• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Leylanı öldürüb körpəsinin qətlini üstünə atıbmış...

kriminal / manset

29-10-2024, 09:05

Leylanı öldürüb körpəsinin qətlini üstünə atıbmış...
Ötən il 20 yaşlı tələbə Leyla və 9 aylıq körpəsinin əri tərəfindən qətli gündəmi zəbt etmişdi. Heç bir səbəb və ya bəhanənin əsas vermədiyi faciəni törədən Fərid Hüseynli ömürlük azadlıqdan məhrum edildi. Amma məhkəmənin yalnız hökm hissəsi mediaya açıq keçirildi.

“Qafqazinfo” cinayət işinin bəzi detallarını əldə edib. İstintaq materiallarında yazılanlardan məlum olub ki, Fərid arvadını qısqanclıq zəminində qətlə yetirib.

Hadisə günü o, qəddarlıq nümayiş etdirərək körpəsini Leylanın gözləri qarşısında 7 dəfə bıçaqlayıb. Bununla da anaya əzab verib. Daha sonra isə eyni bıçaqla çarpayının üstündə dayanan Leylanın üstünə hücum edib, onun boğazına bıçaqla vuraraq qətlə yetirib. Ən sonda isə intihar niyyəti ilə eyni bıçaqla özünün qarın nahiyəsindan iki zərbə endirib. Leyla hadisə yerində, 9 aylıq Ayla xəstəxanaya aparılarkən vəfat etsə də, Fəridin həyatını xilas etmək mümkün olub.

Onun cinayətini Sumqayıt Ağır Cinayətlər Məhkəməsində Nurəddin Hüseynlinin sədrlik etdiyi hakimlər araşdırıb.

Fərid məhkəmədə yalnız bir dəfə ifadə verib, onun üçün danışmağın çətin olduğunu əsas gətirərək suallara cavab verməkdən imtina edib. Deyib ki, həyat yoldaşı ilə münasibəti onun atası ilə tanışlığından sonra yaranıb. Həmin vaxt Leyla Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin ilk kursunda təhsil alırmış. Dediyinə görə, hələ nişanlı vaxtlarında aralarında problemlər yaşanıb, amma sonradan mehriban olublar. Toydan sonra Leylanın təhsilinə maneə yaratmayıb, hər gün özü universitetə aparıb-gətirib. Hadisədən bir müddət əvvəl onda yenə qısqanclıq hissləri baş qaldırıb. Leylanın instaqram səhifəsi üstündə başlanan dava dəhşətli cinayətə gətirib çıxarıb.

Fərid özünü Leylanın qətlində təqsirli bilib. Amma körpəsini öldürməsini boynuna almayıb. O, israrla iddia edib ki, uşağı müqavimət göstərmək istəyərkən Leyla bıçaqlayıb: “Həmin vaxt Aylanı yatırmışdıq. Mən Leylanın üstünə gedəndə bıçaq əlimdən düşdü. Bu vaxt Leyla bıçağı götürüb məni vurmaq istəyirdi. Həmin vaxt təsadüfən Aylaya bıçaqla xəsarətlər yetirdi. Birtəhər bıçağı əlindən alıb boğazını kəsdim. Öldüyündən əmin olduqdan sonra Aylaya tərəf çönüb onu da qanın içində gördüm. Buna dözə bilməyib iki bıçaq da özümə vurdum. Ayılanda artıq xəstəxananada idim. Dediyim kimi, Aylanı mən yox, ehtiyatsızlıqdan Leyla vurdu”.

Leylanın hüquqi varisi qismində tanınmış atası Əlişan İbadov məhkəmədən qızının qatilinin ən ağır formada cəzalanmasını xahiş edib. Atası ifadəsində onu da deyib ki, qızı hamilə olan vaxt Fəridlə arasında münaqişə olub: “Leyla demişdi ki, ata, Fərid bir dəfə məni boğurdu, mənimlə bərk danışır, üstümə qışqırır”. Fəridin anası da Leylanı xilas etdiyini demişdi”.

Hüquqi varis hadisənin tam səbəbini bilməsə də, qızının əvvəllər də əri tərəfindən incidildiyini hakimlərin diqqətinə çatdırıb.

Fərid Leylanı öldürdükdən sonra dayısı oğluna zəng edib. Şahid qismində ifadə verən dayıoğlu deyib ki, Fərid onunla iş yoldaşı olub. Onlar birgə zərgərliklə məşğul olublar: “Həmin gün Fərid işdən tez çıxdı. İki saat sonra mənə zəng edib dedi ki, bəs Leylanı vurdum, indi də özümü öldürəcəyəm. Ondan sakit olmasını xahiş etsəm də, telefonu söndürdü. Sonrası da məlumdur”.

Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə müstəntiqə də bənzər ifadə verib. Həmin vaxt da körpəsini öldürmədiyini bildirib.

Amma hakimlər onun körpəsini öldürmədiyi ilə bağlı dediklərini inandırıcı hesab etməyiblər. Belə qənaətə gəlinib ki, çarpayıda uzanmış körpənin qarınüstü nahiyəsinə öndən arxaya 3 yanaşı zərbənin və sol kürək altı nahiyəyə arxadan önə 2 yanaşı zərbənin təsadüfən yetirilməsi ağlabatan deyil.

Məhkəmə hökmdə Fərid Hüseynliyə verilmiş ittihamların hamısını əsaslı hesab edib.

Sail Ağasəlim

Oxunub: 57
Paylaş:
Digər xəbərlər

gundem / ust / manset

20-06-2023, 21:36

Abşeronda kişi arvadını və 8 aylıq qızını öldürüb, özünə xəsarət yetirib

kriminal / manset

4-06-2023, 10:26

Saatlıda 18 yaşlı oğlan xalasının ərini bıçaqla qətlə yetirib - YENİLƏNİB

kriminal / manset

15-03-2024, 11:11

Arvadını xəyanətə görə öldürən şəxsə hökm oxundu

sosial / manset

29-01-2024, 15:24

Sumqayıtda 46 yaşlı kişi intihar edib

kriminal / manset

1-03-2024, 10:41

25 manatlıq hesaba görə tanışını bıçaqlayan şəxsə hökm oxundu

ULUSƏS TV
Son xəbərlər
  • Dünən, 19:08
    Pakistan İslam Respublikasının Azərbaycandakı səfirliyində 10 may "Qələbə Günü" münasibətilə bayram tədbiri keçirildi.
  • Dünən, 19:03
    Ulu Öndərin əziz xatirəsi region gəncləri tərəfindən hörmətlə yad edilib
  • Dünən, 18:59
    “Böyük Qayıdış” Gənclər Təşkilatı Ulu Öndərin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirib
  • Dünən, 18:05
    ATU rəhbərliyi Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibəti ilə Ulu Öndərin məzarını ziyarət edib
  • Dünən, 15:21
    “Bir qəhrəmanlıq salnaməsi və ya qorxunu təslim edənlərin hekayəsi...”
  • Dünən, 11:39
    “AzərEnerji” və “Azərişıq” kollektivləri Ulu Öndərin məzarını ziyarət etdi
  • Dünən, 11:35
    “Bizim qədər mütləq Qələbə qazanan ikinci ölkə yoxdur” - Prezident
  • Dünən, 11:30
    Azərbaycan-Ermənistan sərhədində delimitasiya üzrə işlər nə yerdədir? - Nazirdən AÇIQLAMA
  • Dünən, 11:26
    Qaraciyəri təbii yolla təmizləyən ƏSAS QİDALAR
  • Dünən, 11:22
    Arzu Əliyeva ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar paylaşım edib
  • Dünən, 11:04
    Azərbaycan - Britaniya Peşəkarları Assosiasiyası ilə ATU arasında əməkdaşlıq genişlənir
  • Dünən, 10:57
    Mehriban Əliyeva: "Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır"
  • Dünən, 10:53
    İlham Əliyev: "Ümummilli Lider Heydər Əliyev bugünkü Azərbaycanı görsəydi, şad olardı"
  • Dünən, 10:49
    İlham Əliyev Heydər Əliyevin ömür yolundakı vacib məqamları əks etdirən videoçarx paylaşıb
  • Dünən, 10:45
    Ümummilli lider Heydər Əliyevin xatirəsi anılır
  • 9-05-2026, 21:01
    Taleh Məmmədov: “Heydər Əliyev və müasir Azərbaycan modeli dövlətçilik strategiyasının müəllifi”
  • 9-05-2026, 18:59
    FAŞİZM ÜZƏRİNDƏ QƏLƏBƏ - 81
  • 9-05-2026, 17:50
    Azərbaycan Tibb Universiteti Türkiyənin Yozqat Bozok Universiteti ilə əməkdaşlığa başlayır
  • 9-05-2026, 11:53
    “Xarı Bülbül”ün zirzəmisində iş yoldaşını döyənə - Bu cəza verildi
  • 9-05-2026, 11:49
    Neftimiz bahalaşdı
  • 9-05-2026, 11:46
    Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası göndərildi
  • 9-05-2026, 11:43
    DYP-dən xəbərdarlıq
  • 9-05-2026, 11:39
    “Sağlığında sahə həkiminin qəbuluna düşməyibsə, ölüm kağızı almaq olmur” - Rəsmi açıqlama
  • 9-05-2026, 11:32
    7 marşrutun hərəkət istiqaməti dəyişdirildi
  • 9-05-2026, 11:29
    “Qarabağ” “Qəbələ”yə, “Araz-Naxçıvan” “Sumqayıt”a qarşı
  • 9-05-2026, 11:25
    “Neftçi”yə qoyulan transfer qadağası ləğv edildi
  • 9-05-2026, 11:22
    25 yaşlı oğlan işlədiyi bağda öldü
  • 9-05-2026, 11:18
    Avropaya köçür
  • 8-05-2026, 21:36
    Zəfər yolunun canlı əfsanəsi – Şərafəddin Sərdar oğlu Xankişiyev
  • 8-05-2026, 19:53
    Sinəsini düşmən gülləsinə sipər edən şəhid qəhrəman Vidadi Nizami oğlu Zalov əbədiləşən xatirəsinə...
  • 8-05-2026, 15:02
    Baş Prokurorluqda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə bağlı tədbir keçirilib
  • 8-05-2026, 12:38
    Bir dosentin qərəz macərası: BDU-dan xaricə uzanan yollar
  • 8-05-2026, 08:57
    Trampla təkbətək görüşdü
  • 8-05-2026, 08:43
    ABŞ Hörmüzdə İranın neft tankerinə zərbələr endirdi
  • 8-05-2026, 08:40
    Tankerə hücuma görə raket zərbələri endirdilər
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə