• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Faciə şahidi: “Ermənilər yoldaşımı qəbiristanlığa aparıb, başını kəsdilər” - MÜSAHİBƏ

siyaset / manset

26-02-2023, 10:32

Faciə şahidi: “Ermənilər yoldaşımı qəbiristanlığa aparıb, başını kəsdilər” - MÜSAHİBƏ
Xocalı soyqırımının 31-ci ildönümüdür. Ermənistanın insanlığa qarşı törətdiyi bu cinayət zamanı səkkiz ailə yer üzündən silinib.

Oxu.Az-ın müsahibi, Xocalı sakini Pərvanə Məmmədova da bir neçə əzizini itirib. Dəhşətli qətliam gecəsi Pərvanə Məmmədovanın qaynı Vaqif Məmmədov, onun həyat yoldaşı Afilə Məmmədova, oğlanları - 18 yaşlı Azər, 16 yaşlı Ceyhun və 14 yaşlı Niyaməddin meşədə öldürülüblər. Pərvanə Məmmədovanın həyat yoldaşı Oqtay Məmmədov isə əsir götürülərək qətlə yetirilib.

“Ən gözəl günlərimi səkkiz il Xocalıda yaşadım. Haradan biləydim ki, xoşbəxtliyim bu qədər qısa çəkəcək. 26 fevral ailəmizdən yan keçmədi. Bir gecədə altı ailə üzvüm yox oldu. Kiçik oğlum bir aylıq idi. Atasının üzünü belə, görməyib”.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş verən qətliamın şahidi olan Xocalı sakini Pərvanə Məmmədova olanları belə xatırlayır:

- Pərvanə xanım, öncə Xocalıda keçən günlərdən danışmağınızı istərdim. Həmin anlar xatirənizə necə həkk olub?

- Mən Bərdə qızı idim. 1983-cü ildə Xocalıya gəlin köçmüşəm. Səkkiz ilim Xocalıda keçdi. Həmin anlar mənim üçün ən gözəl idi. Gözəl ailəm var idi. Ən xoşbəxt illərimi orada yaşadım. Xocalı çox gözəl bir guşədə yerləşirdi. Gözəl bulaqlarla əhatə olunmuşdu. Ermənilər bilirlər, haraya göz dikmək lazımdır. Mənim iki övladım var idi. Birinə də hamilə idim.

Xocalıdan faciədən iki ay öncə çıxmışdım. Atam hər dəfə deyirdi ki, “Bərdəyə gəlin. Bir gün ermənilərin əlində qalacaqsınız”. Sanki hiss etmişdi. Dekabr ayında Xocalıdan çıxdım. Yanvarın 1-də oğlum dünyaya gəldi. Lakin yoldaşım Xocalıda qaldı.

- Yoldaşınızı sonuncu dəfə nə zaman gördünüz?

- Yoldaşım evimizi tərk etmədi. Evimizi qorumaq üçün oradan çıxmırdı. Həm də inanılası deyildi ki, belə bir qətliam törədilər. Yoldaşım Xocalıda müqavimət göstərirdi. Dəqiq yadımda deyil, yanvarın ortası olardı, işi ilə əlaqədar vertolyotla Bərdəyə gəldi. Yeni doğulan oğlunu gördü. Bizimlə görüşüb, yenidən qayıtdı. Sonuncu görüş bu oldu. Yoldaşım Oqtay Məmmədov 35 yaşında şəhid oldu. Həmin vaxt böyük oğlumun səkkiz, qızımın altı yaşı var idi. Kiçik oğlum yanvarın 1-də dünyaya gəlib. Yoldaşım övladlarından doymadı. İndi mən özüm-özümə bəzən paxıllıq edirəm. Deyirəm ki, kaş yoldaşım da nəvələrini görərdi. Onun bizə kənardan baxdığını hiss edirəm.

- Təxribatlar 1988-ci ildən başlamışdı. Belə bir qətliam törədiləcəyi ağlınıza gələrdimi?

- Təxribatlar dörd il öncə başladılmışdı. Xocalı yolunu dörd tərəfdən bağlamışdılar. 1988-ci ildə ermənilər Xocalıya gələndə onları camaat geri qaytarmışdı. Ermənilərə kömək edən vardı, ona görə camaatı qırdılar. Onların niyyəti o idi ki, Xocalıdan heç kəs sağ çıxmasın. Lakin ağlımıza gəlməzdi ki, onlar bunu edələr. Hər gün şəhərə “Alazan” atırdılar. Bizə gülməli gəlirdi, inanmırdıq ki, nəsə edə bilərlər. Amma inanmadığımız başımıza gəldi.

Eltimgil bir ay Ağdamda qaldılar. Sonra dedilər ki, ermənilər qələt edirlər, yenidən evlərinə qayıtdılar. Dərdimiz nə yerə, nə də göyə sığasıdır. Biz yaşamırıq. İçimiz heç vaxt gülməyib. Onlar Xocalıya zülm etdilər. Çox ağır dərddir. Səkkiz məhv olan ailədən biri mənim qaynımın ailəsi idi. Şükür ki, mənim yoldaşımın yurdunda üç övladı qalıb. Oraya qayıdanda işığımızı yandıran biri olacaq. Qaynımdan nişanə belə qalmayıb.

- Xocalıda qətliam törədildiyini necə öyrəndiniz?

- Atamla qardaşım hər gün Ağdama xəbər almağa gedirdilər. Qardaşım xəbər aldı. Ondan öyrəndim. Ağdama gedib, gözümüzlə gördük. Qardaşım fevralın 26-da xəbər almaq üçün yenidən kəndə getdi. Gəlib dedi ki, “deyirlər, Xocalını gecə yerlə bir ediblər”. Biz bunu eşidən kimi dərhal yola düşdük. Ağdama gəldik. Azərbaycanın yarısı sanki Ağdamda idi. Hər kəs öz ölüsünü, dirisini axtarmağa gəlmişdi.

Ağdama başı, qolu kəsilmiş meyitlər gətirirdilər. Allah o günü bir də bizə göstərməsin. Heç kəsə yaşatmasın. Çox böyük faciə idi. Mən də yoldaşımı, öz doğmalarımı axtardım, lakin tapa bilmədim.

- Övladlarınız ataları ilə bağlı nələr danışırlar?

- Böyük oğlumla qızım atalarını xatırlayırlar. Onunla bağlı xatirələrini hər zaman danışırlar. Qızımla böyük oğlum atasından danışanda kiçik oğlum çox pis olur. O, atasını görməyib. Bu ona çox pis təsir edir. Deyir ki, “Hər kəs öz atasından danışdığı bir vaxt mən danışa bilmirəm. Çünki ata nəvazişinin nə olduğunu bilmirəm”. Bu gün böyük oğlumun 39, qızımın 36, kiçik oğlumun 31 yaşı var.

- Yaxınlarınız arasında əsir və itkin düşən olub?

- Yaxın qohumlarımdan əsir götürülüb, öldürülən çox oldu. Mən sırf Məmmədovlar ailəsindən danışdım. Mənim yoldaşım da əsir götürüldü. Deyirlər ki, yoldaşımı sonra qəbiristanlığa aparıb, başını kəsiblər. Bu mənə çox ağır gəlir. Qəbul edə bilmirəm. 28 yaşımda həyatım məhv oldu. Qara günlərim başladı.

Fevralın 1-dən artıq faciə gününü dünən kimi yaşayırıq. Bu proses martın axırına qədər davam edir. Əslinə qalsa, o faciəni biz hər gün, hər dəqiqə yaşayırıq. O faciəni heç vaxt yadımızdan çıxartmarıq. Çox ağırdır. Həmin gün sağ qalıb yaşayanların da həyatı məhv oldu. Üç uşaqla qaldım. Onlar üçün yaşadım. Lakin yaşlandıqca olanlar mənə daha çox təsir edir. Düşünürəm ki, mən dağ olmuşam, bu qədər dərdə dözmüşəm.

- Ən böyük arzunuzu bizimlə bölüşməyinizi istərdim.

- Torpaqlarımızın düşmən tapdağından azad olunma xəbərinə çox sevindim. O sevinci sözlərlə ifadə edə bilmərəm. Gün o gün olsun, Xocalıya qayıdaq. İməkləyərək oraya getməyi arzu edirəm. Çünki o torpaqlarda şəhidlərimizin qanı var. Arzumuzun tez bir zamanda gerçəkləşəcəyini ümid edirəm. Ən böyük arzum Xocalıya bir dəfə də olsun gedə bilməkdir.

Oxunub: 195
Paylaş:
Digər xəbərlər

gundem / manset

26-02-2023, 10:36

Bu gün Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək

siyaset / manset

26-02-2023, 10:15

Kanada paytaxtında 26 fevral Xocalı faciəsi qurbanlarının Anım Günü elan olunub - BƏYANNAMƏ

ULUSƏS TV
Son xəbərlər
  • Bu gün, 12:41
    Peşəkarlıq, məsuliyyət və etimad nümunəsi – Suraxanı Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin qaraj müdiri Elşad Abdullayev
  • Bu gün, 12:09
    “Təhsil TV”yə yeni direktor təyin edildi
  • Bu gün, 11:33
    PUA-larla bağlı qanun dəyişir
  • Bu gün, 11:23
    Daha bir konvensiyaya qoşuluruq
  • Bu gün, 11:20
    Ukrayna ilə yeni müqavilə təsdiqləndi
  • Bu gün, 11:16
    Zakir Həsənov Selçuk Bayraktarla görüşdü
  • Bu gün, 10:57
    Şuşada IV Qlobal Media Forumu keçiriləcək
  • Bu gün, 10:53
    Seyran Ohanyan və digərlərinin Göyçə sahilindəki əmlakları sökülüb
  • Bu gün, 10:49
    Xameneinin dəfn edildiyi Məşhəddə silahlı insident - Ölənlər və yaralananlar var
  • Bu gün, 10:45
    “Qızıl top” uğrunda böyük mübarizə - İlk “20-lik” açıqlandı
  • Bu gün, 10:40
    Keçmiş arvadını güllələyən Zaurun vəziyyəti - Açıqlandı
  • Dünən, 20:46
    “Vətən, torpağına qurban olum, Vətən şəhidinə qurban olum”
  • Dünən, 14:42
    Yarım əsrlik ömrün uğur salnaməsi – Məftun Xankişiyev 50 yaşını qeyd edir
  • Dünən, 12:32
    FHN daha bir təlim keçirdi
  • Dünən, 12:23
    İranda hava limanı vuruldu - Ölən var
  • Dünən, 12:19
    “Yaponiya İslam Respublikası tərəfindən 111 raket buraxılıb”
  • Dünən, 12:13
    Ən çox onun baxışları müzakirə olundu
  • Dünən, 11:56
    Məktəbəqədər təhsil müəssisələrinə elektron qəbul başladı
  • Dünən, 11:51
    Tehran-Məşhəd dəmiryolu xətti də vurulub
  • Dünən, 11:46
    “Bank Respublika” “Finnfund”dan 15 milyon avro cəlb edib
  • Dünən, 11:41
    Mənzilin girişinə kamera quraşdırarkən qonşunun icazəsi olmalıdır - Ali Məhkəmə
  • Dünən, 11:37
    “Xalq Bank”ın Xankəndi filialı fəaliyyətə başladı
  • Dünən, 11:29
    Səyyar Gənclər Xidməti bu dəfə Qəbələ gəncləri ilə üçün yola çıxıb
  • 8-07-2026, 21:18
    MİRZƏ CƏLİLİN YOLU, YOXSA RZA BƏYLƏRİN YOLU?
  • 8-07-2026, 17:05
    "Azərbaycan Bayrağı" ordenli, müharibə veteranı, polkovnik Elmar Hüseynov: “Mən bu Vətənin oğluyam” – Şəhid Vidadi Zalovun ömür yolu və Vətənə sədaqət dastanı
  • 8-07-2026, 14:25
    Sabah yağış yağacaq
  • 8-07-2026, 14:21
    “İranla atəşkəs qüvvədən düşüb”
  • 8-07-2026, 14:09
    “Azər Türk Bank”dan təhsil işçiləri üçün sərfəli istehlak kreditləri
  • 8-07-2026, 14:05
    İranda partlayış səsləri - ABŞ-nin daha bir bazası vuruldu
  • 8-07-2026, 14:02
    Yeni təmayül tədris modelinə qeydiyyat davam edir
  • 8-07-2026, 13:58
    Bəzi rayonlarda leysandır
  • 8-07-2026, 13:55
    “Azercell” AWS ilə təlimlər təşkil edib
  • 8-07-2026, 13:51
    Tramp bu barədə əmri Ankarada olarkən verib
  • 8-07-2026, 12:10
    FHN və DSX birgə təlim keçirdi
  • 8-07-2026, 11:51
    Prezidentlə Baş nazirin liderlik mübahisəsi NATO Zirvəsinədək uzandı
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə