• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Üç dövlət, üç qardaş – tək ürək

sosial / manset

9-11-2025, 14:55

Üç dövlət, üç qardaş – tək ürək
Hərbi parad, sadəcə, silahların nümayişi və əsgərlərin nizamlı addımları ilə ölçülmür. Onun əsl mahiyyəti fəxri kürsüdə dayananların kimliyi və onların dünyaya verdiyi mesajlarla müəyyən edilir. 

Noyabrın 8-də Bakının Azadlıq meydanında keçirilən möhtəşəm Hərbi parad birbaşa geosiyasi manifestə, dünyaya ünvanlanan sözə çevrildi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistanın Baş naziri Şahbaz Şərifin Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə fəxri kürsüdə yer alması ilə parad yeni və sarsılmaz birliyin – Azərbaycan–Türkiyə–Pakistan qardaşlığının dünyaya rəsmi təqdimat mərasiminə çevrildi. Meydandan keçən polad zirehli texnikanın gurultusu və səmanı yaran reaktiv qırıcıların səsi beynəlxalq arenaya, həm dostlara, həm də rəqiblərə göndərilən çox aydın mesaj idi: Avrasiyanın təhlükəsizlik arxitekturasında artıq gözardı edilməsi mümkün olmayan, ortaq tarix, ortaq dəyərlər və ortaq strateji maraqlar üzərində qurulmuş yeni güc mərkəzi yaranıb.

8 Noyabr paradını yeni reallığın möhtəşəm vizual simfoniyası da adlandırmaq olar. Azadlıq meydanının tribunaları, Azərbaycan xalqının qələbə sevincini bölüşən on minlərlə vətəndaşla dolu ikən, fəxri kürsüdəki mənzərə bütün dünyanın diqqətini özünə çəkirdi. Bu, İkinci Qarabağ müharibəsinin ilk günlərindən son anına qədər Azərbaycanın haqq işinə, ədalətli savaşına tərəddüdsüz siyasi və mənəvi dəstək verən iki qardaş ölkənin Zəfərin sevincini də şərik paylaşmasının təbii, səmimi təzahürü idi.

Parad həm də Azərbaycan Ordusunun son illərdə keçdiyi möhtəşəm modernləşmə yolunu əyani nümayiş etdirdi. Vətən müharibəsinin qəhrəmanları olan xüsusi təyinatlıların polad intizamla meydandan keçidi ən müasir döyüş taktikasını mənimsəmiş peşəkar bir ordunun yetişdiyini göstərirdi. Bunun ardınca nümayiş etdirilən hərbi texnika isə bu ordunun zərbə gücünün miqyasını ortaya qoydu. Lakin paradın simvolik gücünü ən yüksək zirvəyə qaldıran məqam Azadlıq meydanında addımlayan əsgərlər oldu. Prezident İlham Əliyevin çıxışında bu tarixi anı xüsusi vurğulaması təsadüfi deyildi: “Bu gün ilk dəfə olaraq Azadlıq meydanında Pakistan hərbçiləri də bizimlə bərabər iştirak edirlər. Bu, üç ölkənin – Azərbaycan, Türkiyə və Pakistan xalqlarının, ordularının birliyinin təzahürüdür”. 

Bu bəyanat üç ordunun daim çiyin-çiyinə dayandığını, ittifaqın təkcə kağız üzərindəki sənədlərdən ibarət olmadığını, döyüş ruhu və qardaşlıq andı ilə möhkəmləndiyini bütün dünyaya bəyan etdi. 

Liderlərin çıxışları hərbi qüdrət nümayişinin siyasi və ideoloji çərçivəsini müəyyən etdi. Prezident İlham Əliyev ittifaqın təməl daşını qoyan tarixi anları bir daha xatırlatdı: “Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan İkinci Qarabağ müharibəsinin ilk saatlarından başlayaraq, Azərbaycana, Azərbaycan xalqına, Azərbaycan Ordusuna öz dəstəyini göstərirdi. Onun bizə verdiyi siyasi və mənəvi dəstək bizə güc verirdi, bizi ruhlandırırdı”. 

Prezident Rəcəb Tayyib Ərdoğan isə çıxışında qardaşlığın dərinliyini və səmimiliyini ifadə edərək “Sizləri ən səmimi duyğularımla, sayğı və sevgi ilə salamlayıram. Zəfər Günümüzün 5-ci ildönümündə sizlərlə bərabər olmaqdan böyük bəxtiyarlıq duyuram. İlham Əliyev qardaşıma dəvəti üçün minnətdarlığımı çatdırıram. Sizlərə Türkiyədəki qardaşlarınızın salamlarını gətirdim. Sizlərə 86 milyonun ən səmimi məhəbbətlərini gətirdim” sözləri ilə iki xalq arasındakı qırılmaz mənəvi bağları bir daha təsdiqlədi. 

Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif isə bu qələbənin tarixi ədalət üçün daşıdığı əhəmiyyəti və Pakistanın prinsipial mövqeyini bir daha bəyan etdi: “Torpaqlarının azadlığı uğrunda bütün mübarizə dövründə Pakistan qardaş Azərbaycanın yanında bir qaya kimi dayandı, bundan sonra da belə olacaq. Azərbaycanın Qarabağdakı Qələbəsi suverenlik və öz müqəddəratı uğrunda vuruşan bütün xalqlar üçün ədalətin möhtəşəm təntənəsi, ümid yeri oldu”. Bu çıxışlar beynəlxalq aləmə ünvanlanmış, üç ölkənin xarici siyasət prioritetlərini və qırmızı xətlərini müəyyən edən strateji bəyanatlar idi.

Azərbaycanın paytaxtında yaşanan bu təntənəli mənzərə Azərbaycan–Türkiyə–Pakistan dostluğunun, sadəcə, ritorik və ya emosional bir bağ olmadığını, onun dərin tarixi, dini və ən əsası, strateji köklərdən rişələndiyini bir daha sübut etdi. Türkiyə və Azərbaycan arasındakı qardaşlıq ortaq etnik, dil və mədəni irs üzərində qurulubsa, Pakistanın bu birliyə qoşulması, ortaq dini kimliyin və daha vacibi, kəsişən strateji maraqların nəticəsidir. Qarabağ məsələsində Türkiyə və Pakistanın Azərbaycana, Kəşmir məsələsində Azərbaycan və Türkiyənin Pakistana, Şimali Kipr məsələsində isə Azərbaycan və Pakistanın Türkiyəyə verdiyi tərəddüdsüz dəstək beynəlxalq münasibətlər sistemində nadir rast gəlinən və “Üç qardaş modeli” adlandırılan yeni ittifaqın formalaşdığını göstərir. 

Zəfər Günü keçirilən parad qardaşlığın hərbi-strateji əməkdaşlıq müstəvisinə keçidinin də dönməzliyini nümayiş etdirdi. Bu, faktiki hərbi ittifaq xarakteri daşıyan dərin tərəfdaşlıqdır. Son illərdə müntəzəm olaraq keçirilən “Üç qardaş” birgə hərbi təlimləri üç ölkənin xüsusi təyinatlı qüvvələrinin bir-birinin döyüş taktikalarını öyrənməsi, silah sistemlərini sinxronlaşdırması və real döyüş şəraitində vahid komandanlıq altında fəaliyyət göstərmək üçün qarşılıqlı fəaliyyət  qabiliyyətini təkmilləşdirməsi məqsədi daşıyır. Bu, hərbi ittifaqların ən mühüm xüsusiyyətidir. 

Onu da qeyd etməliyik ki, Bakıdakı Hərbi parad ilə bundan əvvəl Laçında keçirilən üçtərəfli görüş arasında birbaşa və qırılmaz məntiqi-ideoloji bağlılıq mövcuddur. Əgər Laçın görüşü bu ittifaqın “strateji beyni” idisə, Bakı paradı onun “polad əzələsi” oldu. Laçında liderlər postmünaqişə dövrünün gündəliyini, regionda davamlı sülhün təmin edilməsini, Zəngəzur dəhlizi başda olmaqla bütün nəqliyyat kommunikasiyalarının açılmasını, enerji təhlükəsizliyi sahəsində əməkdaşlığı və terrorizmə qarşı birgə mübarizəni müzakirə etmişdilər. Bu, ittifaqın quruculuq, sülh və rifah hədəflərini müəyyən edən “yol xəritəsi” idi. Bakı paradı isə bütün dünyaya bəyan etdi ki, qardaş ölkələrin Laçında müəyyən etdikləri sülh quruculuğu gündəliyini istənilən xarici müdaxilədən və təhdiddən qorumaq üçün lazımi hərbi gücə, siyasi iradəyə malikdir. 

8 Noyabr – Zəfər Günündə keçirilən Hərbi parad Azərbaycanın Vətən müharibəsində qazandığı qələbənin ildönümünü qeyd etməkdən daha geniş bir missiyanı yerinə yetirdi. O, Azərbaycan–Türkiyə–Pakistan ittifaqının – üç dövlətin, üç qardaşın, amma tək ürəyin Avrasiyanın geosiyasi reallıqlarına birbaşa təsir edən və heç bir kənar qüvvənin iradəsinə tabe olmayan sarsılmaz güc mərkəzi olduğunu bütün dünyaya bəyan etdi. 

Yusif ŞƏRİFZADƏ 

Oxunub: 1
Paylaş:
Digər xəbərlər

sosial / manset

8-11-2025, 10:53

Parad saat 1-də başlayacaq

gundem / manset

1-11-2025, 12:30

Bakıda parad hazırlığı: Qırıcılar paytaxt səmasında

gundem / siyaset / manset

24-02-2025, 10:31

İlham Əliyevin Şahbaz Şəriflə təkbətək görüşü keçirilir

gundem / siyaset

30-05-2025, 16:08

Dostluq və qardaşlığa xidmət göstərən Azərbaycan-Türkiyə-Pakistan Zirvə görüşü

gundem / siyaset / manset

19-02-2024, 18:18

İlham Əliyev: “Müdafiə sənayesi sahəsində Türkiyə ilə ortaq istehsalla bağlı konkret planlarımız var”

ULUSƏS TV
Son xəbərlər
  • Bu gün, 08:18
    Milad lotereyasında 1,8 milyard dollar uddu
  • Bu gün, 08:14
    Telefonumuz nəyi izləyəcəyimizi necə müəyyən edir?
  • Bu gün, 08:11
    “Gmail”də inqilabi yenilik - E-poçt ünvanlarımızı dəyişə biləcəyik
  • Bu gün, 08:08
    Bu ölkədə 18 yaşına çatmayanlara enerji içkilərinin satışı qadağan edildi
  • Bu gün, 08:05
    Süni yolkaların zərərləri
  • Bu gün, 08:03
    Həmin qadağanı bir il daha uzatdılar
  • Bu gün, 08:00
    Onlar amerikalıları ölkəyə buraxmayacaq
  • Bu gün, 07:57
    “İndiki vəziyyətdə seçkilərin keçirilməsi mümkün deyil”
  • Bu gün, 07:55
    Türkiyədə yaşayış binasında yanğın - 15 nəfər tüstüdən zəhərləndi
  • Bu gün, 07:53
    18 yaşında xərçəngdən vəfat etdi
  • Dünən, 19:15
    Masallı rayon Xoşçobanlı kəndi şəhid Musa Mustafayev və şəhid Bağırov Məmmədağa Həsənağa oğlunun adına küçələrin asfaltlama işləri
  • Dünən, 17:30
    Paşinyan II Qaregini zərərləşdirmə yolunda kütləvi ictimai təpkiyə məruz qalmasa...- ŞƏRH
  • Dünən, 08:40
    Azərbaycanda bu əməliyyatlar üzrə hərraclar keçiriləcək
  • Dünən, 08:38
    12 istiqamətdə tıxac var
  • Dünən, 08:31
    Gələn il inflyasiya neçə faiz olacaq? - Rəsmi
  • Dünən, 08:28
    Azərbaycanın valyuta ehtiyatlarının həcmi açıqlandı
  • Dünən, 08:25
    Beyni bağışlanacaq
  • Dünən, 08:22
    “Narahat olmayın, 2026-cı il daha da çətin olacaq”
  • Dünən, 08:20
    Zərərli olan hər şeyi süngər kimi özünə çəkir
  • Dünən, 08:17
    “İsgəndər M” Şuşaya necə zərbə endirdi?” - İlham Əliyev
  • Dünən, 08:14
    “Friends”in aktyoru vəfat etdi
  • Dünən, 08:10
    Bu ərazilərdə qaz kəsiləcək - Xəbərdarlıq
  • 24-12-2025, 21:13
    Prezident İlham Əliyev müasir Azərbaycanın qalib lideridir
  • 24-12-2025, 18:33
    TƏBRİK EDİRİK!
  • 24-12-2025, 18:26
    ALİ BAŞ KOMANDANIM YAŞA SƏNİ MİN YAŞA!
  • 24-12-2025, 17:39
    Ulu Öndərimiz Heydər Əliyevin layiqli davamçısı İlham Əliyev bizim qüdrətli gələcəyimizin memarıdır-Könül Nəbizadə
  • 24-12-2025, 14:10
    Qətiyyətli lider, müzəffər Ali Baş Komandan
  • 24-12-2025, 13:33
    Yeni il təbriki.
  • 24-12-2025, 09:39
    Moskvada generalın qətlindən sonra yenidən partlayış oldu - İki yol polis öldü
  • 24-12-2025, 09:36
    Tıxaclı yolların - Siyahısı
  • 24-12-2025, 09:34
    Bakı Bəyannaməsi BMT-nin rəsmi sənədi kimi dərc olundu
  • 24-12-2025, 09:32
    “Arsenal” yarımfinalda
  • 24-12-2025, 09:27
    Kərkicahan - Bir kənd, iki tale
  • 24-12-2025, 09:24
    Öldürülən futbolçunun dəfn mərasimində qətlə yetirildi
  • 24-12-2025, 09:22
    Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə