• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

“Sağdan qəfil çıxıb maşınımı vurdu, məni də günahkar çıxarırlar”

sosial / manset

31-08-2024, 12:45

“Sağdan qəfil çıxıb maşınımı vurdu, məni də günahkar çıxarırlar”
Ağdam rayon sakini İsa İsmayılov “BMW” markalı avtomobili ilə düşdüyü qəzaya görə açılmış cinayət işinin ibtidai istintaqından narazıdır.

“Qafqazinfo”ya müraciət edən İ.İsmayılov bildirib ki, hadisə ​ötən ilin 19 dekabrında Hacıqabul-Mincivan yolunun Füzuli rayonunun girişindən keçən 139-cu km-də baş verib.

Onun sözlərinə görə, qəza zamanı avtomobili ilə öz yolunda hərəkət edirmiş və yolun sağ hissəsindən kənarda dayanan maşın qəfil manevr edib: “Həmin vaxt idarə etdiyim “BMW” markalı 77-LV-556 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən yolun sağ kənarında park halında olan “Nissan X Trail” markalı 77-CZ-389 dövlət qeydiyyat nişanlı maşın qəfil manevr edərək avtomobilimi vurdu. Zərbənin təsirindən avtomobilim yoldan çıxaraq ağaca çırpıldı. Həmin vaxt avtomobili saatda 90 kilometr/saat sürətlə idarə edirdim və qəzadan heç cür yayına bilməzdim”.

Şikayətçi bildirib ki, qəza nəticəsində hər iki avtomobilə xeyli ziyan dəyib, həmçinin idarə etdiyi “BMW” markalı avtomobildə olan şəxslərdən biri az ağır xəsarət alıb. Bununla bağlı Füzuli RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 263.1-ci  (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə iş açılıb: “Mən işi aparan müstəntiqə birinci dəfə ifadə verəndə hadisədən yayınmağa çalışdığımı və maşını sola doğru çəkdiyimi dedim. Düşündüm ki, belə deməklə hadisədə günahsız olduğum daha aydın görünər. Lakin ekspertiza bunu əsas götürərək elə rəy verib ki, guya mən qəzanın baş verməsinin qarşısını əvvəlcədən ala bilərdim. Beləliklə, həm mənim, həm də yolun kənarındakı torpaq sahədən çıxaraq avtomobilimi vuran digər nəqliyyat vasitəsinin günahkar olması barədə rəy verilib. Daha sonra ifadə verərək əslində həmin vaxt qəzadan yayınmaq imkanımın olmadığını, nəqliyyat vasitəsini kənara çəkməyə fürsət belə tapmadığımı bildirdim. Lakin bu ifadəm əsasında müstəntiq tərəfindən əlavə yol nəqliyyat hadisələri ekspertizası təyin edilmir”.

İ.İsmayılov məsələ ilə bağlı yenidən ekspertizanın keçirilməsinin vacib olduğunu düşünür: “Yol hərəkəti haqqında” Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən sürücü hərəkət üçün yaranmış təhlükəni gördüyü andan hadisənin qarşısını almaq üçün tədbir görməlidir. Ona görə də hesab edirəm ki, “Nissan X Trail” markalı 77 CL 389 dövlət qeydiyyat nişanlı avtomobilin yolun hərəkət hissəsin sağ kənarından hərəkətə başlayaraq dönmə əməliyyatına başladığı andan toqquşmaya kimi 2 metr məsafə qət etməsi nəzərə alınmaqla, əlavə yol-nəqliyyat hadisəsi ekspertizası təyin edilməlidir. Təkrar ekspertiza ilə düstura uyğun yenidən hesablanma aparılmalı və obyektiv nəticəyə gəlinməlidir. Mən ömür boyu cinayət əməli törətməmişəm, kiçik qayda pozuntularına belə yol verməmişəm. Həyatımın bu mərhələsində törətmədiyim və yayınmaq imkanım olmadığı hadisəyə görə məsuliyyətə cəlb edilməyim məni çox narahat edir”.

Şikayətlə əlaqədar Ədliyyə Nazirliyinə müraciət etdik. Qurumun Mətbuat xidmətindən mövzu ilə bağlı sorğumuza cavab olaraq bildirildi ki, qeyd olunan iş üzrə Füzuli Rayon Polis Şöbəsinin İstintaq bölməsinin 31.12.2023-cü il və 15.03.2024-cü il tarixli qərarları ilə ilkin və əlavə yol-nəqliyyat hadisələrinin ekspertizaları təyin edilib: “İstintaq tərəfindən təqdim olunan məlumatlar əsasında müvafiq olaraq 12.02.2024-cü il və 29.04.2024-cü il tarixlərdə rəy verilib.

Cinayət-Prosessual Məcəlləsinin 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılır və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilir. Cinayət-Prosessual Məcəlləsinin 267-ci maddəsinə əsasən, ekspertin rəyi ilə razılaşmadıqda tərəflər təkrar və ya əlavə ekspertizanın təyin edilməsi ilə bağlı istintaq orqanına vəsatət verə bilər”.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan saytımıza bildirilib ki, sözügedən yol-nəqliyyat hadisəsi ilə bağlı Füzuli Rayon Polis Şöbəsində cinayət işi başlanılaraq müvafiq ekspertizalar təyin edilib: “Vətəndaş İ.İsmayılov qərardan narazı qaldığından onun müraciəti əsasında növbəti ekspertizanın təyin edilməsi barədə qərar qəbul olunub. Təkrar ekspertiza zamanı verilən rəydə İ.İsmayılovun iddiaları sübuta yetirilməyib. Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir”.

Oxunub: 155
Paylaş:
Digər xəbərlər

sosial / bolge / manset

7-04-2023, 08:17

Gəncədə minik avtomobili evə çırpıldı

ULUSƏS TV
Son xəbərlər
  • Dünən, 14:01
    GÜLNARA HƏMİDOVA – SÖZÜNƏ, QƏLƏMİNƏ VƏ İNSANLIĞINA SADİQ ÖMÜR YOLU! DOĞUM GÜNÜNÜZ MÜBARƏK!
  • Dünən, 10:42
    ADY yükdaşımalar üzrə ən yüksək göstəricilər əldə edib
  • Dünən, 10:35
    “Azeri Light” ucuzlaşdı
  • Dünən, 10:28
    650 min manatı leqallaşdıran Həsənə 7 il 6 ay həbs verildi
  • Dünən, 10:22
    10 milyonluq qızılla tutulan polkovnikin cəzası azaldıldı
  • Dünən, 10:18
    Pezeşkian Türkiyəyə gedir
  • Dünən, 10:13
    Lökbatanda itlər sakinə hücum etdi - Həmin gün 5-ci hadisə imiş - Video
  • Dünən, 10:07
    Qax sakinini Masazırda maşın vurub öldürdü
  • Dünən, 10:01
    “Sabah” basketbol klubu “Trabzonspor”u məğlub etdi
  • Dünən, 09:57
    Fars körfəzində BƏƏ-yə məxsus gəmiyə hücum edilib
  • Dünən, 09:48
    Adanada bir gündə ikinci zəlzələ
  • 10-11-2026, 21:07
    Gülnara Həmidova: ŞAHİN BABAYEVİN ƏZİZ XATİRƏSİ QƏLBİMİZDƏ DAİM YAŞAYACAQ – BİR İLİN AĞRISI, BİR ÖMRÜN UNUDULMAZ İZLƏRİ...
  • 10-11-2026, 14:12
    “Seliverstov” 200 minlik dələduzluğunu ifşa edən İsrail vətəndaşlarına qarşı şər-böhtan kampaniyasina başlayıb
  • 10-11-2026, 12:08
    Prezident polşalı həmkarına məktub göndərdi
  • 10-11-2026, 12:03
    XİN-dən Atatürkün anım günü ilə bağlı - Paylaşım
  • 10-11-2026, 11:59
    Maşın dərəyə aşdı - Ölən və yaralananlar var - Yenilənib
  • 10-11-2026, 11:55
    Rusiyaya qarşı yeni sanksiyalar paketini açıqladı - 38 qurum, 24 şəxs...
  • 10-11-2026, 11:51
    Hörmüz 8 milyard qarşılığında açılacaq? - Tehrandan cavab
  • 10-11-2026, 11:46
    Paşinyan Fransaya getdi
  • 10-11-2026, 11:41
    Bu baş versə, tarixin ən bahalı boşanması olacaq
  • 10-11-2026, 11:18
    Xankəndi stadionunda keçiriləcək ilk oyunun - Vaxtı açıqlandı
  • 10-11-2026, 11:05
    MÜDAFİƏ YAZISI ŞƏLALƏ HÜSEYNOVANIN FƏALİYYƏTİ İLƏ BAĞLI İDDİALARI TƏKZİB EDİRMİ? – XEВERMEDİA.İNFO-DAN SƏRT CAVAB!
  • 10-11-2026, 10:58
    ABŞ İran təhdidinə görə təcili hərəkətə keçdi
  • 9-11-2026, 19:53
    ГЛУБОКИЕ СОБОЛЕЗНОВАНИЯ
  • 9-11-2026, 18:01
    “İMZA” İctimai Birliyi tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
  • 9-11-2026, 13:10
    Bayraq Günümüzə sözardı...
  • 9-11-2026, 11:43
    “Eşq olsun Azərbaycan Bayrağına!” - Video
  • 9-11-2026, 11:37
    Şəkidə Zəfər Günü münasibətilə bayram tədbiri keçirilib - Fotolar
  • 9-11-2026, 11:30
    Bəzi ərazilərə qar yağır - Faktiki hava
  • 9-11-2026, 11:23
    Türkiyə XİN Azərbaycanı belə təbrik etdi - Foto
  • 9-11-2026, 11:18
    Tovuzda Zəfər Günü böyük təntənə ilə qeyd olunub - Fotolar
  • 9-11-2026, 11:13
    Yeməkdən sonra yuxulamağın səbəbi bəlli oldu - Bu qidaları azaldın
  • 9-11-2026, 11:07
    Çində yaşayış kompleksində güclü yanğın - 14 nəfər öldü
  • 9-11-2026, 10:51
    Üçrəngli Bayrağımız müstəqilliyimizin, milli qürurumuzun və Zəfərimizin əbədi rəmzidir
  • 9-11-2026, 10:38
    Ehtiyatda olan polkovnik Elmar Hüseynov: “Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə 44 günlük Zəfər tariximiz şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı və xalq-ordu birliyi ilə yazıldı!”
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə