• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Müddət başa çatır - Sabah Əhmədlə bağlı qərar veriləcək?

kriminal / manset

12-03-2024, 11:30

Müddət başa çatır - Sabah Əhmədlə bağlı qərar veriləcək?
Bakıda ailəsinin 5 üzvünü vəhşicəsinə qətlə yetirməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Əhməd Əhmədovun işində istintaqın hansı istiqamətdə gedəcəyi hələlik açıq qalır.

Fevralın 22-də məhkəmə onun barəsində tibbi-psixi ekspertizanın keçirilməsi barədə qərar qəbul edib və o, Respublika Psixiatriya Xəstəxanasına köçürülüb, müşahidə altındadır.

Müşahidə əsasında onun anlaqlı olub-olmadığı ilə bağlı 20 gün ərzində rəy hazırlanacağı bildirilmişdi. Martın 13-də müddət bitir. Qərar olacaqmı, yoxsa müşahidə bir müddət də davam edəcək?

Əhməd Əhmədovun vəkili Sevdiyar Bayramov deyib ki, müvəkkili barəsində ekspertizanın rəyini gözləyirlər. O, rəyin konkret neçə günə veriləcəyini söyləməyib.

Qeyd edək ki, istintaqı Xətai Rayon Prokurorluğu Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə aparır. Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən xəbərə görə, qanunvericiliyə əsasən, təqsirləndirilən şəxsin ictimai təhlükəli əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, yaxud onları idarə edə bilmək iqtidarında olub-olmaması psixiatriya sahəsində ekspertlərin rəyi əsasında müəyyən olunur.

Xatırladaq ki, Əhməd Əhmədov ilkin ifadəsində törətdiyi qətli heç bir tərəddüd etmədən boynuna alıb. O, törətdiyi qətllərin ardıcıllığını dəqiq təsvir edib və bunu öncədən planlaşdırdığını bildirib. Əhməd Əhmədov ifadə verərkən istintaqçıların suallarını da olduqca aqressiv şəkildə cavablandırıb. “Ailə üzvlərini niyə öldürmüsən” sualına cavabda isə Əhməd Əhmədov “Ailəmi öldürdüm, çünki belə lazım idi” söyləyib.

Hazırda Psixiatriya Xəstəxanasında olan Əhməd Əhmədovun psixi vəziyyəti haqqında ziddiyyətli məlumatlar var. Onun bu qətli həyata keçirərkən anlaqlı olub-olmadığı yekun ekspert rəyindən sonra bilinəcək. Əhməd Əhmədovun dindirilməsində iştirak edən hüquq-mühafizə orqanı əməkdaşları, təcrübəli hüquqşünaslar söyləyirlər ki, Ə.Əhmədovun qətli anlaqsız vəziyyətdə törətməsinə hamısında şübhələr yaranıb. Belə ki, o, affekt vəziyyətdə olsaydı, ardıcıllıqla ailəsinin üzvlərini yox, yolda-izdə gördüyü insanları öldürə bilərdi. Amma o, şüurlu şəkildə ailə üzvlərini öldürüb və anasını evə çağırması, sonra bacısının evinə getməsi onun anlaqlı olduğunu göstərir.

Ekspertiza onun cinayət törətdiyi zaman anlaqlı olmadığı haqda rəy verərsə, sonrası necə olacaq?

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, ekspertiza Əhməd Əhmədovun anlaqlı olmadığını müəyyən edərsə, hadisəni affekt vəziyyətində törətdiyini təsdiqləyərsə, bu halda onun barəsində məcburi müalicə qərarı veriləcək:

“Əhməd Əhmədovun hadisədən sonra istintaqa verdiyi və ictimailəşən ifadəsi doğrudursa, belə nəticə hasil olur ki, o, törətdiyi əməldən peşman deyil. Bu məqamı onun psixi durumunun o qədər də uyğun olmadığı kimi qiymətləndirmək olar. Belə qanlı cinayəti törətmiş şəxs məntiqlə əməlini təkzib etməli və ya əməlinə haqq qazandırmaq üçün bir bəhanə uydurub deməlidir. Əhməd Əhmədov isə sakitcə cinayətini etiraf edir.

Onun psixi durumunun ən azı hadisəni törədərkən normal olmasını deməyə əsas verən məqam var və mətbuatda da bu haqda kifayət qədər yazılıb. Əhməd Əhmədov ayrı-ayrı ünvanlarda yaşayan 5 nəfəri bir neçə saat içində öldürüb. Cinayət törətmək üçün mağazadan kəsici-deşici alətlər alıb. Yəni cinayəti planlı şəkildə törədib. Hər halda, Əhməd Əhmədovun psixi sağlamlığı ilə bağlı birmənalı olaraq fikir söyləmək çətindir. İndiki halda məhkəmə ekspertizasının rəyini gözləmək lazımdır”.

Hazırda Əhməd Əhmədovu qohumlarından heç kim axtarmır. Ona dövlət tərəfindən təyin edilmiş vəkil hüquqi xidmət göstərir. Bundan sonrakı istintaq hərəkətləri zamanı vəkil onu müşayiət edəcək. İstintaq zamanı Əhməd Əhmədov qətllərlə bağlı detalları danışmayıb. Suallara isə lakonik, amma əsəbi cavablar verməklə kifayətlənib. “Balta ilə, bıçaqla vurmuşam” deyərək, əlavə təfərrüat da verməyib. Cinayət alətləri olan bıçaq və baltanı isə atasının yaşadığı evin yaxınlığındakı mağazadan satın alıb. Hazırda istintaq davam edir.

Oxunub: 112
Paylaş:
Digər xəbərlər

gundem / kriminal / ust / manset

16-02-2024, 10:34

Bakıda törədilən dəhşətli qətl rəsmi qurumu hərəkətə keçirdi: AYNA-dan mühüm tapşırıq

gundem / kriminal / manset

14-02-2024, 14:42

Ailəsinin beş üzvünü qətlə yetirməkdə şübhəli bilinən şəxsi hansı cəza gözləyir? - AÇIQLAMA

kriminal / manset

23-04-2023, 10:50

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs barəsində cinayət işi başlanıb

kriminal / manset

24-04-2023, 12:43

Bakıda 41 yaşlı kişini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanıldı - YENİLƏNİB

ULUSƏS TV
Son xəbərlər
  • Bu gün, 17:22
    Vətənpərvər iş adamı Ataş müəllim – xeyirxahlığı və dövlətçiliyə bağlılığı ilə seçilən nümunəvi insan
  • Bu gün, 16:23
    Suraxanı Rayon İcra Hakimiyyətinin Başçısı, hörmətli Adil Əliyevin doğum günüdür
  • Bu gün, 16:11
    Rübail Nəsibov – xeyirxahlığı və insanlara olan diqqəti ilə seçilən ziyalı
  • Bu gün, 15:35
    Dağ-mədən sektoru iqtisadi imkanları genişləndirir
  • Bu gün, 10:36
    Samir Şərifov Prezidentin Forum iştirakçılarına müraciətini səsləndirdi
  • Bu gün, 10:28
    2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər
  • Bu gün, 10:18
    “Azeri Light”ın qiyməti 126 dollara çatır
  • Bu gün, 10:05
    Quba-Qusara arabir yağış yağır
  • Bu gün, 10:01
    “Hazırda evdəyəm, özümü yaxşı hiss edirəm”
  • Bu gün, 09:57
    Trampın qadağasına hakim “yox” dedi - Ağ Evə qayıdırlar
  • Bu gün, 09:52
    İranla diplomatik əlaqələri kəsdilər
  • Bu gün, 09:48
    İrana hücumların dayandırılmasına dair qətnamə rədd edildi
  • Bu gün, 09:38
    Bakıda Formula 1 Azərbaycan Qran-Prisinin ikinci günü başlayır
  • Bu gün, 09:34
    Əfsanəvi stadionun ot örtüyü satışa çıxarıldı
  • Dünən, 12:58
    Məşhur arıqlama dərmanları görmə itkisinə səbəb olur?
  • Dünən, 12:53
    Xəzərdə zəlzələ oldu
  • Dünən, 12:48
    “Sabah”ın ev oyunlarına 104 mindən çox bilet satılıb
  • Dünən, 12:40
    Əhaliyə 7 milyard manat ödənilib
  • Dünən, 12:23
    Mümkün üçtərəfli görüşün tarixini açıqladı
  • Dünən, 12:19
    “Təhlükəsizlik artıq yalnız sərhədlərin qorunmasından ibarət deyil” - Əli Nağıyev
  • Dünən, 12:14
    YAP-ın növbəti qurultayı bu tarixdə keçiriləcək
  • Dünən, 12:08
    Bütün sosial ödənişlər bu tarixdə yekunlaşacaq
  • Dünən, 12:04
    “Bu fakt ölkəmizdə humanizmin nə dərəcədə yüksək olmasını təsdiqləyir”
  • Dünən, 12:00
    Hərbçilərin maaş və pensiyaları artırılır
  • 23-09-2026, 17:20
    Dağ-mədən sənayesi iqtisadi gəlirlərin yeni mənbəyinə çevrilir
  • 23-09-2026, 17:00
    “DEFENDING HUMAN RIGHTS MMC” – İNSAN HÜQUQLARININ MÜDAFİƏSİ YOLUNDA YENİ MƏRHƏLƏ
  • 23-09-2026, 11:36
    Elbəy Fətəliyevin özbaşınalığı ilə bağlı nəticə videosu çəkmək istəyirəm.
  • 23-09-2026, 10:28
    Prezident daha bir dövlət proqramını təsdiqlədi
  • 23-09-2026, 10:24
    Evdə hazırladıqlarını bazarda satanlar cərimələnəcək? - Açıqlama
  • 23-09-2026, 10:20
    “Tamstore” marketlər şəbəkəsində iş imkanları sizləri gözləyir
  • 23-09-2026, 10:17
    Bu marşrutun hərəkət sxemi dəyişdirildi
  • 23-09-2026, 10:13
    Azərbaycan qazının Bolqarıstana tədarükü genişləndirilə bilər
  • 23-09-2026, 10:05
    “Düşünmürəm ki, Putin buna hazırdır”
  • 23-09-2026, 10:01
    Sürücü yuxulayıb maşını aşırdı - Heyvanlar tələf oldu
  • 23-09-2026, 09:55
    ABŞ Əraqçiyə əlavə mühafizə ayırdı
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə