
FIFA “Neftçi” futbol klubuna transfer qadağası tətbiq edib.
“Qafqazinfo” xəbər verir ki, qərara əsasən, komanda 5 may 2026-cı il tarixindən etibarən növbəti üç transfer pəncərəsi ərzində yeni oyunçu qeydiyyata ala bilməyəcək.
Qadağanın səbəbləri hələlik açıqlanmayıb.
Qeyd edək ki, paytaxt təmsilçisini hazırda ukraynalı mütəxəssis Yuri Vernidub çalışdırır. O, 2025-ci ilin dekabrında baş məşqçi vəzifəsinə təyin olunub.
“Neftçi” Azərbaycan Premyer Liqasında 30 turdan sonra 50 xalla dördüncü pillədə qərarlaşıb.