• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

“Öz ölkəsində narkomaniyanı leqallaşdıranlar bizə əxlaq dərsi keçir?!”

siyaset / manset

14-10-2024, 09:33

“Öz ölkəsində narkomaniyanı leqallaşdıranlar bizə əxlaq dərsi keçir?!”
Yaşadığımız dünyada tam qapalı ölkələr mövcuddur. Hansı ki, həmin qapalılıqdan dolayı nə problem yaşayırlar, nə üzərlərinə gələnləri var, nə də sanksiya verənləri.

Hə, bu məqamda buyura bilərsiz: ağzında qapalı deyirsən, giriş yox, çıxış yox, internet yox, rahat nəfəs almaq yox. Orası doğru. Amma və lakin! Mən ölkələrin özünü deyil, kənardan onlara sərgilənən münasibəti nəzərdə tuturam: Kəskinlik qalsın bir yana, ən kiçik narahatlıq belə sezilmir. Əksinə, bir baxırsan, dünya liderləri həmin ölkə başçılarına elə jestlər edirlər, elə nəvaziş göstərirlər, adam heyrətə gəlir. Və ya, görüm Niderlandın ağlına gələrmi ki, belələri haqda artıq-əskik söz desin? Ya Fransa, Amerika?! Əsla! Hətta gərəkirsə, pişvazına çıxarlar. Nazını çəkərlər. Konqresdə də, Senatda da, lap elə canım sizə desin, özündən müştəbeh Beynəlxalq Təşkilatlarda da...

Quyruqları qapı arasında qalan kimi isə şablon bəhanə ortalıqda meydan sulayır: Neyləyək, nüvə ölkəsidir!

Niderland demişkən. Oktyabrın 10-da bu ölkəyə günəş deyəsən yenə “qırmızı fonar” küçəsi tərəfdən çıxıb və ona görə də parlamentariləri utanmadan-qızarmadan Azərbaycana qarşı növbəti (qərəzli) qətnamə qəbul etmək qərarına gəliblər.

Nonsens də elə budur! Niderland hara, biz hara?! Niderland harda, biz harda?l Və ya: həmin deputatları o bashabasda görəsən nə məcbur edib ki, Azərbaycan məhkəmələrinin həbs qərarı verdiyi müharibə cinayətkarları barədə yanlış mühakimə yürütsün və onları “hərbi əsir” adlandırsın?! Niderlandlı millət vəkilləri ümumiyyətlə Arayik barədə məlumatlıdırmı? Eşidiblərmi ki, haqqında danışılan cani öz səsi, öz yazısı, öz imzası ilə Gəncə terrorunu təşkil elədiyini təsdiqləyib, yüzlərlə cinayətə ideya müəllifliyi edib, Ermənistan da daxil dünyada heç bir ölkənin tanımadığı separat, qondarma qurumun başında illər uzunu dayanıb?! Yox əlbət! Eşitməzlər. Eşitsələr də eşitməzdən keçərlər.

Eynən bir addımlıqlarındakı Haaqa və Cenevrədə təsbit edilən (1949 və 1954-cü il Konvensiyalarını nəzərdə tuturam) imperativ normaları görməzdən keçdikləri kimi....

Xatırlayırsınızmı, bir ara Kanada da biz tərəflərdə “şayba”sını itirmişdi, tapa bilmirdi. Sonra bir baxdıq, hindistanlıların yuxusu ərşə çəkilib. Ki, demə bəs Azərbaycandakı insan hüquq və azadlıqlarından narahatmışlar. Daha sonra Avropa Şurasının “tırka”sı ilə Şvabe adında sirk təlimçisi üzərimizə şığıdı. Ardınca Amerika konqresmenləri və palata üzvləri “çin qa çunq” mexanizmi ilə Azərbaycanı hədəfə aldı. Və indi də Niderland! Bir yandan Parlamenti qətnamə qəbul edir, digər yandan isə Xarici İşlər Naziri Veldkamp kənardan züy tutur...

Əlqərəz, COP 29 bir çox fürsətcillərin əlinə bəhanə verib və kimin Azərbaycanla nə dərdi, problemi varsa, məhz bu ərəfədə çözməyə çalışır. Eybi yox. Çalışsın. Əlindən gələni də ardına qoymasın. Zatən sonucda hamısı ağzının payını alır. Layiq olduğu formada! Sadəcə məsələ burasındadır, bəzən elə ölkələr üzərimizə xoruzlanır, ya da ağsaqqal moduna girir, bax o məqamda artıq səbr etmək mümkünsüzdür. Adamın dəymişi qala-qala kalı tökülür. Gerçəkdən! Çönüb demək istəyirsən ki, ay bədbəxt, sən hələ adından, mahiyyətindən “krallıq” kəlməsini çıxara bilməmisən, indi mənim qarşımda demokratik dəyərlərdən, dünyavi idarəetmədənmi dəm vurursan? Sən - qanunla, Konstitusiya ilə narkomaniyanı öz ölkəndə leqallaşdırandan, marixuana qoxusunu küçələrindəki divarlara qədər hopdurandan, “Cofee Shop”ları rəsmi turizm brendinə çevirəndən sonra mənə əxlaq və mənəviyyatdan dərsmi keçmək istəyirsən? Sən – dünyanı qan gölməçəsinə çevirənlərin, 27 saatlıq hava yolu məsafəsində yerləşən ada dövlətini girovluqda, əsirlikdə saxlayanların yanında ola-ola mənimlə humanitar hüquq normaları haqdamı danışırsan?!

Ukrayna boyda əsəriniz ortalıqdadır, cənablar!

Ukrayna tablosu dünyanın hər yerindən nəinki açıq, hətta qapalı gözlə belə görünən yerdən asılıb, cənablar!

Ukrayna “təcrübəsindən” sonra özünə hörmət qoyan bir dövlət sizlərə inanmaz, güvənməz, etibar etməz, cənablar!

Ona görə gedin quşunuzu başqa yerlərdə uçurdun.

Əsas da uyğun yerlərdə.

Məsələn, Quantanamonu, İŞİD-i, FETÖ-nü ərsəyə gətirənlərin məkanında...

Elşən Musayev, Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri.

Oxunub: 66
Paylaş:
Digər xəbərlər

gundem / manset

27-05-2024, 10:39

İmtahan cavablarını buradan yoxlaya bilərsiz - Link

gundem / ust / manset

22-09-2024, 12:42

Tyerri Anridən Karragerə “Qarabağ” dərsi - Video

gundem / ust / manset

5-10-2023, 15:05

Dəfələrlə xəbərdarlıq etdi ki, etməyin, eləməyin...

idman / manset

13-07-2024, 11:28

“Əsla Messi kimi olmayacam” - Yamal

ULUSƏS TV
Son xəbərlər
  • Dünən, 17:20
    Dağ-mədən sənayesi iqtisadi gəlirlərin yeni mənbəyinə çevrilir
  • Dünən, 17:00
    “DEFENDING HUMAN RIGHTS MMC” – İNSAN HÜQUQLARININ MÜDAFİƏSİ YOLUNDA YENİ MƏRHƏLƏ
  • Dünən, 11:36
    Elbəy Fətəliyevin özbaşınalığı ilə bağlı nəticə videosu çəkmək istəyirəm.
  • Dünən, 10:28
    Prezident daha bir dövlət proqramını təsdiqlədi
  • Dünən, 10:24
    Evdə hazırladıqlarını bazarda satanlar cərimələnəcək? - Açıqlama
  • Dünən, 10:20
    “Tamstore” marketlər şəbəkəsində iş imkanları sizləri gözləyir
  • Dünən, 10:17
    Bu marşrutun hərəkət sxemi dəyişdirildi
  • Dünən, 10:13
    Azərbaycan qazının Bolqarıstana tədarükü genişləndirilə bilər
  • Dünən, 10:05
    “Düşünmürəm ki, Putin buna hazırdır”
  • Dünən, 10:01
    Sürücü yuxulayıb maşını aşırdı - Heyvanlar tələf oldu
  • Dünən, 09:55
    ABŞ Əraqçiyə əlavə mühafizə ayırdı
  • Dünən, 09:52
    “Minlərlə FTB əməkdaşının məlumatları oğurlanıb”
  • Dünən, 09:48
    Ceyhun Bayramov Trampın ev sahibliyi ilə keçirilən qəbulda iştirak etdi
  • 22-09-2026, 21:13
    Nadanlığın da bir həddi var, yaxud itin adı niyə Mehdi oldu?
  • 22-09-2026, 10:18
    Bakıda 5 məktəb onlayn təhsilə keçdi
  • 22-09-2026, 10:14
    Qaxda kafedə bıçaqlanma - Saxlanılan var
  • 22-09-2026, 10:09
    Tehrandan Vaşinqtona sərt mesaj
  • 22-09-2026, 10:05
    Yeyib-içmək qanlı bitdi
  • 22-09-2026, 10:00
    BMT Baş Assambleyasının 81-ci sessiyası başlayır - Quterreş üçün son iclas
  • 22-09-2026, 09:56
    ABŞ-də işçilər kabeli kəsdilər - Minlərlə uçuş dayandırıldı
  • 22-09-2026, 09:52
    F1-də qaydalar dəyişir - Məsafə də azaldılacaq
  • 22-09-2026, 09:48
    Körfəz ölkələri üçün 10 milyardlıq plan - Yarısını ABŞ verəcək
  • 22-09-2026, 09:45
    Tarixin ilk sülh müqaviləsinin fraqmenti tapıldı
  • 22-09-2026, 09:41
    Pezeşkianın ABŞ səfəri öncəsi diqqətçəkən qərar
  • 21-09-2026, 13:07
    Hər kəs öz hekayəsinin qəhrəmanıdır... Qalibin yaşı olmur... Kiçik qəhrəmanın Böyük yolu
  • 21-09-2026, 11:46
    ABŞ-yə üçgünlük səfər edəcək - Tramp dəvət edib
  • 21-09-2026, 11:38
    “Sənə hansısa Həsən, Hüseyn yox, deputat zəng edib”
  • 21-09-2026, 11:32
    “Ay nazirlər, hünəriniz çatırsa, o camaatın qarşısına özünüz çıxın!”
  • 21-09-2026, 11:28
    “Hamını Bakıdakı xəstəxanalara toplamaqla böyük növbə yaratmağa ehtiyac yoxdur”
  • 21-09-2026, 11:23
    Zakir Həsənovla Kərim Vəliyev hərbi polisin fəaliyyəti ilə tanış oldu
  • 21-09-2026, 11:16
    “Aidiyyəti qurumlara müraciət etdik, amma özüm də utandım”
  • 21-09-2026, 11:12
    “Şəhərdəki tıxaclara görə vətəndaşlardan üzr istəməlidirlər”
  • 21-09-2026, 10:50
    İrandan ABŞ-yə xəbərdarlıq
  • 21-09-2026, 10:30
    Darmadağından sonra istefa verdi
  • 21-09-2026, 10:25
    Bakıda tədbirdə monitor qadının üstünə aşıb
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə