• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Ərdoğanın zəngi Türkiyədəki anti-Azərbaycan kampaniyasını bitirəcək?

siyaset / manset

Bu gün, 09:42

Ərdoğanın zəngi Türkiyədəki anti-Azərbaycan kampaniyasını bitirəcək?
Bu gün Azərbaycan və Türkiyə prezidentləri arasında baş tutan telefon danışığı son günlər yaşanan gərginliyin fonunda xüsusi siyasi məna daşıyırdı.

“Qafqazinfo”nun məlumatına görə, bu zəng göstərdi ki, Bakı-Ankara arasındakı bağlar ayrı-ayrı siyasi dairələrin yaratdığı gərginlikdən daha geniş və dərin təməllərə söykənir.

Bəzən illərlə qurulan münasibətlərin üzərinə kölgə salmaq üçün bir neçə məsuliyyətsiz açıqlama, düşünülməmiş siyasi ritorika və ideoloji ehtiras kifayət edir.

Son günlər AKP daxilindən qaynaqlanan anti-Azərbaycan kampaniyası da məhz belə bir mənzərə yaratmışdı. Türkiyədəki bəzi siyasi fiqurlar sanki iki ölkə arasındakı münasibətlərin həssaslığını unudaraq öz daxili siyasi mübarizələrini Azərbaycanın üzərinə köçürməyə çalışırdılar.

Oktay Saralın açıqlamalarından cücərən mübahisələr, Leyla Şahin Usta və Muhammet Müfit Aydın kimi AKP təmsilçilərinin mövqeləri bu baxımdan xüsusi diqqət çəkdi.

Siyasi vəzifə yalnız nüfuz deyil, həm də məsuliyyətdir. Xüsusilə dövlət rəhbərliyinə yaxın şəxslərin hər sözü adi fikir mübadiləsinin hüdudlarını aşaraq siyasi mesaj kimi qəbul edilir. Belə məqamlarda deyilən sözlərin harada başlayıb harada bitəcəyini, hansı nəticələr doğuracağını da düşünmək lazımdır.

Çünki siyasi ritorika bəzən bir cümlə ilə başlayır, amma yaratdığı gərginlik böyük rezonansa səbəb olur.

Azərbaycanla Türkiyə arasındakı münasibətlər kiminsə şəxsi siyasi ambisiyalarına, ideoloji qəliblərinə və ya partiyadaxili hesablaşmalarına qurban veriləcək qədər kövrək deyil. Bu münasibətlərin kökləri ortaq tarixə, ağır sınaqlardan keçmiş həmrəyliyə və xalqlarımızın yaddaşına gedib çıxır.

Ən diqqətçəkən məqamlardan biri də kampaniyanın Türkiyənin özündə doğurduğu reaksiyalar oldu.

Sekulyar dövlətçilik tərəfdarlarının, millətçi çevrələrin və Azərbaycanla münasibətlərin qorunmasını vacib sayan insanların etirazları göstərdi ki, AKP daxilindəki müəyyən qrupların mövqeyi Türkiyə cəmiyyətinin bütöv mövqeyi kimi təqdim edilə bilməz.

Azərbaycana qarşı sərt ritorika yüksəldikcə Türkiyədə fərqli siyasi dünyagörüşünə malik insanlar öz səslərini ucaltdılar.

Onlar göstərdilər ki, Azərbaycana sevgi partiya sərhədlərinə sığmayacaq qədər böyükdür.

Deməli, siyasi mübahisələrin yaratdığı səs-küyün arxasında iki xalqın münasibətlərinə hörmətlə yanaşan, bu dostluğun zədələnməsini istəməyən insanlar da var.

Prezident Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə şəxsən zəng edərək onu Azərbaycanın müstəqilliyinin bərpasının 35-ci ildönümü münasibətilə təbrik edib, eyni zamanda Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının 13-cü Zirvə Görüşündə iştirak etməyə dəvət edib.

Liderlər ikitərəfli münasibətləri, regional və qlobal məsələləri müzakirə edib, qardaşlıq münasibətlərinə əsaslanan əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə əminliklərini ifadə ediblər.

Bu dəvət telefon danışığının ən diqqətçəkən məqamlarından biridir.

Çünki söhbət sadəcə təbrikdən deyil, Türkiyənin ev sahibliyi edəcəyi mühüm siyasi toplantıya Azərbaycan Prezidentinin şəxsən dəvət olunmasından gedir.

Son günlərdəki gərginliyin fonunda bu jest diqqətəlayiq mesaj kimi görünür: gündəlik siyasi mübahisələr nə qədər səs-küylü olsa da, iki ölkə arasındakı strateji dialoq davam edir.

Bəzən kilometrlərlə məsafə bir telefon zəngi qədər qısalır.

Bir “alo” bütün fikir ayrılıqlarını həll etməsə də, münasibətlərin üzərinə çəkilən kölgəni dağıtmağa başlaya bilər.

Əlbəttə, diplomatik təmasları yaranmış bütün problemlərin həlli kimi təqdim etmək doğru olmaz. Ancaq belə təmaslar tərəflərin münasibətləri hansı istiqamətdə davam etdirmək istədiyini anlamaq baxımından mühüm əhəmiyyət daşıyır.

İndi isə əsas suallar ortaya çıxır: Bu telefon danışığından sonra Türkiyədəki anti-Azərbaycan ritorikasına münasibət dəyişəcəkmi? AKP rəhbərliyi partiya daxilindən səslənən və iki ölkə arasındakı münasibətlərə kölgə salan açıqlamalardan hansı nəticələri çıxaracaq? Oktay Saral və onunla eyni mövqedən çıxış edən şəxslərin bundan sonrakı davranışı necə olacaq? Ən əsası, bu hadisə gələcəkdə oxşar gərginliklərin qarşısını almaq üçün bir dərsə çevriləcəkmi?

Siyasi qalmaqallar gec-tez səngiyir, ittihamlar unudulur, mövqelər dəyişir. Amma xalqlar arasındakı dostluq bir kampaniyanın ömrü ilə ölçülmür.

Bir zəng gərginliyin içində dialoqun qapısını aça bilər, amma onu açıq saxlamaq üçün isə əsas ehtiyac qarşılıqlı etimad və sayğıdır...

Telli Minbir

Oxunub: 0
Paylaş:
Digər xəbərlər

gundem / siyaset / manset

26-04-2024, 12:24

Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab: “Açıq siyasi sifarişdir”

gundem / siyaset / manset

5-12-2025, 11:23

“Ramiz Mehdiyev işi”: Xəyanət şəbəkəsinin ifşası və dövlətin sarsılmaz gücü

gundem / siyaset / ust / manset

25-01-2024, 18:25

Siyasi partiyalar prezident seçkisinə maraq göstərməklə şəffaflığın təmin olunmasında iştirak edirlər

gundem / siyaset

15-10-2026, 11:20

Yeni tərəfdaşlıq coğrafiyası: Azərbaycan -Laos

gundem / siyaset

15-10-2026, 11:42

Azərbaycan- Laos əlaqələri

ULUSƏS TV
Son xəbərlər
  • 18-10-2026, 10:38
    Azərbaycan və Özbəkistan həmkarlar ittifaqları arasında Memorandum imzalanıb
  • Bu gün, 10:31
    “Trabzonspor” “Harts”a, “Ayaks” “Atalanta”ya qarşı
  • Bu gün, 10:25
    İran Hörmüzdəki internet kabellərini məhv etməklə hədələdi
  • Bu gün, 10:19
    Səudiyyə Ərəbistanında hava limanına hücum - Ölən və yaralananlar var
  • Bu gün, 10:13
    “ABŞ və İsrail seçkidən sonra İrana hücum planlaşdırır” - NYT
  • Bu gün, 10:08
    Geri dönüşünü belə elan etdi - Foto
  • Bu gün, 10:04
    Bu qidalar insult və unutqanlıq yaradır
  • Bu gün, 09:55
    “Sülhə hər zamankından daha yaxınıq”
  • Bu gün, 09:42
    Ərdoğanın zəngi Türkiyədəki anti-Azərbaycan kampaniyasını bitirəcək?
  • Bu gün, 09:38
    Təyyarədə 40 santimetrlik ilan tapıldı - Uçuş ləğv edildi
  • Dünən, 13:22
    Rövşən Məmmədov – sahibkarlıq fəaliyyəti, dövlətçilik mövqeyi və insanlara qayğı prinsipləri ilə seçilən rəhbər
  • Dünən, 11:55
    Xətai rayonunda "20 Oktyabr – Energetiklər Günü" münasibətilə tədbir keçirilib+VİDEO
  • Dünən, 10:28
    Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
  • Dünən, 10:24
    Bakıdakı görüşə 250-dən artıq iştirakçı gələcək - Heydər Məmmədov
  • Dünən, 10:18
    Xəzər rayonunda müşavirə keçirildi - Fotolar
  • Dünən, 10:14
    Buzovnada mənzildə yanğın
  • Dünən, 10:09
    Ebola bu ölkəyə də sıçradı
  • Dünən, 10:02
    “Zənginləşdirilmiş uranın bir qramı da ölkədən çıxarılmayacaq”
  • Dünən, 09:58
    Fransada 12 şəhərdə komendant saatı uzadıldı
  • Dünən, 09:53
    Tramp administrasiyası 300 mindən çox vizanı ləğv edib
  • Dünən, 09:48
    Yaşıl ulduz kəşf edildi
  • Dünən, 09:45
    Trampdan Avropaya - Sərt xəbərdarlıq
  • 20-10-2026, 10:47
    “Kupça”sız evə bu yolla sənəd almaq olar
  • 20-10-2026, 10:42
    “Fənərbaxça” “Slaviya”ya qarşı
  • 20-10-2026, 10:35
    Fəlsəfə doktoru imtahanları üçün qeydiyyat elan edildi
  • 20-10-2026, 10:31
    İsrailə gizli səfər etdi
  • 20-10-2026, 10:27
    Kolumbiyada hərbi helikopter qəzaya uğradı - 19 yaralı
  • 20-10-2026, 10:22
    Yaddaşı gücləndirməyin ən asan yolu tapıldı
  • 20-10-2026, 10:10
    “Sabah”ın “Borussiya Dortmund” sınağı - ÇL
  • 20-10-2026, 10:04
    “Zelenski nə dediyini bilmir, danışıqları başqası aparmalıdır”
  • 20-10-2026, 09:59
    Məşhurlara həmin reklamları qadağan edirlər
  • 20-10-2026, 09:55
    Hər uşağa “SpaceX”dən səhm verəcək
  • 19-10-2026, 21:15
    İNSAN HÜQUQLARINA SƏDAQƏT, ƏDALƏTƏ XİDMƏT VƏ ETİMADIN TƏNTƏNƏSİ — İSMAYIL ZALOVUN RƏHBƏRLİYİ İLƏ QARİK SANDLERİN AİLƏSİNİN HÜQUQLARININ MÜDAFİƏSİ
  • 19-10-2026, 11:11
    AQEM Zirvəsi: Azərbaycanın qətiyyətli mövqeyi və yeni geosiyasi reallıqlar
  • 19-10-2026, 10:21
    Putin üçtərəfli sammit keçirmək istəyir - KİV
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə