
“Mercedes”in 19 yaşlı italiyalı pilotu Kimi Antonelli “Formula 1” üzrə 2026-cı il dünya çempionatının üçüncü raundunda, Yaponiya Qran-prisində qalib gəlib.
“Qafqazinfo”nun məlumatına görə, yarış “Suzuka” avtodromunda baş tutub.
“McLaren” komandasının avstraliyalı pilotu Oskar Piastri ikinci yerdə qərarlaşıb. İlk üçlüyü “Ferrari”nin pilotu, monakolu Şarl Lekler tamamlayıb.