• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Onkoloji xəstələr dövlət hesabına olmalı müalicəyə niyə pul ödəyirlər? - ARAŞDIRMA

sosial / manset

15-12-2023, 19:03

Onkoloji xəstələr dövlət hesabına olmalı müalicəyə niyə pul ödəyirlər? - ARAŞDIRMA
Azərbaycanda hazırda 62 385 onkoloji xəstə qeydiyyatdadır. Bu, Dövlət Statistika Komitəsinin (DSK) yaydığı son, yəni 2022-ci ilə aid olan göstəricidir. Həmin il ilk dəfə diaqnoz qoyulanların sayı isə 13 924-dür. Ümumdünya Səhiyyə Təşkilatı isə 2025-ci ilə qədər dünyada xərçəng xəstələrinin sayının artaraq 20 milyona çatacağını proqnozlaşdırır. Elə ölkəmizdə də xərçənglə bağlı əvvəlki illərin statistikasına baxdıqda xəstələrin sayının hər il artdığını görmək mümkündür.

Bəs artan xəstəliklə necə mübarizə aparılır? Bu xəstələrə hansı güzəştlər var?

Ölkədə bu xəstəliklə mübarizə bir neçə qanunda öz əksini tapıb. 2006-10-cu illər üçün “Onkoloji xəstələrin şiş əleyhinə əsas preparatlarla təminatı üzrə Tədbirlər Proqramı” təsdiqlənib. Proqram təsdiqləndikdən sonra onkoloji xəstələrə bir sıra dərman preparatları pulsuz verilir. Bu proqram çərçivəsində onkoloji xəstələrə dövlət hesabına verilən şiş əleyhinə dərman preparatlarının siyahısına 229 dərman və dərman preparatı daxildir.

Həmçinin, 2006-cı ildə qəbul edilən “Onkoloji yardım haqqında” Qanunun 4-cü maddəsinin 4.3 bəndində qeyd edilib ki, hər bir Azərbaycan vətəndaşı olan onkoloji xəstənin tibbi yardımı dövlət tibb müəssisələrində dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilir. Elə həmin qanunun 12-ci maddəsinin 12.1 bəndində onkoloji xəstələrin dövlət tibb müəssisələrində müayinə və müalicəsi üzrə tədbirlərin dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdirildiyi yazılıb. Bu qanunların icrası üçün dövlət büdcəsindən 2007-ci ildən vəsait ayrılır.

Ötən il Azərbaycanda onkoloji xəstəliklər üzrə tədbirlərin maliyyə təminatı çərçivəsində 48,3 milyon manat vəsait xərclənib.

Bundan əlavə, 2022-ci ildə ölkə başçısının təsdiq etdiyi “Azərbaycan Respublikasının 2022-26-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda qeyd edilib ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Səhiyyə Nazirliyi ilə birgə 2026-cı ilədək onkoloji xəstəliklərin erkən mərhələdə aşkarlanması göstəricisinin 45 faizə qaldırılmasını təmin etməlidir.

Xəstələr harada pulsuz müalicə ala bilərlər?

Azərbaycanda onkoloji xəstələrin müayinə və müalicəsi, əsasən, Milli Onkologiya Mərkəzi və Azərbaycan Tibb Universitetinin Onkologiya Klinikasında aparılır. 2022-ci ildə Milli Onkologiya Mərkəzinə büdcədən 47 milyon manat vəsait ayrılıb.

Xəstəliyin davamlı müalicə tələb etdiyi hamıya məlumdur. Xərçənglə mübarizə aparanlar müayinə və müalicələrə, qan analizlərinə, əməliyyatlara, kimyaterapiyalara xeyli pul xərclədiklərini bildirirlər. Sosial şəbəkələrdə tez-tez bununla bağlı şikayətlərə və yardım kampaniyalarına rast gəlirik. Xəstələr və xəstə yaxınları müalicə üçün xeyli məbləğdə pullarının çıxdığını bildirirlər. Etiraz edən xəstələr “dövlət büdcəsi hesabına” olmalı müalicəyə niyə pul ödədiklərindən narazılıqlarını bildirirlər. Dediklərinə görə, ötən il əməliyyatdan sonra kimyaterapiyaya 350 manat ödənilirdisə, bu il bu qiymət 450 manata yüksəlib. Bir ayda iki və ya üç kimyaterapiya, daha sonra MRT və analiz xərclərini hesablayanda bir aya 1 500 manatdan çox pul edir.

İnsanlar təkcə xəstəliyin yaratdığı ağrılarla yox, həm də xəstəxanalarda qanunda qeyd edilənlərə məhəl qoymayanlarla mübarizə aparırlar.

Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli ilə onkoloji xəstələrə konkret hansı xidmətlərin pulsuz olduğuna yenidən aydınlıq gətirmək istədik. Qurum rəsmisi Bizim.media-ya açıqlamasında onkoloji xəstələrə bütün xidmətlərin pulsuz olduğunu bildirib.

Amma xəstəliyin müalicəsində geniş yayılan kimyaterapiyanın da buraya daxil olub-olmadığı sualına cavab verməkdən imtina edib.

İstənilən halda, qanun onkoloji xəstələrə olunan bütün müayinə və müalicələrin pulsuz olduğunu diktə edir.

Məlumat üçün bildirək ki, bir neçə ildir xərçəng xəstəliyinin müalicəsinin də icbari tibbi sığorta zərfinə salınması müzakirə olunur. Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov 2022-ci ildə icbari tibbi sığorta üzrə xidmətlər zərfinə onkoloji xəstəliklərin müalicəsinin də daxil edilməsini təklif edib. Lakin o, onkoloji xəstəlikləri icbari tibbi sığorta ilə əhatə etmək üçün 200 milyon manat vəsaitin lazım olduğunu qeyd edib.

Ötən gün isə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev növbəti ilin əvvəllərində onkoloji xəstələrin icbari tibbi sığorta çərçivəsində xidmətlərlə qarşılanması ilə bağlı yeniliklərin olacağını deyib. Bu xəstəliyin müalicəsinin xidmətlər zərfinə salınması xəstəlikdən əziyyət çəkənlərin dərdinə məlhəm olacaq.

Oxunub: 135
Paylaş:
Digər xəbərlər

gundem / manset

4-01-2023, 11:19

İki yaşlı körpə qan xərçəngi ilə mübarizə aparır

ULUSƏS TV
Son xəbərlər
  • Dünən, 20:22
    Zəfər Günü GİKM-in regional bölmələrində silsilə tədbirlərlə qeyd olunub
  • Dünən, 15:37
    ПОЗДРАВЛЕНИЕ БРАТСКОМУ АЗЕРБАЙДЖАНСКОМУ НАРОДУ С ДНЁМ ПОБЕДЫ — 8 НОЯБРЯ!
  • Dünən, 15:19
    AYB və AJB-nin üzvü Şamil Cəfər: 8 NOYABR – MİLLİ QÜRURUMUZUN, DÖVLƏTİMİZİN GÜCÜNÜN VƏ XALQIMIZIN MƏĞLUBEDİLMƏZLİYİNİN TƏNTƏNƏSİ!
  • Dünən, 14:37
    "Merhemet.TV" internet televiziyasının təsisçisi, baş direktoru və Mərhəmət jurnalı-nın baş redaktoru Gülnara Həmidova: 8 NOYABR – ŞƏHİDLƏRİN QANI, ƏSGƏRLƏRİN HÜNNƏTİ VƏ XALQIN İRADƏSİ İLƏ YAZILAN ZƏFƏR TARİXİ!
  • Dünən, 14:23
    “Xezertv.info”-nun Baş redaktoru Fərid Səfərov: 8 NOYABR – MİLLİ QÜRURUMUZUN, QƏHRƏMANLIĞIMIZIN VƏ TARİXİ ƏDALƏTİN TƏNTƏNƏSİ!
  • Dünən, 13:48
    Zeferyolu.az-ın rəhbəri Jalə Ağakişiqızı: 8 NOYABR – QALİB XALQIN QÜRUR GÜNÜ, AZƏRBAYCANIN ƏBƏDİ ZƏFƏR SALNAMƏSİ!
  • Dünən, 12:34
    İlham Əliyev Xankəndidə Zəfər abidəsini ziyarət etdi - Fotolar
  • Dünən, 12:26
    “Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar”
  • Dünən, 12:17
    Tokayev Əliyevi təbrik etdi
  • Dünən, 12:12
    Şahbaz Şərifdən Zəfər Günü təbriki
  • Dünən, 12:08
    Zakir Həsənov və Kərim Vəliyev şəhid ailələri ilə görüşdü - Fotolar
  • Dünən, 12:00
    Polşada 6 nəfəri öldürən həmin şəxsin evində 3 meyit tapılıb
  • Dünən, 11:55
    “Son tapşırığımız Şuşaya gedən yolu bağlamaq idi” - Vətən Müharibəsi Qəhrəmanı danışır
  • Dünən, 11:50
    Hamımızın yumruq olduğu gündür!
  • 7-11-2026, 17:50
    Məcid Məmmədov: “Qarabağ Zəfəri Azərbaycan xalqının sarsılmaz iradəsinin və milli birliyinin təntənəsidir”
  • 7-11-2026, 17:30
    “Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu”nun rəsmi açılış mərasimi keçirilib
  • 7-11-2026, 17:08
    Xankəndi Stadionu açıldı
  • 7-11-2026, 16:11
    8 NOYABR – SONSUZLUĞUN FƏLSƏFƏSİ!
  • 7-11-2026, 15:42
    BAŞ DAŞLARINI QEYRƏT AĞACITƏK UCALDANLARIN HEKAYƏSİ – SONSUZLUĞUN FƏLSƏFƏSİ!
  • 7-11-2026, 14:00
    8 noyabr: Azərbaycanın tarixi Zəfərinin təcəssümü
  • 7-11-2026, 13:22
    Binəqədi Bələdiyyəsinin sədri Mürsəl Seyfulla oğlu Eminov: 8 NOYABR – AZƏRBAYCAN TARİXİNƏ QIZIL HƏRFLƏRLƏ YAZILAN BÖYÜK ZƏFƏR GÜNÜ!
  • 7-11-2026, 11:29
    Sabunçu Rayon Polis İdarəsinin rəisi polis polkovniki Cavid Muradov: 8 NOYABR – ZƏFƏR GÜNÜ: AZƏRBAYCAN XALQININ QÜRUR, ŞƏRƏF VƏ QƏHRƏMANLIQ TARİXİ
  • 7-11-2026, 11:14
    “Robotlar insanlardan daha məhsuldar olacaq”
  • 7-11-2026, 11:06
    “Şəfa” “Araz-Naxçıvan”a, “Zirə” “Qəbələ”yə qarşı
  • 7-11-2026, 11:01
    Sürücülərin nəzərinə!
  • 6-11-2026, 17:26
    Sumqayıtda Zəfər Günü münasibətilə genişmiqyaslı ağacəkmə aksiyası keçirilib
  • 6-11-2026, 17:19
    Bu başçılar Polad Həşimovun anasını ziyarət etdilər - Foto
  • 6-11-2026, 15:46
    SİZ CAN VERDİNİZ, VƏTƏN YAŞASIN...
  • 6-11-2026, 14:17
    ZƏFƏR TARİXİNİN MÜƏLLİFİ... ALİ BAŞ KOMANDANIM!
  • 6-11-2026, 14:13
    Şuşa Zəfəri: şanlı Qələbənin rəmzi
  • 6-11-2026, 13:44
    “VƏTƏNİMDİR, VƏTƏNİMDİR, VƏTƏNİM!..”
  • 6-11-2026, 13:16
    HESABI AXIRDA KƏSƏN MİLLƏTƏM!
  • 6-11-2026, 11:10
    ATU-da Zəfər Gününə həsr olunmuş silsilə tədbirlər keçirildi - Fotolar
  • 6-11-2026, 11:04
    Fatmayıda evdə partlayış, 2 nəfər yaralandı
  • 6-11-2026, 10:59
    “Omid” mağazalar şəbəkəsinin rəhbəri həbs edildi
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə