• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Sən demə, xərçəng atamın ürəyini tamam üzübmüş...

medeniyyet / manset

12-08-2024, 15:26

Sən demə, xərçəng atamın ürəyini tamam üzübmüş...
Bu günlərdə atası xərçəngdən əziyyət çəkən dostuma...

Uşaqlıq xatirələri zaman keçdikcə adamın yaxasından daha kobud əllərlə yapışır və dünyadan bihuş olduğumuz zaman, başımız aləmgirliyə qarışanda bizi elə silkələyir ki, ruhumuzdakı bütün ağırlıq silkinib tökülür. Yenə o kobud əlli xatirələrdən biri bu qızmar yay günlərində yaxamdan tutub mənə uzaq illərin yayını xatırlatdı.

Yadıma Kürdəmirdə 1996-cı ilin qızmar, ilan mələyən yayı düşür. O yay ki atam xərçəng xəstəliyindən əziyyət çəkirdi və bacı-qardaşımla mən bəzən aylarla atamızın yolunu gözləyirdik ki, görəsən, xəstəxanadan nə zaman evə qayıdacaq. Amma o xəstəxanadan qayıdıb bir həftə evdə qalır, sonra başqa bir xəstəxanaya müalicə almağa gedirdi. Və atam Bakıdakı xəstəxanalardan evə qayıdanda bizə mütləq hədiyyələr alırdı. Xəstəxanadan evə elə dönürdü ki, elə bil kef-damaqdan qayıdır, ya da harasa iş dalınca gedibmiş. Özüm ata olandan sonra yaşamağın necə məsuliyyətli, övlad naminə necə vacib bir “iş” olduğunu anladım. Yadıma düşdü ki, atam bizə görə xəstəxanada “öz səhhəti üzərində işləyirmiş”.

Aylarla xəstəxanada qalan atamla telefonla danışanda ilk sualım bu olurdu: “Haçan gəlirsiz?” Adətən, ona qulluq eləmək üçün anam da onunla bərabər xəstəxanada aylarla qalırdı və o günlərdə bizi nənəm saxlayırdı. Atam “haçan gəlirsiniz” sualına, adətən, yaxın tarixləri nişan verirdi ki, uzaq vaxt gözümüzə durmasın.

Və biz – qardaşımla mən qonşu uşaqlarla oynamaqdan doymur, isti yay axşamlarında evə yığışmırdıq. Küçədə hansı işıq dirəyinin işığı yanırdısa, onun altında gecə saatlarına qədər oynayırdıq. Çox zaman səs-küydən bezən qonşular darvazalarının önündəki işıqları söndürürdülər ki, qaranlıqda oynaya bilməyib evə dağılışaq. Belə günlərdə nənəm qardaşımla məni evə çağırmaq üçün ardımızca bacımızı yollayırdı, bacım da bizi həyətimizə dartıb aparmaq üçün hər dəfə “atagil gəlir, yoldadılar” yalanını uydururdu. Daha o yalana qarnımız tox idi deyə həmin sözləri bu qulağımızdan alıb, o birindən verirdik. Bir gün yenə qardaşımla mən küçədə oynayarkən bacım gəlib and-aman elədi ki, “atagil gəlib”. Əvvəlcə inanmadıq, amma səsindən, gözlərinin dərinliyindəki parıltıdan, sevincdən atılıb-düşməsindən qandıq ki, deyəsən, bu dəfə düz deyir. Oyunu yarımçıq qoyub evə götürüldüm. Mənsiz oyun pozulduğuna görə uşaqların hərəsi dalımca bir yamanlama desə də dabanıma tüpürüb evə sarı qaçdım.

Sən demə, övladlarından sarı darıxan atam evdə gözləməyə səbri çatmayıb, elə darvazanı açıb bizi çağırmaq üçün küçəyə çıxırmış. O, qapını açan kimi mənimlə qarşılaşdı. Cəld qucağına tullanıb boynunu bərk-bərk qucaqladım. Sən demə, xərçəng atamın ürəyini tamam üzübmüş, canında təpər qalmayıbmış. Məni – 7 yaşlı uşağı nə illah elədisə də, qucağında saxlaya bilməyib dizi üstə yerə çökdü. Həyətdəki qohumlar hamısı tez yüyürüb gəldilər və atamı qucaqlarına alıb yataq otağına apardılar. O saat qardaşımla mən qaçıb qonşumuzda türkəçarə xalanı – Şahnisə xalanı çağırdıq. Şahnisə xala yumurtalı sarğıyla atamın belini bərk-bərk sarıdı. Atamın halını təsəvvür edin, 50 dərəcə isti, kondisionersiz ev, xərçəngin kəskin ağrısı, beldə də yumurtalı sarğının qızğın istisi. Yadımdadır ki, sarğının üstündən atamın belinə qalın şal da bağlamışdılar. Atamın amanı tamam kəsildi, çünki xəstə olsa da ara-bir həyətə çıxıb oturanda eyni açılırdı. Amma həmin hadisədən sonra bir həftə yataqdaca qaldı.

O gündən sonra mən həyatımda kimsəni – nə anamı, sevgilimi, nə oğlumu, nə dostlarımı bərk-bərk qucaqlayıb sinəmə sıxa bilmişəm. Çünki kimisə bağrıma basmaq istəyən kimi elə bilmişəm ki, bu saat atamın dizləri qatlanacaq...

Fərid Hüseyn,

Xüsusi olaraq “Qafqazinfo” üçün

Oxunub: 112
Paylaş:
Digər xəbərlər
ULUSƏS TV
Son xəbərlər
  • Dünən, 12:13
    Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığında yeni geosiyasi reallıqlar
  • Dünən, 12:06
    “Azeri Light”ın qiyməti 102 dollar ötdü
  • Dünən, 12:00
    “Kontakt”da ilin ən böyük endirimləri başladı
  • Dünən, 11:49
    Norveç Uelsi, Portuqaliya Danimarkanı qəbul edəcək
  • Dünən, 11:44
    Füzulidə iki maşın toqquşdu - 3 ölü-Yenilənib
  • Dünən, 11:22
    Nəyi xatırlayacağımıza beynimiz necə qərar verir?
  • Dünən, 10:57
    Bu şəhərdə festivaldan sonra hava keyfiyyəti təhlükəli həddə çatdı
  • 13-11-2026, 10:18
    Nəvəsinin andiçməsindən sonra meyiti tapılan Mirzəcan kişi ilə bağlı - Yeni detallar
  • 13-11-2026, 10:10
    Kriminal şəbəkənin rəhbəri Azərbaycanda tutuldu - Türkiyə mediası
  • 13-11-2026, 10:05
    Bu gün millimizin oyunu var
  • 13-11-2026, 09:59
    Qocalmanı gecikdirən ən təsirli qidalar - Siyahı
  • 13-11-2026, 09:56
    Trampla Netanyahu telefonda dalaşıb?
  • 13-11-2026, 09:53
    Turistlərin bol olduğu ölkədə ingilis dilini niyə bilməyəsən?
  • 13-11-2026, 09:47
    NASA iş elanı verdi - Maaş 164 mindir
  • 13-11-2026, 09:43
    “Hərbi güc tətbiq etməkdən çəkinməzdim”
  • 13-11-2026, 09:40
    “İndiyəqədərki ən böyük əsir mübadiləsi baş tutacaq”
  • 13-11-2026, 09:36
    “Vəzifədən getməzdən əvvəl məsələni həll etmək istəyirəm”
  • 12-11-2026, 18:56
    Azərbaycan incəsənəti Çilidə: Santyaqoda Zəfər Gününə həsr olunmuş beynəlxalq sərgi açılıb
  • 12-11-2026, 15:30
    JURNALİST İBRAHİM İSGƏNDƏROV YOL QƏZASINDA XƏSARƏT ALAN GƏNC XANIMA İLKİN YARDIM GÖSTƏRƏRƏK ONUN HƏYATININ XİLASEDİLMƏSİNƏ DƏSTƏK OLUB
  • 12-11-2026, 13:24
    Milli dövlətçilik ənənələri və konstitusion inkişaf - DEPUTAT
  • 12-11-2026, 10:41
    Prezidentin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı - Paylaşım
  • 12-11-2026, 10:30
    General Natiq Əliyevin qızı saxlanıldı
  • 12-11-2026, 10:18
    Azərbaycanda işləyənlərin orta aylıq maaşı açıqlandı
  • 12-11-2026, 10:14
    “Bakıdakı bu kilsənin qapıları taybatay açılmalıdır”
  • 12-11-2026, 10:09
    Mehriban Əliyevadan Konstitusiya Günü paylaşımı - Foto
  • 12-11-2026, 10:02
    Kanadada məhkəmə ana və qızına hücum edən 4 ayının ölümünə qərar verdi
  • 12-11-2026, 09:55
    İsrail pasportu olanların ölkəyə girişini qadağan edirlər
  • 12-11-2026, 09:45
    Quş qripinə görə bu heyvanlar məhv olma həddinə çatıb
  • 12-11-2026, 09:39
    Argentina ordusunu “terror təşkilatı” elan etdilər
  • 12-11-2026, 09:36
    İsrail ordusuna İrana qarşı hazırlıq tapşırığı verildi
  • 11-11-2026, 14:01
    GÜLNARA HƏMİDOVA – SÖZÜNƏ, QƏLƏMİNƏ VƏ İNSANLIĞINA SADİQ ÖMÜR YOLU! DOĞUM GÜNÜNÜZ MÜBARƏK!
  • 11-11-2026, 10:42
    ADY yükdaşımalar üzrə ən yüksək göstəricilər əldə edib
  • 11-11-2026, 10:35
    “Azeri Light” ucuzlaşdı
  • 11-11-2026, 10:28
    650 min manatı leqallaşdıran Həsənə 7 il 6 ay həbs verildi
  • 11-11-2026, 10:22
    10 milyonluq qızılla tutulan polkovnikin cəzası azaldıldı
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə