• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

“İndi yox, amma bir gün ona sözümü deyəcəyəm” - Videomüsahibə

idman / manset

10-12-2025, 08:38

“İndi yox, amma bir gün ona sözümü deyəcəyəm” - Videomüsahibə
Ayxan Abbasovun Azərbaycan milli komandasının baş məşqçisi postuna gətirilməsi ölkədəki bütün futbol azarkeşlərinin ürəyincə oldu desək, yanılmarıq. İllərdir istər azarkeşlər, istərsə də media komandanın başına yerli mütəxəssis gəlməsini istəyirdi. Nəhayət, arzular reallaşdı - yığma komandanın sükanı arxasına son illərdə ölkəmizdə kifayət qədər tanınmağı bacaran Ayxan Abbasov gətirildi.

“Şamaxı”nın çalışdırıcısı olan mütəxəssis U-21 millimizdə qısa müddət işlədikdən sonra Fernandu Santuşun xələfi oldu. Millimiz onun rəhbərliyi altında ilk oyununda xal qazandı. Ukrayna ilə DÇ-2026-nın seçmə mərhələsində Bakıda baş tutan matç 1:1 hesabı ilə başa çatdı.

Fransaya qarşı səfərdəki oyun isə yaddaşımızda ləkə kimi qalan 0:10 hesablı məğlubiyyətin təkrarlanacağını gözləyənlərə cavab idi. Abbasovun komandası inam, əzmkarlıq, istək hesabına ulduzlarla dolu olan fransızların qarşısını ala bilirdi. Yalnız 45-ci dəqiqədə superulduz Kilian Mbappe qapımıza yol tapdı. Bakıdakı matçda isə hətta hesabı da biz açdıq.

Bütün bunlar gələcək üçün ümid ola bilər. Ayxan Abbasov “Qafqazinfo”ya müsahibəsində hazırkı və gələcək planlarından danışıb. O, haqqında yanlış açıqlama verənləri də cavabsız qoymayıb.

Mütəxəssis əvvəlcə yığmamızın məşqçisi kimi təyinatına toxundu: “Milliyə təyinat məşqçi kimi də mənim üçün yenilik oldu. Futbolçularla “bu durumdan necə çıxa bilərik, nələr etməliyik, hansı məsuliyyətimiz var?” deyə danışdıq. Komandanı inandırdıq ki, biz xal qazana bilərik, ən azından mübarizə apara bilərik. Mübarizəsiz uduzanda çox pis təsir edir. Oynayan, oynamayan – hər kəs xal istəyirdi və biz buna layiq idik”.

A.Abbasov milli komandada oynamasa da, məşqçi kimi komandanı çalışdırmasına da münasibət bildirib: “Milli komandada həmişə oynamaq istəmişəm. Sadəcə o vaxt rəqabət çox idi. İndi təəssüf ki, sol cinahda rəqabət güclüdür, sağda yox. Onda Zaur Tağızadə, Kamal Quliyev, Mahir Şükürov kimi oyunçularla eyni mövqeyi paylaşırdıq. Ona görə də heyətə düşmək çətin idi. Milli komandada futbolçu kimi oynamaq şərəfdir, amma məşqçi olmaq ondan da şərəflidir. Demək ki, qismət belə imiş”.

44 yaşlı məşqçi DÇ-2026-nın seçmə mərhələsində ən çox üzüldüyü oyundan danışıb: “Ukrayna ilə səfər matçında xal qazanmalı idik. Çünki yaxşı oynadıq. Fransa ilə matçdan sonra yorğun görünsək də, mübarizə apardıq. Hakimin qərarları fərqli olsaydı, bəlkə də, xal qazanmışdıq. Həmin vaxt Fransa ilə iki ağır oyun çox çətin idi. Bakıdakı matçdan öncə futbolçulara demişdim ki, bəlkə də, Fransadan xal almağın ən yaxşı vaxtıdır. Reallıq odur ki, rəqib final mərhələsini təmin etmişdi, bura rahat gəlmişdi. Ən önəmlisi isə möhtəşəm azarkeş dəstəyi idi. Hansı ki, milli komanda belə dəstəyi uzun zamandır görmürdü. O, futbolçulara motivasiya verirdi. Yığma bu azarkeşin həsrətində idi”.

Çalışdırıcı sosial şəbəkələrdən istifadə etmədiyini bildirib: “Sosial şəbəkələrdə yoxam. Çünki düşünürəm ki, ordakı müzakirələr mənə mane olar”.

Millimizin baş məşqçisi Renat Dadaşovu DÇ-2026-nın seçmə mərhələsində Fransa ilə səfər oyunundan sonra heyətdən çıxarmasına da aydınlıq gətirib: “Renatla aramızda ciddi problem olmamışdı. Sadəcə məşqçi və futbolçu arasında olan xırda məsələlərdir. Məncə, Renatla danışığımızın böyük təsiri oldu. O, peşəkardır və ona inanımız böyükdür. Dadaşov yığmada ən yaxşılardan biridir. Bakıdakı matçlarda ürəklə oynadı. İslandiya ilə qarşılaşmaya sonradan girsə də, özünü göstərdi. Hər zaman bura yüksək-əhval ruhiyyədə gəlir. Anton Krivotsyukun, Şahruddin Məhəmmədəliyevin Azərbaycan dilində danışması, Abdulla Xaybullayevin himnimizi öyrənməsi yaxşı haldır. Demək ki, futbolçular milliyə, dilimizə, himnimizə dəyər verir və onlar bizdəndir”.

Mütəxəssis Fransa ilə oyunlardan əvvəl komanda ətrafında yaranan söz-söhblətlərdən, “Turan Tovuz”la aralarında yaranan problemdən söz açıb: “Təəssüf ki, hamı dəstək olduğu vaxtda başqa fikir yaradanlar var idi. “Turan Tovuz”a gəlincə, onlara heç zaman ziyanım dəyməyib. Onlarla normal şəkildə ayrılmışdıq. Mən Tovuz klubuna gedəndə orada indi özünü fədakar göstərən insanları görməmişdim. Hansı ki, canfəşanlıq edirlər. Onda Oktay Abdullayev, Nadir Nəbiyevdən başqa heç kim yox idi. “Turan Tovuz” üçün ürəyi yananlar yanımızda idi. Həmin vaxt Bakıda seleksiya aparırdıq, Tovuza gedə bilmirdik. Yaxına gələn yox idi. Kimsə gəlmədi ki, necə yığışdıq, harda qaldıq?! İlk təlim-məşq toplanışımızı Bakıda elədik. Təsəvvür edin ki, toplanış üçün borc almışdıq”.

Ayxan Abbasov onun ünvanına sərt sözlər deyən “Turan Tovuz”un məşqçisi Yunis Hüseynov barədə də danışıb: “Bu gün ona cavab vermirəm. Cavab versəm, Yunis müəllim sevinər. Amma bir gün milli komandadan gedəndən sonra ona sözümü deyəcəyəm”.

Mütəxəssis Qurban Qurbanov haqqında da fikirlərini bölüşüb: “Qurban müəllim bizim üçün həm dəyərli məşqçidir, həm də dəyərli insandır. “Qarabağ”da yeni uğur qazananda mən də futbolçu kimi orada idim. Bu gün hər kəs komandanın uğurundan danışır. Qurban Qurbanov azərbaycanlı məşqçilərə yanaşmanı dəyişən adamdır. Mən futbol oynayanda Premyer Liqada 14 komandanın 8-9-da əcnəbilər çalışırdı. Amma Qurban müəllim uğur qazanandan sonra yerli mütəxəssislərə dəyər verdilər. Onun, bizim haqqımızda sevindirici haldır”.

A.Abbasov övladlarının futbol azarkeşi olduğunu bildirib: “Heç gözləmirdim ki, belə azarkeş olsunlar. İzləyirlər oyunları, onların da öz fikirləri olur. Bəzən mübahisə edirik. Ailəmə çox vaxt ayıra bilmədiyimə gəlincə, normaldır. Nəyəsə nail olmaq üçün nədənsə keçməlisən”.

Elsevər Məmmədov

Fotolar-Video: Pərvin Zeynal

Oxunub: 4
Paylaş:
Digər xəbərlər

idman / manset

12-06-2024, 12:42

Fernandu Santuş Azərbaycan yığmasının baş məşqçisi oldu

idman / manset

15-12-2023, 19:12

Futbol millimizin baş məşqçisi postuna əsas namizədin adı bəlli oldu

gundem / idman / manset

16-03-2025, 11:48

"Şamaxı" Ayxan Abbasovla bağlı qərar verdi (RƏSMİ)

idman / manset

7-01-2025, 08:31

“O, futbol üçün bir hədiyyədir”

idman / manset

3-11-2025, 08:22

“Millidən danışmayacağam, məşqçilər etiraz edir”

ULUSƏS TV
Son xəbərlər
  • Dünən, 18:10
    “Səyyar Gənclər Xidməti” layihəsi bu dəfə
  • Dünən, 17:43
    Metropoliten rəsmisi sərnişinlərə çıxış yolu göstərdi
  • Dünən, 17:33
    “Patriot” raketləri ilə bağlı rədd cavabı aldı
  • Dünən, 17:28
    Hindistan BTQ ilə əməkdaşlıq edən hüquq müdafiəçisini təhdid edib
  • Dünən, 17:23
    “Azərbaycan öz ərazisindən qonşu ölkəyə qarşı istifadə olunmasına icazə verməz”
  • Dünən, 17:19
    Cəbhəyə 50 min robot göndərməyi planlaşdırırlar
  • Dünən, 17:05
    Bu dünyanın Nərimanı...
  • Dünən, 16:20
    Vüsal Aslanovdan yeni rəis - Təyinatları
  • Dünən, 11:55
    Türkəsilli Amerika tədqiqatçısından Talebinə - Vardanyanla bağlı çağırış
  • Dünən, 11:47
    İspaniya ərazisinə növbəti miqrant axını gözlənilir?
  • Dünən, 11:20
    Paşinyan onun işindən narazıdır
  • Dünən, 11:12
    Kardioloq həmin səs yazısının ona aid olmadığını - Açıqladı
  • 4-08-2026, 13:53
    "Sabimed" Sağlıq və Turizm şirkətindən növbəti xeyirxah addım – Türkiyədə müalicə alan körpəyə hərtərəfli dəstək
  • 4-08-2026, 13:31
    “İsveçrə bu prosesi hər zaman dəstəkləməyə hazırdır”
  • 4-08-2026, 13:28
    Göygöldə qanunsuz tikili söküldü
  • 4-08-2026, 13:24
    Avqustun 15-dən qatarlar “Nizami”-“28 May” arasında işləməyəcək
  • 4-08-2026, 13:20
    “ATƏT məkanında qeyri-sabit mühit hökm sürür”
  • 4-08-2026, 10:54
    “Azərişıq” Gədəbəydə yeni güc mərkəzləri quraşdırdı
  • 4-08-2026, 10:49
    Qurban Qurbanovun mətbuat konfransı Bakıda olacaq
  • 4-08-2026, 10:33
    2 həftədir Baş nazirdir - Məzuniyyətə çıxır
  • 4-08-2026, 10:29
    “MyGov” üzərindən FHN-ə müraciət etmək olacaq
  • 4-08-2026, 10:25
    Yaşamaq üçün ən ideal ölkə açıqlandı
  • 3-08-2026, 21:57
    Turistlər aldadılır? – Saf Travel şirkəti və Nabran turu ilə bağlı ciddi iddialar araşdırılmalıdır
  • 3-08-2026, 20:48
    Namidə İsayeva yeni vəzifəyə təyin olundu
  • 3-08-2026, 14:05
    Qax Günləri – Qədim irsin, zəngin mədəniyyətin və müasir inkişafın bayramı
  • 3-08-2026, 12:29
    Əhmədlidə torpaq uçqunu - Maşınlara zərər dəydi
  • 3-08-2026, 12:24
    Süni intellekt oğruları
  • 3-08-2026, 11:43
    Bu yerlərdə mənzillərin kvadratı 7 min oldu
  • 3-08-2026, 11:27
    Qarpız bu şəxslər üçün zərərlidir
  • 3-08-2026, 11:17
    Ölkə xaricinə köçən şəxslər niyə xəstəlik tapırlar?
  • 3-08-2026, 11:11
    Həbsxanaları timsahlarla mühafizə etmək planı - Qalmaqal yaratdı
  • 3-08-2026, 11:03
    SSRİ bayrağına görə həbs olunanlardan biri Elçin Bayramlı imiş
  • 3-08-2026, 10:56
    Başına 5 milyon dollar qoyulan “Ponço” belə həbs edildi
  • 3-08-2026, 10:51
    Bu 3 ölkə İrana qarşı döyüşməkdən imtina etdi - XİN rəsmisi açıqladı
  • 2-08-2026, 13:14
    Azərbaycan–Qırğızıstan münasibətləri Orta Dəhlizin inkişafına təkan verir
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə