
Goranboyda zəhərlənmə faktı qeydə alınıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, rayon sakini 1983-cü il təvəllüdlü T.Əhmədova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yeləşdirilib.
Dərhal ona yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə, 43 yaşlı qadın yaşadığı evdə dəm qazından zəhərlənib.
Faktla bağlı araşdırma aparılır.