• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Tapdıq Əlibəyli – 65.

gundem / medeniyyet / manset

Bu gün, 15:04

Tapdıq Əlibəyli – 65.
ONUN BÖYÜK ÜRƏYİ

O, dağlar oğludur, təbiət oğludur, bəşər oğludur. Gözlərini dünyaya açanda dağ görüb, gözəllik görüb, saflıq görüb. Göz yaşı kimi dumduru, buz kimi soyuq, büllur bulaqlardan su içib. Təbiətə, saflığa, şəffaflığa vurulub. İllər bir-birini əvəz etdikcə onun ilk sevgi payına - ana sevgisinə yurd sevgisi, təbiət sevgisi, Vətən sevgisi, insanlıq sevgisi də əlavə olunub, bəşər sevgisinə çevrilib. Elə həyatın sirlərini dərk etməyə başladığı yeniyetmə çağlarından onun balaca ürəyi bütün bəşəri sevgilərin yurdu, obası, ocağı, daimi məskəni olub. O, gözəllik vurğunudur, insanlıq vurğunudur, bəşər vurğunudur. O, həmişə yaxşıların yaxşısını axtarır, yaxşıların yaxşısına dəyər verir, hər şeyin, hər kəsin daha yaxşı olmasını arzulayır. Əgər Tanrının yaratdığı gözəl bir çiçək görürsə, ona qulluq edir, daha da böyüməsinə, daha da əsrarəngiz, daha da ətirli olmasına çalışır. Qoy bu gözəlliyi başqaları da görsün, ətrindən feyziyab olsun, deyir...
Bu yaxınlarda “YouTube” -də bir video-çarxa rast gəldim. Mövzu belə idi: “Gözəgörünməz bir zərrə olan atom bu qədər böyük enerjini necə yarada bilir?” Doğru sualdır, deyilmi? Möcüzədir, deyilmi? Bəs yumruq böyda kiçicik bir ürəyin bəşəri sevgisi möcüzə deyilmi?.. Şişirdilmiş müqayisədir? Niyə ki? Məgər atomun parçalanaraq yüksək enerji yaratmasını insan zəkası kəşf etməyibmi?..
O, şairdir, jurnalistdir, pulisistdir... bununla bitdimi? Əlbəttə, yox! O, həm də yorulmaq bilməyən ictimaiyyətçidir, təşkilatçıdır, natiqdir, yaxşıların yaxşısını etmək üçün bilik və bacarığını bütünlüklə ortaya qoyandır. Öz sözləri ilə desək: aydınımızdır.
Onu tanıdığım ilk gündən belə görmüşəm - o, hər yerdədir və hər yerdə öndədir. Təbii ki, söhbət dəyərli dostumuz, bu yaxınlarda mənalı, bəhrəli ömrünün 65 ilini başa vuracaq Tapdıq Əlibəylidən gedir. Qayıdıram yuxarıda söylədiyim fikirlərə aydınlıq gətirməyə. Yaradıcılığı barədə az sonra... Yeri gəlmişkən, o, öz fəaliyyəti və nailiyyətləri barədə danışmağı sevmir. Bu yaxınlarda, bir təsadüf nəticəsində öyrəndim ki, T.Əlibəyli Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafi İctimai Birliyi (TAİB) İdarə Heyətinin üzvüdür və təşkilatın sayılıb-seçilənlərindəndir. Yenə də yeri gəlmişkən: T.Əlibəyli şair, publisist, tənqidçidir. “Konstitusyia” qəzetinin, “Heyrət” dərgisinin təsisçisi və baş redaktoru, AYB-nin, AJB-nin üzvü, “Qızıl qələm” mükafatı laureatı, Prezident təqaüdçüsüdür. Bu yaxınlarda onun redaktoru olduğu, həkim-şair Hacı Çingiz Ərəblinin dini mövzuda yazdığı, yüksək tərbiyəvi əhəmiyyət yükü daşıyan “Eşqnamə” kitabının təqdimat mərasiminin aparısı kimi yüksək intellekt sahibi olduğunun, güclü yaddaşa, dərin tarixi biliyə və natiqlik qabiliyyətinə malik olduğunun bir daha şahidi oldum.
...Ötən əsrin sonları tariximizə qanlı-qadalı günləri ilə, 1987-ci ildən başlayaraq erməni faşizminin xalqımızın başına gətirdiyi vəhşiliklərlə, “20 Yanvar” faciəsi ilə, “Xocalı Soyqırımı” ilə, torpaqlarımızın işğalı ilə, bir milyondan artıq soydaşlarımızın min illərdən bəri sahib olduqları ev-eşiklərindən, yurd-yuvalarından didərgin salınmaları ilə, yüzlərlə günahsız insanların amansızcasına qətlə yetirilməsi ilə yazıldı. Torpaqlarımız şəhid qanları ilə yuyuldu... Eləcə də bu hadislərin fonunda son iki əsrdə həsrətində olduğumuz müstəqilliyimizi əldə edə bildik. Vətənə, xalqa bütün varlığı ilə bağlı olan, ömrünün cavan, qaynar çağlarını yaşayan Tapdıq Əlibəyli də bu proseslərin - Milli Azadlıq Hərəkatının öncüllərindən biri oldu, qələmi süngüsü oldu, damarlarından axan qanı mürəkkəbi... elə bu ağrılı-acılı hadisələrin axarında həm də “vətəndaş-şair” oldu...
Tapdıq Əlibəyli yaradıcılığı da məhz yuxarıda sadaladığım və sadalaya bilmədiyim digər milli, bəşəri dəyərlərdən bəhrələnib. O, qələmini rəngarəng mövzularda uğurla sınamaqla olduqca məhsuldar bir yaradıcılıq yolu keçib.

Araz ayırsa da o tay, bu taya-
Təbrizli, Bakılı Azərbaycana...
Bu ellər bağlıdır bir kökə, soya,
Əsil-nəcabətim bəlli cahana!-

deyən şair Vətən, millət, ədalət sevgisinin zirvəsində durduğunu bir daha sübut edir. Əslində Arazın bu ayrılıqda heç bir günah sahibi olmadığını hamı bilir. Amma, şair məhz bu məqamı önə çıxarmaqla tariximizə xəyanət edənlərə qarşı savaş açır, etiraz səsini ucaldır. O, Azərbaycanı o taylı bu taylı- bütöv görür, bu bütövlüyün uzaqda olmadığına öz varlığı kimi inanır. Bu yolda qarşımıza həmişə sədd çəkməkdə olan İranın irticaçı rejimini isə cəsarətlə ifşa etməkdən çəkinməyir:

Qəlbdə şeytan, əldə Quran,
“Hay”a həyan olan İran,
Başı duman başda duran
Fətva verir din adından...

İblislər dönüb “dindara”,
Haqq deyən çəkilir dara.
Saçılır tənabdan işıq,
Zülmətdir baxırsan hara...

Birinci Qarabağ savaşı bütün digər vətənpərvər ədiblərimiz kimi Tapdıq Əlibəyli yaradıcılığında da xüsusi bir iz buraxıb. Onun incə, həssas qəlbi o hadisələrə biganə qala biməzdi axı... qalmadı da. Bu baxımdan “Qanına qəltan Xocalı” poemasını qəlbinin süzgəcindən keçirərkən şair hansı hissləri yaşayıb görəsən?!

Dünya “zor dilində” danışır yenə,
Min il də, yüz il də əvvəl beləymiş...
Həqiqət gör necə düşüb düyünə,
Ədalət libasın şər geyinərmiş.

Təəssüf! Çox təəssüf! Ancaq, bu belədir, bu həqiqətin şəffaf, masksız üzüdür. Şair də bunu söyləyir, ürək ağrısı ilə hayqırır. Bu hayqırtı həm də bizi tarixin acı həqiqətlərindən ibrət dərsi almağa səsləyir. “Qalxaq ayağa, toparlanaq, ədalətin libasını şərin murdar simasından qoparaq, onu olduğu kimi- çılpaqlığı ilə aləmə göstərək!”- deyir.

Tarix unutqanlıq xoşlamır, qardaş,
Hələ ki bitməyib son döyüş, savaş.
Xocalı harayı zamanla çağdaş...
Əsrın müsibəti - Xocalı səsi!..

Necə düşünürsünüz? Zamanında belə misralar yaranmasaydı unutqanlıq böhranından yaxa qurtara bilərdikmi?! Xalqımızı müqəddəs zəfərə aparan yollara işıq saçan həm də belə əsərlər olmadımı?.. 44 günlük Vətən müharibəsində yenilməz ordumuzun əldə etdiyi möhtəşəm Zəfərə isə şair belə münasibət bildirir:

Salam, 44 Günlük döyüş Bayrağım!
Şöləndə şanlı yol, Vətən savaşım.
Salam, halal haqqım, Zəfər Bayramım!
Səninlə üzüm ağ, ucadır başım!..

Azadlıq meydanı meydan sulayır,
Düşüb sümüyümə Şuşa havası.
Qələbə diliylə salam söyləyir,
Himnimin səsində şövqü, həvəsi...

Metaforaya, poetik tərənnümün gücünə diqqət edin: “Salam, 44 Günlük döyüş Bayrağım!”. Bəli, 44 günlük xilas savaşında, qeyrət savaşında qəhrəman döyüşçülərimizin Üçrəngli Bayrağımızı necə sevdiklərinin, onun müqəddəsliyinə necə inandıqlarının, bu müqəddəsliyi necə zirvələrə qaldırdıqlarının dəfələrlə şahidi olduq. Budur inam, budur Vətən sevgisi, budur bu sevginin layiqli tərzdə tərənnümü! “Azadlıq meydanda meydan sulayır,”- diqqət etdinizmi? “Meydan”- türk toponimidir, bir çox türk olmayan xalqların da leksikonuna daxil olub. Bizdən, bizim babalarımızın vaxtı ilə hərb meydanında “meydan sulamağından” götürüblər bu sözü. 44 günlük Vətən müharibəsində bu, bir daha təsdiqini tapdı. “Düşüb sümüyümə Şuşa havası.”- nəyə işarədir? “Nooldu Paşinyan, nooldu”?.. “Şuşada rəqs edirdin, “Yallı” gedirdin?!”. Hə?.. Paşinyan, nooldu?

Kimlərə də güvənsən,
Haya hay yox, alış, yan!..
Sən ki oyun sevənsən,
Qol götür-süz, Paşinyan!..

(“İti qovan” havası şeirindən, “Payız çöhrəsində yazdı 44 gün” şeirlər kitabı, Bakı-2021).

“Cücəni payızda sayarlar!”- bunu bizim atalarımız deyib, sizinkilər yox. Siz elə bütün varlığınız boyu “ata” axtarışındasınız... tapmayacaqsınız... Saydıqmı “cücəni”? Kimin əskiyi çıxdı, Paşinyan? Cavabını möhtərəm Ali Baş Komandanımızın “Dəmir yumruq” ilə qoyduğu “!” işarəsi verdi. Bircə ifadə ilə şair görün hansı dərinliklərə baş vurur- poeziyanın əfsanəvi gücü budur.
Təəssüflər olsun ki, müharibə itkisiz olmur, ədaləti qurbansız, şəhidsiz bərpa eləmək olmur. İstər birinci, istər ikinci Qarabağ savaşlarında, istərsə də “atəşkəs” dövründə şəhidlərimiz oldu - analarımız övlad itkisinin ağrısını yaşadılar, bacılarımız dul, övladlarımız atasız böyümək məcburiyyətində qaldılar. Bütün bunlar vətəndaş-şair Tapdıq Əlibəylinin yaradıcılığından yan keçmədi. O, neçə-neçə şəhid qəhrəmanlarımızın həyatlarını, döyüş bölgəsində göstərdikləri şücaətləri öyrənərək gözəl, yaddaqalan, təsirli əsərlər yaratmaqla bir daha öz vətəndaşlığını sübut elədi. Elə bu gün də bu istiqamətdə öz fəaliyyətini davam etdirir, şəhidlərimizin valideynləri, əzizləri ilə tez-tez görüşür, onların dərdlərinə şərik çıxır.. Bu baxımdan Azərbaycanın Milli Qəhrəmanları – general-mayor Polad Həşimova, polkovnik Şükür Həmidova, Mübariz İbrahimova, şəhid Əsəd Əsədliyə, baş leytnant İlqar Zeynalova, şəhid Xaliq Hüseynova, şəhid Asif Abdulova, şəhid Rəfael Nuriyevə, şəhid Mahir Səfərova və başqalarına ithaf etdiyi şeirlər diqqətəlayiqdir. Şair “Şəhidlərə salam olsun” şeirində şəhidlərimizə olan düşüncə tərzini olduqca səmimi, hamının anlaya biləcəyi və poetik şəkildə ümumiləşdirərək aşağıdakı kimi ifadə edir:

Şəhid- yurdun şah damarı,
Əbədiyyət, cənnət barı...
Haqq sevdalı Tanrı yarı
Şəhidlərə salam olsun!

Tapdıq Əlibəyli lirikası da özəlliyi ilə seçilən, çeşmə kimi şəffaf, həzin bulaq nəğməsi kimi könül oxşayandır:

Mən sahiləm sənsə dəniz,
Ləpələnək əziz-əziz.
Sevgimizlə xoşbəxtik biz,
Sanki şirin bir yuxuyam.

Bəli, bu misralar oxucunu xəyallar aləminə aparır, şipşirin bir yuxunun tərkib hiisəsinə çevirir, “ayılsam, nəyimi isə- əvəzolunmaz bir nəyimi isə itirəcəm” təəssüratı yaradır... ya da ki... təəssüratı yox- qorxusu. Çünki, ayılandan sonra əhvalında yaranan süstlük səni yenidən geriyə- Tapdıq Əlibəyli lirikasının yaratdığı füsunkar aləmə çəkir...
Tapdıq Əlibəyli yaradıcılığı rəngarəngdir, müxtəlif baxış bucağına malikdir, mövzu kasadlığından əziyyət çəkmir. O, dostluğa olan sədaqətini də, təbiət lövhələrinin cazibəsini də qələminin dili ilə söyləyə bilir, sözlərin yaratdığı çalarlarla şəklini çəkə bilir o rəng möcüzələrinin...
Şairin “Facebook” səhifəsində “Özümdən-özümə yol...” başlığı altında yazdığı kiçik bir “hesabat-məqaləsi” diqqətimi çəkdi:

Arıya bax, xumar olub gül üstə,
Fikir sözlə çiçəkləyir dil üstə.
Fəsil-fəsil il gəlirsə il üstə,
Xatirələr - yol yorğunu bir qərib...

Birinci misranı oxuyanda düşünürsən ki, şair gözəl bir təbiət hadisəsinin tablosunu yaradıb. Əslində bu elə belədir, lakin... ikinci misra birincinin daha dərin fəlsəfəsini açıqlayır: “arı gül üstə nə üçün xumar olub?”- sualı yaranır. Əlbəttə, şirə çəkir. Bunun “xumar” olmağa nə dəxli var? “fikir sözlə çiçəkləyir gül üstə”. Sözün fəlsəfəsi güclüdürsə, o, dildən çiçək kimi çıxır. Arının güldən çəkdiyi şirə isə bala çevrilir, ləzzət, qida, məlhəm mənbəyi olur- bir növ, o da çiçəkləyir... Amma bu daimi olmur, il üstünə il gəldikcə həyatın geridə qalan anları xatirəyə çevrilir- yorulur, qəribləşir...

Yarpaq gözəlliyi- baharın hökmü,
Xəzan özəlliyi- yarpaq tökümü...

Bu beytin hər misrası bir fəslin bədii portetidir - desək, yanılmarıq.Təkcə təbiətin yox, həm də insan ömrünün...
Sonda yenə şairin öz deyim tərzinə, öz üslubuna, özünün tövsiyəsinə arxalanaraq öz sözləri ilə deyirəm: “şairlərin yaşı olmur”, dəyərli şair qardaşım! Həmişəki kimi yenə dəyərlilərin dəyərlisi olaraq yaşa, yarat. Uğurlar! Uğurlar! Yenə də uğurlar!

✍️Xəlil MİRZƏ,
şair-publisist,
Azərbaycan Yazıçılar Birliyinin üzvü

Oxunub: 1
Paylaş:
Digər xəbərlər

gundem / manset

16-06-2025, 12:13

Sevgisi uğrunda özünü məhv edən ifaçının faciəsi: Səsi batdı, körpəsi öldü

dunya / manset

11-12-2024, 09:25

“Bu, Bəşər Əsədin şəxsi qərarı idi”

gundem / medeniyyet / manset

4-04-2026, 12:12

Tapdıq Əlibəyli – 65

gundem / dunya / manset

1-12-2024, 11:37

Bəşər Əsəddən ilk - Açıqlama

gundem / medeniyyet

10-02-2026, 15:16

SÖZÜN DƏ, ŞAİRİN DƏ YAŞI OLMUR

ULUSƏS TV
Son xəbərlər
  • Bu gün, 15:42
    Qalmaqallı uşaq bağçasında şok iddialar və məsələnin əsli ortaya çıxdı.
  • Bu gün, 15:31
    Məktəbimizin qüruru Kamran Şahverən oğlu Kazımovun 65 illik yubileyi qeyd olunub.
  • Bu gün, 15:04
    Tapdıq Əlibəyli – 65.
  • Bu gün, 13:29
    Əqidə ağlın gücüdür və ya hər sevgidən üstün Vətən sevgisi – Zəfər yolunun qəhrəmanı Şərafəddin (kod adı “Xanış”) Xankişiyevin döyüş yolunun tarixi-siyasi səciyyəsi
  • Bu gün, 12:46
    Azərbaycan–Ukrayna münasibətləri: siyasi dialoqdan strateji əməkdaşlığa
  • Bu gün, 08:31
    Sabiq icra başçısı vəfat etdi
  • Bu gün, 08:28
    Restoranda bıçaqlanma - 1 nəfər xəstəxanalıq oldu
  • Bu gün, 08:22
    Kolumbiyada terror aktı - 20 nəfər öldü, 3 günlük matəm elan edildi
  • Bu gün, 08:18
    Putin Əraqçi ilə görüşəcək
  • Bu gün, 08:14
    “Hesaba görə azarkeşlərdən üzr istəyirəm”
  • Bu gün, 08:10
    Tramp İrana üç gün vaxt verdi
  • Bu gün, 08:07
    Goranboyda kişi bıçaqlandı - Şübhəli həmkəndlisidir
  • Bu gün, 08:03
    Bakıda 11-ci sinif şagirdi vəfat etdi
  • Bu gün, 08:00
    “Böyükhesablı qələbə futbolçulara rahatlıq verə bilər” - Qurban Qurbanov
  • Bu gün, 07:57
    Xəzər dənizində zəlzələ oldu
  • Dünən, 17:15
    Təbrik Məktubu
  • Dünən, 15:27
    Sənətkarlığın zirvəsində 60 il – Balabəy Balabəyovun yubileyi
  • Dünən, 15:19
    VƏTƏNƏ XİDMƏTİN 50 İLLİK ŞƏRƏFLİ YOLU – ƏKRƏM BABAYEV
  • Dünən, 13:51
    “Bu, Rusiya ilə açıq qarşıdurma üçün istifadə oluna bilər”
  • Dünən, 12:33
    Monqolustanda güclü zəlzələ - Çində də hiss edildi
  • Dünən, 12:30
    İlham Əliyevdən həmin hücumla bağlı paylaşım - “Məni dərindən sarsıtdı”
  • Dünən, 12:23
    İmtahan günüdür
  • Dünən, 12:20
    Bu gün Azərbaycan derbisi olacaq
  • Dünən, 11:38
    “Onlar üçün əsir düşərgələri də hazırlanıb”
  • Dünən, 11:35
    “O zaman Mamdani gəlib Xocalı soyqırımı abidəsinə gül dəstəsi qoymalıdır”
  • Dünən, 11:32
    “Səfərin ləğvindən 10 dəqiqə sonra İran yeni təklif göndərdi”
  • Dünən, 11:28
    Atəşkəsə baxmayaraq, hücum əmri verdi
  • Dünən, 11:24
    Daha bir güləşçimiz Avropa çempionu oldu
  • 25-04-2026, 12:18
    “Azeri Light” bahalaşdı
  • 25-04-2026, 12:13
    İşlədiyi evin ikinci mərtəbəsindən yıxılıb öldü
  • 25-04-2026, 12:08
    Tanınmış beyin və sinir cərrahı Bakıda pasiyentləri qəbul edəcək
  • 25-04-2026, 12:02
    ABŞ Sakit okeanda katerə zərbə endirdi - 2 ölü
  • 25-04-2026, 12:00
    Bakıda parkda meyiti tapılan şəxsin kimliyi bilindi
  • 25-04-2026, 11:56
    Beş güləşçimiz AÇ-də mübarizəyə başlayır - İslam isə finala çıxacaq
  • 25-04-2026, 11:53
    Diplomatik xidmətə qəbulla bağlı - Yenilik
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə