• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Yeni tikilən binaların istismar müddəti azı 100 il olmalıdır - Qərar

sosial / manset

Bu gün, 08:13

Yeni tikilən binaların istismar müddəti azı 100 il olmalıdır - Qərar
“Yüksək binalar və komplekslər. Layihələndirmə normaları” təsdiq edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə müvafiq qərarı Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev imzalayıb.

Sənədə əsasən, binaların layihələndirilməsi layihə tapşırığı üzrə yerinə yetirilməlidir.

Layihələndirilən yüksək binalar yüksək məsuliyyət səviyyəsinə aiddir və konstruksiyalarının hesablama istismar müddəti 100 ildən az olmayaraq qəbul edilməlidir.

Yüksək binalar üçün məsuliyyətlilik üzrə etibarlılıq əmsalının qiyməti xüsusi texniki şərtlərlə təyin olunur və aşağıdakı qiymətlərdən kiçik qəbul edilmir:

- binanın hündürlüyü 100 m-dək olduqda – 1,1;

- binanın hündürlüyü 100 - 150 m-dək olduqda – 1,15;

- binanın hündürlüyü 150 - 200 m-dək olduqda – 1,2.

Binanın qoruyucu konstruksiyalarının və düyünlərinin bərkidilmə elementlərinin hesablanmasında Ɣn= 1,0 qəbul edilir.

Binalar layihələndirildikdə elmi, metodik, nəzarətedici, analitik işlər (geotexnik monitorinq, yükdaşıyan konstruksiyaların və fasad sistemlərinin vəziyyətinin monitorinqi, konstruksiya və materialların zəruri sınaqları, aerodinamik sınaqlar və s.), daxil olmaqla, binanın inşasında və istismarında təhlükəsizliyin təmin edilməsi və layihə ilə nəzərdə tutulan bütün funksiyaların yerinə yetirilməsi üçün tədbirlər kompleksi nəzərdə tutulmalıdır.

Yüksək binaların layihə sənədlərinə sifarişçi (podratçı) və layihəçi tərəfindən hazırlanan binanın elektrik xətlərinin sxemləri, havalandırma kanallarının yerləri və istismar zamanı mülkiyyətçilər (icarəçilər, istifadəçilər) tərəfindən tikinti işləri aparmaqla müdaxilə edilməsinə yol verilməyən konstruksiya elementləri və avadanlıqları barədə məlumatlar, yanğından mühafizə sisteminin saxlanması və texniki xidmət qaydaları, həmçinin yanğın zamanı təxliyyə planını özündə ehtiva edən Təlimat əlavə olunmalıdır.

Tikinti layihəsinin tərkibinə binanın və mühəndis sistemlərinin əsas xüsusiyyətlərini özündə əks etdirən binanın texniki pasportu daxil edilməlidir.

Layihə sənədlərində bina konstruksiyalarının inşası və mühəndis sisteminin quraşdırılması işlərində həddi sapmalar qeyd edilməlidir.

Binaların layihələndirilməsi, tikilməsi və istismarında binaların və onların daxilindəki insanların kompleks təhlükəsizliyinin təmin edilməsi üzrə təşkilati-texniki tədbirlər həyata keçirilməlidir. Binalar tikinti konstruksiyalarının və mühəndis sistemlərinin vəziyyətinin monitorinqini həyata keçirən və binaların və insanların kompleks təhlükəsizliyini təmin edən xidmətlərin yerləşdirilməsi üçün müvafiq yerləşgələrlə təchiz olunmalıdır.

Binaların layihəsində və tikintisində uyğunluq sertifikatı olan və yanğın təhlükəsizliyinə görə qanunvericiliyin tələblərinə uyğun material, məmulat və konstruksiyalar nəzərdə tutulmalıdır.

Binanın yuxarı və aşağı mərtəbələri arasında hava təzyiq fərqinin yaranmasının və bunun nəticəsində binanın daxilində temperatur rejiminin pisləşməsinin qarşısını almaq məqsədilə xarici və daxili qoruyucu konstruksiyalar (divarlar, pəncərələr, qapılar və s.) mümkün minimal havakeçiriciliyi ilə layihələndirilməlidir.

Tikinti ərazisində mühəndis-axtarış işlərinin aparılması, binaların layihələndirilməsi, tikintisi və monitorinqi müvafiq lisenziyaya və AZS ГОСТ 27751-ə uyğun olaraq yüksək məsuliyyət səviyyəsinə aid edilən obyektlərdə iş təcrübəsinə malik şəxslər tərəfindən yerinə yetirilməlidir.

Mülki müdafiə üzrə tədbirlər layihə tapşırığı ilə və TNvəQ II-11-in tələbləri nəzərə alınmaqla müəyyənləşdirilir.

Ekoloji tələblər qüvvədə olan sanitariya-epidemioloji normalara uyğun qəbul edilməlidir.

Əlilliyi olan şəxslər üçün yüksək bina və komplekslərin əlverişli olması, onların yaşaması və ya qalması nəzərdə tutulan sahələrin yerləşgələrin planlaşdırılması AzDTN 2.6-1*, STN 62-yə uyğun olmalı və “Bina və qurğuların layihələndirilməsində əlillər üçün zəruri olan həyat və fəaliyyət şəraitinin yaradılması üzrə Müvəqqəti Təlimat” nəzərə alınmalıdır.

Yüksək binaların və komplekslərin yanğından mühafizə layihələrində avtomatlaşdırılmış yanğınsöndürmə və yanğın xəbərdaredici sistemləri (siqnalizasiyası) nəzərdə tutulmalıdır.

Yüksək binalar və komplekslər üçün tikinti ərazilərinin seçilməsi AzDTN 2.6-1*-in tələbləri nəzərə alınmaqla həyata keçirilməlidir.

Yüksək binaların və komplekslərin tikinti ərazisi seçildikdə aşağıdakıların nəzərə alınması zəruridir:

- yüksək binaların tikintisinin ətraf və ümumşəhər tikililərinə təsirinin vizual-landşaft qiymətləndirilməsi aparılmaqla şəhər ərazisinin zonalaşdırılması;

- seçilən ərazinin geotexniki şəraitinin qiymətləndirilməsinin aparılması və tikilən sahənin və ətraf ərazilərin geoloji-hidrogeoloji şəraitinin dəyişməsi proqnozunun verilməsi;

- mühəndis şəbəkələri və nəqliyyat magistrallarının resurs təminatı imkanlarının müəyyənləşdirilməsi;

- yüksək binaların yerləşdirilməsinin aviasiya xidmətləri ilə razılaşdırılması;

- binaların mikroiqlim, işıqlandırılma və insolyasiya proqnozunun, həmçinin bitişik ərazilərdə yerləşən tikililər üçün bu amillərin dəyişməsi mümkünlüyünün qiymətləndirilməsi.

Binaların və bitişik ətraf ərazilərdə abadlıq elementlərinin yerləşdirilməsi üçün sahənin ölçüləri, onların memarlıq-planlaşdırma həlləri ilə qəbul olunmuş yerləşmə şəraiti və yanğınəleyhinə tələbləri, həmçinin binaların hissə-hissə və ya tam dağılmasına səbəb ola biləcək fövqəladə hallar nəticəsində yaranan risklər nəzərə alınmaqla təyin edilməlidir.

Binalar və binalarla tikinti ərazilərinin sərhədləri arasında ara məsafələri Şəhərsalma və Tikinti Məcəlləsi, AzDTN 2.6-1* və “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar”a müvafiq müəyyən edilir.

Bina və komplekslərin tikinti sahəsinin və yaşıllaşdırma, giriş yolları, nəqliyyat infrastrukturunun yaxınlıqda yerləşən elementləri daxil olmaqla ərazinin abadlığının təşkili, onların normal fəaliyyətini və onlara texniki xidmət göstərilməsini həmçinin, fövqəladə halların nəticələrinin ləğv edilməsi mümkünlüyünü təmin etməlidir. Binalarda müxtəlif funksional təyinatlı sahələr yerləşdirildikdə, onların bir-birindən asılı olmayaraq ayrıca istismar olunması və texniki xidmətlər göstərilməsi mümkünlüyü təmin edilməlidir.

Bitişik ərazilərdə binaların sayından, təyinatından və həcmi-planlaşdırma həllərindən asılı olmayaraq aşağıdakı abadlıq elementləri nəzərdə tutulmalıdır:

- baş yollara giriş və çıxışlar;

- avtomobil duracaqları;

- istirahət zonaları;

- yaşıllıq zonaları;

- xüsusi avtomobil nəqliyyatı ilə tullantıların yığılması üçün tutumların yerləşdirilməsi.

Binaların təyinatından asılı olaraq bitişik ərazilərdə abadlıq və xidmətlərin başqa elementləri də yerləşdirilə bilər.

Binalar tikilmiş ərazilərdə avtomobil duracaqları AzDTN 2.7-1*-in tələblərinə uyğun layihələndirilməlidir.

Binalardan ayrıca yerləşən avtomobil duracaqlarının ölçüləri, tutumu və növü istismar tələblərinə cavab verməlidir. İstismar tələbləri binanın funksional təyinatından asılı olaraq müəyyən edilməlidir.

Binalara texniki xidmətlər göstərilmə zonası hüdudlarında avtonəqliyyatın hərəkətini, manevr etməsini, o cümlədən fövqəladə halların nəticələrinin ləğv edilməsini çətinləşdirən tikinti obyektləri və abadlıq elementləri layihələndirilməməlidir.

Avtomobil və piyada keçidləri, meydançalar elə layihələndirilməlidir ki, yarana biləcək fövqəladə hallarda təxliyyə olunan insanların zəruri yerləşdirilməsi təmin edilsin.

Tikinti ərazisi 9 ha-dan çox olan bina kompleksinin ətrafı boyu dairəvi yol layihələndirilməlidir. Binalarla yol arasında məsafə 25 m-dən çox olmamalıdır.

Binalara avtomobil yanaşma yolları layihələndirilərkən, fövqəladə halların nəticələrinin aradan qaldırılmasında istifadə olunan xüsusi texnikanın hərəkəti üçün təyin edilmiş sahələrdə nəqliyyat vasitələrinin daimi və müvəqqəti duracaqlarının (avtomobillərin parklanmasının) istisna edilməsi və hərəkətin məhdudlaşdırılması nəzərdə tutulmalıdır.

Bina ətrafı ərazilərin planlaşdırılması əlilliyi olan (o cümlədən təkərli oturacaq təyin edilmiş) şəxslərin maneəsiz hərəkətinin mümkünlüyünü təmin etməlidir.

Oxunub: 1
Paylaş:
Digər xəbərlər

sosial / manset

18-04-2025, 09:34

Bakının iki rayonunda qəzalı binalar söküləcək - Ünvanlar

gundem / ust / manset

28-02-2025, 10:34

Bakı sakinlərinin nəzərinə: Bəzi binalar söküləcək

gundem / sosial / manset

3-05-2025, 10:33

Zəlzələdə çökmə riski olan binalar - Ekspert əhaliyə xəbərdarlıq etdi

gundem / ust / manset

4-07-2023, 11:49

Ölkəmizdə tikilən binalar neçə ballıq zəlzələyə davamlıdır?

gundem / manset

26-02-2025, 11:23

Bakıda bu ərazidə 4 bina sökülür - 1660 manat kompensasiya təklif olunub

ULUSƏS TV
Son xəbərlər
  • Bu gün, 09:05
    Rusiya neftini qaçaq yolla daşıyan şirkətin rəhbəri - Adnanın gizlənən xalası oğlu imiş
  • Bu gün, 08:21
    Gəncədə 38 yaşlı qadın döyüldü, xəstəxanalıq oldu - Şübhəli əridir - Yenilənib
  • Bu gün, 08:19
    Bu tətbiqdə köhnə foto və videoların saxlanması üçün ödəniş tələb olunacaq
  • Bu gün, 08:13
    Yeni tikilən binaların istismar müddəti azı 100 il olmalıdır - Qərar
  • Bu gün, 08:11
    İlon Mask tarixdə 500 milyard dollar sərvətə malik ilk insan oldu
  • Bu gün, 08:09
    ÇL-də günün nəticələri
  • Bu gün, 08:06
    “Qarabağ” turnir cədvəlində neçəncidir?
  • Bu gün, 08:00
    Ağdamda ev yandı - Nənə və nəvəsi ağır yaralandı
  • Bu gün, 07:58
    “Barselona” bu tarixdə “Kamp Nou”ya köçəcək
  • Bu gün, 07:55
    Qola sevinən azarkeş xəstəxanalıq oldu
  • Bu gün, 07:53
    Kral ailəsində növbəti skandal - Qardaşı mərasimə qatılmayacaq
  • Dünən, 08:43
    Bu ölkə miqrantlar üçün qaydaları sərtləşdirir
  • Dünən, 08:41
    NASA Ayda kənd yaradacaq
  • Dünən, 08:29
    Bu gündən məktəbli avtobuslarının tətbiqinə başlanılır
  • Dünən, 08:24
    Ağ Ev hökumətin tezliklə bağlanacağını elan etdi - Yenilənib
  • Dünən, 08:21
    Heyvanın bilmədiyimiz faydaları
  • Dünən, 08:18
    “Qalatasaray” “Liverpul”u məğlub etdi - Çempionlar Liqası
  • Dünən, 08:14
    Polşada daha bir qəzaya uğrayan PUA tapıldı
  • Dünən, 08:11
    Kral ailəsinin orduya qoşulan ilk qadın üzvü oldu
  • Dünən, 08:09
    Teylor “Spotify”da yeni rekorda imza atdı
  • Dünən, 08:07
    AA-nın əməkdaşı Nyu-Yorkda hücuma məruz qaldı - Xəstəxanalıq oldu
  • Dünən, 08:04
    Pelleqrini konstitusiyada iki cinslə bağlı müddəanı təsdiqlədi
  • 30-09-2025, 15:46
    Masallıda Rabitəçi Əliş Əliyevin Xatirəsinə Həsr Olunmuş Sənədli Filmin Təqdimatı Keçirilib
  • 30-09-2025, 08:58
    Bu gün 7 idman növü üzrə yarışlar keçiriləcək - MDB Oyunları
  • 30-09-2025, 08:55
    “Mais dedi ki, qardaş, incimə...” - General döyüş xatirələrini paylaşdı
  • 30-09-2025, 08:52
    “Trampla danışıqlar səmərəli və müsbət keçdi”
  • 30-09-2025, 08:50
    “ChatGPT”yə valideyn nəzarəti funksiyası əlavə edildi
  • 30-09-2025, 08:45
    Bu ölkə də Trampın Qəzza planını dəstəklədi
  • 30-09-2025, 08:42
    Xurmanın orqanizmə faydaları
  • 30-09-2025, 08:32
    Kosmosda AI data mərkəzləri yaradıla bilər
  • 30-09-2025, 08:29
    Bu ölkələr Trampın planını alqışladı
  • 30-09-2025, 08:19
    HƏMAS-ı Qəzza planını qəbul etməyə razı salacaqlarını açıqladı
  • 30-09-2025, 08:16
    Trampın Qəzzadakı sülh planı - Netanyahu razılaşdı
  • 29-09-2025, 18:25
    Dayanıqlı inkişaf modeli: Yeni regional və qlobal perspektivlər
  • 29-09-2025, 11:56
    III MDB Oyunları: Yollarda təhlükəsizlik nəzarətdədir
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə