• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Tapdıq Əlibəyli - 65

gundem / medeniyyet / manset

22-06-2026, 17:08

Tapdıq Əlibəyli - 65
DAĞLARDAN GƏLƏN SÖZ NƏFƏSİ VƏ MİLLİ RUH

Azərbaycan ədəbi mühitində elə qələm adamları var ki, onların ömür yolu yalnız yaşanan illərlə deyil, yazılan misralarla, qorunan mənəvi dəyərlərlə və cəmiyyətə xidmətlə ölçülür. Belə şəxsiyyətlərdən biri də tanınmış şair-publisist, ictimai xadim Tapdıq Əlibəylidir. Neçə vaxtdır ki, bu mehriban insan haqqında yazmaq istəyirdim. Elə bir şərait yarandı ki, doğma Naxçıvanımıza, dağlar qoynunda yerləşən Tənənəm kəndimizə getməli oldum və dağlar qoynunda milli ruhlu, təbiətsevər dostumuz şair Tapdıq Əlibəyli haqqında düşüncələrim qələmdən kağıza yönəldi. Bu il ömür kitabının 65-ci səhifəsini çevirən Tapdıq müəllim yaradıcılığı, vətəndaş mövqeyi və sözə sədaqəti ilə Azərbaycan ədəbi-mədəni həyatında özünəməxsus yer tutan sənətkarlardandır.
Tapdıq Əlibəyli qədim Azərbaycan yurdu olan Yardımlının Bürzünbül kəndində dünyaya göz açıb. Uşaqlıq illərini dağların qoynunda, təbiətin saflığı və xalq ruhunun içində keçirən gələcək şair həmin mühitdən aldığı mənəvi enerjini sonralar poeziyasına daşımağı bacarıb. Onun yaradıcılığında yurd sevgisinin, torpaq bağlılığının, milli kimliyin bu qədər güclü hiss olunmasının əsas səbəblərindən biri də məhz bu mənəvi qaynaqlardır.
Şair üçün doğulduğu kənd sadəcə bir məkan deyil, həm də mənəvi ünvan, yaddaş və kimlik məfhumudur. Onun poeziyasında kənd həyatı, insan münasibətləri, təbiətin dili və zamanın izləri xüsusi poetik çalarlarla təqdim olunur.
Tapdıq Əlibəyli gənclik illərində yazdığı bir şeirində doğulub boya-başa çatdığı kəndi belə tərənnüm edir:

Burda cücərən də, pöhrələnən də
Hərəsi ad alıb öz rişəsindən.
Adlar cərgəsində möhürlənəndə,
Bürzünbül kəndimiz bəlli səsindən.

Qartallar məskəni ulu torpağın
Hələ yazılmamış neçə bəndi var.
Tapdıq vurğunudur uca dağların,
Qoynunda Bürzünbül-doğma kəndi var.


Tapdıq Əlibəylinin yaradıcılığına nəzər saldıqda ilk diqqəti cəlb edən xüsusiyyət səmimiyyətdir. O, süni pafosdan uzaq, həyatın içindən gələn duyğuları sadə, anlaşıqlı və təsirli poetik dillə ifadə edir. Şairin şeirlərində vətən sevgisi, insan taleyi, mənəvi dəyərlər, sevgi, zaman və həyat fəlsəfəsi əsas mövzulardandır.
Onun misralarında Azərbaycan insanının düşüncəsi, hissləri və mənəvi dünyası yaşayır. Tapdıq Əlibəyli poeziyanı sadəcə estetik ifadə vasitəsi kimi deyil, həm də milli yaddaşı qoruyan mənəvi missiya kimi qəbul edir. Bu baxımdan onun yaradıcılığı müasir Azərbaycan poeziyasının milli ruhlu qollarından biri hesab edilə bilər.
Tapdıq Əlibəyli yalnız şeir yaradıcılığı ilə deyil, publisistik fəaliyyəti və ictimai mövqeyi ilə də tanınır. Uzun illər ərzində müxtəlif mətbuat orqanlarında çalışan müəllif Azərbaycan jurnalistikasında da öz sözünü deyib. Onun publisistik yazılarında milli maraqlar, ictimai problemlər, tarixi yaddaş və vətəndaş məsuliyyəti ön planda dayanır.
Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Jurnalistlər Birliyi, həmçinin Türk Ağsaqqaları İctimai Birliyi və digər ictimai qurumlarda fəaliyyəti onun yalnız ədəbiyyata deyil, ümumilikdə milli-mədəni inkişaf proseslərinə bağlılığını nümayiş etdirir.
Tapdıq Əlibəyli haqqında yazan həmkarlarının və ədəbiyyat adamlarının fikirlərində bir məqam xüsusi vurğulanır: o, sözün məsuliyyətini dərk edən qələm sahibidir. Yaradıcılığında da, həyatında da dürüstlük, mənəvi bütövlük və əqidəyə sədaqət əsas prinsiplər kimi özünü göstərir.
Bu gün sürətlə dəyişən dünyada sözə və mənəviyyata bağlı qalmaq asan deyil. Lakin Tapdıq Əlibəyli yarım əsrdən artıq yaradıcılıq yolu boyunca bu prinsipləri qorumağı bacarıb. Məhz buna görə onun poeziyası oxucular tərəfindən təkcə oxunmur, həm də hiss olunur.
Altmış beş yaş insan ömründə müdriklik zirvələrindən biridir. Bu yaşa gəlib çatmaq həm də keçilən yolun mənəvi hesabatını vermək deməkdir. Tapdıq Əlibəylinin ömür yoluna baxdıqda isə qarşımızda zəngin yaradıcılıq irsi, onlarla kitab, minlərlə oxucu sevgisi və cəmiyyətə xidmət nümunəsi dayanır.
Ancaq əsl sənətkarlar üçün yubileylər dayanacaq deyil. Onlar yeni düşüncələrin, yeni əsərlərin və yeni ideyaların başlanğıc nöqtəsidir. Tapdıq Əlibəyli də bu gün öz söz dünyası ilə Azərbaycan ədəbiyyatının inkişafına töhfə verməyə davam edir.
Sözə ömür verən insanlar zamanın fövqündədirlər. Özünün yazdığı kimi:

Şair özü qocalsa da,
Sözü vaxtdan ucadırsa,
Ömür yolu uzun, qısa...
Şairliyin yaşı olmur!

Dağların uca zirvələrindən gələn söz nəfəsilə milli-mənəvi dəyərlərimizi poeziyasında yaşadan, vətən və yurd sevgisini tükənməz məhəbbətlə tərənnüm edən dəyərli şairimizi 65 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, ona möhkəm can sağlığı, uzun ömür, yeni-yeni yaradıcılıq uğurları və ilham dolu illər arzulayırıq.

Bilman İSAQ
“Azad Azərbaycan” qəzetinin redaktoru,
“Gunaz.az”saytının rəhbəri

Oxunub: 6
Paylaş:
Digər xəbərlər

gundem / medeniyyet / manset

10-01-2026, 21:45

Hacı Çingiz Ərəblidən dostu şair Tapdıq Əlibəyliyə ithaf - YENİ ŞEİR

gundem / medeniyyet / manset

1-07-2025, 12:01

Bu gün Vətəndaş Həmrəyliyi Partiyası Nizami rayon təşkilatı Ağsaqqallar Şurasının sədri Tapdıq Əlibəylinin doğum günüdür.

gundem / medeniyyet / manset

13-05-2026, 18:50

Tapdıq Əlibəyli- 65

gundem / medeniyyet / manset

31-03-2026, 14:48

TAPDIQ ƏLİBƏYLİNİN ÖZÜ VƏ SÖZÜ

gundem / sosial / manset

25-05-2026, 20:22

Tapdıq Əlibəyli- 65

ULUSƏS TV
Son xəbərlər
  • Bu gün, 20:06
    Şəmkir Rayon Mərkəzi Xəstəxanasının həkimi Ceyhun Rəsulov və arvadı Arzu Əskərovanın icra etdiyi mioma əməliyyatından sonra qadının ölümü ilə bağlı Şəmkir rayon prokrurluğunda araşdırma aparılır
  • Bu gün, 17:57
    “Dəyişən dünyanın dəyişməz insanları” layihəsində...
  • Bu gün, 13:13
    Professor Dilqəm Quliyev - 76
  • Bu gün, 12:57
    Azərbaycanlı sürücülər günlərdir Gürcüstan gömrüyündə qalıb
  • Bu gün, 11:57
    Bəs sən onlara niyə inandın?
  • Bu gün, 11:52
    Süni intellektdən istifadə ona heç nə qazandırmadı...
  • Bu gün, 11:47
    Vahid aylıq müavinət kimlərə verilir? - Dövlət Komitəsindən açıqlama vahid-ayliq-muavinet-kimlere-verilir
  • Bu gün, 11:38
    Sanatoriya-kurort və müalicə mərkəzlərinə yola salındılar
  • Bu gün, 11:32
    Ceyhun Bayramov Ukraynaya getdi
  • Bu gün, 11:28
    “Qarabağ” – “Dinamo” oyununun biletləri satışa çıxarılır
  • Bu gün, 11:19
    Bakı–Tbilisi qatarına biletlərin satış müddəti artırılır
  • Bu gün, 11:15
    Bu gün çimərliyə getmək istəyənlərin diqqətinə!
  • Bu gün, 11:11
    Beş İcra Hakimiyyəti İT sistemlərini “Hökumət buludu”na köçürdü
  • Dünən, 18:10
    “Səyyar Gənclər Xidməti” layihəsi bu dəfə
  • Dünən, 17:43
    Metropoliten rəsmisi sərnişinlərə çıxış yolu göstərdi
  • Dünən, 17:33
    “Patriot” raketləri ilə bağlı rədd cavabı aldı
  • Dünən, 17:28
    Hindistan BTQ ilə əməkdaşlıq edən hüquq müdafiəçisini təhdid edib
  • Dünən, 17:23
    “Azərbaycan öz ərazisindən qonşu ölkəyə qarşı istifadə olunmasına icazə verməz”
  • Dünən, 17:19
    Cəbhəyə 50 min robot göndərməyi planlaşdırırlar
  • Dünən, 17:05
    Bu dünyanın Nərimanı...
  • Dünən, 16:20
    Vüsal Aslanovdan yeni rəis - Təyinatları
  • Dünən, 11:55
    Türkəsilli Amerika tədqiqatçısından Talebinə - Vardanyanla bağlı çağırış
  • Dünən, 11:47
    İspaniya ərazisinə növbəti miqrant axını gözlənilir?
  • Dünən, 11:20
    Paşinyan onun işindən narazıdır
  • Dünən, 11:12
    Kardioloq həmin səs yazısının ona aid olmadığını - Açıqladı
  • 4-08-2026, 13:53
    "Sabimed" Sağlıq və Turizm şirkətindən növbəti xeyirxah addım – Türkiyədə müalicə alan körpəyə hərtərəfli dəstək
  • 4-08-2026, 13:31
    “İsveçrə bu prosesi hər zaman dəstəkləməyə hazırdır”
  • 4-08-2026, 13:28
    Göygöldə qanunsuz tikili söküldü
  • 4-08-2026, 13:24
    Avqustun 15-dən qatarlar “Nizami”-“28 May” arasında işləməyəcək
  • 4-08-2026, 13:20
    “ATƏT məkanında qeyri-sabit mühit hökm sürür”
  • 4-08-2026, 10:54
    “Azərişıq” Gədəbəydə yeni güc mərkəzləri quraşdırdı
  • 4-08-2026, 10:49
    Qurban Qurbanovun mətbuat konfransı Bakıda olacaq
  • 4-08-2026, 10:33
    2 həftədir Baş nazirdir - Məzuniyyətə çıxır
  • 4-08-2026, 10:29
    “MyGov” üzərindən FHN-ə müraciət etmək olacaq
  • 4-08-2026, 10:25
    Yaşamaq üçün ən ideal ölkə açıqlandı
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə