“Yevlax Pilot Aqropark”da “NYUVADI” MMC və “ELKÜR” MMC-yə rezident statusu verilib”.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
Onun sözlərinə görə, rezidentlər tərəfindən 41,9 hektar sahədə #investisiya həcmi 354 min manat olan intensiv meyvə bağları salınacaq, 8 nəfər daimi, 30 nəfər isə mövsümi işlə təmin ediləcək.