• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

“Mənə dəymə, mən də sənə dəymərəm” - İlham Əliyev

siyaset / manset

7-06-2024, 10:40

“Mənə dəymə, mən də sənə dəymərəm” - İlham Əliyev
“Bilirəm ki, Avropa İttifaqında siz böyük təzyiqlərə məruz qalırsınız. Bu da Avropa məkanındakı elan edilmiş demokratik prinsiplərin tamamilə pozulmasıdır. Macarıstana qarşı sanksiyalar tətbiq edildi? Edildi. Macarıstana çatacaq vəsaitdən Macarıstan məhrum edildi? Edildi. Nə üçün? Çünki Macarıstan ənənəvi dəyərləri müdafiə edir. Öz əhalisini müdafiə edir. Zərərli təsirdən öz gənclərini qoruyur. Ailə dəyərlərini ən yüksək dəyər kimi bəyan edir. Buna görə bu ənənəvi dəyərlərə qarşı olanlar və dünyanı uçuruma aparanlar Macarıstana qarşı sanksiyalar tətbiq edirlər”.
“Qafqazinfo” xəbər verir ki, bu fikri Prezident İlham Əliyev TÜRKPA-ya üzv ölkələrin parlament sədrləri ilə keçirilən görüşdə Macarıstan Milli Assambleyası sədrinin müavini Marta Matrainin çıxışına münasibət bildirərkən deyib.
Dövlət başçısı bildirib ki, bu, ağlasığmaz bir məsələdir:
“NATO-nun üzvü olasan, Avropa İttifaqının üzvü olasan, Avropanın mərkəzində yerləşəsən, öz siyasətini aparmaq istəyən bir ölkəyə sanksiya tətbiq edilir. Bəs, demokratiya haradadır? Hamı eyni fikirdəmi olmalıdır? Hamı orada bəzi Qərb ölkələrində oturanların sözü iləmi oturub-durmalıdır? Kim onlara bu haqqı qazandırır? Onların keçmişi heç də onlara şərəf gətirmir. Onların keçmişi qanla doludur. Onların keçmişi müstəmləkəçilikdir. Onların keçmişi xalqlara əzab verməkdir, qanunsuz işğaldır. Bu gün də müstəmləkəçilik siyasəti Avropa İttifaqında davam edir. Amma kimsə onlara irad tutur? Yox. Ona görə Macarıstan mübarizənin ön cəbhəsindədir və mən dəfələrlə dostum Viktor Orbana demişəm ki, sizə daha çətindir. Biz burada yerləşmişik, biz Avropa deyilik, necə deyərlər, Avropa ailəsinə girmək də istəmirik, istəsəydik də heç kim bizi oraya buraxmazdı. Ona görə biz burada yaşayırıq, heç kimin, necə deyərlər, sözü ilə oturub-durmuruq, heç kimə imkan vermirik ki, gəlsin buraya bizim işimizə müdaxilə etsin. Mənə dəymə, mən də sənə dəymərəm. Sən mənə dəyəcəksənsə, onda gözlə, sənin də başın ağrıyacaq. Amma Macarıstan orada yerləşir və hər gün təzyiqlərə məruz qalmaq nə qədər çətindir, bunu mən bilirəm. İndi Macarıstan Avropa İttifaqına sədrlik edəcək. İndidən artıq Macarıstana qarşı plan cızılır ki, bu sədrlik, necə deyərlər, sarsılsın və bu sədrlikdən Macarıstan necə məhrum edilsin”.

Oxunub: 114
Paylaş:
Digər xəbərlər

gundem / siyaset / manset

20-08-2023, 12:55

Prezident İlham Əliyev Macarıstana işgüzar səfərə gedib

gundem / manset

22-04-2023, 11:20

Aİ İrana qarşı yeddinci sanksiyalar paketini təsdiq edəcək

ULUSƏS TV
Son xəbərlər
  • Bu gün, 10:49
    BDU-nun 9 fakültəsinə dekan seçiləcək - Siyahı
  • Bu gün, 10:44
    20 yaşlı sürücü qəza törədib - Ölən var
  • Bu gün, 10:40
    Şahbaz Şərif Rusiyaya gedir
  • Bu gün, 10:34
    “Qalatasaray” “Aston Villa”ya, “Mançester Siti” “Napoli”yə qarşı
  • Bu gün, 10:28
    Hacıqabuldakı ölüm hadisəsi ilə bağlı - Rəsmi açıqlama
  • Bu gün, 10:24
    İranda işıqlar hər gün sönəcək
  • Bu gün, 10:06
    Hörmüzdə üç neft tankeri partladı
  • Bu gün, 10:03
    “Əsrin boşanması” bitir - Milyarder ayrılmaq üçün 702 milyon ödəməyə razılaşdı
  • Bu gün, 10:00
    Qayıdan kimi 34 milyard dollar varlandı
  • Bu gün, 09:56
    Casusluq qalmaqalı ilə gündəm olan şirkət “qara siyahı”ya salındı
  • Dünən, 17:04
    “Future Skills Lab: Gələcəyin Bacarıqları Akademiyası” layihəsi uğurla başa çatıb!
  • Dünən, 15:46
    ŞƏFFAF ÖDƏNİŞ, QANUNİ VERGİ VƏ GÜCLÜ DÖVLƏT! İSMAYIL ZALOVDAN MÜĞƏNNİLƏRİN TOY EVLƏRİNDƏ, TOYXANALARDA VƏ ŞADLIQ SARAYLARINDA ƏLDƏ ETDİKLƏRİ GƏLİRLƏRİN VERGİ UÇOTUNA ALINMASI TƏŞƏBBÜSÜ!
  • Dünən, 10:47
    Binəqədi rayonu 28 May Qəsəbə sakinləri ADY QSC ev tikəndə pul aldılar, sökəndə niyə haqqımızı vermirlər.
  • Dünən, 10:27
    “AzInTelecom” və “Presight” SİMA-nın beynəlxalq bazara çıxarılması üçün əməkdaşlıq edəcək - Fotolar
  • Dünən, 10:24
    Həmin qəzada ölən aparıcı sərnişin olub - Foto
  • Dünən, 10:19
    “Azərbaycançılıq məfkurəsi bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir”
  • Dünən, 10:13
    Alyona Əliyeva sərgidə - Fotolar
  • Dünən, 10:08
    Ən uzunmüddətli COP olsa da - Razılığa gələ bilmədilər
  • Dünən, 10:05
    Meyiti yaşadığı evdən tapıldı
  • Dünən, 09:57
    Sağlam hesab etdiyimiz bu qidalar dişləri məhv edirmiş
  • Dünən, 09:53
    Xaçmaz-Quba yolunda qəza - Bir ailənin altı üzvü yaralandı
  • Dünən, 09:50
    İtaliyanın xarici işlər naziri Azərbaycandadır
  • Dünən, 09:46
    63 yaşlı kişi Kürdə batdı
  • Dünən, 09:43
    Bu ərazilərdə qaz olmayacaq - Xəbərdarlıq
  • 22-11-2026, 15:53
    Azərbaycan-Vyetnam münasibətləri yeni geoiqtisadi imkanlara doğru
  • 22-11-2026, 14:16
    İran təhdidinə görə bazada qaldığını təsdiqlədi - Onlar da evlərini tərk ediblər
  • 22-11-2026, 14:14
    Yeniyetmələr qəzaya düşdü - Yaralılar var
  • 22-11-2026, 14:08
    Prezident livanlı həmkarını təbrik etdi
  • 22-11-2026, 12:42
    Bu gündən bu ölkəyə vizasız gedəcəyik
  • 22-11-2026, 12:35
    BYD-nin Avropada satış və istehsalı qadağan edildi
  • 22-11-2026, 11:56
    “Titanik üzüyü” və meyitdən götürülən qızıl saat rekord qiymətə satıldı
  • 22-11-2026, 11:50
    8 illik səyahətdən sonra Merkuriyə çatdı
  • 22-11-2026, 11:45
    Rayonlara yağış, Şahdağa qar yağıb - Faktiki hava
  • 22-11-2026, 11:38
    21 yaşlı tələbə vəfat etdi
  • 22-11-2026, 11:33
    Bakıda bir sıra ərazilərə avtomobillə giriş ödənişli olacaq
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə