• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

“TuranBank” 32 yaşını qeyd edir - Etibarlı tərəfdaş

iqtisadiyyat / manset

12-06-2024, 12:10

“TuranBank” 32 yaşını qeyd edir - Etibarlı tərəfdaş
1992-ci ildə fəaliyyətə başlayan, Azərbaycan bank sektorunda dayanıqlılığı ilə seçilən, müştərilərin inam və rəğbətini qazanan, biznesdə etibarlı tərəfdaş imicini qoruyub saxlayan TuranBank bu illər ərzində geniş inkişaf yolu keçərək ölkənin böyük maliyyə qurumlarından birinə çevrilib.

Fəaliyyətinin 32-ci ilini qeyd edən Bank bu illər ərzində bir çox uğurlara imza atmış, xüsusilə kiçik və orta sahibkarlara dəstək olmaqla ölkədə özəl sektorun inkişafına öz töhfəsini verib, rəqəmsal bankçılığın yaratdığı imkanlardan maksimum faydalanmaqla müştərilərin bank xidmətlərindən daha rahat, operativ və təhlükəsiz istifadəsini təmin etmişdir. Fəaliyyətində peşəkarlıq, etibarlılıq və yüksək korporativ mədəniyyət meyarlarını rəhbər tutan TuranBank bu illər ərzində öz maliyyə sabitliyini qoruyub saxlayıb, biznes subyektlərinin maliyyələşməsi sahəsində öz mövqeyini daha da gücləndirmişdir. Həmçinin 800-ə yaxın əməkdaşı ilə 22 satış nöqtəsində 150 mindən çox əhali və biznes subyektlərini maliyyə xidmət və məhsulları ilə təmin etməklə müştəri bazasını genişləndirməyə müvəffəq olmuş və əldə etdiyi nailiyyətlərə əsaslanaraq qarşıdan gələn dövrlərdə də uğurlarını davam etdirmək əzmindədir.

Fəaliyyət göstərdiyi müddətdə Bank rəqəmsallaşmanın imkanlarından daha çox yararlanmağa çalışaraq xidmət səviyyəsini yüksəltmək məqsədilə mühüm dəyişikliklər həyata keçirmiş və hazırda yenilənmiş İnternet bankçılıq sistemi, bir sıra funksionallıqları ilə daha da təkmilləşdirilmiş Mobil tətbiqi ilə müştərilərinə rahat və məsafədən bank xidmətləri göstərməklə dövrün tələbinə uyğun rəqəmsal məhsullar təklif edən yenilikçi bank kimi müştərilərin rəğbətini qazanıb.

TuranBank 32 illik fəaliyyəti ərzində daim real sektora dəstək olmuş, sahibkarlıq subyektlərinin maliyyə vəsaitlərinə çıxışını genişləndirərək ölkə iqtisadiyyatının inkişafına öz töhfəsini vermişdir. Ötən illər ərzində Bank yerli qurumlardan Sahibkarlığın İnkişafı Fondu (SİF), Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA), İpoteka Krediti Zəmanət Fondu (İKZF), həmçinin nüfuzlu beynəlxalq maliyyə təşkilatları olan Beynəlxalq Maliyyə Korporasiyası (İFC), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Qara Dəniz Ticarət və İnkişaf Bankı (BSTDB), ECO Ticarət və İnkişaf Bankı (ECO TDB), EMF Mikromaliyyə Fondu, Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD), Asiya İnkişaf Bankı (AİB), Incofin İnvestisiya Fondu ilə kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi çərçivəsində əməkdaşlıq edərək ölkənin qeyri-neft sektorunun inkişafına ciddi dəstək olub.

32 illik fəaliyyəti ərzində sosial məsuliyyət prinsipinə sadiq qalan TuranBank sosial müdafiəyə xüsusi ehtiyacı olan aztəminatlı ailələrə, özünəməşğulluq proqramı çərçivəsində işsiz şəxslərə, ölkəmizin ərazi bütövlüyünün qorunması və torpaqlarımızın düşmən işğalından azad edilməsində əsl qəhrəmanlıq dastanı yazmış qazi və şəhidlərimizin ailələrinə dəstək olub. Eyni zamanda, qeyd edilən istiqamətdə olan işlərin davamı olaraq, "YAŞAT" Fondu, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Yardım Fondu və Qarabağ Dirçəliş Fondu ilə də sıx əməkdaşlıq edilmişdir. Təsadüfi deyil ki, Bank ardıcıl 4 ildir ki, Azərbaycan Banklar Assosiasiyası tərəfindən Korporativ Sosial Məsuliyyət layihəsi üzrə mükafata layiq görülür. TuranBank bundan sonra da ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar sağlamlığını itirən qazilərimizin və şəhid ailələrinin sosial təminatına dəstəyini davam etdirəcək.

TuranBank adından 32 il ərzində qazanılmış uğurlarda payı olan hər kəsə dərin təşəkkür edir və həyata keçirdiyi hər bir layihədə müştəri və tərəfdaşlarının keyfiyyət gözləntilərini aşacağına əminliyimizi bildiririk.

Çünki adı güvən, imzası etibar yaradır!

32 ildir ki, etibarlı tərəfdaşınız olmaqdan qürur duyuruq!

“TuranBank”

Bizimlə etibarlıdır...

Oxunub: 131
Paylaş:
Digər xəbərlər
ULUSƏS TV
Son xəbərlər
  • Dünən, 20:42
    Bu gün Azərbaycan siyasi tarixində özünəməxsus yeri olan Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 34-cü ildönümünü qeyd edirik.
  • Dünən, 15:54
    Ağdaş şəhər 4 nömrəli uşaq bağçasında “Payız möcüzələri” adlı möhtəşəm tədbir keçirilib.
  • Dünən, 14:46
    MEHMAN QƏHRƏMANOVA AĞIR İTKİ ÜZ VERİB – ƏMİSİ MİRİD QƏHRƏMANOV VƏFAT EDİB. ALLAH RƏHMƏT ETLƏSİN!
  • Dünən, 12:13
    “BDU-da islahatlara Hüquq fakültəsindən başlanılmalıdır” - Ceyhun Yusifov
  • Dünən, 12:03
    FHN təlim keçirdi - Video
  • Dünən, 11:53
    Bakının mərkəzində Xalq rəssamının oğlunun meyiti tapıldı
  • Dünən, 11:44
    Göygöldə növbəti monitorinq - Sahibkarlarla görüşlər oldu
  • Dünən, 11:36
    Yeni Azərbaycan Partiyası - Dünənin tarixi zərurətindən sabahın güclü Azərbaycanına doğru
  • Dünən, 11:13
    Prezident rəsmi qarşılandı
  • Dünən, 11:05
    Prezidentlər Birgə Bəyanat qəbul etdilər
  • 20-11-2026, 19:44
    “Səyyar Gənclər Xidməti” fəaliyyətini Ağcabədidə davam etdirib
  • 20-11-2026, 14:20
    KOTANAXR KƏNDİNİN TANINMIŞ SİMASI ƏLİ QARAKİŞİ OĞLUNUN ƏZİZ XATİRƏSİNƏ DƏRİN HÖRMƏTLƏ BAŞSAĞLIĞI
  • 20-11-2026, 14:02
    VƏKİLLİK İNSTİTUTU HÜQUQİ DÖVLƏTİN SÜTUNUDUR: PEŞƏ NÜFUZU, ƏDALƏT VƏ İNSAN HÜQUQLARI ETİBARI QORUNMALIDIR!
  • 20-11-2026, 12:36
    Azərbaycan–Vyetnam münasibətlərində yeni mərhələ: strateji tərəfdaşlığın real iqtisadi nəticələrə çevrilməsi
  • 20-11-2026, 11:07
    Sabirabadda 17 yaşlı oğlan yeniyetmə qızı qaçırdı - Axtarış aparılır
  • 20-11-2026, 11:01
    ƏƏSMN “Araz” supermarketlər şəbəkəsini mükafatlandırdı
  • 20-11-2026, 10:52
    “Prezidentin Vyetnama səfəri siyasi kursun möhkəmləndirilməsində əlamətdar mərhələdir”
  • 20-11-2026, 10:45
    Kiyev ballistik raketlərlə atəşə tutulub
  • 20-11-2026, 10:41
    İlhamə Abdullayeva bu vəzifəyə təyin olunub
  • 20-11-2026, 10:36
    “Atlant”ın rəhbəri vəfat etdi
  • 20-11-2026, 10:32
    Paytaxtda qarlı havalara hazırlıqla bağlı müşavirələr başa çatdı - Fotolar
  • 20-11-2026, 10:29
    Həkimin villasında dava - Cangüdən 74 yaşlı sürücünü bıçaqladı
  • 20-11-2026, 10:23
    QHT-lər üçün qrant müsabiqələri elan edildi
  • 20-11-2026, 10:18
    “Ağ pələng”in izi ilə - Prezident İlham Əliyev 43 illik siyasi irsə yeni məzmun qazandırır
  • 19-11-2026, 15:31
    4 saylı Magistral avtomobil yollarının istismarı MMC Müşfiq qəsəbəsində yol və infrastruktur problemlərinin həlli istiqamətində mühüm işlər görür
  • 19-11-2026, 14:50
    Ağdam şəhəri: quruculuq siyasətinin möhtəşəm nəticələri
  • 19-11-2026, 13:31
    Könül Xasıyeva harda oxusa da, sevilir!
  • 19-11-2026, 13:22
    “Kibermühitdə bu günün şifrəli sirr tarixçəsi sabahın açıq kitabıdır” - DTX-nin rəis müavini
  • 19-11-2026, 11:35
    Elşən Salahov Binədə sakinlərlə növbəti səyyar görüş keçirdi
  • 19-11-2026, 11:28
    Gürcüstan DTX-nin rəisi Bakıdadır
  • 19-11-2026, 11:21
    Alen Simonyan dekabrda Azərbaycana gələcək
  • 19-11-2026, 11:07
    “Koroğlu”dan aeroporta doğru nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
  • 19-11-2026, 11:00
    Məleykə Abbaszadə BDU-nun rektoru oldu
  • 19-11-2026, 10:51
    Elçin Babayev vəzifəsindən azad olundu
  • 19-11-2026, 10:46
    Bakıda ilk dəfə avtobuslar üçün işıqfor quraşdırılacaq
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə