• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

“Biz olsaydıq, yüz faiz penalti veriləcəkdi” - Samir Abasov

idman / manset

15-09-2025, 08:25

“Biz olsaydıq, yüz faiz penalti veriləcəkdi” - Samir Abasov
“Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 4-cü turunda “Sabah”la 0:0 hesablı heç-heçə etdikləri oyunu şərh edib.

“Qafqazinfo” xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında deyib: 

- Futbolçularımı təşəkkür etməyə borcluyam. Çox əziyyət çəkdilər, qaçdılar. Yaxşı şeylər etməyə çalışdılar. “Turan Tovuz”la oyunda xal itirdik, 10 nəfərlə qaldıqda da dominant idik. Özümüz üçün sual verirdik ki, bu oyun necə olacaq? Bu gün daha yaxşı oynayan komanda gördük. İtkilərimiz var idi. Buna baxmayaraq, futboldan, oynadığımız oyundan çox məmnun qaldım. Azarkeşlərimizi başa düşürəm. Nəticə yoxdursa, danışılan sözlər də, bəlkə, qəbul olunmur. Hamı gözləyirdi ki, birinci oyunda qələbə olacaq. Başa düşürəm. Bir komandanı oyunlara stressiz, təzyiqsiz hazırlamağı bacarırıq. Sadəcə danışa bilmədiyimiz məqam, bizim dilimizi kəsən məqam nəticədir. Bu işi davam etdirəcəyik, daha da yaxşı oynayacağıq.

Bəzi epizodlarda meydanda bir komanda var idi, o da “Neftçi” idi. Vurulmayan epizodlar... Onu nə ilə bağlayım, bilmirəm. Yeni qurulan komanda olaraq bu cür rəqiblərə qarşı neçə epizod yarada bilərik? Ümid edirik ki, yaxşı oyunun sonunda yaxşı nəticə olacaq.

- Demək olar ki, yayda ən birinci etməli olduğu şeyi etmədi və bu, hücumçu transferidir?

- Bu cür hallarda birinci veriləcək sual hücumçu olur. Bu, elə mövqedir ki, əmin olduğun insanı götürüb gətirmək istəyirsən. Amma hər kəsin istədiyi hücumçunu reallıqda Azərbaycan futboluna gəlməsi çox çətindir. Çox axtardıq, danışdıq. Amma elə oyunçular idi ki, bir çox Avropa ölkələri və ərəblər, çinlilər bizə bu işdə mane oldular. Bunu tək mən yox, bütün məşqçilər danışır. Qurban müəllim də dəfələrlə açıqlamalarında bu məsələni dilə gətirib.

Biz o cür ölkələrlə rəqabət apara bilmirik. Oyunçular daha yaxşı yerlərə getmək istəyirlər. Çoxsaylı istədiyimiz futbolçularla danışdıq, amma alınmır. Hazırda bəzi istədiyimiz azad agent statusunda olan oyunçular var. Onların bəziləri ilə yayın əvvəlində heç bir masa arxasına otura bilməzdik, amma indi bir şansımız var. 

- Murad Xaçayev çox yaxşı oynadı. İqor Ribeyro qayıtdıqdan sonra onu və ya Elvin Bədəlovu ehtiyatda görə bilərik?

- Komandaya gələnlərin hamısından məmnunuq. İndi vəziyyət elə gətirdi ki, Xaçayev oynadı. Bütün komandadan razıyam. Elvin və Murad gələndə onların ətrafında nə qədər söhbətlər gedirdi. Elvin də, Murad da çox yaxşı işlər gördülər. Kimin ehtiyatda olacağını deyə bilmərik. Üçü də təki bu formada olsun, biz baş sındıraq ki, kimi oynadaq.

- “Neftçi” rəhbərliyi sizə zaman verəcək?

- Bu suala cavab vermək istəmirəm. Buna cavab verəcək adam mən deyiləm. Çox çətin vəziyyətdəyik. Həmişə çətin olub. İşimiz oynadığımız futbolu daha da yaxşılaşdırmaqdır. Futbolçular ancaq ona kökləniblər. Onlar da yazılanları oxuyurlar, təzyiqi görürlər. Meydançadan kənarda da işlərimiz var ki, onu aşılamağa çalışırıq. Oyunumuzdan çox razıyam. Qol epizodlarını vura bilməməyin izahı məndə yoxdur. 

- Sizcə, Azərbaycan millisinin baş məşqçisi yerli, yoxsa əcnəbi mütəxəssis olsa, daha faydalı olar?

- Əlbəttə, yerli məşqçinin tərəfdarıyam. Son oyun da göstərdi ki, bizi anlayan, futbolumuzun reallığını dərk edən, oyuna çıxaracaq məşqçi varsa, o da yerlidir. Yerlilərdən kim olacaqsa, ona uğurlar arzulayıram. Xeyirlisi olsun. 

- Verilməyən penaltini necə şərh edərdiniz?

- O məsələ mənim üçün anlaşılmaz qaldı. Hakim yaxın idi, epizodu görürdü və dərhal penalti verdi. Niyə VAR müdaxilə etdi? Top qapıya gedirdi, futbolçu onu əli ilə blok edirdi. Rəqib futbolçudan sonra heç kim yox idi. Ondan sonra qapı idi. Varqasın epizodu da var idi, onu yıxmışdılar. Fikrimcə, ən azından ikisindən biri penalti idi. Əminliklə deyirəm ki, bizim qapımızda olsaydı, 100 faiz penalti veriləcəkdi. 

- Konkret futbolçu var ki, gətirəsiniz?

- Bizim işimiz heç vaxt dayanmayıb. Daim axtarışdayıq. Dəfələrlə demişəm, bütün transferləri öz üzərimə götürmüşəm. Biz daim axtarırıq. Konkret adlar çəkə bilmərəm. Baxdığımız oyunçular var. Sizi, insanları rahatlaşdırmaq üçün deyilən söz deyil. İnanıram ki, nələrsə çıxacaq.

- “Sabah”ın baş məşqçisi nəticəni ədalətli sayır. Siz necə hesab edirsiniz?

- Düşünürəm ki, biz qalib gəlməyə daha çox layiq idik.

Oxunub: 2
Paylaş:
Digər xəbərlər

idman / manset

5-05-2025, 10:18

“Bunun sonu yaxşı qurtarmayacaq” - Samir Abasov

idman / manset

25-11-2023, 18:16

“Neftçi”nin futbolçusu: “Həftəsonu daha yaxşı oyun nümayiş etdirəcəyik”

manset / idman

7-04-2025, 09:42

“Özüm də penalti qaçırmışam” - Rəşad Sadıqov

idman / manset

17-11-2024, 13:01

“Çox bəxtəvərsiniz” - Estoniya millisinin baş məşqçisi

idman / manset

2-12-2024, 09:46

“Qolu “Qarabağ”dan buraxırsansa…” - Samir Abasov

ULUSƏS TV
Son xəbərlər
  • 18-10-2026, 10:38
    Azərbaycan və Özbəkistan həmkarlar ittifaqları arasında Memorandum imzalanıb
  • Dünən, 11:00
    FHN-dən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə - Müraciət
  • Dünən, 10:54
    Anar Rzayevə ağır itki
  • Dünən, 10:45
    Şəhid anası faciəvi şəkildə öldü - Foto
  • Dünən, 10:19
    Beyləqanda Zəfər Günü ərəfəsində ağacəkmə aksiyası keçirildi - Fotolar
  • Dünən, 10:14
    Vətən Müharibəsi Qəhrəmanına general rütbəsi verildi
  • Dünən, 10:10
    “EDU Company” yüksək nəticə göstərən abituriyentlərinə 20 min pul mükafatı verdi
  • Dünən, 10:04
    Sağlam qidalanma ilə bağlı - Bilməli olduğunuz vacib məqamlar
  • Dünən, 10:00
    Papa ilə görüşə kapüşonlu sviterdə getdi - Foto
  • Dünən, 09:56
    Faciəyə görə istefa verdi - Həmin qəza səbəbindən işdən çıxan nazirin yerinə gətirildi
  • Dünən, 09:52
    Gündüz yuxunuz gəlirsə - Bu xəbəri mütləq oxuyun!
  • 4-11-2026, 20:51
    Fədakarlığı və şərəfli fəaliyyəti ilə ucalan səhiyyə ulduzu – Lamiyə Mirzəyeva
  • 4-11-2026, 11:06
    Qəbələdə ölkənin ən böyük qastronomiya tədbiri baş tutdu - Qastronomiya Sammiti 2026
  • 4-11-2026, 11:00
    Neftimiz 113 dollara ticarət edilir
  • 4-11-2026, 10:55
    “Abşeron” TM-in qarşısında ağır qəza, piyada öldü
  • 4-11-2026, 10:50
    Texasda 32 il sonra Demokratlar qalib gəldi - Mask rəqibinə 200 milyon ayırmışdı
  • 4-11-2026, 10:45
    Bu yolda hərəkət məhdudlaşdırılacaq - Sürücülərin nəzərinə!
  • 4-11-2026, 10:40
    ABŞ-də 30 ildə ilk dəfə qızılcadan ölüm qeydə alındı
  • 4-11-2026, 10:30
    “İrana dərhal hücum etmək planımız yoxdur”
  • 4-11-2026, 10:25
    Telefon işığı beynimizi aldadırmış - Yuxusuz gecələrin səbəbi...
  • 4-11-2026, 10:16
    İrandan narahatlıqları artıran - Xəbərdarlıq
  • 4-11-2026, 10:09
    “Öz otağımın elektrikini də kəsərəm”
  • 3-11-2026, 10:30
    “Mobile Payment Solutions” MMC qayda pozdu - AMB tədbir gördü
  • 3-11-2026, 10:11
    Arvadını paltaryuyanın səsinə görə döydü - Məhkəməlik oldular
  • 3-11-2026, 10:07
    “Bank Respublika” və “AccessBank” arasında strateji əqd uğurla tamamlanıb
  • 3-11-2026, 10:02
    Yanğınların tüstüsü diplomatik böhran yaratdı
  • 3-11-2026, 09:58
    İranda Hellouin qalmaqalı - Obyektlər bağlandı, saxlanılanlar var - Video
  • 3-11-2026, 09:53
    ABŞ Qeşm adasına zərbə endirdi
  • 3-11-2026, 09:45
    Gündə cəmi 4 saat yuxu ilə necə yaşamaq olar?
  • 3-11-2026, 09:41
    Əhaliyə “nüvə zərbəsi” bildirişləri göndərdilər - Dünyada “qiyamət günü” panikası - Fotolar
  • 3-11-2026, 09:36
    18 yaşlı müştəri kafe sahibini bıçaqladı
  • 3-11-2026, 09:32
    Bu ölkədə analoq telefon dövrü bitir - Xəbərdarlıq edildi
  • 2-11-2026, 13:34
    “Bir qadir insanam el nəzərində”
  • 2-11-2026, 10:44
    Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasından Prezident İlham Əliyevə məktub ünvanlanıb
  • 2-11-2026, 10:30
    “Rəqəmsal Media Ayı” keçiriləcək
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə