• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Metro payız-qış qrafikinə keçir - İnterval azaldılır

sosial / manset

13-09-2024, 15:29

Metro payız-qış qrafikinə keçir - İnterval azaldılır
Sentyabrın 16-dan Bakı metropolitenində qatarların hərəkəti payız-qış mövsümünün tələblərinə uyğun qurulacaq.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov Əmr imzalayıb.

Əmrə əsasən, qatarların yeni hərəkət qrafiki təsdiq edilib. Yeni tədris ilinin başlanması ilə əlaqədar xətlərdəki qatarların sayı artırılacaq və hərəkəti sıxlaşdırılacaq, interval azaldılacaq.

Yaşıl və Qırmızı xətlər üzrə iş günlərində hərəkətin gur vaxtı səhər saat 07:00-dan 10:00-a, axşam 17:30-dan 19:30-a qədər olacaq.

Qeyd edilən vaxtlarda Bakı metropoliteni xətlərinin mövcud texniki xüsusiyyətlərinə görə hazırkı dövrdə mümkün ən optimal hərəkət qrafiki tərtib edilməklə, ən aşağı intervallar tətbiq olunacaq. Bu xüsusda həmin vaxtlarda “Həzi Aslanov” – “28 May” istiqamətində və əksinə qatarlar arasında ən aşağı interval 2 dəqiqə olacaq. Həmin hərəkət sahəsində günorta vaxtı interval 2,5 dəqiqə, səhər erkən və sərnişinlərin əsaslı şəkildə azalmağa başladığı gecə saatlarına doğru interval 3 dəqiqə və daha çox təşkil edəcək.

Bakı metropoliteni xətlərinin mövcud xüsusiyyətlərinə görə xətlərin birləşdiyi “28 May" stansiyasından "Dərnəgül" (Yaşıl xətt) və “İçərişəhər” (Qırmızı xətt) istiqamətlərində və əksinə interval iki dəfə artıq olacaq. “Həzi Aslanov-28 May” sahəsində istirahət günləri fərqli hərəkət qrafiki tətbiq ediləcək.

Şənbə günləri saat 7:00-dan saat 21:00-a qədər qatarlar arasında interval 2,5 dəqiqə, bazar günləri isə eyni saatlarda 3 dəqiqə təşkil edəcək.

Bundan savayı, həmin vaxtlarda “Həzi Aslanov” - “Nərimanov” sahəsində intervallar qeyd edilən vaxtlardan iki dəfə artıq olacaq. Bu məqamlar da nəzərə alınaraq, Bakı metropolitenində müntəzəm monitorinqlər aparılacaq. Hərəkətin ən gur saatlarında qatarların “Memar Əcəmi” və “Neftçilər” stansiyasından dövr etməklə sərnişin axınının mümkün qədər tənzimlənməsi, digər vaxtlarda isə ehtiyat qatarlardan istifadə olunması təmin ediləcək.

Bundan savayı, tədris ilinin dərs növbələri arasında mümkün sıxlığın aradan qaldırılması məqsədilə mövsümün gedişində ehtiyat qatarların xəttə verilməsi vaxtları müəyyənləşdiriləcək.

Yaşıl xəttin “Xətai-Cəfər Cabbarlı” sahəsində qatarların hərəkət qrafiki olduğu kimi saxlanılacaq. Bənövşəyi xətt üzrə qatarlar arasında intervallar “Avtovağzal” - “8 Noyabr” sahəsində 8 dəqiqə, “Xocəsən-Avtovağzal” yol mənzilində isə əsasən, 16 dəqiqə təyin edilib.

Yeni qrafikin 2025-ci ilin yay aylarına qədər qüvvədə saxlanması nəzərdə tutulub

Oxunub: 78
Paylaş:
Digər xəbərlər

gundem / sosial / ust / manset

12-09-2023, 11:03

Bakı metrosunda hərəkət qrafikinə DƏYİŞİKLİK ediləcək

sosial / manset

27-12-2023, 10:43

Bakı metrosu bayram günlərində iş rejimini dəyişdirəcək

ULUSƏS TV
Son xəbərlər
  • Bu gün, 20:42
    Bu gün Azərbaycan siyasi tarixində özünəməxsus yeri olan Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 34-cü ildönümünü qeyd edirik.
  • Bu gün, 15:54
    Ağdaş şəhər 4 nömrəli uşaq bağçasında “Payız möcüzələri” adlı möhtəşəm tədbir keçirilib.
  • Bu gün, 14:46
    MEHMAN QƏHRƏMANOVA AĞIR İTKİ ÜZ VERİB – ƏMİSİ MİRİD QƏHRƏMANOV VƏFAT EDİB. ALLAH RƏHMƏT ETLƏSİN!
  • Bu gün, 12:13
    “BDU-da islahatlara Hüquq fakültəsindən başlanılmalıdır” - Ceyhun Yusifov
  • Bu gün, 12:03
    FHN təlim keçirdi - Video
  • Bu gün, 11:53
    Bakının mərkəzində Xalq rəssamının oğlunun meyiti tapıldı
  • Bu gün, 11:44
    Göygöldə növbəti monitorinq - Sahibkarlarla görüşlər oldu
  • Bu gün, 11:36
    Yeni Azərbaycan Partiyası - Dünənin tarixi zərurətindən sabahın güclü Azərbaycanına doğru
  • Bu gün, 11:13
    Prezident rəsmi qarşılandı
  • Bu gün, 11:05
    Prezidentlər Birgə Bəyanat qəbul etdilər
  • Dünən, 19:44
    “Səyyar Gənclər Xidməti” fəaliyyətini Ağcabədidə davam etdirib
  • Dünən, 14:20
    KOTANAXR KƏNDİNİN TANINMIŞ SİMASI ƏLİ QARAKİŞİ OĞLUNUN ƏZİZ XATİRƏSİNƏ DƏRİN HÖRMƏTLƏ BAŞSAĞLIĞI
  • Dünən, 14:02
    VƏKİLLİK İNSTİTUTU HÜQUQİ DÖVLƏTİN SÜTUNUDUR: PEŞƏ NÜFUZU, ƏDALƏT VƏ İNSAN HÜQUQLARI ETİBARI QORUNMALIDIR!
  • Dünən, 12:36
    Azərbaycan–Vyetnam münasibətlərində yeni mərhələ: strateji tərəfdaşlığın real iqtisadi nəticələrə çevrilməsi
  • Dünən, 11:07
    Sabirabadda 17 yaşlı oğlan yeniyetmə qızı qaçırdı - Axtarış aparılır
  • Dünən, 11:01
    ƏƏSMN “Araz” supermarketlər şəbəkəsini mükafatlandırdı
  • Dünən, 10:52
    “Prezidentin Vyetnama səfəri siyasi kursun möhkəmləndirilməsində əlamətdar mərhələdir”
  • Dünən, 10:45
    Kiyev ballistik raketlərlə atəşə tutulub
  • Dünən, 10:41
    İlhamə Abdullayeva bu vəzifəyə təyin olunub
  • Dünən, 10:36
    “Atlant”ın rəhbəri vəfat etdi
  • Dünən, 10:32
    Paytaxtda qarlı havalara hazırlıqla bağlı müşavirələr başa çatdı - Fotolar
  • Dünən, 10:29
    Həkimin villasında dava - Cangüdən 74 yaşlı sürücünü bıçaqladı
  • Dünən, 10:23
    QHT-lər üçün qrant müsabiqələri elan edildi
  • Dünən, 10:18
    “Ağ pələng”in izi ilə - Prezident İlham Əliyev 43 illik siyasi irsə yeni məzmun qazandırır
  • 19-11-2026, 15:31
    4 saylı Magistral avtomobil yollarının istismarı MMC Müşfiq qəsəbəsində yol və infrastruktur problemlərinin həlli istiqamətində mühüm işlər görür
  • 19-11-2026, 14:50
    Ağdam şəhəri: quruculuq siyasətinin möhtəşəm nəticələri
  • 19-11-2026, 13:31
    Könül Xasıyeva harda oxusa da, sevilir!
  • 19-11-2026, 13:22
    “Kibermühitdə bu günün şifrəli sirr tarixçəsi sabahın açıq kitabıdır” - DTX-nin rəis müavini
  • 19-11-2026, 11:35
    Elşən Salahov Binədə sakinlərlə növbəti səyyar görüş keçirdi
  • 19-11-2026, 11:28
    Gürcüstan DTX-nin rəisi Bakıdadır
  • 19-11-2026, 11:21
    Alen Simonyan dekabrda Azərbaycana gələcək
  • 19-11-2026, 11:07
    “Koroğlu”dan aeroporta doğru nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
  • 19-11-2026, 11:00
    Məleykə Abbaszadə BDU-nun rektoru oldu
  • 19-11-2026, 10:51
    Elçin Babayev vəzifəsindən azad olundu
  • 19-11-2026, 10:46
    Bakıda ilk dəfə avtobuslar üçün işıqfor quraşdırılacaq
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə