• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

YARIM ƏSRLİK ÖMRÜN KƏHKƏŞANI

gundem / sosial / manset

11-03-2026, 16:19

YARIM ƏSRLİK ÖMRÜN KƏHKƏŞANI
... Onun öz əməlləri ilə yarım əsrdə yaratdığı kəhkəşan insanların ürəyində, Tanrının nəzərindədir. 50 ildə insanlar tərəfindən ancaq bu qədər sevilmək olar... Bu ömrün sahibi Mahmud Süleymanov haqqında danışıram.
Bu gün dəyərli insan, etibarlı dost və məsuliyyətli dövlət qulluqçusu Mahmud Süleymanovun 50 illik yubileyi münasibətilə onu səmimi qəlbdən təbrik etmək böyük sevinc və qürur hissi doğurur. Yarım əsrlik həyat yolu zəhmət, məsuliyyət, insanlara xidmət və qazandığı hörmətlə yadda qalan mənalı bir ömür tarixidir.
Mahmud Süleymanov uzun illərdir ki, dövlət idarəçiliyi sahəsində öz peşəkarlığı, prinsipial mövqeyi və yüksək məsuliyyət hissi ilə seçilən şəxslərdəndir. Bu gün İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini kimi fəaliyyət göstərərək rayonun sosial-iqtisadi inkişafı, insanların rifahının yaxşılaşdırılması və dövlət siyasətinin yerli səviyyədə uğurla həyata keçirilməsi istiqamətində mühüm işlər görür. Onun idarəçilik bacarığı, vətəndaşlara diqqəti və problemlərin həllinə həmişə həssas yanaşması Mahmud müəllimi rayon ictimaiyyətinin hörmət qazanan simalarından birinə çevirib.
Mənalı və şərəfli ömürlüyündə M.Süleymanovun bu sahədə çalışdığı illər həyatının xüsusi mərhələsini, bəhrəli dövrünü, maraqlı yaşantılarını təşkil edir. İstedadı, işgüzarlığı, təşkilatçılığı sayəsində o bu vəzifəyə layiq görülüb. Əvvəlki illərdə müxtəlif vəzifələrdə çalışdığı zaman qazandığı zəngin təcrübə, idarəetmə məharəti, böyük fəaliyyət potensialı, hərtərəfli dünyagörüşü, gözəl mənəviyyatı RİH başçısının birinci müavini seçilməsinə münbit zəmin yaradıb və hazırda da o bu vəzifəni ləyaqətlə daşıyır.
O, hər zaman insanların qayğıları ilə maraqlanan, onların problemlərinə diqqətlə yanaşan və dövlətə sədaqətlə xidmət edən bir rəhbər kimi tanınır. Bu xüsusiyyətlər isə onun həm işgüzar mühitdə, həm də cəmiyyət arasında böyük nüfuz qazanmasına səbəb olub.
Lakin Mahmud müəllimi dəyərli edən təkcə onun vəzifəsi və peşəkar fəaliyyəti deyil. O, eyni zamanda səmimi, mərd və dostluğa böyük dəyər verən bir insandır. Onu tanıyan hər kəs bilir ki, Mahmud Süleymanov dostluqda sədaqətli, sözdə və əməldə etibarlı, çətin günlərdə yanında olan insanlardan biridir. Məhz bu insani keyfiyyətlər onu ətrafındakı insanların qəlbində daha da ucaldır.
Mahmud müəllim orta məktəbdə də, təhsil aldığı ali məktəblərdə də, ailədə də, qonşuda da indiki kimi hər zaman hörmətli, xətirli olub. Gərək hər bir hərəkətin, davranışın arxsına bir nümunəvilik dayansın ki, seviləsən, seçiləsən. Mahmud müəllim büllur kimi təmiz insan olduğunu, obyektivliyini, halallığını öz işi davranışı insanlara münasibətilə dəfələrlə sübut edib. Bu həqiqətlərə onu tanıyanların heç birində şübhə olmayıb. Elə bu səbəbdən də Mahmud müəllimin fəaliyyətində də, dövlət qulluğunda da, insanlıqda da düzgünlüyünə inanır, onu sədaqətli dost, hikmətli ziyalı kimi də sayırlar.
M.Süleymanov hansı sahədə çalışıbsa, öz işi, qanunpərəstliyi, davranışı, xoş rəftarı, dövlətçiliyə sədaqəti, ciddi münasibəti, obyektivliyi ilə hamının rəğbətini qazanıb.
Mahmud müəllimin zəhmətsevərliyi, işinə vurğunluğu, alicənablığı, həmişə onunla yol yoldaşı olub. İndiyədək də o bu insanlığı, alicənablığı qoruyub saxlayıb. O, söz düşəndə onun əməyə, təhsilə yiyələnməsində valideynlərinin böyük rolundan söhbət açır. Deyir ki, məndə olan bütün yaxşı xüsusiyyətləri, müsbət keyfiyyətləri valideynlərim aşılayıblar. Bu, nəsildən-nəslə keçən tərbiyədir.
M.Süleymanovun həyat yoluna qısaca nəzər saldıqda adamın gözləri qarşısında kiçik yaşlarından ailəyə dayaq olan, etimad göstərilərək tapşırılan işin öhdəsindən layiqincə gələn dövlət adamı, hərtərəfli biliyi, təşkilatçılıq qabiliyyəti olan, çalışdığı kollektivin qayğısına qalan insan surəti canlanır. Mahmud müəllim tutduğu vəzifənin tapşırılan işin məsuliyyətini dərk və hiss edən və onun öhdəsindən şərəflə gələn insandır. Harada çalışıbsa, orada hörmət qazanıb.
Mahmud müəllimin zahiri görkəmi ilə daxili görünüşü eynidir. Onun sözü də, əməli də birdir. Necə deyərlər, natural adamdır, özü necədirsə, sözü də elədir. Zahirən necə görünürsə, daxilən də elədir, şəxsiyyəti ilə insanlığı vəhdətdədir. O, üzü ağ dünyanın adamıdır. M.Süleymanov bu əzəməti ilə ona görə hamı tərəfindən sevilir ki, böyük vəzifə sahibi və ləyaqətli insan statusuna malik ola-ola dahiyanə sadədir. Heç kəsin qəlbinə toxunmaz, hamıya istiqanlıdır, ətrafdakılar üçün sədd, sərhəd tanımır...
Bu yerdə bir anlığa bir misra keçdi beynimdən:
İnsan çoxdur dünyada,
Mahmud isə dürdanədi.
... Çalışdığı bu meydanda,
Daim mərdi-mərdanədi.
50 illik həyat yolu böyük təcrübə, müdriklik və həyat məktəbidir. Bu illər ərzində Mahmud müəllim həm dövlət qulluğunda, həm də şəxsi həyatında nümunəvi mövqeyi ilə seçilərək hörmət və rəğbət qazanıb.
Onun zəhməti, fədakarlığı və insanlara olan münasibəti gələcək nəsillər üçün də gözəl örnəkdir. Mahmud müəllim valideyinləri üçün əziz övlad, övladları üçün əziz Atadır!
Bu əlamətdar yubiley günündə Mahmud Süleymanova möhkəm can sağlığı, uzun ömür, ailə səadəti və gələcək fəaliyyətində yeni uğurlar arzulayırıq.
Qoy həyatının bundan sonrakı mərhələsi də uğurlarla, xoş hadisələrlə və gözəl xatirələrlə zəngin olsun. Qoy dövlətə və xalqa xidmət yolunda atdığı addımlar daim uğur gətirsin.
Hörmətli Mahmud müəllim, 50 yaşınız mübarək!
Qoy həyat yolunuz həmişə işıqlı, uğurlu və şərəfli olsun. Sizi tanıyan hər kəsin hörməti və sevgisi daim sizinlə olsun.
Yubileyiniz mübarək!
P.S.
Dəyərli Mahmud müəllim, bəlkə də təbrik üçün gecikmişəm. Sizə olan dost və qardaş sevgimi də bilirsiniz. Dostuma və qardaşıma təbrikim ürəyimin sözləridir. Nə yaxşı ki, varsınız və nə yaxşı ki, mənim dostumsunuz!

Sizə dost və qardaş sayğılarımla: Yusif Məhəmmədoğlu

Via.az

Oxunub: 5
Paylaş:
Digər xəbərlər

gundem / manset

9-02-2026, 14:17

Dövlətə, xalqa və dostluğa sədaqət nümunəsi

gundem / sosial / bolge / manset

1-05-2025, 13:10

Cəfərov Ağaşirin Məmmədəli oğlunun 60 illik yubileyi münasibətilə təbrik

dunya / manset

11-08-2024, 12:56

Mahmud Abbas Rusiyaya səfər edəcək

gundem / sosial

17-08-2025, 15:04

Sevinc Əsgərova – Zövqün, gözəlliyin və uğurun siması

gundem / sosial / manset

15-02-2025, 17:07

Mətanət Həzrətquliyanın “60 illik yubileyi” münasibətilə təbrik edirik!

ULUSƏS TV
Son xəbərlər
  • 18-10-2026, 10:38
    Azərbaycan və Özbəkistan həmkarlar ittifaqları arasında Memorandum imzalanıb
  • Dünən, 10:37
    Səday Alıyevə cinayət işi açıldı - Üç milyonluq mənimsəmə
  • Dünən, 10:24
    Elmarla Emin başqa cinayətə görə də axtarışda imiş...
  • Dünən, 10:17
    Qətlə yetirilən “Ceyhun Sabunçu”nun əsl adı Cəlal imiş - Rəsmi
  • Dünən, 10:13
    Xərçəng peyvəndi ölüm riskini yarıyadək azaldıb
  • Dünən, 10:07
    Tramp Nikkini təriflədi - Ağ Ev onu mətbuat katibi “təyin etdi”
  • Dünən, 10:01
    Üçüncü dəfə “Qızıl Top”u qazandı - Fotolar
  • Dünən, 09:56
    Dünyanın ən böyük elektrik gəmisi xidmətə başladı - Fotolar
  • Dünən, 09:51
    Bu ərazilərdə işıq olmayacaq - Yenilənib
  • Dünən, 09:46
    Qızıldan yol salırlar - Dünyada ilk
  • Dünən, 09:44
    Seçkidə uduzduqdan sonra pasportları əlindən alındı - Ölkədən çıxışı qadağan edildi
  • Dünən, 09:40
    “ABŞ danışıqlara ciddi yanaşırsa, 7 şərti qəbul etməlidir”
  • 26-10-2026, 10:29
    Bu küçədə hərəkət məhdudlaşdırılır
  • 26-10-2026, 10:24
    Kimlərin pensiyalarına əlavələr ediləcək?
  • 26-10-2026, 10:20
    “AzInTelecom” tərəfindən 85 mindən çox saxta IMEI kod bloklanıb
  • 26-10-2026, 10:16
    Partiyasının seçkilərdə məğlub olduğunu açıqladı
  • 26-10-2026, 10:10
    Lula da Silva yenidən Prezident seçildi
  • 26-10-2026, 10:03
    14 yolda tıxac var - Sürücülərin nəzərinə!
  • 26-10-2026, 09:58
    Bu ərazilərdə işıq olmayacaq
  • 26-10-2026, 09:54
    Səudiyyə Ərəbistanında raket qalıqları evlər olan əraziyə düşdü - Yaralılar var
  • 26-10-2026, 09:49
    Sumqayıtda kəmər partlayıb, evləri su basıb - Video
  • 26-10-2026, 09:43
    Əfqanıstanda güclü zəlzələ oldu
  • 25-10-2026, 19:59
    Girnədən Bakıya qələbə yolu: Azərbaycan idmançılarının üçqat zəfəri
  • 25-10-2026, 13:27
    XİN-dən Qazaxıstan paylaşımı
  • 25-10-2026, 13:19
    Prezidentin futbolçularla görüşündə maraqlı anlar
  • 25-10-2026, 13:11
    Bolqarıstanda prezident seçkiləri keçirilir
  • 25-10-2026, 12:59
    FHN silsilə maarifləndirmə tədbirləri keçirib
  • 25-10-2026, 12:54
    Rövşən Nəcəf 7 nömrəli forma ilə millimizə dəstək olmağa gəldi
  • 25-10-2026, 12:48
    İnfantino İlham Əliyevə təşəkkür etdi
  • 24-10-2026, 17:38
    Qubadlıda dirçəliş: Böyük Qayıdışın yeni mərhələsi
  • 24-10-2026, 12:34
    XİN-dən BMT Günü ilə bağlı paylaşım
  • 24-10-2026, 12:30
    “İran xaricdəki amerikalı diplomatlara sui-qəsd hazırlayır” - KİV
  • 24-10-2026, 12:20
    “Şəfa” “Kəpəz”ə, “Neftçi” “Turan Tovuz”a qarşı
  • 24-10-2026, 12:16
    Sürücülərin nəzərinə!
  • 24-10-2026, 11:22
    Bakıda FIFA DÇ həyəcanı başlayır
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə