• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Tbilisidə 21 yaşlı Fatimənin dəhşətli qətli - Təfərrüat

kriminal / manset

2-07-2026, 11:54

Tbilisidə 21 yaşlı Fatimənin dəhşətli qətli - Təfərrüat
Gürcüstanda Azərbaycan vətəndaşı olan gənc qız öldürülüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Sapari” təşkilatının rəhbəri Baia Pataraia sosial şəbəkədə paylaşıb.

Bildirilib ki, Tbilisidə qonaq olan 21 yaşlı Fatimə Kərimova xüsusi amansızlıqla qətlə yetirilib.

B.Pataraia qeyd edib ki, gənc qızla iki gün ərzində əlaqə saxlamaq mümkün olmayıb, bundan sonra polis onun yaşadığı mənzilin qapısını sındıraraq içəri daxil olub və orada qızın cəsədini tapıb. Onun verdiyi məlumata görə, qatil Türkiyəyə qaçıb.

“Sapari” təşkilatının rəhbəri yazır ki, artıq prokurorluğa müraciət edib və qurumdan qətlə yetirilən qızın bacısının adından işə cəlb olunmaları tələb edilir.

“Bir neçə gün əvvəl rusiyalı bir bloqer (influenser) instaqramda mənimlə əlaqə saxladı və bu dəhşətli femisid (qadın qətli) hadisəsini araşdırmağımı, sonra isə ictimaiyyətə çatdırmağımı xahiş etdi.

Hadisə belə olub: Azərbaycandan olan gənc, gözəl və yetim bir qızı sevgilisi aldadaraq Gürcüstana gətirib. Ona “Gürcüstanda birlikdə yaşayarıq və işləyərik” deyib. Buna qədər isə qohumları bu qızı başqa birinə nişanlayıbmışlar, həmin şəxs qızdan borc pul alıb və geri qaytarmayıb. Qısası, qız sevgiyə və yeni bir həyata inanaraq bura gəlib. Vəd olunan iş alınmayıb. Pulları bitən kimi sevgilisi qızın “IPhone” telefonunu lombarda qoyub, bundan əvvəl isə onu amansızcasına döyərək küçəyə atıb və özü təkbaşına Azərbaycana qayıdıb.

Döyülmüş və yad bir ölkədə köməksiz qalmış azərbaycanlı qıza xeyirxah bir erməni qadın sahib çıxıb. Rahat ünsiyyət qura bilsinlər deyə öz azərbaycanlı rəfiqəsini də bura gətirib və qızın qohumları ilə zəngləşməsinə kömək edib. Qızın gənc bir kişi qohumu gəlib və “Mən onun üçün mənzil kirayələyəcəyəm, bir neçə aydan sonra vəziyyət sakitləşəndə isə onu Azərbaycana aparacağam” deyərək qızı aparıb.

Sanki hər şey qaydasında idi, lakin qız tezliklə yoxa çıxıb. Azərbaycandakı 19 yaşlı bacısı onu axtarmağa başlayanda həmin qadına zəng edib və deyib: “İkinci gündür onunla əlaqə saxlaya bilmirəm, bəlkə, mənzilinə gedib baxasınız”. Qadın mənzilə yollanıb, qapını açan olmayıb. Qonşulardan öyrənib ki, ötən gecə mənzildən güclü dava-dalaş səsi gəlirmiş (Təbii ki, polisə heç kim zəng etməyib. Bu ölkədə bunu hələ də öyrənə bilmədik).

Həmin qadın polisə zəng edib, polis qapını sındırıb və mənzildə qızın cəsədini tapıb. Qatil Türkiyəyə qaçıb. Hazırda axtarış elan olunub.

Bu gün səhər prokurorluğa müraciət etmişik, order göndərib və işə cəlb olunmasını tələb etmişik. İndi prokurorun qərarından asılıdır ki, bizə bu işdə hüquqşünas kimi iştirak etməyə icazə veriləcək, ya yox. Çünki mərhumun yeganə ailə üzvü Azərbaycandadır və ilk növbədə onun hüquqi varis kimi tanınması lazımdır.

Heç bir şeyin ört-basdır olunmaması, gizlədilməməsi və qatilin cəzasız qalmaması üçün biz səsimizi ucaltmalıyıq! Gürcüstan və xarici mediaları bu işi araşdırmağa çağırıram. Prokurorluğu mərhumun bacısının adından bizi işə cəlb etməyə çağırıram ki, bu işin materiallarını öyrənmək imkanımız olsun”, - deyə B.Pataraia yazıb.

Gürcüstan mediasında yayılmış digər məlumata görə, hadisə bu il iyunun 26-sı baş verib. Kirayə mənzildə qətlə yetirilən Azərbaycan vətəndaşı Fatimə Kərimova həmin evdə xalası oğlu tərəfindən girov kimi saxlanılıb. Xəbərlərdə onun 21 yaşlı xalası qızını iki həftə ərzində mənzildə kilidli saxladığı, vəhşicəsinə döydüyü, daha sonra isə boğaraq öldürdüyü yazılıb. 

Oxunub: 6
Paylaş:
Digər xəbərlər

kriminal / manset

2-10-2024, 08:46

Bakıda 20 yaşlı oğlan qətlə yetirildi - 16 yaşlı gənc saxlanıldı

sosial / manset

15-06-2023, 10:39

Pirallahıda gənc oğlan qətlə yetirilib

kriminal / manset

8-09-2024, 11:44

Ağdaşda 28 yaşlı gənc qətlə yetirildi

kriminal / manset

9-06-2024, 11:32

Sumqayıtda 29 yaşlı gənc qətlə yetirildi

sosial / manset

2-06-2023, 08:26

Qubada gənc oğlan qətlə yetirilib

ULUSƏS TV
Son xəbərlər
  • Dünən, 17:04
    “Future Skills Lab: Gələcəyin Bacarıqları Akademiyası” layihəsi uğurla başa çatıb!
  • Dünən, 15:46
    ŞƏFFAF ÖDƏNİŞ, QANUNİ VERGİ VƏ GÜCLÜ DÖVLƏT! İSMAYIL ZALOVDAN MÜĞƏNNİLƏRİN TOY EVLƏRİNDƏ, TOYXANALARDA VƏ ŞADLIQ SARAYLARINDA ƏLDƏ ETDİKLƏRİ GƏLİRLƏRİN VERGİ UÇOTUNA ALINMASI TƏŞƏBBÜSÜ!
  • Dünən, 10:47
    Binəqədi rayonu 28 May Qəsəbə sakinləri ADY QSC ev tikəndə pul aldılar, sökəndə niyə haqqımızı vermirlər.
  • Dünən, 10:27
    “AzInTelecom” və “Presight” SİMA-nın beynəlxalq bazara çıxarılması üçün əməkdaşlıq edəcək - Fotolar
  • Dünən, 10:24
    Həmin qəzada ölən aparıcı sərnişin olub - Foto
  • Dünən, 10:19
    “Azərbaycançılıq məfkurəsi bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir”
  • Dünən, 10:13
    Alyona Əliyeva sərgidə - Fotolar
  • Dünən, 10:08
    Ən uzunmüddətli COP olsa da - Razılığa gələ bilmədilər
  • Dünən, 10:05
    Meyiti yaşadığı evdən tapıldı
  • Dünən, 09:57
    Sağlam hesab etdiyimiz bu qidalar dişləri məhv edirmiş
  • Dünən, 09:53
    Xaçmaz-Quba yolunda qəza - Bir ailənin altı üzvü yaralandı
  • Dünən, 09:50
    İtaliyanın xarici işlər naziri Azərbaycandadır
  • Dünən, 09:46
    63 yaşlı kişi Kürdə batdı
  • Dünən, 09:43
    Bu ərazilərdə qaz olmayacaq - Xəbərdarlıq
  • 22-11-2026, 15:53
    Azərbaycan-Vyetnam münasibətləri yeni geoiqtisadi imkanlara doğru
  • 22-11-2026, 14:16
    İran təhdidinə görə bazada qaldığını təsdiqlədi - Onlar da evlərini tərk ediblər
  • 22-11-2026, 14:14
    Yeniyetmələr qəzaya düşdü - Yaralılar var
  • 22-11-2026, 14:08
    Prezident livanlı həmkarını təbrik etdi
  • 22-11-2026, 12:42
    Bu gündən bu ölkəyə vizasız gedəcəyik
  • 22-11-2026, 12:35
    BYD-nin Avropada satış və istehsalı qadağan edildi
  • 22-11-2026, 11:56
    “Titanik üzüyü” və meyitdən götürülən qızıl saat rekord qiymətə satıldı
  • 22-11-2026, 11:50
    8 illik səyahətdən sonra Merkuriyə çatdı
  • 22-11-2026, 11:45
    Rayonlara yağış, Şahdağa qar yağıb - Faktiki hava
  • 22-11-2026, 11:38
    21 yaşlı tələbə vəfat etdi
  • 22-11-2026, 11:33
    Bakıda bir sıra ərazilərə avtomobillə giriş ödənişli olacaq
  • 21-11-2026, 20:42
    Bu gün Azərbaycan siyasi tarixində özünəməxsus yeri olan Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 34-cü ildönümünü qeyd edirik.
  • 21-11-2026, 15:54
    Ağdaş şəhər 4 nömrəli uşaq bağçasında “Payız möcüzələri” adlı möhtəşəm tədbir keçirilib.
  • 21-11-2026, 14:46
    MEHMAN QƏHRƏMANOVA AĞIR İTKİ ÜZ VERİB – ƏMİSİ MİRİD QƏHRƏMANOV VƏFAT EDİB. ALLAH RƏHMƏT ETLƏSİN!
  • 21-11-2026, 12:13
    “BDU-da islahatlara Hüquq fakültəsindən başlanılmalıdır” - Ceyhun Yusifov
  • 21-11-2026, 12:03
    FHN təlim keçirdi - Video
  • 21-11-2026, 11:53
    Bakının mərkəzində Xalq rəssamının oğlunun meyiti tapıldı
  • 21-11-2026, 11:44
    Göygöldə növbəti monitorinq - Sahibkarlarla görüşlər oldu
  • 21-11-2026, 11:36
    Yeni Azərbaycan Partiyası - Dünənin tarixi zərurətindən sabahın güclü Azərbaycanına doğru
  • 21-11-2026, 11:13
    Prezident rəsmi qarşılandı
  • 21-11-2026, 11:05
    Prezidentlər Birgə Bəyanat qəbul etdilər
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə