• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

“Azercell” AWS ilə təlimlər təşkil edib

iqtisadiyyat / manset

8-07-2026, 13:55

“Azercell” AWS ilə təlimlər təşkil edib
“Azercell Telekom” MMC bulud texnologiyaları və süni intellekt sahəsində dünyanın aparıcı texnologiya şirkətlərindən biri olan “Amazon Web Services” (AWS) ilə əməkdaşlıq çərçivəsində silsilə təlimlər təşkil edib.

Təşəbbüs şirkət daxilində süni intellekt sahəsində bacarıqların gücləndirilməsi və komandaların praktiki biliklərinin daha da inkişaf etdirilməsi məqsədi daşıyır.

AWS ekspertləri tərəfindən keçirilən təlimlərdə “Azercell”in mühəndislik, məhsulun inkişafı və texnologiyalar istiqamətləri üzrə mütəxəssisləri iştirak ediblər. Sessiyalar çərçivəsində süni intellekt əsaslı proqram təminatının hazırlanması, eləcə də rəqəmsal məhsulların inkişafına dair müasir yanaşmalar təqdim olunub.

Proqramın əsas mövzularından biri AWS-in AI-Driven Development Life Cycle (AI-DLC) – süni intellektlə dəstəklənən proqram təminatının hazırlanması metodologiyası olub. Bu metodologiya proqram təminatının hazırlanmasının bütün mərhələlərində süni intellekt texnologiyalarının sistemli şəkildə tətbiqini nəzərdə tutur. Ənənəvi yanaşmalardan fərqli olaraq, AI-DLC çərçivəsində süni intellekt planlaşdırma, kodlaşdırma, test və sənədləşdirmə kimi proseslərdə aktiv rol oynayır, mühəndislər isə ümumi nəzarəti həyata keçirir, nəticələri qiymətləndirir və strateji qərarların qəbulunu təmin edirlər. Bu həll tərtibatçılar və süni intellekt alətləri arasında əməkdaşlığın daha səmərəli qurulmasına, innovasiyaların sürətləndirilməsinə, həmçinin proqram həllərinin keyfiyyət və etibarlılığının artırılmasına imkan yaradır.

Təlimlərdə iştirakçılar süni intellekt dəstəyi ilə proqram təminatının hazırlanmasına dair real nümunələrlə tanış olublar. Bundan əlavə, müasir süni intellekt alətlərinin tərtibatçıların məhsuldarlığına, inkişaf proseslərinin səmərəliliyinə, yeni funksiyaların bazara çıxarılma müddətinə və rəqəmsal həllərin etibarlılığına təsiri müzakirə edilib.

AWS ilə əməkdaşlıq “Azercell”in qabaqcıl texnologiyaların tətbiqinin genişləndirilməsinə yönəlmiş uzunmüddətli strategiyasının mühüm istiqamətlərindən biridir. Bu yanaşma eyni zamanda əməkdaşların süni intellekt sahəsində bilik və bacarıqlarının davamlı inkişafını dəstəkləyir. Davamlı öyrənmə və peşəkar inkişafa investisiya yatırmaqla şirkət əməkdaşlarının texnoloji yeniliklərə çevik uyğunlaşmasını və sürətlə dəyişən rəqəmsal mühitin tələblərinə hazır olmasını hədəfləyir.

Azərbaycanın rəqəmsal ekosisteminin aparıcı qüvvələrindən biri olan “Azercell” beynəlxalq tərəfdaşlarla əməkdaşlığını genişləndirərək ölkədə qabaqcıl texnologiyaların tətbiqini təşviq etməyə və süni intellekt üzrə praktiki bacarıqların inkişafına töhfə verməyə davam edəcək.

Oxunub: 3
Paylaş:
Digər xəbərlər

gundem / manset

28-01-2025, 13:20

DİN-dən süni intellektlə bağlı xəbərdarlıq

dunya / manset

6-04-2023, 08:30

Bayden süni intellekt barədə xəbərdarlıq etdi: “Təhlükəli ola bilər...”

dunya / manset

16-01-2026, 08:12

Qazaxıstanda "süni intellekt əsaslı imam" işə salınacaq

dunya / manset

17-04-2023, 08:15

Süni intellekt Çin peyki üzərində idarəetməni ələ keçirdi

gundem / sosial / manset

10-06-2026, 12:19

Bakıda Gənclər üçün Süni İntellekt Forumu keçirilib

ULUSƏS TV
Son xəbərlər
  • Bu gün, 10:30
    Neftimiz bahalaşdı
  • Bu gün, 10:28
    Daha dörd cüdoçumuz mübarizəyə başlayır
  • Bu gün, 10:22
    Prezident Türkmənistandadır - Fotolar
  • Bu gün, 10:14
    “SABAH.city”də AzTU-nun süni intellekt əsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq
  • Bu gün, 10:07
    Süni intellekt xəstələrə dərman təyin etməyə başladı
  • Bu gün, 10:02
    Zaman artıq nüvə ilə ölçüləcək - Yeni saat növü yaradıldı
  • Bu gün, 09:57
    “49 yaşına qədər oynayacaq, çıxsa, daha yaxşı olmazdımı?” - Ronaldonu tənqid etdi
  • Bu gün, 09:53
    Minlərlə insandan əllərini üzdülər...
  • Bu gün, 09:49
    İran ABŞ-yə cavabını belə çatdıracaq
  • Bu gün, 09:44
    Sevgilisini və 3 uşağını öldürüb intihar etdi
  • Dünən, 19:00
    “Kristal Abşeron” MTK-dan yenə də ŞİKAYƏT VAR! – Sakinlərin sualı cavabsız qalır – İDDİA
  • Dünən, 18:18
    Xalq-iqtidar birliyi milli tərəqqinin qarantıdır
  • Dünən, 10:29
    “Ekspertizalar qətlə yetirilmiş azərbaycanlıların işgəncələrə məruz qaldığını göstərir”
  • Dünən, 10:24
    Azərbaycan nefti ucuzlaşdı
  • Dünən, 10:20
    Gəmidə həlak olan Rüstəm Həsənov polkovnik imiş - Foto
  • Dünən, 10:16
    76 ilin iqlim rekordu qırıla bilər - “El Nino” ilə bağlı xəbərdarlıq
  • Dünən, 10:12
    Dərmanları yükün içində gizlətdilər - Yarım milyonluq qaçaqmalçılıq ifşa edildi
  • Dünən, 10:08
    Bu rayonlarda işıq olmayacaq - Yenilənib
  • Dünən, 10:04
    ABŞ Rusiyada vəba iddialarına görə hərəkətə keçdi
  • Dünən, 10:01
    “Hörmüzdən neft daşımaları müharibədən əvvəlki səviyyəni keçib”
  • Dünən, 09:58
    Kosovonun yeni prezidenti o oldu
  • Dünən, 09:55
    Edamdan sağ çıxan Krista bir həftə sonra özünə gəldi - İki ölümcül iynə onu öldürməmişdi
  • 6-10-2026, 17:18
    Yeni ictimai-siyasi və geosiyasi reallıqlar
  • 6-10-2026, 17:16
    Sabitlik, əmin-amanlıq, sülh şəraitində
  • 6-10-2026, 17:15
    İnkişafımızın yol xəritəsi
  • 6-10-2026, 17:14
    Cəmiyyətimizin aparıcı siyasi qüvvəsi
  • 6-10-2026, 17:12
    Vətənin tərəqqisinə xidmət nümunəsi
  • 6-10-2026, 17:10
    Ulu Öndərimizin irsi dövlətçiliyimizin təməl daşıdır
  • 6-10-2026, 15:57
    Azərbaycana məğlubiyyətə görə istefa verdi
  • 6-10-2026, 15:53
    “Kanalizasiya daşır, çirkab suları küçələrə yayılır” - Rəsmi açıqlama
  • 6-10-2026, 15:49
    Prezidentlə görüşdən paylaşım edib bu sözləri yazdı
  • 6-10-2026, 15:39
    İlk dəfə sükan arxasına əyləşərək ölümə səbəb olub - Bu cəza verildi
  • 6-10-2026, 15:34
    “Müəllimlərin maaşı mənim dövrümə nisbətən artıb” - Misir Mərdanov
  • 6-10-2026, 15:29
    Hidayət Heydərov DÇ-də uduzdu - Yenilənir
  • 6-10-2026, 15:24
    Yeni Azərbaycan Partiyasının VIII qurultayı – sabaha doğru addımlar
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə