• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

“Şərhləri oxuyanda dəhşətə gəldim...” - 50 yaşından sonra bloqer olan filoloq

sosial / manset

27-10-2025, 09:50

“Şərhləri oxuyanda dəhşətə gəldim...” - 50 yaşından sonra bloqer olan filoloq
Azərbaycan dilinin taleyi daim cəmiyyəti narahat edən mövzular içərisində olub. Tez-tez yenilənən qrammatik qaydalar, sözlərə edilən müəyyən dəyişikliklər mütəxəssislərlə uşaqları və ya müəllimləri üz-üzə qoyur. Təbii ki, ümumi nəticəyə müsbət təsir edən istənilən müzakirə yaxşıdır.

Biz də son vaxtlar sosial şəbəkələrdə bu mövzuya aktiv münasibət bildirən, yaratdığı kreativ məzmunlarla dil problemlərinə diqqət çəkən filoloq Dürdanə Rəhimova ilə həmsöhbət olduq. Çoxunu maraqlandıran suallara cavab tapmağa çalışdıq.

“Qafqazinfo”nun Dürdanə Rəhimova ilə müsahibəsini təqdim edirik:

Videonu buradan izləyə bilərsiniz:

- Sosial şəbəkələrdə faydalı məzmun yaradan bloqerlər azdır. Necə oldu ki, işinizi bu platformaya daşıdınız?

- Tədqiqat işləri aparırdım. Azərbaycan dili və ona yaxın olan türk dillərində ərəb alınmalarını müqayisə edirdim. Burada maraqlı məsələlər var idi və ehtiyac duyurdum ki, insanlara yeni nələrisə başa salım. Əvvəlcə yutubdan başladım, sonra uşaqlar təklif etdi ki, instaqrama keçid edim. Demişdilər ki, mənfi rəylər ola bilər, amma az oldu. Auditoriyanın dillə bağlı kontentlə maraqlanacağını gözləmirdim. Bir az əyləncə qatıram ki, videolar sırf akademik tərzdə olmasın və yaş fərqi olmadan geniş kütləyə çatsın.

- Bu gün geniş kütləyə təsir edə bilən bloqerlərin danışıq tərzləri, üslubları bir filoloq olaraq sizi qane edirmi?

- Çox az qisim var ki, dilimizin normalarına riayət edir. Qalanları isə sadəcə deyir ki, baxış və izləyici sayım çox olsun, bundan başqa mənə heç nə lazım deyil.

Ümumiyyətlə, bu gün orta məktəb dərsliklərinin istiqaməti daha fərqli olduğu üçün qrammatik məqamlar unudulur. Gündəm bir xəbər var idi, şərhləri oxuyanda dəhşətə gəldim. Sözlərdə “ə” hərfi və “dır” sonluğu yoxdur, “ş” hərfini “w” ilə yazırlar, bitişik və ya ayrı yazmaq anlayışı yoxdur…

Orta məktəbə qrammatikanı əvvəlki qədər olmasa da, qaytarmaq lazımdır. Bəlkə sosial şəbəkələrdir bunu korlayan? Bəlkə tələbin və təbliğatın olmamasıdır? Sözlər unudulur və artıq ara sözlər işlənməyə başlayır. Məişət üslubu bütün üslubları üstələyir.

Bunun səbəbi sosial şəbəkə istifadəçilərinin böyük qisminin cavan və dinamik olması, həmçinin cavanların fikirlərini ifadə etmə səviyyələrinin çox da yüksək olmamasıdır. Mən bunu bütün cavanlara aid etmirəm. Amma bu gün küçəyə çıxıb 5 nəfəri dindirsək, onun 2 nəfəri öz fikrini rahat ifadə edə biləcək. Həm də söz ehtiyatı azdır və onlar fikirlərini tələsik yazırlar. Bəzən hamı “öz aramızda” tərzində danışır. Gənclər üçün “gələcəm” əvəzinə, “gələcəyəm” yazmaq rəsmi təsir bağışlayır. Dilin çox böyük imkanları var, amma biz bunu il keçdikcə daha da kasadlaşdırırıq. Sonra da günahı Azərbaycan dilinin üzərinə atırıq ki, dilimiz zəifdir, bizdə çox sayda alınma söz var. Onda gərək ingilis dili Azərbaycan dilindən daha aşağı səviyyədə olsun. Bizdə maksimum 40% alınma söz varsa, ingilis dilində bu, 80-ə çatır. Bəs niyə ingilis dili dünyanın ən qlobal dillərindən biri hesab olunur? Deməli, bu, heç də alınmaların çoxluğu ilə müqayisə olunacaq məsələ deyil. Bu, dili istifadə edən istifadəçinin dilə olan münasibəti ilə ölçülən məsələdir.

- Az öncə dediniz ki, insanlar öz fikrini rahat ifadə etməkdə çətinlik çəkir. Düşünürəm ki, bu, erkən yaşlardan başlayır. Kökündə nə dayanır?

- Fikri rahat ifadə edə bilmək ailədən, valideynin övladla söhbətindən başlayır. Kiçik bir hekayə oxumaq və müzakirə etmək, hansısa film və ya teatra getdikdən sonra onun haqqında danışmaq, gün sonunda uşaqla söhbət etmək, uşaqdan fikir almaq lazımdır. Bu yaxında maraqlı bir sitata rast gəldim – “Daha uğurlu uşaq müəllim səndən nə soruşdu sualına cavab verən deyil, sən müəllimə hansı sualı verdin sualına cavab verə biləndir”.

Valideyn övladına sual qoymağı öyrətməlidir. Öz fikirlərini rahat ifadə edə bilən uşaqlar cəmiyyətdə lider kimi formalaşır. Elə bilirlər ki, qışqırmaq və ya telefonu uşağın əlindən almaq hər şeyi həll edir. Amma uşağın əlindən telefon alınırsa, ona daha maraqlı alternativlər və ya müxtəlif oyunlar təklif olunmalıdır. Valideyn övladına vaxt ayırmalıdır. Həmçinin məktəblər də test üzərinə fokuslanıb. Bu da uşağın fikrini ifadə eləmək bacarığını məhdudlaşdırır.

- Qrammatikada, orfoqrafik və orfoepik qaydalarda xeyli dəyişikliklər olub. Bu da yeni nəsil və onların dərslərini öyrədən valideynlər arasında anlaşılmazlığa səbəb olur. Elə “müəllim” sözünün tələffüzünü götürək...

- Düzdür, mən bu məsələyə çox da qıcıqlanmadım. Hətta sonradan düşündüm ki, bəlkə də, yazının daha düzgün olmasına xidmət edəcək. Məncə, belə olması daha məntiqlidir. İndi orfoepiyanı yazı formatına uyğunlaşdırırlar. Əslində elə tələffüz edirikmi? Yox. Əvvəlki variantda tələffüz edirik. Mən “dovğa” demirəm, “doğa” deyirəm.

Bu gün yazı bərbad vəziyyətdədir. Hətta yazı o qədər məişət səviyyəsinə enib ki, “belə deyirəm, belə də yazıram” normasına keçilib. Bu gün cavanlarda “kefim belə istəyir” tərzi var. Onlar o qədər bu üsluba öyrəşəcəklər ki, “oxuyacam” kimi yazdıqları sözün “oxuyacağam” olduğunu unudacaqlar. On insandan ikisi “dovğa” yazırsa, səkkizi “doğa” yazacaq. Çünki danışıq dili yavaş-yavaş yazıya keçir. Düşünürəm ki, sözlər yazıldığı kimi deyiləndə, yazı da yadda qalar. Ona görə də bu məsələyə çox da mənfi yanaşmıram.

Türkiyə türkcəsində “səndən” sözünü yazıldığı kimi tələffüz edirlər. “Münasibətilə” sözü ola-ola, biz niyə “münasibətiynən” deməliyik? “Narlar” deyə bildiyimiz halda niyə “narrar” deməliyik? Bugünkü orfoepiya qaydalarını tam tətbiq etməli olsaq, ortada ədəbi dildən çox uzaq olan, loru bir dil görəcəyik. Sona kimi də bu fikirdə qalacağam. Bu qaydalar əsasında orfoepiya lüğəti hazırlansa, ortaya gülməli Azərbaycan ədəbi dili çıxacaq. Məsələn, “səbir” sözü bir müddət əvvəl “səbr” kimi yazılırdı, sonra yenidən “səbir” oldu. Biz genetik olaraq iki samiti yanaşı işlədə bilmirik. İnsanlarda çaşqınlıq yaranır. Qaydalarda dəyişiklik olacaqsa, dəqiqləşdirmə dəyişikliyi olmalıdır. Bilməliyik ki, filan kateqoriyaya nələr daxildir. Bir çox uyğunsuzluq var, mən demişəm, yəqin 2026-cı ildə bunu düzəldəcəklər.

- “Duz-çörək”, “şalvar-köynək” kimi sözlər artıq yaxınmənalı sözlər siyahısından çıxarılıb.

- Əslində necə varsa, elə də saxlanılmalıdır. Bu yanaşma istifadəçiyə yeni qayğı gətirir. Belə çıxır ki, həmin sözlər artıq defislə yox, vergüllə yazılmalıdır? Vəziyyət belədirsə, onda 2-3 misalla kifayətlənmək olmaz. Türkiyə türkcəsində yanlışların olduğu, amma bu gün doğru sayılan minlərlə sözün lüğəti var. Bu yanaşma ilə bütün sözləri mənşəyinə görə dəyişsək, insanları bezdirəcəyik. Orfoqrafiya qaydaları bir dəfə olur, insan bunu bir dəfə öyrənir. 70 yaşında kitab yazan adamın borcu deyil ki, otursun, 5 il əvvəl çıxan orfoqrafiya lüğətinə birdə baxıb görsün ki, bunu düz yazır, ya yox?

- Bu gün dilimiz başqa hansı problemlərlə üzləşir?

- Lazım olan bir çox sözün unudulması problemi var. Biz elastik bir nəsnə görəndə deyirik, elastikdir, dartılandır. Halbuki, “kövşək” sözü var, türklər də buna “gevşek” deyir. Bu söz dildən çıxarılıb, lüğətdə də yoxdur. Amma tibbi terminlərdə var. Başqa bir misal isə “səkmək” feilidir, məsələn, quşun səkə-səkə getməyi. Hansı ki, bu söz də Türkiyə türkcəsində istifadə olunur və çox qədim feillərdən biridir. Bu gün həmin feili də heç kim istifadə etmir.

- Türk serialları barədə video çəkmişdiniz. Həmin serialların dilimizə təsiri necədir?

- İstər türk seriallarının, istərsə də Türkiyə türkcəsindəki hansısa sözlərin dilimizə həm müsbət, həm mənfi təsiri ola bilər. Çox təəssüf ki, gənclərimiz bunun mənfi tərəfini götürürlər. Məsələn, “ruçka” sözünü rus dilindən götürürsən, türk dilindən də “baya” sözünü istifadə edirsən. Elə “ruçka”ya türklərin dediyi kimi qələm və ya “marojna”ya dondurma de də. Türk dilinin dilimizə müsbət təsiri ola biləcəyi halda, niyə buna diqqət yetirmirik? Türklər “r” hərfini ingilisvari tələffüz edirlər, biz də onlara baxıb elə edirik. Dili bir tərəfə qoydum, həmin seriallar gənclərin sosial-ictimai münasibətlərinə də mənfi təsirini göstərir. Baxış sayının çox olması məqsədilə seriallara o qədər kəskin dəyişikliklər edirlər ki, bizim norma hesab etmədiyimiz münasibətlər bu gün cəmiyyətimizdə normaya çevrilir.

- Gənclər arasında dilin deformasiyası narahatedici səviyyədədir?

- Nizami Cəfərovun çıxışına qulaq asmışdım. O deyirdi ki, burada qorxulu bir şey yoxdur, dil özü özünü tənzimləyir. Amma həmin dövrdə dili korlayan vasitələrin sayı indiki qədər çox deyildi. Həmin vaxt üçün bu qorxulu sayılmaya bilərdi, lakin bu gün üçün kifayət qədər qorxuludur. Ona görə də dövlət səviyyəsində təbliğat işləri aparılmalıdır.

- Müasir dövrdə dilimizdə rus, ingilis və Türkiyə türkcəsindən alınma sözlər işlədirik. Nizami Cəfərov “prosto”, “tak şto”, “voobşe” kimi sözlərin lüğətə salınmasının doğru olduğunu deyir. Bu proses nə ilə nəticələnə bilər?

- Vaxtilə bu sözlərin işlənməsi dövlət qurumları tərəfindən tənzimlənirdi. İşləkliyi yüksək olan sözlərin lüğətə daxil olunması kimi qayda var idi. İndi də həmin qayda qalır, amma bu gün həmin qayda dilə faciəvi təsir göstərə bilər. Müasir dövrdə sosial şəbəkələrin dilini heç kim idarə etmir. Orada hansı sözü istəyirsinizsə, görə bilərsiniz. Nəticədə də həmin sözlərin işləkliyi artır. Bunun səbəbi bilirsiniz həm də nədir? Bədii ədəbiyyat sıfıra enib, orta məktəblərdə ədəbiyyat yoxdur. Danışıqda insanların 90%-nin istifadə etdiyi dil məişət üslubudur. Lüğətdəki sözləri mövcud sözlərlə əvəz etsək, dil anlayışı 50-100 ildən sonra nə olacaq? Ona görə də bu tənzimlənməlidir. Amma cəza ilə yox, təbliğatla. Sosial şəbəkələrə qanun qoyma imkanımız yoxdur. Məsələn, “Voaaav” sözü işləklik qazanıb. Bu o deməkdir ki, biz bunu lüğətə salmalıyıq? Bəlkə bunu əks təbliğ edib, başqa bir nida ilə əvəz edək? Ərəb mənşəli sözü Avropa mənşəli söz ilə dəyişsək, hansı üstünlük verəcək bizə? Bir qurum yaransa və ərəb mənşəli sözləri türk mənşəlilər ilə əvəz edib lüğətə əlavə etsə, çox gözəl bir iş olar. Amma hələ ki, bununla bağlı instensiv iş görmürük. Mənim səhifə yaratmağımın bir səbəbi də bu idi. Nizami müəllimin irəli sürdüyü qaydanı əsas götürmək doğru deyil və bu gün üçün də uğurlu hesab etmirəm.

- Bakıda restoran və kafe adları da Avropa mənşəlidir...

- Əslində bununla mübarizə aparan bir çox sayda qurum var. Həmin qurumlar sahibkarın qabağına müəyyən şərt qoymalıdır ki, ya bu adlardan, ya da orfoqrafiyada mövcud olan adlardan seçməlisən. Beynəlxalq şəbəkəsi olan restoranların adı olduğu kimi qalmalıdır. Bu gün sahibkarlar elə bilirlər ki, ad gözəl olsa, sənə müştəri gələcək. Bu da adın Avropa mənşəli olması ilə əlaqədar deyil. Millilik və müasirlik anlayışını savadlı şəkildə bərabərləşdirsək, bizdə Avropa mənşəli sözləri kafe-restoranlara ad kimi qoymaq fikri formalaşmaz. Bu məsələ üzərində də işlənilməlidir.

- Bu qədər təlaşın içində necə belə baxımlı olmağı bacarırsınız? Həm universitet, həm kurs, həm də sosial şəbəkə... Xanımlarımıza nə tövsiyə edirsiniz?

- Bacardıqca idmana vaxt ayırmağa çalışıram, meditasiya ilə məşğul oluram, müsbət düşünməyə çalışıram. Mən buna 50 yaşından sonra başlamışam. Həyatımda iki dəfə ciddi xəstəlik keçirmişəm. Məni yavaş-yavaş bu həyat tərzinə ilk xəstəliyim yönəldib. Son 10 ildə intensiv və müsbət düşüncəli həyat tərzinə keçmişəm. İkinci dəfə xəstələnəndən sonra düşündüm ki, artıq hər şeyi buraxıb istirahətlə məşğul olacağam, amma əvvəlkindən 3 dəfə daha artıq instensivliklə işləməyə başladım. Nəcəsə çatdırıram, amma necə olur, özüm də bilmirəm.

- Son olaraq gənclərə nə demək istəyirsiniz?

- Gənclərin arzuları olsun və onlar barədə hər gün düşünsünlər. Hədəf deyib özünü öldürməyə dəymir. Hədəfə doğru arzularla getmək lazımdır. O arzuları hər gün düşünün, yatmadan əvvəl, yuxudan oyanan kimi. Həmin arzuları da balaca dəftərçənizə yazın...

Mədinə Useynova

Foto-Video: Pərvin Zeynal

Oxunub: 0
Paylaş:
Digər xəbərlər

sosial / manset

27-02-2025, 13:50

Dürdanə Əliyevaya güzəşt olmadı - Son qərar

gundem / ust / manset

27-02-2025, 15:08

Dürdanə Əliyevaya güzəşt olmadı - Son qərar

gundem / ust / manset

31-03-2024, 20:10

Sosial şəbəkələrdə şəhidlərimiz barədə saxta xəbərlər yayan şəxslər müəyyən olundular - RƏSMİ

gundem / ust / manset

29-03-2024, 12:59

AzTV Arayik Arutyunyanın müsahibəsini niyə yayımlamadı? - AÇIQLAMA

gundem / manset

11-04-2025, 11:24

Sosial şəbəkələrdə fala baxmaq adı altında dələduzluqda şübhəli bilinənlər saxlanıldı

ULUSƏS TV
Son xəbərlər
  • Dünən, 21:29
    Qusar Rayon Yol İdarəsinin rəisi Güloğlan Əliyev – Peşəkarlığın, məsuliyyətin və dövlətə sədaqətin nümunəsi
  • Dünən, 17:22
    Cənubunsəsi Media Şirkəti və Günərzi Qayğı Mərkəzindən nümunəvi sosial layihə
  • Dünən, 15:10
    Cənubunsəsi Media Şirkəti və Günərzi Qayğı Mərkəzindən nümunəvi sosial layihə
  • Dünən, 08:18
    Milad lotereyasında 1,8 milyard dollar uddu
  • Dünən, 08:14
    Telefonumuz nəyi izləyəcəyimizi necə müəyyən edir?
  • Dünən, 08:11
    “Gmail”də inqilabi yenilik - E-poçt ünvanlarımızı dəyişə biləcəyik
  • Dünən, 08:08
    Bu ölkədə 18 yaşına çatmayanlara enerji içkilərinin satışı qadağan edildi
  • Dünən, 08:05
    Süni yolkaların zərərləri
  • Dünən, 08:03
    Həmin qadağanı bir il daha uzatdılar
  • Dünən, 08:00
    Onlar amerikalıları ölkəyə buraxmayacaq
  • Dünən, 07:57
    “İndiki vəziyyətdə seçkilərin keçirilməsi mümkün deyil”
  • Dünən, 07:55
    Türkiyədə yaşayış binasında yanğın - 15 nəfər tüstüdən zəhərləndi
  • Dünən, 07:53
    18 yaşında xərçəngdən vəfat etdi
  • 25-12-2025, 19:15
    Masallı rayon Xoşçobanlı kəndi şəhid Musa Mustafayev və şəhid Bağırov Məmmədağa Həsənağa oğlunun adına küçələrin asfaltlama işləri
  • 25-12-2025, 17:30
    Paşinyan II Qaregini zərərləşdirmə yolunda kütləvi ictimai təpkiyə məruz qalmasa...- ŞƏRH
  • 25-12-2025, 08:40
    Azərbaycanda bu əməliyyatlar üzrə hərraclar keçiriləcək
  • 25-12-2025, 08:38
    12 istiqamətdə tıxac var
  • 25-12-2025, 08:31
    Gələn il inflyasiya neçə faiz olacaq? - Rəsmi
  • 25-12-2025, 08:28
    Azərbaycanın valyuta ehtiyatlarının həcmi açıqlandı
  • 25-12-2025, 08:25
    Beyni bağışlanacaq
  • 25-12-2025, 08:22
    “Narahat olmayın, 2026-cı il daha da çətin olacaq”
  • 25-12-2025, 08:20
    Zərərli olan hər şeyi süngər kimi özünə çəkir
  • 25-12-2025, 08:17
    “İsgəndər M” Şuşaya necə zərbə endirdi?” - İlham Əliyev
  • 25-12-2025, 08:14
    “Friends”in aktyoru vəfat etdi
  • 25-12-2025, 08:10
    Bu ərazilərdə qaz kəsiləcək - Xəbərdarlıq
  • 24-12-2025, 21:13
    Prezident İlham Əliyev müasir Azərbaycanın qalib lideridir
  • 24-12-2025, 18:33
    TƏBRİK EDİRİK!
  • 24-12-2025, 18:26
    ALİ BAŞ KOMANDANIM YAŞA SƏNİ MİN YAŞA!
  • 24-12-2025, 17:39
    Ulu Öndərimiz Heydər Əliyevin layiqli davamçısı İlham Əliyev bizim qüdrətli gələcəyimizin memarıdır-Könül Nəbizadə
  • 24-12-2025, 14:10
    Qətiyyətli lider, müzəffər Ali Baş Komandan
  • 24-12-2025, 13:33
    Yeni il təbriki.
  • 24-12-2025, 09:39
    Moskvada generalın qətlindən sonra yenidən partlayış oldu - İki yol polis öldü
  • 24-12-2025, 09:36
    Tıxaclı yolların - Siyahısı
  • 24-12-2025, 09:34
    Bakı Bəyannaməsi BMT-nin rəsmi sənədi kimi dərc olundu
  • 24-12-2025, 09:32
    “Arsenal” yarımfinalda
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə