Ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi bütün ixtisas qrupları üzrə bu il avqustun 11-dən 19-dək olan müddətdə aparılacaq.
Bu barədə “Qafqazinfo”ya Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Bildirilib ki, “Abituriyent” jurnalının 4 saylı buraxılışı, həmçinin “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli” kitabçaları seçim başlanana qədər nəşr olunacaq.