• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Əmək bazarında yeni dinamika: Xarici işçi qüvvəsində azalma

gundem / iqtisadiyyat / manset

15-03-2026, 10:37

Əmək bazarında yeni dinamika: Xarici işçi qüvvəsində azalma
Azərbaycanda əmək bazarında xarici işçi qüvvəsinin sayında azalma müşahidə edilir. Ekspertlər azalmanı həm yerli peşəkar kadrların artması, həm də müəyyən sahələrdə ixtisarlarla əsaslandırırlar.

Ötən ilin yekunlarına görə, Azərbaycanda əmək bazarında xarici işçi qüvvəsinin dinamikası müəyyən dəyişikliklərlə müşahidə olunub. Rəsmi statistikaya əsasən, 2025-ci ilin sonuna ölkədə qüvvədə olan iş icazələrinin sayı 7 990 nəfər təşkil edib. Bu göstərici 2024-cü ilin sonundakı 8 141 nəfərlə müqayisədə 151 nəfər və ya təxminən 1,9 faiz azdır. Maraqlıdır, görəsən, bu azalmanın əsas səbəbi nədir?

Sahələr üzrə bölgüyə nəzər saldıqda, tikinti sektorunun lider mövqedə qaldığı görünür. 2025-ci ildə tikintidə çalışan əcnəbilərin xüsusi çəkisi 34,3 faiz təşkil edib. Bu göstərici əvvəlki illə müqayisədə 0,4 faiz bəndi azalsa da, sektorun ümumi strukturda dominantlığını qoruduğunu göstərir. Mədənçıxarma sənayesində isə əks tendensiya müşahidə olunur. 2024-cü ildə 9,8 faiz olan pay 2025-ci ildə 10 faizə yüksəlib. Enerji və xammal sektorunda texnoloji bilik və spesifik təcrübə tələb edən sahələrdə xarici mütəxəssislərə ehtiyacın davam etməsi bu artımı izah edir. Emal sənayesində isə müəyyən geriləmə qeydə alınıb. Əgər 2024-cü ildə bu sahənin payı 9,3 faiz idisə, 2025-ci ildə 8,9 faizə enib. Turistlərin yerləşdirilməsi və ictimai iaşə sektorunda daha nəzərəçarpan azalma müşahidə edilib. 2024-cü ildə 8,6 faiz olan pay 2025-ci ildə 7,6 faizə düşüb.
Ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsində də azalma qeydə alınıb. 6,1 faizdən 5,6 faizə enən göstərici bu istiqamətdə xarici işçi qüvvəsinə tələbatın nisbətən zəiflədiyini göstərir. Eyni zamanda, təhsil sektorunda artım diqqət çəkir. 2024-cü ildə 5,4 faiz olan pay 2025-ci ildə 5,7 faizə yüksəlib.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov bildirib ki, Azərbaycanda əcnəbi vətəndaşların iş icazələri peşə və ərazi üzrə deyil, ümumi kvota əsasında müəyyən olunur. Miqrasiya qanunvericiliyinə görə, iş icazəsi əcnəbilərə bir il müddətinə verilir. Qarabağdakı yenidənqurma işləri ilə əlaqədar bəzi hallarda bu müddət iki ilə qədər uzadılıb. S.Məmmədov ehtimal edir ki, həmin ərazilərdə işçi ehtiyacı azalıb: "Əvvəllər hətta ixtisaslı fəhlələrə, mürəkkəb montaj və elektrik işləri üzrə kadrlara, habelə mühəndislərə böyük tələbat var idi. Görünür, hazırda bu işlərdə xarici işçilərə ehtiyac minimuma enib”.

Ekspert hesab edir ki, bu tendensiyanın həm müsbət, həm də mənfi tərəfləri var: "Müsbət tərəfi odur ki, yerli işçi qüvvəsinin kvalifikasiyası artıb və ixtisaslı işləri yerli əmək bazarı təmin edə bilir. Mənfi tərəfi isə infrastruktur layihələrinin həcminin azalması ilə bağlı ola bilər”.

Millət vəkili Azər Allahverənov deyib ki, əməkçi miqrantların sayının azalması bir neçə amillə bağlıdır. Azərbaycanda azalma əsasən yerli şərait və iqtisadi faktorlardan qaynaqlanır.

Deputatın sözlərinə görə, pandemiya dövründə iqtisadi sahələrdə layihələrin dayandırılması əməkçi miqrantların iş imkanlarını məhdudlaşdırıb, bu isə öz növbəsində iş yerlərinin bağlanmasına səbəb olub: "Amma sonrakı illərə nəzər saldıqda görürük ki, miqrasiya mübadiləsi templəri sabitləşib. Əmək fəaliyyəti ilə məşğul olan əcnəbilərin sayında müəyyən hərəkətlənmə müşahidə olunur. Bu da onunla bağlıdır ki, yerli qanunvericilikdə əməkçi miqrantlar məsələsində yeni bir yanaşma sərgilənməyə başlayıb. Yəni, qanunvericilikdə yüksək ixtisasa malik miqrantlara xüsusi diqqət göstərilir ki, nəticədə kəmiyyət-keyfiyyət dəyişiklikləri yaranıb”.

A.Allahverənov həmçinin bildirib ki, hazırda əcnəbi miqrantların əsas fəaliyyət sahələri neft-qaz, tikinti, yüksək texnologiyalar və sahibkarlıqdır: "Əsas pay neft-qaz sektoruna aiddir. Amma işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq layihələrində də xeyli xarici şirkət fəaliyyət göstərir və onlar birbaşa ixtisaslı miqrantların xidmətindən istifadə edirlər. Bizdə əmək bazarında əməkçi miqrantlarla bağlı bir neçə alət var. Onların arasında əmək kvotalarının verilməsi, fərdi uçot sistemində qeydiyyat məsələsi çox vacib alətlərdir. Məsələn, işğaldan azad olunmuş ərazilərdə əmək kvotası yoxdur. Amma əcnəbilərin fərdi uçot sistemində qeydiyyatı tələbi qüvvədə qalır. Ümumilikdə iş icazələrinin verilməsi məhz kvota çərçivəsində həyata keçirilir. İş icazəsi olmadan əcnəbi Azərbaycanda əmək fəaliyyəti ilə məşğul ola bilməz. Amma burada da istisnalar mövcuddur. Miqrasiya Məcəlləsində konkret müddəalar var. Hansı ki, həmin müddəalar əcnəbi miqrantı iş icazəsi almaqdan azad edir”.

Deputat onu da əlavə edib ki, son illər əmək bazarında yerli kadrların rəqabət qabiliyyəti artıb: "Azalma həm də onunla bağlı ola bilər ki, əmək bazarında yerli kadrlar rəqabətə daha dayanıqlıdır. Tarixi misal kimi, 1994-cü ildə "Əsrin müqaviləsi” imzalandıqdan sonra neft-qaz sektorunda konsorsiumlarda əməkçi heyətin 85-90 faizi əcnəbilərdən ibarət idi. Lakin hökumətin tələbi ilə yerli kadrların formalaşdırılması və yetişdirilməsi nəticəsində hazırda iri xarici şirkətlərin əməkdaşlarının 95 faizi yerli mütəxəssislərdən ibarətdir”.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) iqtisadiyyat kafedrasının dosenti, iqtisad elmləri namizədi Emin Qəribli isə bildirib ki, Azərbaycanda əcnəbi işçilərin böyük əksəriyyəti neft sektorunda çalışır: "Hazırda ölkədə neft sahəsində müvəqqəti azalmalar müşahidə olunur ki, bu da xarici işçilərin sayına təsir edən əsas amillərdən biridir”.

E.Qəribli vurğulayıb ki, Qarabağ və Ələt iqtisadi zonalarındakı böyük investisiya layihələri ixtisaslı kadrlar üçün tələbatı yaxın gələcəkdə artıracaq. Onun sözlərinə görə, ölkədə investisiyaların dinamikası müsbətdir, lakin cari ilin iqtisadi artımı bir qədər zəifdir. Qonşu ölkələrdə yaranmış gərginliklər də regiona təsirsiz ötüşmür. Ekspert qeyd edib ki, iqtisadi aktivliklə bağlı xarici işçi sayında dalğalanmalar həmişə müşahidə olunub və bu azalmanın müvəqqəti xarakter daşıdığını düşünür.

Mənbə: "Kaspi" qəzeti

Oxunub: 2
Paylaş:
Digər xəbərlər

sosial / manset

10-11-2025, 12:37

Bu il ən çox tələb olunan peşələr bunlardır

gundem / manset

28-03-2025, 12:00

Azərbaycanda daha 2 min eşşək "yoxa çıxdı" - Rayonlar üzrə rəqəmlər

gundem / manset

16-03-2025, 11:32

"Premium Bank"ın aktivlərində 45 mln. manatlıq azalma

gundem / manset / Təhsil

8-07-2025, 11:33

DİM: Bu il magistraturaya qəbulda yüksək bal toplayanların sayında azalma var

gundem / manset

14-12-2024, 11:41

Azərbaycan əmək bazarında qeyri-bərabərlik - Dünya Bankının statistikası nə deyir?

ULUSƏS TV
Son xəbərlər
  • Bu gün, 13:42
    “Dəyişən dünyanın dəyişməz insanları” layihəsində...
  • Bu gün, 12:32
    İlham Əliyevin FIFA prezidenti ilə görüşündən maraqlı
  • Bu gün, 12:28
    Prezident İnfantinonu qəbul etdi
  • Bu gün, 12:16
    “Faiq Məmmədov Qarabağ Universitetində heç vaxt çalışmayıb” - Rəsmi
  • Bu gün, 12:03
    Nazir görüş keçirdi
  • Bu gün, 11:49
    Bakı bu il gözlənilən leysanlara nə dərəcədə hazırdır?
  • Bu gün, 11:44
    Azərbaycanlılara qarşı etnik təmizləmənin BMT müstəvisində müzakirəsi
  • Bu gün, 11:37
    Qazi aşpazın ölüm səbəbi - Şüşəyə yumruq vurubmuş...
  • Bu gün, 11:31
    Konsertdən 1 saat əvvəl xəsarət alsa da, səhnəyə çıxıb
  • Bu gün, 11:26
    Turşu hazırlayarkən yıxıldı - Əlindəki bıçaqdan xəsarət aldı
  • Dünən, 14:53
    Azərbaycan regionda ən rəqabətqabiliyyətli iqtisadiyyata malik ölkədir
  • Dünən, 13:21
    ƏDALƏT, ŞƏFFAFLIQ VƏ HUMANİZM — MƏHKƏMƏ PROSESİNDƏ HÜQUQUN ALİLİYİ
  • Dünən, 10:49
    ANIM GÜNÜ İLƏ BAĞLI GİKM-İN REGİONAL NÜMAYƏNDƏLİK VƏ BÖLMƏLƏRİNDƏ SİLSİLƏ TƏDBİRLƏR KEÇİRİLİB
  • Dünən, 09:28
    Həkimləri çağırışa çatdıran sürücü - Sükan arxasında öldü
  • Dünən, 09:24
    Novxanı- Pirşağı yolunda ağır qəza - 2 nəfər yaralandı - Video
  • Dünən, 09:18
    Bakının bu ərazilərində işıq olmayacaq
  • Dünən, 09:12
    Meloni İlham Əliyevə təşəkkür etdi
  • Dünən, 09:08
    Bioloji yaşlanmanın qarşısını almağın yolu açıqlandı
  • Dünən, 09:02
    İran Hörmüzdə ABŞ-yə məxsus pilotsuz sualtı aparatı ələ keçirdi
  • Dünən, 08:59
    Serbiya Prezidenti istefa verdi
  • Dünən, 08:55
    “Suveren Azərbaycan çoxlarının kabusu və qorxunc röyası idi!” - Elşən Musayev
  • Dünən, 08:40
    Çin İrandan üz çevirir? - Ağ Evdəki görüşün detalları
  • Dünən, 08:36
    “Səfərdən bir xalla qayıtmağımız sevindiricidir” - Ayxan Abbasov
  • 27-09-2026, 21:05
    Ağırlıqqaldırma üzrə tələbələr arasında ilk dünya çempionumuz Tehran Məmmədov Vətənə qayıdıb
  • 27-09-2026, 20:50
    AZƏRBAYCAN RESPUBLİKASI İNSAN HÜQUQLARI MÜDAFİƏSİ, REPUBLIC OF AZERBAIJAN – DEFENDING HUMAN RIGHTS, İnsan Hüquqları Müdafiəsi — Defending Human Rights şirkətinin rəhbəri, Beynəlxalq hüquq müdafiəçisi İsmayıl Zalovdan mühüm bəyanat
  • 27-09-2026, 19:28
    İmişlidə 27 Sentyabr – Anım Günü dərin ehtiramla qeyd olunub
  • 27-09-2026, 15:33
    Əli Nağıyev və Orxan Sultanov Zəfər parkını ziyarət etdi
  • 27-09-2026, 14:45
    “YAP-ın qurultayı növbədənkənar xarakter daşımır”
  • 27-09-2026, 12:35
    “AzərEnerji” və “Azərişıq” rəhbərliyi şəhidlərin xatirəsini andı
  • 27-09-2026, 12:30
    Prezidentlə xanımı Bakıdakı Zəfər parkında
  • 27-09-2026, 12:10
    Əli Əsədov, Sahibə Qafarova və Samir Nuriyev Zəfər parkında
  • 27-09-2026, 12:05
    DİN-in şəxsi heyəti şəhidlərin xatirəsini andı
  • 27-09-2026, 11:55
    Zakir Həsənovla Kərim Vəliyev şəhidləri andı
  • 27-09-2026, 10:30
    "Best Energy Group" MMC-nin təsisçisi və direktoru Sahib Süleymanov: 27 Sentyabr – Şəhidlərimizin əziz xatirəsi qarşısında baş əyirik
  • 26-09-2026, 17:53
    Peşəkarlıq, diqqət və insanlıq – Emin doktor haqqında şəxsi düşüncələrim
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə