
Yevlax şəhərində beş nəfər dəm qazından zəhərlənib.
Oxu.Az-ın məlumatına görə, zəhərlənən şəxslərdən 1959-cu il təvəllüdlü Məhəmməd İsmayılov vəfat edib.
Digər dörd nəfərin müalicəsi xəstəxanada davam etdirilir.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Aqil Vəlili