• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

FƏDAKAR ALİM ÖMRÜ

gundem / manset / Təhsil

15-01-2026, 17:49

FƏDAKAR ALİM ÖMRÜ
70 YAŞLI PROFESSOR İBRAHİM CƏFƏROVUN HƏYAT YOLU ZƏNGİN VƏ ŞƏRƏFLİDİR

Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi "İsgəndərnamə" poemasında yer kürəsinin yaranması, insanın əmələ gəlməsi, digər canlıların mövcudluğu ilə bağlı əsrlər boyu insanları düşündürən sualı belə cavablandırmışdı: "İlahi varlıq (Allah) insanı müəyyən çərçivədə xəlq edib ki, o, müəyyən tezlikdə olan səsi eşidə bilsin, müəyyən məsafəni görə bilsin və s. O cümlədən, müəyyən səviyyədə biliklər əldə etmək imkanı olsun ki, ilahi bilgilər, həmçinin, dünyanın, insanın, digər canlıların yaranması haqda olan həqiqətlər ona həmişə sirr olaraq qalsın".
Bəlkə də fəlsəfənin ən böyük sualının cavabı böyük həmyerlimizin aydın zəkasından süzülərək hələ neçə əsr bundan əvvəl bütün təfərrüatı ilə deyilib. Ancaq insanlar hələ də bu cavabı axtarır, niyə, nə zaman, necə kimi suallarla müxtəlif ünvanlara müraciət edir, kompüterdən arxeoloji qazıntılara kimi çoxşaxəli məlumat mənbələrindən yararlanmaqla Nizami Gəncəvinin az qala 1000 il əvvəl izah etdiyi həqiqəti dərk edənədək usanmadan axtarırlar. Ona görə də, dünyada ən çox ehtimallar, fərziyyələr, fikirlər bu sahədədir desək, bəlkə də yanılmarıq. Bu cavablar arasında elə möhtəşəmləri olmuşdur ki, bəşəriyyətin elm sükanını döndərə bilmiş və böyük bir elm məktəbi yaratmışdır.

FƏDAKAR ALİM ÖMRÜ
FƏDAKAR ALİM ÖMRÜ
FƏDAKAR ALİM ÖMRÜ


İÇİNDƏ VAR OLAN İNAM...


Elimin, obamın ağsaqqalısan,
Sən dağ vüqarlısan, İbrahim müəllim.
Adına söz qoşum, nəğmələr deyim,
Ellərə arxayın, İbrahim müəllim.

O, böyük sevgi adamıdır... Vətəni ürəyinin başında saxlaya biləcək qədər gücə malik olan bir sevginin... Doğmalarını, ətrafını, işini qoruya biləcək bir sevginin... Elə bu sevgidir onu həmişə ucalıqda saxlayan, VAR edən.
Düşünürəm ki, ürəyində Vətən eşqi, əllərində torpaq təravəti, yaşantılarında insan sevgisi olanlar necə də bəxtəvərdilər. Bəxtəvərdilər ona görə ki, onlar bir ömürlük zaman kəsiyində əsl Vətən aşiqi, əsl insan, əsl dost, əsl ziyalı olmağı bacarırlar. Bu ömür sahiblərinin yaşamı insanlara örnək ola biləcək qədər müqəddəsdir. Belələrinin yaşadıqları ömrün hər anı əsl ziyalılıq və dostluğun təcəssümüdür. Haqqında danışmaq istədiyim İbrahim Cəfərovun bütün ömrü bu müqəddəsliyin əhatəsində keçib. Ona görə də həmişə düşünürəm ki, yer kürəsi İbrahim Cəfərov kimi örnək ömür yaşayanların sayəsinə hələ öz məhvərindən çıxmayıb.

FƏDAKAR ALİM ÖMRÜ
FƏDAKAR ALİM ÖMRÜ

... O, həyatını mənalandırmağın yollarını öz fəaliyyətində tapacağına inamlı idi. İçində var olan İNAMın onu ömrün bütün dolaylarındakı sınaqlarından uğurla çıxaracağına tapınmışdı. Aradan illər ötəndən, yaş üstünə yaş gələndən sonra inamında nə qədər haqlı olduğunu təkcə özü yox,ətrafındakılar da gördü. Yaşanmış ömründə peşiman olacaq hər hansı xırdaca bir əməli belə olmadı. Tam açmasını bilmədiyimiz, həmişə nəyəsə, kiməsə nisbətdə müəyyən etmək istədiyimiz xoşbəxtlik deyilən bəlkə də elə budur... İnsanın içində formalaşan inamın gücü belə olurmuş. Mərhum xalq şairi Nəbi Xəzrinin misraları yada düşür:

Nə güclü olurmuş insan cahanda,
İnamı özünə qaytarılanda.

FƏDAKAR ALİM ÖMRÜ
FƏDAKAR ALİM ÖMRÜ
FƏDAKAR ALİM ÖMRÜ

Uzun illər yaxından tanıdığım, bu gün haqqında fəxrlə, qürurla söhbət açdığım Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvi, professor İbrahim Cəfərov kimi belə maraqlı və şərəfli ömür sahibindən danışıram… Onun haqqında düşünəndə ilk ağlıma gələn bu fikir oldu: “Xalq üçün, Vətən üçün yaşanan əsl insan ömrüdür İbrahim müəllimin ömrü”. Heç də təsadüfi deyil ki, onu hamı zəhmətkeş, məsuliyyətli, öz işinə tələbkar yanaşan vəzifə sahibi, yaxşı mənada, mühafizəkar insan kimi tanıyır. Çalışdığı vəzifələrdə təşkilatçılığı və xeyirxahlığı ilə seçilib, həmişə kollektiv üzvlərinin sevgisini qazanıb. Söhbət hansı mərhələlərdən keçsə belə yenə də yazının əvvəlində dediyimiz BÖYÜK SEVGİyə gəlib çıxırıq. İbrahim müəllim kimi çalışdığı sahələrdə kollektivin, yaşadığı yerlərdə insanların sevgisinə sahib olmaq üçün ta yaranışdan içində böyütməlisən o sevgini. Sən ürəyini, ətrafını sevgiyə bələməlisən ki, sevgi də həyatını mənalandırsın.

FƏDAKAR ALİM ÖMRÜ
FƏDAKAR ALİM ÖMRÜ

PROFESSOR İBRAHİM CƏFƏROVUN ÖMÜRLÜYÜNDƏN:

İbrahim Cəfərov 20 yanvar 1956-cı ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonu Düdəngə kəndində anadan olub. 1974–1976-cı illərdə keçmiş Sovet Ordusu sıralarında həqiqi hərbi xidmət keçib.1979-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda dinləyici, 1980–1985-ci illərdə həmin institutda tələbə olub, "Bitki mühafizəsi" fakültəsini bitirib. 1985–1988-ci illərdə K. A. Timiryazev adına Moskva Kənd Təsərrüfatı Akademiyası "Fitopatologiya" kafedrasının əyani aspirantı olub. 13 fevral 1989-cu il həmin akademiyada namizədlik dissertasiyası müdafiə edib. 1989-cu ildən Kənd Təsərrüfatı İnstitutunda müəllim kimi işləməyə başlayıb. 1993-cü ildən 2002-ci ilə qədər Meyvə-Tərəvəzçilik və Üzümçülük fakültəsinin, sonra isə Aqronomluq və Torpaqşünaslıq fakültəsinin dekanı işləyib. 2005-ci ilin iyun ayında doktorluq dissertasiyasını müdafiə edib. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 2005-cı il tarixli qərarı ilə ona kənd təsərrüfatı elmləri doktoru, 2006-cı ildə isə professor elmi dərəcələri verilib.
Professor İbrahim Cəfərov 2009-2013-cü illərdə Azərbaycan Dövlət Aqrar Universitetinin tədris işləri üzrə prorektoru, 2013-2022-ci il tarixlərində isə Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru olmuşdur. 2014-cü ildən AMEA-nın müxbir üzvüdür.
İbrahim müəllim 6 oktyabr 2022-ci ildə kənd təsərrüfatı naziri İnam Kərimovun əmri ilə Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru vəzifəsinə təyin olunub. 100-dən artıq elmi məqalə, 170 elmi əsər, 10 dərslik və dərs vəsaitinin, həmçinin 6 patent müəllifidr. İbrahim müəllimin rəhbərliyi altında 6 nəfər fəlsəfə, 1 nəfər isə elmlər doktorluğunu müdafiə edib. Həmçinin Rusiyanın Miçurinsk, Qazaxıstan, Moldova və sair ölkələrin fəxri elmlər doktoru, Qazaxıstan Aqrar Akademiyasının akademikidir. 3-cü dərəcəli "Vətənə xidmət", ordeni, "Cümhuriyyət" medalı ilə təltif olunmuşdur. 4 övladı, 12 nəvəsi var.
Professor İbrahim Cəfərovun həyat yolu bu qədər zəngin və şərəflidir. İbrahim müəllimin və ətrafında olanların haqlı qənaətinə görə, ona həmişə ömür pillələrində inamla addımlamağa ilham verən özünün nəzəri bilikləri, təcrübəsi ilə yanaşı, həmişə haqqın-ədalətin yanında olması - bütün fəaliyyəti fəaliyyəti dövlətə, dövlətçiliyə və Heydər Əliyev ideyalarına göstərdiyi sədaqətdir.

FƏDAKAR ALİM ÖMRÜ
FƏDAKAR ALİM ÖMRÜ
FƏDAKAR ALİM ÖMRÜ

AĞ YOLUN BƏMBƏYAZ MÜDRİKLİK TƏCƏSSÜMÜ…

Bu yolun başında Yaradanın hökmü var. Dünyada ən böyük hökm yarada bilməkdir. İbrahim Cəfərov da Tanrı hökmü ilə yarandı. Ona qarşıda yaşayacağı, yaradacağı bir ömür verildi. Rəhmətlik jurnalist Osman Mirzəyevin dediyi kimi, nə qədər yaşayacağını bilə bilməzsən, çünki səndən asılı deyil, amma necə yaşayacağın səndən asılıdır. İbrahim Cəfərov necə yaşayacağını çoxdan müəyyən edib. O, bilir ki, yaşantılarının, yaratdıqlarının xalqına, əhatənə səmərəsi dəymirsə, deməli heç yaşamamısan…

Tələbələrin köməyisən sən,
Hər zaman, hər yerdə gərəyisən sən.
Kollektivin arzusu, diləyisən sən,
Səni çox istəyir, İbrahim müəllim.

FƏDAKAR ALİM ÖMRÜ
FƏDAKAR ALİM ÖMRÜ

İbrahim Cəfərov bütün həyatını, elmini, müəllimliyini xalqının səadətinə həsr eləyən insanlar təmənnasız olurlar. Gözü, könlü toxluq mənəviyyat adamlarının səciyyəvi keyfiyyətidir. Düşünürəm ki, mənəviyyat, saflıq, sadəlik və əxlaqi dəyərlər insan dünyaya göz açanda onunla birlikdə doğulur. İbrahim müəllim kimi…
… Həyat ağrı-acısı, müşkülü-asanı ilə yaşananda möhtəşəm olur. Arxada qalan zaman kəsiyində gördüyün işlərin, əməllərin sənə qürurlanmağa haqq verirsə, deməli bu ömrü boşuna yaşamamasan. Yaşadıqların səni yaşadacaq qədər dəyərlidirsə, fəxr eləməyə haqqın var. Bu prizmadan yanaşanda İbrahim Cəfərov da yaddaşıma, ruhuma ağ yolun bəmbəyaz müdriklik təcəssümü kimi daxil oldu. Mənə elə gəlir ki, İbrahim müəllim həmişə, elə gəncliyində də beləcə müdrik görkəmdə, ahıl düşüncədə olub.

KÖMƏYİNƏ ÇATDIĞI HƏR KƏSİN ÜZÜNDƏ SEVİNC GÖRƏNDƏ…


Yusifəm həmişə Vətənə bağlı,
Naxçıvan eli də sözlü-soraqlı.
Səni axtaracağıq əli çıraqlı,
Yaş ömrü haqladı, İbrahim müəllim.

FƏDAKAR ALİM ÖMRÜ
FƏDAKAR ALİM ÖMRÜ
FƏDAKAR ALİM ÖMRÜ

… İbrahim Cəfərov kimi ziyalılar, böyük ürək sahibləri seçilmiş insanlardır. Onlar elə yer üzünə dünyanı nizama salmaq üçün göndəriblər. Həyatını və fəaliyyətini xalqının səadətinə həsr etmiş, könlü tox, büllur kimi saf düşüncələri ilə insanların yoluna işıq salan, halallıq və dürüstlük kimi dəyərləri öz şəxsiyyətində birləşdiriən, qəlbində böyük Azərbaycan ideallarını yaşadanlara SEÇİLMİŞLƏRdən ayrı nə ad vermək olar... İbrahim müəllim kimi bir İNSANın ömür yolu haqqında böyük bir dastan yazmaq olar.
Böyük rus yazıçısı A. P. Çexov sanki İbrahim müəllim kimi insanların haqqında demişdir: “Cəmiyyətin ən şairanə və gülərüzlü şəxsiyyətləri olmaqla onlar həvəsləndirir, fərəhləndirir və nəcibləşdirirlər”. İbrahim müəllim öz peşəkarlığı və insanlara qayğıkeşliyi ilə seçilən insandır. Müxtəlif vəzifələrdə çalışdığı illərdə işinin müqəddəsliyini qoruyub saxlaya bilmişdir. Kömək etdiyi hər kəsin çöhrəsində sevinc görəndə özünü rahat hiss edir, həmin sevinci o da yaşayır…

FƏDAKAR ALİM ÖMRÜ
FƏDAKAR ALİM ÖMRÜ

ƏSL PEŞƏKAR

İbrahim Cəfərov bütün elmi uğurlarından, xeyirxahlıqlarından öndə dayanan bir dəyərə söykənib: O dəyər illərdir Azərbaycan müstəqilliyini qoruyub saxlayan, Azərbaycan həqiqətlərini dünyaya car çəkən, 44 günlük Zəfər Savaşında torpaqlarımızı düşmən işğalından qurtaran Ulu Öndər Heydər Əliyev siyasi kursuna sadiqliyidir.
O, heç bir təmənna güdmədən, vəzifədə olub-olmamağından asılı olmayaraq Azərbaycan Prezidenti İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sadiqliyini həmişə sübut edib. Heç bir qüvvə onu heç vaxt əqidəsindən döndərə bilməz.Professor Heydər Əliyev kimi BÖYÜK İNSANA dəyər verməkdən zövq alır. İbrahim müəllim Ulu Öndərin siyasi kursuna sadiqliyi və prinsipial mövqeyi ilə həmişə seçilib.
Ulu Öndər haqqında professor İbrahim Cəfərovun düşüncələri də diqqətçəkəndir. O deyir ki, bəşər tarixində tək-tək nəhəng simalar - şəxsiyyətlər olub ki, onlar bütün şüurlu həyatını xalqının rifahı yolunda şam kimi əridib. Belə insanlar ümummilli lider səviyyəsinə yüksəlir. Bu adı qazanmaq üçün insan anadan fateh doğulmalıdır ki, qarşıdakı ən yüksək zirvəni fəth edə bilsin, həyatını xalqının yolunda şam kimi əritsin, ən çətin anlarında sinəsini soyuq nəzərlərə sipər etsin. Ümümmilli lider Heydər Əliyev məhz belə bir şəxsiyyət olub. O, öz tükənməz enerjisini son damlasına kimi xalqın, millətin yolunda istifadə etməklə, iyirminci əsrdə ikinci dəfə qazandığımız müstəqilliyi qoruyub-saxlamaqla, Azərb¬ay¬ca¬n həqiqətlərini dünyaya çatdırmaqla xalqın ümummilli liderinə çevrildi. Belə insanlara tarixi şəxsiyyət deyirlər. Ona görə yox ki, tarixin hansısa zaman kəsiyində yaşayıblar, ona görə ki, belə şəxsiyyətlər həm də öz titanik fəaliyyətləri ilə tarix yaradırlar - Vətən tarixini. Həyatı və fəaliyyəti ilə Azərbaycanın şərəf tarixinin qızıl səhifələrini yaratmış böyük Heydər Əliyev kimi.
Ulu öndər siyasi kursunun şərəfli davamçısı Prezident İlham Əliyevdən nümunə götürən İbrahim müəllimin böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədir. Ona ümidlə müraciətə edən hər kəsə maksimum diqqət və qayğı ilə yanaşır, onların problemlərini müsbət həll edir, özünün dövlətimizə və Prezidentimizə inamını artırır. Əsl peşəkarlar məhz belə olur.

FƏDAKAR ALİM ÖMRÜ
FƏDAKAR ALİM ÖMRÜ

İBRAHİM MÜƏLLİMİN ÜRƏYİNİN İŞIĞI


Alimlik zirvəndir bizə nur verən,
Xeyir-duan bizə düz yol göstərən.
Sadədən sadəsən, ucadan uca,
Bizim fəxrimizdən İbrahim müəllim.

FƏDAKAR ALİM ÖMRÜ
FƏDAKAR ALİM ÖMRÜ

İbrahim Cəfərov haqlı olaraq deyir ki, bir ömürdə qazandıqlarım içərisində ən dəyərlisi fəxr etdiyi ailəsidir. Həqiqətən onun gözəl ailəsi var. İbrahim Cəfərovun özündə cəmləşmiş bütün müsbət xüsusiyyətlər, təbii olaraq, ailə üzvlərinə sirayət edib. İbrahim müəllim qədər bizə doğmalaşan, müdrik məsləhətləri ilə yolumuza işıq saçan, qayğıkeşliyi və isti nəvazişi ilə qəlbimizi ovunduran, yorulmaz fəaliyyəti və millət qarşısında danılmaz xidmətləri ilə cəmiyyətimizdə baş tutan hər bir tədbirə rəng qatan, xüsusən də, sədaqətli dost olmağı bacaran elə bircə O özü oldu. Onun gördüyü işlər, xeyirxah məqsədi, savab əməlləri bu günümüz və gələcəyimiz üçün ibrət, həyat dərsidir.
Bu ailənin üzvləri doğulduğu kənddə və yaşadıqlqrı şəhərdə və onları tanıyanlar arasında yüksək nüfuza malikdirlər. Bu nüfuz elə-belə qazanılmayıb. Onlara bu nüfuzu qazandıran hər zaman çətinlikdə və ehtiyacı olan tanıdıqları insanların yanında olmaları və əllərindən gələn köməyi göstərmələridir. Bunlar hamısı İbrahim müəllimin ürəyinin işığıdır ki, nura dönüb ömür yollayına səpələnib.
Mənəvi dəyərlərimizə sadiqlik bu qayıkeş və gözəl ailə başçısının həyat amallarından biridir. İbrahim müəllim kimi insanların ömrünü mənalarından, şərəfləndirən amillərdən biri, bəlkə də birincisi həmişə el içində olmasıdır. Məhz belə insanlar öz xoşbəxtliklərini, səadətlərini, varlıqlarını Vətənə, xalqa ləyaqətlə xidmətdə görürlər. Onlar öz xalqının, millətinin mənəvi siması, genefondudurlar. Uzun illəri dostluğu, apardığım müşahidələr zamanı öyrənmişəm ki, o, əsl söz adamı, deyib-gülən, zarafatından qalmayan insandır. Söz-söhbətindən, şirin danışığından doymaq olmur...

FƏDAKAR ALİM ÖMRÜ
FƏDAKAR ALİM ÖMRÜ

“BÖYÜK İNSANLAR HƏYATIN MƏNASINI ÖZÜNDƏ, KİÇİK İNSANLAR ÖZGƏLƏRİNDƏ AXTARIR”

Çalın-çarpaq ömür yolunun 70-ci pilləsinə doğru addımlamaqdadır. Maraqlı və mənalı ömür yolunun xeyli hissəsi İbrahim Cəfərov üçün artıq şərəfli bir keçmişdir. Onun arxada qoyduğu altmış doqquz ilin kəhkəşanı Vətənə sədaqətlə xidmətində, insanların ürəyində ucaltdığı abidədə, bir ailəlik tabloda aydın görünür. Qarşıda hələ zəngin bir yol gözləyir. Böyük Çin filosofu Konfutsinin fikirləri yada düşür: “Böyük insanlar həyatın mənasını özündə, kiçik insanlar isə özgələrində axtarır”.
… İbrahim Cəfərov həyatın MƏNASInı özündə axtarıb tapdı, hər işdə, hər əməldə ÖZÜ oldu. Dünyada ÖZÜN olmaq qədər şərəfli nə ola bilər ki…
Azərbaycan ziyalılarının görkəmli nümayəndəsi, böyük alim və səmimi insan, yüksək mədəniyyətli vətəndaş, xalqına sədaqətlə xidmət edən nəcib şəxsiyyət, professor İbrahim Cəfərov 70 illik ömrünün çox hissəsini maarifimizin, elmimizin inkişafına, şəxsi nümunəsində yeni ziyalı təbəqəsinin formalaşmasına, yüksək ixtisaslı bioloqların yetişdirilməsinə həsr edib, bu yolda səmimiyyətlə, ardıcıl və yorulmadan fəaliyyət göstərib.
Və sonda:

Ay İbrahim müəllim,
bundan sonradır
əsl ömür-gün hələ ...
Yaşa, alim ömrü,
Lap çatsan da yüz yaşa!



Yusif MƏHƏMMƏDOĞLU,
AYB-nin və AJB-nin üzvü, Prezident təqaüdçüsü,
Xəbərlər İnformasiya Agentliyinn Baş redaktoru, yazıçı-jurnalist

Oxunub: 5
Paylaş:
Digər xəbərlər

gundem / maraqli / manset

2-03-2025, 11:58

Yerdə növbəti buz dövrü nə zaman başlayacaq? - Alimlər açıqladı

gundem / manset

25-11-2024, 14:28

BİZİM NİZAMİ MÜƏLLİM

sosial / manset

23-04-2024, 10:33

Nizami rayonunda 41 yaşlı kişini avtomobil vurub

gundem / ust / manset

6-12-2024, 13:14

İpoteka Fonduna ayrılan 100 milyon əmlak bazarına necə təsir edəcək?

gundem / manset

3-02-2023, 12:37

“Müəyyən kimyəvi reaksiyalardan başı çıxan iranlı burada narkotik hazırlayır” - Həkimdən XƏBƏRDARLIQ

ULUSƏS TV
Son xəbərlər
  • Dünən, 15:26
    10 İLLİK UĞURLU MEDİA YOLU
  • Dünən, 08:18
    “Silahları yerə qoysunlar, yoxsa ölümlə qarşılaşacaqlar”
  • Dünən, 08:16
    Bəzi Avropa ölkələrindən İrana sərt xəbərdarlıq - “Dəhşətə gəldik”
  • Dünən, 08:13
    Britaniya İrana zərbə endirmək üçün bazalarını ABŞ-yə açdı
  • Dünən, 08:11
    İsraildə fövqəladə vəziyyət rejimi uzadıldı
  • Dünən, 08:09
    İran həlak olan generalların adlarını açıqladı - Siyahı
  • Dünən, 08:07
    “İranla münaqişə 1 ay davam edə bilər”
  • Dünən, 08:05
    “Bu gecə dünya sionistlərin təkəbbürünün sonuna şahidlik edəcək” - Əlirza Ərafi
  • Dünən, 08:03
    SEPAH müdafiə nazirinin ölümünü təsdiqlədi
  • Dünən, 08:01
    34 yaşlı qadın hamamda dəm qazından boğulub öldü
  • Dünən, 07:58
    BƏƏ Tehrandakı səfirliyini bağladı
  • 1-03-2026, 12:25
    İranda neçə vətəndaşımız xəsarət alıb? - XİN AÇIQLADI
  • 1-03-2026, 12:23
    Tehranın Yaxın Şərqdəki hədəflərini açıqladı
  • 1-03-2026, 12:21
    “Heç bir ABŞ gəmisinin Fars körfəzinə girməsinə icazə verilmir”
  • 1-03-2026, 12:18
    Səkkiz il prezident oldu, bir gecədə “Ayətullah” - Xamenei kim idi?
  • 1-03-2026, 12:15
    MEDİA Yaxın Şərqdəki vəziyyətlə bağlı media subyektlərinə çağırış etdi
  • 1-03-2026, 12:04
    İranda 40 günlük matəm elan olundu
  • 1-03-2026, 12:01
    “Xamenei öldü” - Tramp elan etdi
  • 1-03-2026, 11:58
    Tehranda sevinc səsləri...
  • 1-03-2026, 11:54
    Xameneinin ölümünü qeyd etmək üçün küçələrə axışdılar
  • 1-03-2026, 11:50
    İran Xameneinin ölüm xəbərini xalqa belə elan etdi
  • 28-02-2026, 20:09
    YAŞADANLAR YAŞAYACAQ! -Şəhid Taleh Mehdiyev
  • 28-02-2026, 13:18
    Netanyahu İsrail və İran xalqlarına müraciət etdi: "Hərbi əməliyyatlar hakimiyyət dəyişikliyi üçün şərait yaratmalıdır"
  • 28-02-2026, 13:08
    KİV: Netanyahu yeraltı bunkerdə təhlükəsizlik qüvvələrinin rəhbərləri ilə görüş keçirir
  • 28-02-2026, 13:06
    "Böyük Dəbilqə" turniri: Bu gün dörd cüdoçumuz mübarizəyə qoşulur
  • 28-02-2026, 13:03
    İranda internet tamamilə kəsildi
  • 28-02-2026, 13:00
    Martın ilk günü hava necə olacaq? - 01.03.2026
  • 28-02-2026, 12:57
    Tramp: "ABŞ İrana qarşı döyüş əməliyyatlarına başlayıb"
  • 28-02-2026, 12:54
    ABŞ-İsrail hücumlarında Pezeşkian xəsarət alıb?
  • 28-02-2026, 12:51
    İsrail-İran MÜNAQİŞƏSİ - Tehrandan başqa, daha altı şəhərdə PARTLAYIŞ SƏSLƏRİ EŞİDİLİR
  • 28-02-2026, 12:47
    İran-İsrail münaqişəsi Bakıdan uçuşlara TƏSİR ETDİ
  • 28-02-2026, 12:44
    İran İsrailin hücumlarına cavab zərbələrinə BAŞLADI
  • 28-02-2026, 12:15
    Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikasının Peşəkar Travmatoloq-Ortopedi – Aslan Məmmədov
  • 28-02-2026, 11:42
    Gülcahanın doğum günü münasibətilə rəbrik
  • 27-02-2026, 13:14
    Məktəblərdə şagirdlərin pis vərdişlərdən qorunması: maarifləndirmənin zəruriliyi və məsuliyyət bölgüsü.
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə