• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

“Anam dedi ki, tez qayıt, atana iynə vurdum, öldü”

sosial / manset

12-06-2024, 12:18

“Anam dedi ki, tez qayıt, atana iynə vurdum, öldü”
Masallı rayon Çaxırlı kənd sakini Şahnami Xiləlzadə atasından ona qalmış 300 hektara yaxın taxıl sahəsinin başqa şəxslər tərəfindən ələ keçirildiyini iddia edir.

“Qafqazinfo”ya müraciət edən Ş.Xiləlzadə əkin sahələrinin anası və bibisi tərəfindən ələ keçirildiyini, onların əlbir olaraq ona tələ qurduğunu deyib.

Şikayətçi iddia edib ki, ötən ilin dekabrında atası Taleh Əkbərov müəmmalı şəkildə ölüb. Hər şey də bundan sonra başlayıb:

“Ötən ilin 6 dekabr tarixində gecə saatlarında kiçik bibim Şəhla Abdullayeva mənə dəfələrlə zəng edərək evinə çağırdı, ailəmlə birgə məni qonaq çağırdı. Yoldaşım, uşaqlarımla birgə onlara getdik. 30-40 dəqiqə keçmişdi ki, atamın telefonundan mənə zəng gəldi. Anam atamın telefonu ilə zəng edərək dedi ki, “tez evə qayıt, atana iynə vurdum, atan öldü”. Ayaqyalın halda qaça-qaça evə qayıtdım, çatanda gördüm ki, atam artıq keçinib. Atamın nəşini xəstəxanaya apardım, amma başda kiçik bibim Cəvahir olmaqla meyiti yarmağa, ekspertiza keçirərək ölüm səbəbini öyrənməyə imkan vermədilər”.

Şahnami Xiləlzadə iddia edib ki, atasını anası Şəhla Əkbərova bibisi Cəvahirlə əlbir olaraq qəsdən iynə vuraraq qətlə yetirib: “Atam kənd sakinlərinə məxsus olan pay torpaqlarını onlarla icarə müqaviləsi imzalayaraq almışdı. Təxminən 300 hektar ərazidir və bu ərazilərdə taxıl əkib. Atamın vəfatından təxminən 2 ay sonra mənə məlum oldu ki, atam qəsdən öldürülüb. Bu işdə Cəvahir bibimin xüsusi marağı olub. Məqsəd də atamın var dövlətini, əkin sahələrini ələ keçirmək olub. Bibim və anam əlbir olaraq atamla mənim birgə götürərək əkdiyimiz sahələri ələ keçirərək biçdiriblər. Bütün taxılları da bibimin və digər şəxslərin həyətlərinə yığaraq oradan satdırırlar. Mən isə dövlət şirkətindən lizinq yolu ilə kombayn götürmüşəm, onun kreditini verməliyəm, min əziyyətlə əkdiyim sahələri biçməliyəm. Amma imkan vermirlər. Hər dəfə məndən polisə şikayət edirlər. İşləməyə imkan vermirlər. Rəhmətlik atamla əkdiyim sahələrə də buraxmırlar. İcarəyə götürüb əkdiyimiz sahələri özümüz biçək. Bibimlə anam hamısını ələ keçirib”.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru Məhəmməd Rzayev “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, vətəndaş Ş.Xiləlzadənin qohumları ilə aralarında olan mübahisəsi ilə bağlı Masallı Rayon Polis Şöbəsinə şikayəti daxil olub: “Hadisə ilə bağlı təhqiqat araşdırması aparılıb və qərar qəbul edilib. Bundan əlavə qarşı tərəfin müraciəti əsasında da hazırda araşdırmalar davam etdirilir. Polis əməkdaşlarının həmin məsələni araşdırmaması ilə bağlı səsləndirilən iddialar isə həqiqəti əks etdirmir və heç bir əsası yoxdur”.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, tərəflər arasında mülkiyyət mübahisəsi ilə bağlı məhkəməyə artıq müraciət daxil olub və yaxın günlərdə məhkəmə çəkişməsi başlayacaq.

Oxunub: 124
Paylaş:
Digər xəbərlər
ULUSƏS TV
Son xəbərlər
  • Bu gün, 10:17
    “Səyyar Gənclər Xidməti” fəaliyyətini Yardımlıda uğurla davam etdirib
  • Bu gün, 10:09
    Ağdaşda kənd təsərrüfatı ilə bağlı tədbir keçirildi - Fotolar
  • Bu gün, 10:05
    17 yolda tıxac var - Siyahı
  • Bu gün, 10:01
    “ChatGPT”yə oğlunu öldürmək istədiyini yazdı - Həbs edildi
  • Bu gün, 09:56
    Lənkərandakı ağır qəzada ölənlərin kimliyi bilindi - Yenilənib
  • Bu gün, 09:49
    Kral taxtından imtina edib - Həvəskar qapıçı olmağı seçdi
  • Bu gün, 09:45
    “Cəhənnəm sanksiyaları” qəbul edildi
  • Bu gün, 09:42
    ABŞ Mahmud Abbasa viza vermədi
  • Bu gün, 09:34
    Şahzadə Diana haqqında kitabın ilk nüsxələri nəşrdən əvvəl oğurlandı
  • Bu gün, 09:32
    “Faiz dərəcələrini tez bir zamanda endirin” - FED-ə çağırış etdi
  • Bu gün, 09:28
    13 saat parlamentin tualetində bağlı qaldı - Xəstəxanalıq oldu
  • Dünən, 20:33
    Prezidentdən Ülvi Quliyevlə bağlı - Sərəncam
  • Dünən, 20:32
    Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurasına Şikayət
  • Dünən, 18:01
    Xuraman Muradova: Bir kişi güclüdürsə, onun ruhunda bir qadın sevdası var
  • Dünən, 16:44
    Diplomatik səfərə qarşı Ermənistanın reaksiyası təəssüf doğurur
  • Dünən, 16:27
    Türk dünyası və İslam həmrəyliyi
  • Dünən, 10:36
    Dövlət Proqramı ilə bağlı Qobustanda görülmüş işlər barədə tədbir keçirildi - Fotolar
  • Dünən, 10:26
    İşdən çıxarılan həkim qardaşına yeni vəzifə verildi
  • Dünən, 10:20
    “Səmərəli müzakirələri yüksək qiymətləndirirəm”
  • Dünən, 10:16
    ABŞ-də neft ehtiyatları gözlənilmədən artdı - Qiymətlər endi
  • Dünən, 10:12
    Süni intellektlər öz aralarında yeni bir dil yaratdı
  • Dünən, 10:08
    Evini təmizləyərkən peçenye qutusunda sərvət tapdı
  • Dünən, 09:52
    Qeşm adası yaxınlığında partlayış səsləri eşidildi
  • Dünən, 09:48
    “Azərbaycan və BƏƏ sabitlik və dialoqa töhfə verir” - Hikmət Hacıyev
  • Dünən, 09:44
    Azərbaycan və BƏƏ arasında münasibətlərin möhkəmləndirilməsi müzakirə edildi
  • Dünən, 09:39
    İsrailə 40 min bomba satacaqlar
  • 15-09-2026, 11:19
    Fərid Eyvazovun “Alliance Clinic”ində 146 manatlıq çek qalmaqalı
  • 15-09-2026, 10:23
    “Bakcell”dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
  • 15-09-2026, 10:18
    “Nəticələr uğurlu olarsa, təmayül modeli genişləndiriləcək”
  • 15-09-2026, 10:14
    Bu yollarda “Yaşıl dalğa” rejimi tətbiq edilir
  • 15-09-2026, 10:10
    124 min uşaq üçün ilk zəng çalınır
  • 15-09-2026, 10:07
    İlk dəfə kosmosda silah yerləşdirdiklərini etiraf etdilər
  • 15-09-2026, 10:03
    Ağaclara da hüquq verdilər
  • 15-09-2026, 09:56
    NATO qırıcıları Litva hava məkanına daxil olan dronu vurdu
  • 15-09-2026, 09:52
    Ürəyində tikiş iynəsi aşkarlandı
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə