
Azərbaycanın Mütləq Döyüş Çempionatındakı (UFC) təmsilçisi Tofiq Musayev ABŞ-nin Sietl şəhərində növbəti döyüşünü keçirib.
“Qafqazinfo” xəbər verir ki, 36 yaşlı idmançı İqnasio Bahamondeslə (Çili) qarşılaşıb.
O, rəqibini məğlub edərək qələbə qazanıb. Bu, Tofiq Musayevin UFC-də ilk qələbəsi olub.
Xatırladaq ki, İqnasio Bahamondes sonuncu dəfə Bakıdakı turnirdə təmsilçimiz Rafael Fiziyevə məğlub olub.