• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Elm, təcrübə və gələcək peşələr: Şirvan məktəblilərinin istehsalatla tanışlığı

gundem / bolge / manset

9-04-2026, 20:06

Elm, təcrübə və gələcək peşələr: Şirvan məktəblilərinin istehsalatla tanışlığı
“Xezertv.info” xəbər verir ki, bu gün Şirvan şəhəri 12 saylı tam orta məktəbin müəllim kollektivi və təhsildə yüksək nailiyyətləri ilə seçilən bir qrup şagirdin bilik və dünyagörüşünün artırılması, onların istehsalat sahəsi ilə yaxından tanış edilməsi, eləcə də gələcək peşə seçimlərinə istiqamət vermək məqsədilə “Shirvan Operating Company Ltd” Şirkətinin Azərbaycan Respublikasındakı Filialında geniş tərkibli ekskursiya təşkil olundu.
Tədbirin əsas məqsədi şagirdlərdə nəzəri biliklərin praktik mühitdə tətbiqi ilə bağlı əyani təsəvvürlərin formalaşdırılması, onların istehsalat proseslərinə marağının artırılması, müasir texnologiyalar və əmək təhlükəsizliyi qaydaları ilə yaxından tanış edilməsindən ibarət idi. Bu baxımdan ekskursiya həm maarifləndirici, həm də motivasiyaedici xarakter daşıyaraq şagirdlərin inkişafına mühüm töhfə verdi.
Ekskursiya çərçivəsində məktəblilər əvvəlcə avtobus vasitəsilə istehsalat sahəsinə gətirilərək 2 saylı neft quyusu ilə tanış oldular. Texniki-istehsalat şöbəsinin rəisi Emin Əhmədov tərəfindən quyunun istismar xüsusiyyətləri, hasilat prosesi, istifadə olunan texniki avadanlıqlar və ümumi istehsalat göstəriciləri barədə ətraflı məlumat verildi. Şagirdlər real iş prosesini yerində müşahidə edərək neft sənayesinin əsas mərhələləri haqqında dolğun təsəvvür əldə etdilər.
Daha sonra ekskursiya iştirakçıları neftin kimyəvi analizi laboratoriyasına aparıldılar. Burada Neftin Kompleks Hazırlanması və Vurulması sexinin rəisi Elnur Süleymanov və laboratoriya rəisi Sevinc Cəfərova tərəfindən şagirdlər üçün geniş təqdimat keçirildi. Təqdimat zamanı neft nümunələrinin analizi, keyfiyyət göstəricilərinin müəyyən olunması, istifadə edilən müasir laboratoriya avadanlıqları və tədqiqat üsulları ətraflı izah olundu. Şagirdlər laborator mühitlə yaxından tanış olaraq elmi yanaşmanın istehsalat prosesindəki rolunu daha dərindən anlamaq imkanı qazandılar.
Ekskursiya proqramı çərçivəsində şirkətin ərazisində yerləşən Ulu Öndər Heydər Əliyevin büstü ziyarət edildi, önünə gül dəstələri qoyularaq onun əziz xatirəsi dərin ehtiramla yad olundu. Ardınca “Heydər Əliyev Xatirə Muzeyi” ziyarət edilərək şagirdlərə dahi şəxsiyyətin həyat yolu, dövlətçilik fəaliyyəti və neft strategiyasının ölkəmizin inkişafındakı rolu barədə ətraflı məlumat verildi.
Qeyd edim ki, Şirvan şəhəri 12 saylı tam orta məktəbin direktoru Məmmədova Şəbnəm Cavanşir qızının təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilən bu ekskursiya yüksək səviyyədə təşkil olunmuş, bütün mərhələlər planlı və təhlükəsizlik qaydalarına uyğun şəkildə icra edilmişdir. Tədbirin nəticəsi olaraq şagirdlərdə əmək fəaliyyətinə maraq əhəmiyyətli dərəcədə artmış, istehsalat proseslərinin mahiyyəti daha dərindən mənimsənilmiş, real iş mühiti ilə tanışlıq onların dünyagörüşünün genişlənməsinə müsbət təsir göstərmişdir. Bununla yanaşı, ekskursiya şagirdlərin analitik düşünmə qabiliyyətinin inkişafına, texniki və mühəndislik sahələrinə marağının güclənməsinə, həmçinin gələcək peşə seçimində daha düzgün və şüurlu qərar vermələrinə zəmin yaratmışdır. Nəzəri biliklərin praktik müşahidələrlə möhkəmləndirilməsi baxımından bu cür tədbirlərin əhəmiyyəti bir daha öz təsdiqini tapmışdır.
Məktəbdaxili və məktəbdənkənar təhsil fəaliyyətinin təşkili sahəsində göstərdiyi yüksək peşəkarlığa, təşəbbüskarlığa və məsuliyyətə, şagirdlərin hərtərəfli inkişafına verdiyi davamlı töhfələrə, eləcə də qeyd olunan ekskursiyanın təşkilində fəal iştirakına görə “Shirvan Operating Company Ltd” Şirkətinin kollektivi adından 12 saylı tam orta məktəbin direktoru Məmmədova Şəbnəm Cavanşir qızı “Fəxri fərman”la təltif olundu.
Sonda Məmmədova Şəbnəm xanım çıxış edərək yaradılmış şəraitə və göstərilən yüksək qonaqpərvərliyə görə şirkət rəhbərliyinə və tədbirin təşkilində əməyi olan bütün əməkdaşlara, Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış üzrə deputatı, Texnika üzrə Fəlsəfə Doktoru, Əməkdar mühəndis, ictimai-siyasi xadim, “Shirvan Operating Company Ltd” Şirkəti Texniki məsələlər üzrə Vitse-Prezident hörmətli İltizam Yusifova, Kadrlar, əməyin planlaşdırılması və təşkili bölməsinin rəisi Sahib Tahirova, Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və ƏMM şöbəsinin rəisi Bəhruz Ənvərliyə, Neftin Kompleks Hazırlanması və Vurulması sexinin rəisi Elnur Süleymanova, laboratoriya rəisi Sevinc Cəfərovaya, həmçinin Həmkarlar İttifaqı Komitəsinin sədri Taleh Məmmədova dərin minnətdarlığını bildirdi.
Belə maarifləndirici ekskursiyaların gələcəkdə də davam etdirilməsi həm təhsil müəssisələri, həm də istehsalat müəssisələri arasında əməkdaşlığın möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.



https://www.facebook.com/photo?fbid=2794038100940944&set=pcb.2794060750938679

Oxunub: 9
Paylaş:
Digər xəbərlər

gundem / sosial / manset

1-06-2025, 12:23

“AzerGold” əməkdaşlarının övladları üçün qızıl mədəninə ekskursiya təşkil edilib

gundem / ust / manset

1-02-2025, 20:35

“Shirvan Operating Company Ltd” Şirkəti 2 Fevral Gənclər günü münasibəti ilə tədbir keçirib.

gundem / bolge / manset

17-04-2025, 20:07

Allah rəhmət eləsin!

gundem / bolge / manset

20-12-2025, 17:48

YAP Şirvan Şəhər Təşkilatı: Dövlətçilik dəyərlərinə söykənən nümunəvi fəaliyyət

gundem / manset / Təhsil

17-04-2025, 11:52

Bakı şəhərində “İnteraktiv Biologiya” layihəsinin icrası yekunlaşıb

ULUSƏS TV
Son xəbərlər
  • Dünən, 17:26
    21 marşrutun yolu dəyişdirilir - Sərnişinlərin nəzərinə!
  • Dünən, 17:21
    Abubakarın yeni klubu
  • Dünən, 17:12
    Ukraynalı eks-nazirə İtaliyada vəzifə verildi
  • Dünən, 16:58
    Əliyev Mirziyoyevi təbrik etdi
  • Dünən, 16:55
    Bakıda güclü külək əsir
  • Dünən, 16:50
    12 yaşlı oğlan atdan yıxıldı, 13 gün sonra öldü
  • Dünən, 16:47
    Siyasi etimad iqtisadi tərəfdaşlığa çevrilir
  • Dünən, 14:00
    “Qızıl ixracının hasilatdan çox olması ölkənin vasitəçi kimi istifadəsinə sübut deyil”
  • 28-08-2026, 12:03
    Xırdalan-Biləcəri sahəsində təmir işləri başladı - Fotolar
  • 28-08-2026, 11:55
    Əvvəl sevgilisini, sonra özünü öldürüb - Detallar məlum oldu
  • 28-08-2026, 11:50
    Universitet və kolleclərin boş qalan yerlərinə seçim başlayır
  • 28-08-2026, 11:46
    Nigar Fərhadın ərini DTX həbs edibmiş
  • 28-08-2026, 11:43
    Kiberdələduzluğun yeni üsulları - DİN-dən çağırış
  • 28-08-2026, 11:36
    Xaçmazda ağır qəza, ölən var
  • 28-08-2026, 11:25
    “Azeri Light” bahalaşdı
  • 28-08-2026, 11:11
    Qubada yüksəklikdən yıxılan şəxs öldü
  • 28-08-2026, 11:03
    “Atəşgah” Sığortanın əsas fəaliyyətində müsbət dinamika davam edir
  • 28-08-2026, 10:54
    Bu tarakan bir gün həyatınızı xilas edə bilər
  • 27-08-2026, 18:02
    Hər bir şəxsiyyətin ömür dəyəri və miqyası mənəviyyatla ölçülür...
  • 27-08-2026, 14:55
    Matviyenko Mehriban Əliyevanı təbrik etdi
  • 27-08-2026, 13:31
    Məramı xoş, niyyəti xoş, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya həsr olunur...
  • 27-08-2026, 11:43
    DİN-dən sosial şəbəkələrdə saxta xidmətlərlə bağlı - Xəbərdarlıq
  • 27-08-2026, 11:38
    Prezident həmkarını təbrik etdi
  • 27-08-2026, 11:32
    Yol polisindən əlverişsiz hava şəraiti ilə bağlı çağırış
  • 27-08-2026, 11:27
    Ərdoğandan Qarabağ Universiteti ilə bağlı qərar
  • 27-08-2026, 11:17
    Əminə Ərdoğandan Mehriban Əliyevaya təbrik zəngi
  • 27-08-2026, 11:09
    Polad Bülbüloğludan evlilik xəbərinə - Reaksiya
  • 27-08-2026, 10:34
    Mehriban Əliyevanın təşəbbüsü ilə uşaqlar üçün əyləncə tədbiri keçirildi
  • 26-08-2026, 17:58
    Astara gəncləri “Səyyar Gənclər Xidməti”nin imkanlarından yararlanırlar
  • 26-08-2026, 17:17
    Salam, azad Laçınım!
  • 26-08-2026, 16:08
    Ustadıma vəfa borcum... – Nəriman Həsənzadənin əziz xatirəsinə
  • 26-08-2026, 15:32
    MKİ direktorunun Rusiyaya məxfi səfəri: ABŞ kəşfiyyatının bir nömrəli şəxsi Moskvada nə axtarırdı?
  • 26-08-2026, 15:29
    Rusiyadan gətirilən sosislərdə salmonella iddiası: AQTA nəticəni açıqladı
  • 26-08-2026, 15:24
    Sarkisyanın ölkədən çıxışına qadağa qoyuldu
  • 26-08-2026, 15:20
    “Milyonçu”dan sonra ikinci dəfə futbola qayıtdı...
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə