 09:59
    “Demokratlar hakimiyyətə gəlsə, hər şeyi məhv edəcəklər” - Tramp
  • 11-09-2026, 09:55
    Bu ərazilərdə işıq olmayacaq - Xəbərdarlıq
  • 11-09-2026, 09:51
    Merkuri 10 kilometrdən çox kiçilib
  • 11-09-2026, 09:44
    1000 ildən sonra ilk dəfə sərgilənən - Sənət əsəri
  • 11-09-2026, 09:39
    Trampdan İran bəyanatı - Qərarından peşman deyil
  • 11-09-2026, 09:35
    Amansız xəstəliklə mübarizə aparır
  • 11-09-2026, 09:31
    Putin Hindistandadır - Video
  • 11-09-2026, 09:26
    2030-cu il DÇ-nin final oyunu burada keçirilə bilər
  • 10-09-2026, 21:49
    ŞƏFA ÜNVANLI, SÖZ BOYALI ÖMÜR
  • 10-09-2026, 21:19
    Fərid Eyvazovun güc şousu alınmadı: “Alliance Clinic”də ciddi nöqsanlar – FOTO
  • 10-09-2026, 21:13
    SÖZÜN İŞIĞINDA KEÇƏN 63 İL: ŞAMİL CƏFƏRLİ ÖMRÜNÜN MÜDRİKLİK ZİRVƏSİNDƏ
  • 10-09-2026, 10:44
    Universitetlərimizin tələbə coğrafiyası 120-yə yaxın ölkəni əhatə edib
  • 10-09-2026, 10:42
    Şəkidəki hadisə ilə bağlı cinayət işi başlandı - Qəzanın səbəbi açıqlandı
  • 10-09-2026, 10:11
    “Azeri Light”ın qiyməti 113 dolları ötdü
  • 10-09-2026, 10:08
    Xocalıda ANAMA əməkdaşı minaya düşdü - Yenilənib
  • 10-09-2026, 10:04
    Ukrayna yeni zenit raketini Polşada təqdim etdi
  • 10-09-2026, 10:01
    ÜST-dən şəkər xəbərdarlığı - Günlük norma nə qədər olmalıdır?
  • 10-09-2026, 09:54
    Pekində gənələr vasitəsilə yayılan yeni virus növü tapıldı
  • 10-09-2026, 09:51
    Tramp İranla müharibənin başa çatacağı vaxtı - Açıqladı
  • 10-09-2026, 09:47
    Filippində gəmidə yanğın - 5 nəfər öldü
  • 10-09-2026, 09:43
    Trampla Zelenski görüşəcəklər - Tarix açıqlandı
  • 9-09-2026, 20:09
    Türkiyə Uluslararası Elmlər Akademiyasının fəxri professoru, hüquq elmləri üzrə fəlsəfə doktoru və tanınmış şair Raqif Nazimoğlunun təqdimatında
  • 9-09-2026, 19:37
    QHT sədri İmişli rayonunda 70 aztəminatlı ailənin uşaqlarına məktəb geyimləri və ləvazimatlarə təqdim edib
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə