• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

“Bu məsələni gizli saxlamalıyıq” - Sərxan Hacıyev

idman / manset

11-06-2024, 11:21

“Bu məsələni gizli saxlamalıyıq” - Sərxan Hacıyev
AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev milli komanda ilə Macarıstana yollanan jurnalistlərə müsahibə verib. “Qafqazinfo” futbolinfo.az-a istinadən müsahibəni təqdim edir:

– Millinin təlim-məşq toplanışını necə dəyərləndirirsiniz?

– Məlum olduğu kimi, hələ milliyə baş məşqçi təyin olunmayıb. Buna baxmayaraq, biz AFFA olaraq millinin məşq prosesini davam etdiririk. İyunun əvvəlində iki oyun tarixi var idi. Albaniya və Qazaxıstan milli komandaları ilə danışıqlar apardıq və iki yoldaşlıq oyununun keçirilməsi ilə bağlı razılaşdıq. Milli komandaya növbəti rəsmi oyunlara hazırlaşmaq üçün lazımi şərait yaratmaq üçün çalışdıq. Albaniyaya qarşı matçda komandamız yaxşı təsir bağışladı. Tablodakı hesab meydandakı oyuna uyğun deyildi. Əlbəttə ki, nəticə yadda qalır. Amma gənc futbolçular özlərini yaxşı tərəfdən göstərdi. Hazırlıq prosesi yaxşı səviyyədə davam edir. Növbəti yoldaşlıq oyunu Qazaxıstan millisinə qarşı olacaq. Futbolçularımız yaxşı nəticə qazanmaq üçün əllərindən gələni edəcək. Lakin bu, yoldaşlıq oyunudur. Hər birimiz anlayırıq ki, burada əsas olan nəticə yox, hazırlıqdır.

– Yeni baş məşqçinin qarşısına hansı tələb qoyulacaq?

– Bir neçə gün öncə AFFA İcraiyyə Komitəsinin iclası keçirildi. Orada baş məşqçi məsələsi müzakirə olundu. Yaxın zamanda baş məşqçi ilə bağlı açıqlama veriləcək. Açıqlama veriləndə dediyiniz məsələyə də aydınlıq gətiriləcək. Reallıqlar var. Amma məqsəd hər zaman birinci yer uğrunda oynamaqdır. Lakin bundan da qlobal məsələlər var. Əsas məsələlər komandanı növbəti illər üçün hazırlamaqdır və aşağı yaş qruplarına nəzarət etməkdir.

– Vladimir Vayss Bakıya gəlmişdi? Əgər gəlmişdisə, onunla niyə anlaşma əldə olunmadı?

– Adlarla bağlı detallı açıqlama vermək istəməzdik. Çünki konfidensiallıq məsələləri var. Amma təsdiq edə bilərəm ki, Vladimir Vayss Azərbaycanda olmayıb.

– Yeni baş məşqçi ilə uzunmüddətli müqavilə imzalanacaq?

– Bu da konfidensiallığa aid məsələdir. Yaxın günlərdə detallı şəkildə hər şey qeyd olunacaq.

– Danışıq apardığınız və ya müzakirə etdiyiniz şəxslər arasında yerli mütəxəssislər var?

– Baş məşqçi ilə bağlı istənilən məsələni hazırda gizli saxlamalıyıq.

– “İrəvan” klubunun fəaliyyəti dayandırılacaq?

– Bu komanda reqlamentə əsasən II Liqaya salınıb. “İrəvan”ın AFFA bayrağı altında keçirilən turnirlərdə fəaliyyətini davam etdirməsi ilə bağlı məsələyə İcraiyyə Komitəsinin iclasında baxılacaq. Əlbəttə ki, mövsüm ərzində xoşagəlməz hallar az olmayıb. Bu hallar nəzərə alınacaq.

– Qurban Qurbanov İcraiyyə Komitəsinin iclasından sonra bildirdi ki, I Liqa klubarının infrastrukturunun yaxşılaşdırılması üçün AFFA addımlar atacaq. Hansı klublara yardım olunacağı bəllidir?

– Bu məsələ müzakirə olunub. Lakin detallı olaraq hansı stadionun, infrastrukturun yaxşılaşdırılması, yenidən qurulması dəqiq olaraq müzakirə olunmayıb. Qərar verməzdən əvvəl təhlil aparılmalıdır. Təhlillərin nəticəsi İcraiyyə Komitəsinin iclasında müzakirə olunacaq. Bunlar maliyyəyə, AFFA-nın büdcəsinə bağlı olan məsələlərdir.

– Canni de Byazi ilə görüşünüz oldu?

– Bəli, Albaniya ilə oyunumuzda idi. Matça eyni məkandan baxırdıq. De Byazini Albaniya Futbol Federasiyası dəvət etmişdi. Oyundan əvvəl də, sonra da danışıqlarımız oldu. Oyunla bağlı öz fikrini bildirdi. O da dedi ki, matçın nəticəsi oyuna görə deyildi. Əlavə etdi ki, son zamanlarda çox vaxt belə olurdu. Komandanın oyunu ilə bağlı fikri müsbət idi.

– Dövlətin Premyer Liqa klublarına illik ayırdığı 3 milyon manat artırılacaq?

– Məbləğin 4 milyon manat olması ilə bağlı yazılanlar həqiqəti əks etdirmir. Hazırda olan məlumata görə, 3 milyon manat olduğu kimi qalır, artırılması nəzərdə tutulmur.

– “Xəzər Lənkəran”ın stadionunun milli komandanın oyunu üçün təmir olunması ilə bağlı xəbərlər var. Bu, nə dərəcədə realdır?

– Biz də bu məlumatı mətbuatdan öyrənmişik. Lakin həqiqəti əks etdirmir. Hazırda belə bir məsələ nəzərdə tutulmayıb.

– COP29 dövründə millinin ev oyunları harada keçiriləcək?

– Həmin dövrə Estoniya ilə oyun düşür. Bu məsələni Estoniya Futbol Federasiyasının rəhbətliyi ilə də müzakirə etmişik. Daxildə də müzakirələr gedir. Hazırda konkret qərar yoxdur. UEFA ilə də danışıqlar gedir. COP29 irimiqyaslı tədbirdir. Oyunu Bakıda keçirmək real görünmür.

– Biz səfərdə oynayacağıq?

– Oyunların yerini dəyişmək məsələsi var idi. Lakin Estoniya tərəfi hava şəraitinə görə bunun onlara uyğun olmadığını bildirdi.

– Alternativ nədir?

– Hazırda müxtəlif yöndə danışıqlar gedir. Ola bilər ki, matç Azərbaycanın digər şəhərində keçirilsin. Xüsusi icazə ilə Bakıda və ya yaxın ərazilərdən birində keçirilmək də müzakirə olunur. Hələ ki, danışıqlar davam edir.

Oxunub: 113
Paylaş:
Digər xəbərlər

idman / manset

25-11-2023, 18:16

“Neftçi”nin futbolçusu: “Həftəsonu daha yaxşı oyun nümayiş etdirəcəyik”

ULUSƏS TV
Son xəbərlər
  • Bu gün, 10:18
    Nəvəsinin andiçməsindən sonra meyiti tapılan Mirzəcan kişi ilə bağlı - Yeni detallar
  • Bu gün, 10:10
    Kriminal şəbəkənin rəhbəri Azərbaycanda tutuldu - Türkiyə mediası
  • Bu gün, 10:05
    Bu gün millimizin oyunu var
  • Bu gün, 09:59
    Qocalmanı gecikdirən ən təsirli qidalar - Siyahı
  • Bu gün, 09:56
    Trampla Netanyahu telefonda dalaşıb?
  • Bu gün, 09:53
    Turistlərin bol olduğu ölkədə ingilis dilini niyə bilməyəsən?
  • Bu gün, 09:47
    NASA iş elanı verdi - Maaş 164 mindir
  • Bu gün, 09:43
    “Hərbi güc tətbiq etməkdən çəkinməzdim”
  • Bu gün, 09:40
    “İndiyəqədərki ən böyük əsir mübadiləsi baş tutacaq”
  • Bu gün, 09:36
    “Vəzifədən getməzdən əvvəl məsələni həll etmək istəyirəm”
  • Dünən, 18:56
    Azərbaycan incəsənəti Çilidə: Santyaqoda Zəfər Gününə həsr olunmuş beynəlxalq sərgi açılıb
  • Dünən, 15:30
    JURNALİST İBRAHİM İSGƏNDƏROV YOL QƏZASINDA XƏSARƏT ALAN GƏNC XANIMA İLKİN YARDIM GÖSTƏRƏRƏK ONUN HƏYATININ XİLASEDİLMƏSİNƏ DƏSTƏK OLUB
  • Dünən, 13:24
    Milli dövlətçilik ənənələri və konstitusion inkişaf - DEPUTAT
  • Dünən, 10:41
    Prezidentin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı - Paylaşım
  • Dünən, 10:30
    General Natiq Əliyevin qızı saxlanıldı
  • Dünən, 10:18
    Azərbaycanda işləyənlərin orta aylıq maaşı açıqlandı
  • Dünən, 10:14
    “Bakıdakı bu kilsənin qapıları taybatay açılmalıdır”
  • Dünən, 10:09
    Mehriban Əliyevadan Konstitusiya Günü paylaşımı - Foto
  • Dünən, 10:02
    Kanadada məhkəmə ana və qızına hücum edən 4 ayının ölümünə qərar verdi
  • Dünən, 09:55
    İsrail pasportu olanların ölkəyə girişini qadağan edirlər
  • Dünən, 09:45
    Quş qripinə görə bu heyvanlar məhv olma həddinə çatıb
  • Dünən, 09:39
    Argentina ordusunu “terror təşkilatı” elan etdilər
  • Dünən, 09:36
    İsrail ordusuna İrana qarşı hazırlıq tapşırığı verildi
  • 11-11-2026, 14:01
    GÜLNARA HƏMİDOVA – SÖZÜNƏ, QƏLƏMİNƏ VƏ İNSANLIĞINA SADİQ ÖMÜR YOLU! DOĞUM GÜNÜNÜZ MÜBARƏK!
  • 11-11-2026, 10:42
    ADY yükdaşımalar üzrə ən yüksək göstəricilər əldə edib
  • 11-11-2026, 10:35
    “Azeri Light” ucuzlaşdı
  • 11-11-2026, 10:28
    650 min manatı leqallaşdıran Həsənə 7 il 6 ay həbs verildi
  • 11-11-2026, 10:22
    10 milyonluq qızılla tutulan polkovnikin cəzası azaldıldı
  • 11-11-2026, 10:18
    Pezeşkian Türkiyəyə gedir
  • 11-11-2026, 10:13
    Lökbatanda itlər sakinə hücum etdi - Həmin gün 5-ci hadisə imiş - Video
  • 11-11-2026, 10:07
    Qax sakinini Masazırda maşın vurub öldürdü
  • 11-11-2026, 10:01
    “Sabah” basketbol klubu “Trabzonspor”u məğlub etdi
  • 11-11-2026, 09:57
    Fars körfəzində BƏƏ-yə məxsus gəmiyə hücum edilib
  • 11-11-2026, 09:48
    Adanada bir gündə ikinci zəlzələ
  • 10-11-2026, 21:07
    Gülnara Həmidova: ŞAHİN BABAYEVİN ƏZİZ XATİRƏSİ QƏLBİMİZDƏ DAİM YAŞAYACAQ – BİR İLİN AĞRISI, BİR ÖMRÜN UNUDULMAZ İZLƏRİ...
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə