• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

“Səyyar Gənclər Xidməti” layihəsi fəaliyyətini İsmayıllıda uğurla davam etdirir

gundem / sosial / manset

15-07-2026, 11:27

“Səyyar Gənclər Xidməti” layihəsi fəaliyyətini İsmayıllıda uğurla davam etdirir
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən "Səyyar Gənclər Xidməti" layihəsinin növbəti dayanacağı İsmayıllı olub. Cari ilin iyun ayından etibarən start götürən layihə "Gənclərlə, gənclər üçün" devizi altında fəaliyyət göstərərək gənclərə müxtəlif istiqamətlər üzrə xidmətlər təqdim edir.
Layihənin İsmayıllı rayonunda baş tutan açılışı Dövlət Himninin səsləndirilməsi və Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Açılış mərasimində Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Yusif Vəliyev, İsmayıllı Rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri Eyyub Musayev və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Baş direktoru Azər Əliyev çıxış edərək layihənin region gənclərinin hərtərəfli inkişafına verdiyi töhfələrdən, onların şəbəkələşməsi, bilik və bacarıqlarının zənginləşdirilməsi, karyera perspektivlərinin genişləndirilməsi və təşəbbüslərinin dəstəklənməsi istiqamətində yaratdığı imkanlardan bəhs ediblər.
Xidmət çərçivəsində gənclər "Vətənpərvərlik", "Təhsil və karyera", "Rəqəmsal düşüncə", "Fiziki aktivlik və sağlamlıq", "Yaradıcı gənclik" və "Əyləncə" zonalarında onlar üçün təşkil olunmuş vörkşoplarda, ustad dərslərində, viktorinalarda və intellektual yarışlarda fəal iştirak edərək həm yeni biliklər əldə edib, həm də praktiki bacarıqlarını inkişaf etdirmək imkanı qazanıblar.
Eyni zamanda iştirakçılar üçün Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası və 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndələri tərəfindən maarifləndirici sessiyalar təşkil olunub. Bununla yanaşı, gənclər peşəkar mütəxəssislərin təqdimatında ixtisas seçimi, karyera planlaşdırılması, şəxsi inkişaf, süni intellekt texnologiyalarının yaratdığı yeni imkanlar və sağlam həyat tərzi mövzularında keçirilən təlimlərdə fəal iştirak ediblər. Günün sonunda proqram çərçivəsində keçirilən fəaliyyətlərdə yüksək fəallıq nümayiş etdirən gənclər mükafatlandırılıblar.
İsmayıllı gəncləri Səyyar Gənclər Xidmətindən 17 iyul tarixinədək faydalana bilərlər.
Xatırladaq ki, ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətinin prioritetlərinə uyğun olaraq gənclərin cəmiyyətin müxtəlif sahələrində iştirakçılığının artırılmasını, yaradıcı potensialının üzə çıxarılmasını və gənclər üçün mövcud dövlət dəstəyi mexanizmlərinin regionlarda yaşayan gənclərə daha əlçatan olmasını hədəfləyən “Səyyar Gənclər Xidməti” layihəsi Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Gənclərin İnkişaf və Karyera Mərkəzi və "Gənc Könüllülər" İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilir. Cari il üzrə Şəki, Oğuz və Qəbələdə baş tutan layihə noyabr ayınadək ümumilikdə 20 şəhər və rayonu əhatə edəcək.

Xezertv.info

Oxunub: 9
Paylaş:
Digər xəbərlər

gundem / sosial / manset

9-07-2026, 11:29

Səyyar Gənclər Xidməti bu dəfə Qəbələ gəncləri ilə üçün yola çıxıb

gundem / ust / manset

25-07-2024, 20:54

Səyyar Gənclər Xidməti Bərdə rayonunda gənclər üçün fəaliyyət göstərəcək

gundem / ust / manset

9-08-2024, 21:39

Səyyar Gənclər Xidməti fəaliyyətini Şabran gəncləri üçün davam etdirir

gundem / ust / manset

17-07-2024, 12:43

Səyyar Gənclər Xidməti Göyçayda fəaliyyətini davam etdirir

gundem / ust / manset

7-07-2024, 16:53

“Yaşıl dünya naminə həmrəylik ili”ndə imkanlar kənd gənclərinə doğru

ULUSƏS TV
Son xəbərlər
  • 18-10-2026, 10:38
    Azərbaycan və Özbəkistan həmkarlar ittifaqları arasında Memorandum imzalanıb
  • Bu gün, 16:03
    “Səyyar Gənclər Xidməti” Zərdab gənclərinə yeni imkanlar qazandırıb
  • Bu gün, 12:43
    “Qərbi Azərbaycan – milli yaddaşımızın ünvanı” mövzusunda tədbir keçirilib
  • Bu gün, 12:32
    Elmira Yaqubova – təhsilin inkişafına, şagirdlərin gələcəyinə xidmət edən rəhbər
  • Bu gün, 12:24
    Qubadlıya öz sahibləri qayıdıb
  • Bu gün, 10:35
    Salyanda kişini cərəyan vurub öldürdü
  • Bu gün, 10:30
    “Azea Group” MMC-nin rəhbəri ev dustaqlığına buraxıldı
  • Bu gün, 10:25
    “Araz-Naxçıvan” “Qəbələ”yə, “Sumqayıt” “Zirə”yə qarşı
  • Bu gün, 10:20
    Tibetdəki güclü zəlzələdə 16 nəfər öldü - Yüzlərlə ev dağıldı
  • Bu gün, 10:15
    Gələn ilin büdcə layihəsi MM-ə daxil oldu
  • Bu gün, 10:10
    Avropanı “siyasi şizofreniya”da ittiham etdi
  • Bu gün, 10:05
    “Neft qiymətlərini qaldırmaq üçün hər şeyi edirlər”
  • Bu gün, 09:58
    İlk dəfə insanda aşkarlanan virus ölümə səbəb oldu
  • Bu gün, 09:52
    Çay ürəyin dərmanı imiş - Bir şərtlə...
  • Bu gün, 09:47
    Ukraynanın “Starlink” bağlantısı bərpa edildi
  • Dünən, 10:40
    Xaricə gedənlərin sayı azalıb
  • Dünən, 10:31
    “Trabzonspor” “Harts”a, “Ayaks” “Atalanta”ya qarşı
  • Dünən, 10:25
    İran Hörmüzdəki internet kabellərini məhv etməklə hədələdi
  • Dünən, 10:19
    Səudiyyə Ərəbistanında hava limanına hücum - Ölən və yaralananlar var
  • Dünən, 10:13
    “ABŞ və İsrail seçkidən sonra İrana hücum planlaşdırır” - NYT
  • Dünən, 10:08
    Geri dönüşünü belə elan etdi - Foto
  • Dünən, 10:04
    Bu qidalar insult və unutqanlıq yaradır
  • Dünən, 09:55
    “Sülhə hər zamankından daha yaxınıq”
  • Dünən, 09:42
    Ərdoğanın zəngi Türkiyədəki anti-Azərbaycan kampaniyasını bitirəcək?
  • Dünən, 09:38
    Təyyarədə 40 santimetrlik ilan tapıldı - Uçuş ləğv edildi
  • 21-10-2026, 13:22
    Rövşən Məmmədov – sahibkarlıq fəaliyyəti, dövlətçilik mövqeyi və insanlara qayğı prinsipləri ilə seçilən rəhbər
  • 21-10-2026, 11:55
    Xətai rayonunda "20 Oktyabr – Energetiklər Günü" münasibətilə tədbir keçirilib+VİDEO
  • 21-10-2026, 10:28
    Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
  • 21-10-2026, 10:24
    Bakıdakı görüşə 250-dən artıq iştirakçı gələcək - Heydər Məmmədov
  • 21-10-2026, 10:18
    Xəzər rayonunda müşavirə keçirildi - Fotolar
  • 21-10-2026, 10:14
    Buzovnada mənzildə yanğın
  • 21-10-2026, 10:09
    Ebola bu ölkəyə də sıçradı
  • 21-10-2026, 10:02
    “Zənginləşdirilmiş uranın bir qramı da ölkədən çıxarılmayacaq”
  • 21-10-2026, 09:58
    Fransada 12 şəhərdə komendant saatı uzadıldı
  • 21-10-2026, 09:53
    Tramp administrasiyası 300 mindən çox vizanı ləğv edib
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə