• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

On manata görə kiminsə balası ölməlidir?

sosial / manset

16-02-2024, 17:36

On manata görə kiminsə balası ölməlidir?
Kubra Məhərrəmova yazır...

Guya Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) narkoman sürücülərdən xəbəri yox idi? Siz Allah bəsdirin, güldürməyin də bizi. Bu qədər videolar çəkilir, bu qədər şəhər kameralarına görüntülər düşür, amma nədənsə AYNA bu gün hərəkətə keçir... Bu gün agah oldu onlara baş verənlər?

Qısaca məlumat verim ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən taksi şirkətlərinə sürücülərini narkoloji testə göndərməyin təmin edilməsi ilə bağlı tapşırıq verib.  Buna səbəb isə bir neçə gün əvvəl ailə üzvlərini qətlə yetirməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Əhməd Mehman oğlu Əhmədovun psixoloji problemlərinin olması və taksi sürücüsü kimi fəaliyyət göstərməsi ilə bağlı məlumatların yayılması olub. Hətta bəzi şahidlər bildiriblər ki, adam narkotik istifadəçisi də olub.

Bir dəli quyuya daş atdı, yüz ağıllı gəlib bir iş görə bilmədi... Sözümün canı odur ki, guya AYNA-nın xəbəri yox idi taksi fəaliyyəti ilə məşğul olanların - anasında küsən, atasından qaçan, sərxoş olan, olmayan, bəzi taksi sürücülərinin vəziyyətindən?

Azı həftədə bir dəfə Daxili İşlər Nazirliyi dəstə-dəstə narkotik vasitələrin daşınmasını həyata keçirən, narkotik vasitələrin təsiri altında nəqliyyat vasitəsini idarə edən taksi sürücülərini müəyyən edərək saxlayır, sərnişinlər qeyri-adekvat taksi sürücülərinin videolarını çəkib sosial şəbəkələrə yayır...

Bunların heç birini görməyib AYNA? 

İkincisi, həmin adamlara sağlamlıq haqqında arayışı verənlər imam övladlarıdır?

Heç nə yox, düz 8 ay əvvəl Baku Tv-nin əməkdaşları Azərbaycan Respublika Səhiyyə Nazirliyi “Bakı Şəhər Narkoloji Mərkəzi”ndə gizli çəkiliş etmişdilər. Cəmi onca manata arayış almışdılar həkimdən. Özü də heç bir testdən, yoxlanmadan keçmədən. Sürücü gəlir, 10 manatını verir həkimə, sürücü sərxoş olsa belə ayıqlığı təsdiq edən kağızını alır, gedir taksi sürməyə. Onların idarə etdiyi nəqliyyat vasitəsinə də uşaq minir, böyük minir, qız-qadınlarımız minirlər...

Məni danışmağa vadar edən isə odur ki, gərək hökmən ölüm-itim olsun, sonra qurumlar hərəkətə keçsinlər?

Olmaz ki, elə bu hadisələr baş verməmişdən əvvəl kimsə əlini daşın altına qoysun? Yoxsa elə əl stolun altından, siyirmənin içindən “10 manatı” götürmək üçün lazımdır? 10 manata görə kiminsə balası ölməlidir? 

Amma görünən odur ki, bu, çoxlarını narahat etmir. Əhməd bir tərs şillədir ki, cəmiyyətin üzünə dəydi. Birdən hamı ayıldı ki, hansı ruhi dispanserdə yatıb ki, bunu anasının xahişi ilə azadlığa buraxıblar? Birdən hamı ayıldı ki, Əhməd bu diaqnozla taksi fəaliyyəti göstərib. 
Birdən hamıya agah oldu ki, Əhmədi 21 yaşında Hərbi Komissiyada qeydiyyatdan keçəndə 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının aktına əsasən, çağırışçıya “Şizofrenəbənzər pozuntu” diaqnozu təyin edilib. Birdən ayıldıq ki, Əhməd həm dinc dövrdə, həm müharibə dövründə hərbi xidmətə yararsız hesab edilib. Birdən bizə çatdı ki, cəmiyyətdə yüzlərlə belə cibində “dəlilik kağızı” olanlar var. Qəfil bəzi qurumlara çatdı ki, kimisə, nəyisə yoxlamaq lazımdır. 

Adım kimi əminəm ki, uzağı 5-10 günə bu məsələ də yaddan çıxacaq. Arada arayışların “qiyməti” qalxacaq. Lap üstünə getsək taksinin qiyməti qalxacaq. Elə beləcə özümüzü aldadıb, dəliləri yola verib yaşayırıq.

Mənbə: Oxu.az

Oxunub: 139
Paylaş:
Digər xəbərlər

gundem / kriminal / ust / manset

16-02-2024, 10:34

Bakıda törədilən dəhşətli qətl rəsmi qurumu hərəkətə keçirdi: AYNA-dan mühüm tapşırıq

gundem / kriminal / manset

14-02-2024, 14:42

Ailəsinin beş üzvünü qətlə yetirməkdə şübhəli bilinən şəxsi hansı cəza gözləyir? - AÇIQLAMA

ULUSƏS TV
Son xəbərlər
  • Bu gün, 11:36
    Elbəy Fətəliyevin özbaşınalığı ilə bağlı nəticə videosu çəkmək istəyirəm.
  • Bu gün, 10:28
    Prezident daha bir dövlət proqramını təsdiqlədi
  • Bu gün, 10:24
    Evdə hazırladıqlarını bazarda satanlar cərimələnəcək? - Açıqlama
  • Bu gün, 10:20
    “Tamstore” marketlər şəbəkəsində iş imkanları sizləri gözləyir
  • Bu gün, 10:17
    Bu marşrutun hərəkət sxemi dəyişdirildi
  • Bu gün, 10:13
    Azərbaycan qazının Bolqarıstana tədarükü genişləndirilə bilər
  • Bu gün, 10:05
    “Düşünmürəm ki, Putin buna hazırdır”
  • Bu gün, 10:01
    Sürücü yuxulayıb maşını aşırdı - Heyvanlar tələf oldu
  • Bu gün, 09:55
    ABŞ Əraqçiyə əlavə mühafizə ayırdı
  • Bu gün, 09:52
    “Minlərlə FTB əməkdaşının məlumatları oğurlanıb”
  • Bu gün, 09:48
    Ceyhun Bayramov Trampın ev sahibliyi ilə keçirilən qəbulda iştirak etdi
  • Dünən, 21:13
    Nadanlığın da bir həddi var, yaxud itin adı niyə Mehdi oldu?
  • Dünən, 10:18
    Bakıda 5 məktəb onlayn təhsilə keçdi
  • Dünən, 10:14
    Qaxda kafedə bıçaqlanma - Saxlanılan var
  • Dünən, 10:09
    Tehrandan Vaşinqtona sərt mesaj
  • Dünən, 10:05
    Yeyib-içmək qanlı bitdi
  • Dünən, 10:00
    BMT Baş Assambleyasının 81-ci sessiyası başlayır - Quterreş üçün son iclas
  • Dünən, 09:56
    ABŞ-də işçilər kabeli kəsdilər - Minlərlə uçuş dayandırıldı
  • Dünən, 09:52
    F1-də qaydalar dəyişir - Məsafə də azaldılacaq
  • Dünən, 09:48
    Körfəz ölkələri üçün 10 milyardlıq plan - Yarısını ABŞ verəcək
  • Dünən, 09:45
    Tarixin ilk sülh müqaviləsinin fraqmenti tapıldı
  • Dünən, 09:41
    Pezeşkianın ABŞ səfəri öncəsi diqqətçəkən qərar
  • 21-09-2026, 13:07
    Hər kəs öz hekayəsinin qəhrəmanıdır... Qalibin yaşı olmur... Kiçik qəhrəmanın Böyük yolu
  • 21-09-2026, 11:46
    ABŞ-yə üçgünlük səfər edəcək - Tramp dəvət edib
  • 21-09-2026, 11:38
    “Sənə hansısa Həsən, Hüseyn yox, deputat zəng edib”
  • 21-09-2026, 11:32
    “Ay nazirlər, hünəriniz çatırsa, o camaatın qarşısına özünüz çıxın!”
  • 21-09-2026, 11:28
    “Hamını Bakıdakı xəstəxanalara toplamaqla böyük növbə yaratmağa ehtiyac yoxdur”
  • 21-09-2026, 11:23
    Zakir Həsənovla Kərim Vəliyev hərbi polisin fəaliyyəti ilə tanış oldu
  • 21-09-2026, 11:16
    “Aidiyyəti qurumlara müraciət etdik, amma özüm də utandım”
  • 21-09-2026, 11:12
    “Şəhərdəki tıxaclara görə vətəndaşlardan üzr istəməlidirlər”
  • 21-09-2026, 10:50
    İrandan ABŞ-yə xəbərdarlıq
  • 21-09-2026, 10:30
    Darmadağından sonra istefa verdi
  • 21-09-2026, 10:25
    Bakıda tədbirdə monitor qadının üstünə aşıb
  • 20-09-2026, 16:28
    Ata və oğulun əbədi xatirəsi...
  • 20-09-2026, 12:42
    XİN-dən Dövlət Suverenliyi Günü ilə bağlı - Bəyanat
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə