• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

“Qərbi Azərbaycana Qayıdış Gənclərin Səsi ilə” layihəsi yekunlaşıb

gundem / sosial / manset

24-02-2026, 19:45

“Qərbi Azərbaycana Qayıdış Gənclərin Səsi ilə” layihəsi yekunlaşıb
“Xezertv.info” xəbər verir ki, “Qərbi Azərbaycana Qayıdış Gənclərin Səsi ilə” layihəsi çərçivəsində maarifləndirici görüşlər, podkast xarakterli videoçarxlar və hesabat konfransı təşkil olunub. Layihənin məqsədi Qərbi Azərbaycan icmasının konstitusiya və beynəlxalq hüquq çərçivəsində mövcud olan hüquqları barədə gənclərin məlumatlılığını artırmaq, onları bu prosesin fəal iştirakçısına çevirmək və beynəlxalq ictimaiyyətə Qərbi Azərbaycana qayıdış prosesinin hüquqi əsaslarını və humanitar mahiyyətini çatdırmaq olub.
Layihə çərçivəsində ayrı-ayrılıqda keçirilən görüşlərdə millət vəkili, Qərbi Azərbaycan İcması Gənclər Şurasının sədr müavini Naqif Həmzəyev Qərbi Azərbaycanın tarixi kökləri, azərbaycanlıların həmin ərazilərdə məskunlaşma tarixi, deportasiya mərhələləri və beynəlxalq hüquq çərçivəsində qayıdış hüququnun əsasları barədə geniş məlumat verib. Hərbi jurnalist Heydər Mirzə Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq arenada təqdim olunması, effektiv kommunikasiya strategiyalarının qurulması və informasiya məkanında düzgün narrativlərin formalaşdırılması məsələlərinə toxunub. Beynəlxalq hüquqşünas və siyasət üzrə tədqiqatçı Fərid Şükürlü isə qayıdış prosesinin beynəlxalq hüquq normalarına uyğun tənzimlənməsi, mövcud mexanizmlər və hüquqi çərçivə barədə iştirakçılara ətraflı izahlar təqdim edib.
Layihə çərçivəsində gənclərin təqdimatında podkast xarakterli videoçarxlar hazırlanıb və Birliyin sosial şəbəkə hesablarında paylaşılıb. Videoçarxlarda Qərbi Azərbaycanın tarixi həqiqətləri, qayıdış prosesinin hüquqi mexanizmləri və gözləntilər, gənclərin bu prosesdə rolu, eləcə də qayıdış hüququnun beynəlxalq və milli çərçivədə tənzimlənməsi və beynəlxalq müstəvidə düzgün təmsil olunması məsələləri geniş şəkildə işıqlandırılıb. Hazırlanan videomateriallar mövzunun daha geniş auditoriyaya çatdırılmasına və gənclərin qayıdış prosesinin fəal təbliğatçısı kimi iştirakına imkan yaradıb.
Layihənin yekununda Hesabat konfransı təşkil edilib. Tədbirin rəsmi açılış hissəsində Azərbaycan Respublikası Milli Məclisinin deputatı Vüqar İskəndərov, Azərbaycan Respublikası Gənclər Fondunun Daxili nəzarət və monitorinq şöbəsinin müdiri İsmayıl Süleymanov, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, AMEA A.A.Bakıxanov adına Tarix və Etnoqrafiya İnstitutunun “Qərbi Azərbaycan tarixi” şöbəsinin müdiri Cəbi Bəhramov və Xəzər Müdafiə Tədqiqatları Mərkəzinin rəhbəri, hərbi ekspert Ramil Məmmədli çıxış ediblər. Çıxışlarda gənclərin müvafiq istiqamətdə maarifləndirilməsinin əhəmiyyəti, təşəbbüslərin davamlılığının təmin edilməsi və Qərbi Azərbaycan həqiqətlərinin yerli və beynəlxalq ictimaiyyətə çatdırılmasında gənclərin rolu xüsusi vurğulanıb.
Konfrans çərçivəsində layihə üzrə görülən işlər və əldə olunan nəticələr təqdim edilib, təşəbbüsün gənclərin mövzuya marağının artmasına və daha fəal vətəndaş mövqeyinin formalaşmasına töhfə verdiyi bildirilib. Daha sonra “Qayıdış prosesində qarşıda duran vəzifələr: maarifləndirmə, hüquq və çağırışlar” mövzusunda panel müzakirəsi keçirilib. Paneldə Qafqaz Tarixi Mərkəzinin direktoru, tarixçi Rizvan Hüseynov, Hüquq və İnsan Haqları İnstitutunun Hüquqi Tədqiqat şöbəsinin müdiri Aygün Arifli, AMEA-nın akademik Z. M. Bünyadov adına Şərqşünaslıq İnstitutunun böyük elmi işçisi Mirzə Ənsərli çıxış edərək tarixi sənədlər, təhlükəsizlik məsələləri və insan hüquqları kontekstində mühüm məqamlar ətrafında fikir mübadiləsi aparıblar, qayıdış hüququnun əsaslandırılması və beynəlxalq müstəvidə təqdimatı istiqamətində təkliflər səsləndiriblər.
Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, Gənclərin Həmrəyliyi İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilib.

Oxunub: 4
Paylaş:
Digər xəbərlər

gundem / ust / manset

7-12-2024, 12:24

"Qərbi Azərbaycana qayıdış strateji hədəfimizdir" - Partiya sədri

siyaset / manset

10-09-2023, 11:52

Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti “seçki” təxribatını kəskin şəkildə pisləməyə çağırıb

gundem / manset

16-02-2025, 17:36

“Tariximizin işığında - Qərbi Azərbaycanın izi ilə” layihəsi ilə bağlı mətbuat konfransı keçirilib.

gundem / ust / manset

12-02-2024, 13:00

Qərbi Azərbaycan İcması Paşinyana cavab verib

gundem / ust / manset

23-08-2023, 10:49

Qərbi Azərbaycan İcması Belçika xarici işlər nazirinin bəyanatını qınayıb

ULUSƏS TV
Son xəbərlər
  • Bu gün, 20:14
    Türkiyə Uluslararası Elmlər Akademiyasının fəxri professoru, hüquq elmləri üzrə fəlsəfə doktoru və tanınmış şair Raqif Nazimoğlunun təqdimatında
  • Bu gün, 11:03
    Fatma Yıldırım:Bakı İqlim Həftəsi Azərbaycanın qlobal iqlim gündəliyində fəal rolunun davamıdır
  • Bu gün, 10:06
    Bəzi yollarda tıxac var
  • Bu gün, 09:59
    “Demokratlar hakimiyyətə gəlsə, hər şeyi məhv edəcəklər” - Tramp
  • Bu gün, 09:55
    Bu ərazilərdə işıq olmayacaq - Xəbərdarlıq
  • Bu gün, 09:51
    Merkuri 10 kilometrdən çox kiçilib
  • Bu gün, 09:44
    1000 ildən sonra ilk dəfə sərgilənən - Sənət əsəri
  • Bu gün, 09:39
    Trampdan İran bəyanatı - Qərarından peşman deyil
  • Bu gün, 09:35
    Amansız xəstəliklə mübarizə aparır
  • Bu gün, 09:31
    Putin Hindistandadır - Video
  • Bu gün, 09:26
    2030-cu il DÇ-nin final oyunu burada keçirilə bilər
  • Dünən, 21:49
    ŞƏFA ÜNVANLI, SÖZ BOYALI ÖMÜR
  • Dünən, 21:19
    Fərid Eyvazovun güc şousu alınmadı: “Alliance Clinic”də ciddi nöqsanlar – FOTO
  • Dünən, 21:13
    SÖZÜN İŞIĞINDA KEÇƏN 63 İL: ŞAMİL CƏFƏRLİ ÖMRÜNÜN MÜDRİKLİK ZİRVƏSİNDƏ
  • Dünən, 10:44
    Universitetlərimizin tələbə coğrafiyası 120-yə yaxın ölkəni əhatə edib
  • Dünən, 10:42
    Şəkidəki hadisə ilə bağlı cinayət işi başlandı - Qəzanın səbəbi açıqlandı
  • Dünən, 10:11
    “Azeri Light”ın qiyməti 113 dolları ötdü
  • Dünən, 10:08
    Xocalıda ANAMA əməkdaşı minaya düşdü - Yenilənib
  • Dünən, 10:04
    Ukrayna yeni zenit raketini Polşada təqdim etdi
  • Dünən, 10:01
    ÜST-dən şəkər xəbərdarlığı - Günlük norma nə qədər olmalıdır?
  • Dünən, 09:54
    Pekində gənələr vasitəsilə yayılan yeni virus növü tapıldı
  • Dünən, 09:51
    Tramp İranla müharibənin başa çatacağı vaxtı - Açıqladı
  • Dünən, 09:47
    Filippində gəmidə yanğın - 5 nəfər öldü
  • Dünən, 09:43
    Trampla Zelenski görüşəcəklər - Tarix açıqlandı
  • 9-09-2026, 20:09
    Türkiyə Uluslararası Elmlər Akademiyasının fəxri professoru, hüquq elmləri üzrə fəlsəfə doktoru və tanınmış şair Raqif Nazimoğlunun təqdimatında
  • 9-09-2026, 19:37
    QHT sədri İmişli rayonunda 70 aztəminatlı ailənin uşaqlarına məktəb geyimləri və ləvazimatlarə təqdim edib
  • 9-09-2026, 10:39
    Avropada yeni təhdid - Yeniyetmələrdən necə istifadə olunur?
  • 9-09-2026, 10:36
    Kayak və kanoeçilərimiz Minskdə beynəlxalq yarışda iştirak edəcəklər
  • 9-09-2026, 10:31
    Aleksandr Şarovski vəfat etdi
  • 9-09-2026, 10:26
    “Azeri Light”ın qiyməti 108 dolları ötdü
  • 9-09-2026, 10:23
    “Volvo” dünyanın ən etibarlı avtomobil markaları sırasındadır - Mükəmməllik standartı
  • 9-09-2026, 10:17
    “Qalatasaray” “Sportinq”ə qarşı - ÇL-də günün oyunları
  • 9-09-2026, 10:12
    Paytaxtın 7 yolunda sıxlıq var
  • 9-09-2026, 10:08
    Rusiyada antibiotiklərə davamlı vərəm ştammı aşkar edildi
  • 8-09-2026, 10:13
    Bakı-Qazax magistralında avtomobil aşdı - Ölənlər var-Yenilənib
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə