• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Bayram gəlməmiş ət bahalaşdı

sosial / manset

30-05-2024, 11:28

Bayram gəlməmiş ət bahalaşdı
Azərbaycanda heyvan bazarında qiymətlər artıb, xüsusilə də xırdabuynuzlu heyvanların qiymətində artım hiss olunur. Bunun isə iyunun 16-17-də qeyd olunacaq Qurban bayramı ilə bağlı olduğu deyilir.

Digər tərəfdən, Rusiyanın Samara şəhərində xırdabuynuzlu heyvanlar arasında yayılan brüsellyoz xəstəliyi ilə əlaqədar bölgədə karantin tətbiq edilib. Bununla əlaqədar xəstə heyvanların müalicəsi, kəsilməsi və sağılması qadağan olunub. Ekspertlərə görə, ölkəmiz ət istehlakı baxımından idxaldan asılıdır. Gürcüstan bazarına tətbiq olunan məhdudiyyətdən sonra Rusiya bazarında yarana biləcək problem də qoyun ətinin qiymətində artıma səbəb ola bilər. Yəni Azərbaycana idxal olunan qoyun ətinin qiyməti bahalaşa bilər. Bu heyvanların da idxalda böyük hissəsi Rusiya və Gürcüstanın payına düşür.

Rusiya mediası yazır ki, xırdabuynuzlu heyvanlar arasında brüsellyoz xəstəliyi böyük sürətlə yayıldığından regionda karantin elan edilib. Xəstə heyvanların müalicəsi, keçi və qoyunların sağılması qadağan edilib.

Onu da qeyd edək ki, ötən il Azərbaycana 25 milyon 102 min dollar dəyərində 320 min 543 baş diri qoyun idxal edilib ki, bu da əvvəlki illə müqayisədə say baxımından 65% və ya 125.9 min baş, dəyər baxımından isə 58% və ya 9.2 milyon dollar deməkdir. Məlumdur ki, Gürcüstan Azərbaycanın əsas xırdabuynuzlu heyvan idxalı bazarıdır. Belə ki, 2023-cü ildə Gürcüstandan ölkəyə 16 milyon 414 min dollar dəyərində 218 min 191 baş diri qoyun idxal edilib. Əvvəlki illə müqayisədə Gürcüstandan diri qoyun idxalı 24% və ya 42,3 min baş artıb. Ötən il Gürcüstandan Azərbaycana diri qoyun idxalı ölkəyə gətirilən ümumi qoyun idxalının 68%-ni təşkil edib.

“Qafqazinfo” xəbər verir ki, iqtisadçı ekspert Xalid Kərimli mövzu ilə bağlı “Yeni Müsavat”a ətin bahalaşmasının səbəblərini açıqlayıb.

O bildirib ki, Qurban bayramı ərəfəsində əvvəlki həftələrlə müqayisədə ət daha baha olur: “Amma Qurban bayramı ilə əlaqəli bahalaşma bir-iki həftə sonra aradan qalxır. Ətin bahalaşmasının əsas səbəbi bir sıra məqamlarla bağlıdır. Xırdabuynuzlu heyvanların sayına baxsaq, yəni 2015-2016-cı illərlə müqayisə etsək, həmin dövrdə saxlanılan keçi və qoyunların sayı 8,7-8,8 milyon baş idi. 2023-cü ilin axırında isə xırdabuynuzlu heyvanların sayı 7,8 milyon başa düşüb. Təqribən 9 min baş heyvan azalıb, bu da 10 faizdən çox azalma deməkdir. Əhalinin ət istehlakına baxanda, 2015-2016-cı illərlə müqayisədə 2023-2024-cü illərdə bizim ət istehlakımız (qoyun, keçi əti) əksinə, 20 faiz artıb. Bir tərəfdən qoyunların sayı azalıb, digər tərəfdən tələbat artıb. Çünki əhalinin sayı artıb, bu da istehlakı artırır”.

İqtisadçı əlavə edib ki, qoyunun, keçinin azalmasının səbəbi həm də otlaq sahələrinin azalması ilə bağlıdır: “Otlaq sahələrinin azalması da iki səbəbdən olur. Birincisi, əkinçilik, bağçılığın salınmasıdır. Bunların hamısı qoyunların otlaq yerinin azalmasına gətirib çıxarıb. Bakıətrafı sahələrdə də çox yer çöllük idisə, indi evlər tikilib. Yəni otlaq yerlərinin sayı bu səbəblərdən azalıb. Otlaq yerlərinin azalmasının ikinci səbəbi isə şoranlaşma, iqlim dəyişikliyi, kultivasiya sistemlərinin düzgün aparılmaması ilə bağlıdır. Göyçay, Ağdaş, Ağsuda torpaq ağappaqdır. Digər tərəfdən, insanlar şəhərə meyllənmə səbəbindən ev təsərrüfatı ilə məşğul olmurlar. Təbii ki, qiymətlərin artması insanların bu işə yenidən qayıtmasına həvəsləndirəcək. Amma bunu bir müddət sonra görəcəyik.

Digər bir məqam həmin periodda həm də yemin bahalaşmasıdır. Otlaq bahalaşır, yem bahalaşır, bununla da xərc artır. May-iyunda ot ucuzdur deyirik, heyvandarlıqla məşğul olan təkcə may-iyunda məşğul olmur ki, qış ayları da var. Xərclər də çoxdur, tələbat da”.

Ekspert qiymətlərin artmasının bir səbəbini də Gürcüstanda ət ixracına qoyulan məhdudiyyətlə əlaqələndirib: “Rusiyada brüssellyoz yayılıb, hələ də təsiri olmasa da, xəbərin yayılması bazarlarda hiss olunur. Bizim idxalımız əsasən, Rusiya, Gürcüstandadır. 2022-ci ildə 192 min baş xırdabuynuzlu heyvan idxal olunub. 2023-cü ildə bu, 312 min baş artıb. Gürcüstandan 2022-ci ilə 162-170 min baş heyvan gətirilmişdisə, keçən il 212 min baş diri qoyun-keçi idxal olunub. Əvvəldə dediyim kimi, tələbata əsasən qiymətlər artıb. Yay aylarında daha da artacaq”.

Oxunub: 118
Paylaş:
Digər xəbərlər

iqtisadiyyat / manset

25-04-2023, 11:38

AQTA rəsmisi: “Dabaq və xırdabuynuzlu heyvanların arasında taun xəstəliyi üzərində işlər aparırıq”

iqtisadiyyat / manset

7-03-2023, 08:40

Ətin bahalaşmasının səbəbi nədir? - AÇIQLAMA

iqtisadiyyat / manset

25-04-2023, 11:42

“İşğaldan azad olunmuş ərazilərdə xəstəliklərdən azad zonalar yaradılması prioritet istiqamətlərdəndir”

gundem / ust / manset

11-07-2023, 11:43

Azərbaycanda ət bahalaşacaq - AÇIQLAMA

ULUSƏS TV
Son xəbərlər
  • Bu gün, 13:42
    “Dəyişən dünyanın dəyişməz insanları” layihəsində...
  • Bu gün, 12:32
    İlham Əliyevin FIFA prezidenti ilə görüşündən maraqlı
  • Bu gün, 12:28
    Prezident İnfantinonu qəbul etdi
  • Bu gün, 12:16
    “Faiq Məmmədov Qarabağ Universitetində heç vaxt çalışmayıb” - Rəsmi
  • Bu gün, 12:03
    Nazir görüş keçirdi
  • Bu gün, 11:49
    Bakı bu il gözlənilən leysanlara nə dərəcədə hazırdır?
  • Bu gün, 11:44
    Azərbaycanlılara qarşı etnik təmizləmənin BMT müstəvisində müzakirəsi
  • Bu gün, 11:37
    Qazi aşpazın ölüm səbəbi - Şüşəyə yumruq vurubmuş...
  • Bu gün, 11:31
    Konsertdən 1 saat əvvəl xəsarət alsa da, səhnəyə çıxıb
  • Bu gün, 11:26
    Turşu hazırlayarkən yıxıldı - Əlindəki bıçaqdan xəsarət aldı
  • Dünən, 14:53
    Azərbaycan regionda ən rəqabətqabiliyyətli iqtisadiyyata malik ölkədir
  • Dünən, 13:21
    ƏDALƏT, ŞƏFFAFLIQ VƏ HUMANİZM — MƏHKƏMƏ PROSESİNDƏ HÜQUQUN ALİLİYİ
  • Dünən, 10:49
    ANIM GÜNÜ İLƏ BAĞLI GİKM-İN REGİONAL NÜMAYƏNDƏLİK VƏ BÖLMƏLƏRİNDƏ SİLSİLƏ TƏDBİRLƏR KEÇİRİLİB
  • Dünən, 09:28
    Həkimləri çağırışa çatdıran sürücü - Sükan arxasında öldü
  • Dünən, 09:24
    Novxanı- Pirşağı yolunda ağır qəza - 2 nəfər yaralandı - Video
  • Dünən, 09:18
    Bakının bu ərazilərində işıq olmayacaq
  • Dünən, 09:12
    Meloni İlham Əliyevə təşəkkür etdi
  • Dünən, 09:08
    Bioloji yaşlanmanın qarşısını almağın yolu açıqlandı
  • Dünən, 09:02
    İran Hörmüzdə ABŞ-yə məxsus pilotsuz sualtı aparatı ələ keçirdi
  • Dünən, 08:59
    Serbiya Prezidenti istefa verdi
  • Dünən, 08:55
    “Suveren Azərbaycan çoxlarının kabusu və qorxunc röyası idi!” - Elşən Musayev
  • Dünən, 08:40
    Çin İrandan üz çevirir? - Ağ Evdəki görüşün detalları
  • Dünən, 08:36
    “Səfərdən bir xalla qayıtmağımız sevindiricidir” - Ayxan Abbasov
  • 27-09-2026, 21:05
    Ağırlıqqaldırma üzrə tələbələr arasında ilk dünya çempionumuz Tehran Məmmədov Vətənə qayıdıb
  • 27-09-2026, 20:50
    AZƏRBAYCAN RESPUBLİKASI İNSAN HÜQUQLARI MÜDAFİƏSİ, REPUBLIC OF AZERBAIJAN – DEFENDING HUMAN RIGHTS, İnsan Hüquqları Müdafiəsi — Defending Human Rights şirkətinin rəhbəri, Beynəlxalq hüquq müdafiəçisi İsmayıl Zalovdan mühüm bəyanat
  • 27-09-2026, 19:28
    İmişlidə 27 Sentyabr – Anım Günü dərin ehtiramla qeyd olunub
  • 27-09-2026, 15:33
    Əli Nağıyev və Orxan Sultanov Zəfər parkını ziyarət etdi
  • 27-09-2026, 14:45
    “YAP-ın qurultayı növbədənkənar xarakter daşımır”
  • 27-09-2026, 12:35
    “AzərEnerji” və “Azərişıq” rəhbərliyi şəhidlərin xatirəsini andı
  • 27-09-2026, 12:30
    Prezidentlə xanımı Bakıdakı Zəfər parkında
  • 27-09-2026, 12:10
    Əli Əsədov, Sahibə Qafarova və Samir Nuriyev Zəfər parkında
  • 27-09-2026, 12:05
    DİN-in şəxsi heyəti şəhidlərin xatirəsini andı
  • 27-09-2026, 11:55
    Zakir Həsənovla Kərim Vəliyev şəhidləri andı
  • 27-09-2026, 10:30
    "Best Energy Group" MMC-nin təsisçisi və direktoru Sahib Süleymanov: 27 Sentyabr – Şəhidlərimizin əziz xatirəsi qarşısında baş əyirik
  • 26-09-2026, 17:53
    Peşəkarlıq, diqqət və insanlıq – Emin doktor haqqında şəxsi düşüncələrim
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə