• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

“Dublyaj sənətinin nəzəriyyəsi və Praktiki əsasları” nəşr olundu

gundem / medeniyyet

5-09-2026, 18:21

“Dublyaj sənətinin   nəzəriyyəsi və Praktiki əsasları”  nəşr olundu
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, Bakı Bələdiyyə Teatrının sevilən aktrisası, əməkdar artist və əməkdar müəllim Mahirə Yaqubovanın “Dublyaj sənətinin nəzəriyyəsi və Praktiki əsasları” adlı ilk fundomental kitabı işıq üzü görüb.
Kitabda dublyaj sənətinin mahiyyəti, aktyor qarşısında dayanan yaradıcılıq tələbləri, səs və obraz münasibəti, intonasiya, nitq və digər mühüm məqamlar əhatəli şəkildə təqdim olunur. Mahirə Yaqubovanın peşəkar təcrübəsi və araşdırmaları əsasında ərsəyə gələn kitab dublyaj sənətinin incəliklərinə yeni baxış təqdim etməklə yanaşı, Azərbaycan dilinin ekran qarşısındakı imkanlarını da düşündürür. Kitabda dublyajın tarixi, nəzəri əsasları, nitq texnikası, rolların səsləndirilməsi prinsipləri və studiya işinin praktik incəlikləri ətraflı təhlil edilir. Biz filmlərə baxırıq. Orada qəhrəman danışır, fəryad edir. Pıçıldayır. Amma o sözlərin arxasında saatlarla studiya əməyi, nəfəs texnikası, psixoloji hazırlıq dayanır. Mahirə Yaqubova həmin bu “görünməyən” əməyi kağıza köçürdü. Filologiya elmləri doktoru, professor, əməkdar jurnalist Qulu Məhərrəmlinin “Dublyaj sənətini öyrədən kitab” ön sözü ilə müqəddəsləşən, aktrisa və dosent Mahirə Yaqubovanın ürəyi və elmi ilə yazılan bu kitab, bir məktəbdir.
Kitabın ən qiymətli tərəflərindən biri də budur: o. dublyaj sənətinin pərdəarxası dünyasına işıq salır. Tamaşaçının bir neçə dəqiqəyə izlədiyi səhnənin arxasında nə qədər zəhmət, diqqət, peşəkarlıq və yaradıcılıq dayandığını xatırladır. Mikrofon qarşısında deyilən hər cümlə, hər pauza, hər intonasiya obrazın taleyinin bir parçasına çevrilir. Mahirə Yaqubovanın dublyaj sənətinə həsr olunan kitabı bu görünməyən qəhrəmanların əməyini görünən edir. Sözün səsə, səsin obraza, obrazın isə yaddaşa çevrilməsinin hekayəsini danışır.
Müllif kitabda Azərbaycan dublyaj məktəbinin formalaşma tarixindən də bəhs edir. Sovet dövründən bu günə qədər gələn ənənəni, itirilən və qazanılan dəyərləri analiz edir. Eyni zamanda praktiki məşqlər, diksiya və nitq texniksı ilə bağlı tapşırıqlar verir.
“İllərdir mənə bu sənəti haradan öyrənək?” deyə soruşurdular. Cavabım budur: --Qoy bu kitabdan sonra mikrofon arxasına keçən hər bir gənc bilsin ki, dublyaj təkcə səs deyil, ürək işığıdır” –deyir Mahirə Yaqubova.
Dərs vəsaitində dublyaj sənətinin yaranma tarixi, inkişaf mərhələləri, nəzəri-metedoloji əsasları, müasir dublyaj texnologiyaları və peşəkar fəaliyyət prinsipləri sistemli şəkildə təqdim edilir. Dublyaj prosesinin əsas komponentləri-mətnin adaptasiyası, sinxronlaşma, obrazın səs vasitəsilə yaradılması, nitq texnikası, diksiya, intonasiya, emosional ifadəlilik və aktyor ustalığının dublyaj fəaliyyətində tətbiqi məsələləri də geniş şəkildə şərh olunur. Nəşrdə nəzəri biliklərlə yanaşı, praktiki tapşırıqlar, məşğələ nümunələri, təhlil sualları və metodik tövsiyələr də yer almışdır ki, bu da tələbələrin peşəkar dublyaj sahəsində təcrübi vərdişlərinin inkişafına xidmət edir.
Kitab ali məktəblərin bakalavr və magistratura səviyyələrində təhsil alan tələbələr, müəllimlər, dublyaj mütəxəssisləri, aktyorlar, rejissorlar və tərcüməçilər, televiziya və kino sahəsində çalışan peşəkarlar üçün faydalı mənbədir.
Aktrisa və dosent Mahirə Yaqubova illərin səhnə, mikrofon və studiya təcrübəsini bu səhifələrdə birləşdirir. Nəzəriyyədən praktikaya, səs texnikasından aktyor psixologiyasına qədər dublyajın bütün sirləri bu kitabda cəmlənib.
Kitabı vərələdikcə, bir həqiqət daha aydın görünür: dublyaj tərcümə deyil, yenidən yaratmaq sənətidir. İllərdir Azərbaycan dublyajı qaranlıqda idi. Hər kəs səs eşidirdi. Amma əməyi görmürdü. Bu kitab o qaranlığa yandırılan ilk çıraqdır. İndi bu çırağın işığı ilə gənclər yol tapacaq. Tələbələr dərs keçəcək. Tarixçilər araşdırma yazacaq. Bu kitab bağlanmayacaq. Çünki hər səhifəsi gələcəyə açılan qapıdır. Eşidilən, amma görünməyən əmək artıq kağızdadır, tarixdədir, dərslikdədir.


Nisə Rafiqqızı

Oxunub: 24
Paylaş:
Digər xəbərlər

gundem / ust / manset

14-09-2024, 11:24

Əməkdar artist VƏFAT ETDİ

gundem / medeniyyet

8-04-2025, 15:19

Əməkdar artist əməliyyat olundu

gundem / sosial / ust / manset

22-01-2024, 13:11

Əməkdar Müəllim Rəşid Mahmudov Və Loqoped-Defektoloq Xavər Abdullayeva Ağsu Tədris Mərkəzində Vətəndaşları Qəbul Edəcək – Tibbi AKSİYA

gundem / sosial / manset

22-01-2024, 16:19

Əməkdar artist Niftulla Əsgərov dəfn olundu

gundem / medeniyyet / manset

4-02-2026, 16:37

Ədalət Hacıyev: Səhnəyə sədaqət, mədəniyyətə xidmət

ULUSƏS TV
Son xəbərlər
  • Dünən, 18:48
    “Bizi təhdid edənlər bu gün çayımızı bizim həbsxanalarda içirlər”
  • Dünən, 18:41
    Liderlərin səmimi görüntüləri
  • Dünən, 16:03
    “Zəruri olmayan xərclər üçün borc götürməyin” - AMB rəsmisi
  • Dünən, 12:50
    Davud Qüdrətov – həkimlik peşəsinə sədaqət, insan sağlamlığına xidmət nümunəsi
  • Dünən, 11:42
    Azərbaycan- Laos əlaqələri
  • Dünən, 11:40
    Türkmənistan Prezidenti də Bakıdadır
  • Dünən, 11:20
    Yeni tərəfdaşlıq coğrafiyası: Azərbaycan -Laos
  • Dünən, 11:19
    Münasibətlərin tərəfdaşlıq səviyyəsi mühüm hadisədir
  • Dünən, 11:12
    Laos-Yanardağ körpüsü
  • Dünən, 11:09
    Uzaq-yaxın məmləkətlər
  • Dünən, 11:08
    Qarşılıqlı hörmətə, ortaq maraqlara əsaslanan siyasət
  • Dünən, 11:07
    Azərbaycan-Laos münasibətləri möhkəm dostluğa əsaslanır
  • 14-10-2026, 13:10
    "İnanc bəhanə, uşaqlar vasitə, məktəb qarşıdurma meydanı olmamalıdır!"
  • 14-10-2026, 09:12
    Bakının bir sıra ərazilərində qaz kəsiləcək
  • 14-10-2026, 09:07
    Çarpayıdan yıxılan 1 yaşlı uşaq xəstəxanada öldü
  • 14-10-2026, 09:03
    “Breaking Bad”in ulduzu intihar edibmiş
  • 14-10-2026, 08:59
    100 minlik borc qalmaqalı ilə gündəmə gələn səfir istefa verdi
  • 14-10-2026, 08:54
    Bu ölkədə orduya ən yüksək döyüş hazırlığı əmri verildi
  • 14-10-2026, 08:49
    Anasının dəfninə getməyib “TikTok”da sərvət qazanmışdı - Səbəbini açıqladı
  • 14-10-2026, 08:39
    Bir sıra ərazilərdə işıq olmayacaq - Yenilənib
  • 14-10-2026, 08:35
    Təyyarəni taxtabitilər basdı - Reys ləğv olundu
  • 14-10-2026, 08:30
    Roma Papasında ağciyər xərçəngi aşkarlandı - Yenilənib
  • 14-10-2026, 08:27
    Yedikləriniz əhvalınıza təsir edirmiş
  • 13-10-2026, 16:06
    “Regionlarda könüllü gənclərin bacarıqlarının artırılması və intellektual inkişafına dəstək” layihəsi həyata keçirilib
  • 13-10-2026, 13:30
    Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
  • 13-10-2026, 10:57
    AZAL doqquz ayda 14,1 min reys həyata keçirib
  • 13-10-2026, 10:52
    Dəhşətli qəzadan əvvəl dəfələrlə video paylaşıbmışlar...
  • 13-10-2026, 10:48
    Moskvaya bu ilin ən böyük dron hücumlarından biri olub
  • 13-10-2026, 10:44
    Bir filmdən daha artıq - 5 ilə çəkilmiş “44” təqdim edildi - Fotolar
  • 13-10-2026, 10:38
    “Sabah” Bakıda ilk ÇL matçına çıxır
  • 13-10-2026, 10:34
    Ulduz yox, meteor yağacaq
  • 13-10-2026, 10:30
    Əfsanə 40 ildən sonra geri qayıdır - Tam elektrikli olacaq
  • 13-10-2026, 10:18
    Oktay Kaynarca “Milyoner”dən ayrıldı
  • 13-10-2026, 10:15
    104 yaşlı tısbağanı əməliyyat edəcəklər
  • 13-10-2026, 10:11
    Tramp üçün 276 milyonundan keçdi
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə